Məhkəmə qərarları › İş №2-1(106)-171/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-171/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-171/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması, almadığı dövrlər hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1171/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması, almadığı dövrlər hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyanın Dövlət qulluqçusu kimi hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət SosialMüdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Hüququnun yarandığı tarixdən ona Dövlət qulluqçusu kimi ailə başçısını itirməyə görəəmək pensiyası hesablanması üçün Qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununa 19-ci maddəsinin tələblərinə əsasən mərhum atası X6 minimum 5 il sığorta stajı tələb olunurdu. Mərhum atası X6 dövlət qulluqçusu kim 15 ildən çox sığorta stajı olduğu üçün həmin vəzifəyəuyğun hal-hazırkı inzibati vəzifədə işləyən əməkdaşın vəzifə maaşının 80%-i miqdarında hesablanma aparılmalıdır. Mərhum atası X6 əmək kitabçasınada xx.xx.1968-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 20 il 4 ay 23 gün dövlət qulluğu stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli ********** saylı məktub göndərərək həmin dövrlərin dövlət qulluğu stajına daxil olmadığını bəhanə edir, halbuki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli bölməsində (əvvəlki dövrdə Azərbaycan SSR-nin Kənd təsərrüfatı idarəsi - Aqropromlarda) işləyən və hal hazırda həmin vəzifədə işləyənlər dövlət qulluqçusu sayılır. Onun uşaqlıqdan əlilliyi olduğu üçün “Əmək pensiyaları haqqında” Qanununun 14-cü maddəsinin tələblərinə əsasən, hal-hazırda İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə ümumi əsaslarla aldığı əmək pensiyasının aylıq məbləği 268,62 manat təşkil edir. Mərhum atasının sığorta stajını onun pensiyasına dövlət qulluqçusu kimi deyil ümumi əsaslarla hesablanmaqla onun hüququ pozulmuşdur. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət SosialMüdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması, almadığı dövrlər hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-1171/2023 nömrəli inzibati iş vardır.İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır.Hesab edirik ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik.Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.İddiaçının mərhum atası X9 vaxtilə işlədiyi vəzifələronun vəfat etdiyi 3 aprel 1992-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.Məhkəmənin nəzərinə çatdırırıq ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixdən qüvvəyə minmişdir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu “Dövlət qulluğu haqqında’’ Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının ştat cədvəllərinin hazırlanması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.Beləliklə, məhkəmə “İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması, almadığı dövrlər hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1171/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atası X6 əmək kitabçasında qeyd olunmaqla 1975-1992-ci illərdə dövlət qulluğunda ümumilikdə 17 il sığorta stajı vardır. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Mərhum atası X6 1975-1992-ci illərdə dövlət qulluğu vəzifələrində işləməsi barədə əmrlər əmək kitabçasında mövcuddur. Həmin idarələr ləğv olmasına baxmayaraq onların yerində yaranmış idarələrdə işləyən vətəndaşlara dövlət qulluğu barədə əlavələr edilərkən həmin dövrlər nəzərə alınır. Atam vəfat etdiyi üçün 1975-1992-ci illərə aid dövlət qulluğu stajı Şirvan İnzibati Məhkəməsi tərəfindən nəzərə alınmamaqla Konstitusiya hüquqları pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1171/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi; ... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.7. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.8. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.9. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı; ... 1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd; ... Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”

3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması, almadığı dövrlər hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X6 əmək kitabçasında xx.xx.1968-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi orqanlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövlət qulluğunun aparıldığı orqanlar sırasına daxil deyildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı təsdiq edilmişdir. Lakin iddiaçının mərhum atası X6 əmək kitabçasında xx.xx.1968-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cıil tarixədək işlədiyi müddətlərlə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda xx.xx.1968-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Puşkin rayonKənd Təsərrüfatı İdarəsinin X10ndə müfəttiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci ilədək Puşkin rayon X2 və elektrikləşdirmə İstehsal Birliyində baş mühəndis, xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci ilədək Puşkin rayon Kənd Təsərrüfatı İdarəsində böyük mühəndis mexanik, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həmin idarədə böyük mühəndis müfəttiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı ilədək Rayon Kənd Təsərrüfatı İdarəsinin ləğv edilməsi, X31 yaradılması ilə rayon müfəttişliyi baş inspektoru X23 baş mühəndis işləmiş, mövcud olan vəzifələrin Təsnifat Toplusunda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Buna görə dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı əlavə təqdim etdiyi arxiv arayışı müraciətinə əlavə edilməklə İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə müraciət edib. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur və Biləsuvar şəhəri Nizami Gəncəvi küçəsi 127-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X16 xx.xx.1965xx.xx.1968-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X16 xx.xx.1965-ci ildə Avtoyürüş emalatxanasının mexaniki təyin edilmişdir. xx.xx.1965-ci ildə Pambıqyığan maşınların xüsusi dəstəsinin baş mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.1966-cı ildə Xüsusi istansiyanın baş mühəndisi vəzifəsinə keçirilmişdir.xx.xx.1966-cı ildə Texniki nəzarətin baş mühəndisi vəzifəsinə keçirilmişdir.xx.xx.1968-ci ildə “Azərkəndtəstexnika” Respublika Birliyinin xx.xx.1968-ci il tarixli 67 saylı əmrinə əsasən “Azərkəndtəstexnika” Puşkin RŞ-da tutduğu vəzifədən azad edilməklə X19 İstehsalat İdarəsinin tabeliyinə keçirilmişdir. İş materiallarında olan X7 aid dövlət qulluqçusunun anket məlumatlarından görünür ki, X13 xx.xx.1999-xx.xx.1999- cu illərdə Biləsuvar rayon MTTİİS-də qeydiyyat inspektoru, xx.xx.1999-xx.xx.2000-ci illərdə X25 İdarəsində çilingər, xx.xx.2000-xx.xx.2015-ci illərdə Biləsuvar rayon DTNM-da mühəndis-müfəttişi, xx.xx.2016-xx.xx.2016-cı illərdə Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Baş Dövlət X10, rayon (şəhər) DTN Müfəttişlikləri, Biləsuvar rayon bölməsi üzrə Müfəttişlikdə baş məsləhətçi, xx.xx.2016xx.xx.2018-ci illərdə Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Baş Dövlət X10, rayon (şəhər) DTN Müfəttişlikləri, Biləsuvar rayon bölməsi üzrə Müfəttişlikdə baş məsləhətçi, xx.xx.2018-xx.xx.2019-cu illərdə Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Baş X23 Xidmətinin Salyan Regional bölməsində baş məsləhətçi vəzifəsindəişləmişdir. xx.xx.2019-cu ildən hal-hazıra kimi Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Dövlət Aqrar X12 təsərrüfatı sektorunda texnikinəzarətin təşkili üzrə baş məsləhətçi vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar rayon Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 198 nömrəli məktubunda göstərilmişdir ki, sənədin surətinin təsdiqi zamanı, notarius tərəfindən surətin məzmununda hər hansı dəyişiklik edilməsi, o cümlədən sənədin əslində kiril əlifbası ilə yazılmış mətni latın əlifbasına çevirməklə surətində dəyişiklik olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, notarius surətin təsdiqi zamanı, sənədin surətinin əsli ilə düzgünlüyünü təsdiqləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-295/23 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayon Qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktuba cavab olaraq, X6 ölümü haqqında arayış göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X18 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-1161/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Mərkəzdə mövcud olan sənədlər əsasında 1968-1990-cı illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı idarəsinin hüquqi statusunu müəyyən etmək mümkün olmamışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı izahatına əsaslanaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu verilmiş və “İddiaçı mərhum atası ilə eyni müəssisədə, eyni vəzifədə işləmiş X8 dövlət qulluqçusu kimi əmək pensiyası alıb-almaması, dövlət qulluqçusu kimi əmək pensiyası aldığı halda Puşkin rayon Kənd Təsərrüfatı İdarəsində X10ndə işlədiyi dövrlərin və müfəttiş vəzifələrinin ona pensiya təyin olunarkən dövlət qulluqçusu stajı kimi nəzərə alınıb-alınmaması” barədə məlumatı və həmin məlumatı özündə əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 20 avqust 2024-cü il tarixli, 3-17-1/2-199010/2024 nömrəli məktubdan və ona əlavə edilmiş pensiya işinin içərisində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət X3 xx.xx.2016cı il tarixli, 08k nömrəli arayışdan görünür ki, X17 xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixə kimi Baş Dövlət Texniki X4 rayonu üzrə DTNM-nin rəisi vəzifəsində işləmiş və onun həyat yoldaşı X5 Fondun Biləsuvar rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən X26 İnkişaf Mərkəzinə sorğu verilmiş və “İddiaçı mərhum atası X6 1968-1990-cı illərdə işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsi və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş X23 Xidmətinin regional bölməsində baş məsləhətçi vəzifəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət X29 X26 X14-təsərrüfat sektorunda baş məsləhətçi vəzifəsinin eyni vəzifə olub-olmaması, yəni həmin vəzifələrin eynilik təşkil edib-etməməsi, o cümlədən həmin vəzifələrin dövlət qulluğu vəzifəsi hesab olunub-olunmaması” barədə məlumatı və həmin məlumatı özündə əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq X26 İnkişaf Mərkəzindən məhkəməyə daxil olmuş 19 sentyabr 2024-cü il tarixli, 3-22-3-12/2-75/2024 nömrəli məktubdan məlum olur ki, X26 inkişaf Mərkəzinin maliyyə-təsərrüfat sektorunda texniki nəzarətin təşkili üzrə baş məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsidir. X18 dövlət qulluğu üzrə elektron xidmətlər bölməsində müvafiq vəzifənin qulluq funksiyaları göstərilmişdir: Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyata alınmış nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarəti təşkil etmək; Hüquqi və fiziki şəxslərə məxsus olan texnikaları, digər nəqliyyat vasitələrinin və onların qoşqularının qeydiyyatını aparmaq; Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunun və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin etmək; Müasir tipli texnikaların idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasında iştirak etmək; Aylıq, rüblük və illik hesabatları rəhbərliyə rəhbərliyə təqdim etmək; Səlahiyyəti daxilində sektora olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq; Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək. İşin müəyən edilmiş faktiki hallarına görə İddiaçı hazırda İİİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə ümumi əsaslarla 268.62 manat pensiya alır. O, cavabdeh orqana müraciət edərək mərhum atasıX6 əmək kitabçasında qeyd edilən xx.xx.1968-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Puşkin rayon Kənd Təsərrüfatı İdarəsinin X10ndə müfəttiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci ilədək Puşkin rayon X2 və elektrikləşdirmə İstehsal Birliyində baş mühəndis, xx.xx.1976-cı iltarixdən xx.xx.1980-ci ilədək Puşkin rayon Kənd Təsərrüfatı İdarəsində böyük mühəndis mexanik, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həmin idarədə böyük mühəndis müfəttiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı ilədək Rayon Kənd Təsərrüfatı İdarəsinin ləğv edilməsi, X31 yaradılması ilə rayon müfəttişliyi baş inspektoru, X23 baş mühəndis işlədiyi dövrləri dövlət qulluğu stajı kimi nəzərə alınaraq, İİİ dərəcə əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını, almadığı dövrlərin hesablanaraq ona ödənilməsi xahiş etmişdir. Lakin, cavabdeh orqan İddiaçı mərhum atası X6 vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi 3 aprel 1992-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmədiyini bildirərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, apellyasiya icraatında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, həmçinin iddiaçının mərhum atası X16 ilə eyni müəssisədə, eyni vəzifədə işləmiş X17 xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixə kimi Baş Dövlət Texniki X4 rayonu üzrə DTNM-nin rəisi vəzifəsində işləmiş və onun həyat yoldaşı X5 Fondun Biləsuvar rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mərhum atası X6 1968-1990-cı illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı idarəsində iş müddəti ilə bağlı məhkəmənin sorğusuna cavabında Azərbaycan Respublikası X18 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2- 1161/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Məhkəmə kollegiyası aparılan araşdırmanın nəticəsi olaraq bildirir ki, yuxarıda qeyd edilən xüsusatlar üzrə nə inzibati orqan tərəfindən nə də birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun mərhum atasının 1968-1990-cı illərdə işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsi və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmasından və bunun üzərindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının və qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan və daha sonra birinci instansiya məhkəməsi mübahisəyə dair qərar qəbul edərkən iddiaçının mərhum atasının 1968-1990-cı illərdə işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsi və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsində işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almamış və bu zaman həmin vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişlər. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsinin və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Bu mənada məhkəmələr nəzərə almalıdır ki, hazırkı mübahisənin həlli məhz iddiaçının mərhum atasının 1968-1990-cı illərdə işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsinin və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsinin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır. Bu məqsədlə iddiaçının mərhum atasının işlədiyi orqanın dövlət orqanları sistemində statusu və yeri müəyyən olunmalı, yalnız bundan sonra iddiaçının mərhum atasının həmin orqanda tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmamasına qiymət verilməlidir. Bu zaman “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsinin mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurumlar dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Mübahisəyə dair iş üzrə materiallardan da görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Eyni zamanda iddiaçının mərhum atasının mübahisəli dövrlərdə gördüyü əmək funksiyaları hazırda fəaliyyət göstərən X26 inkişaf Mərkəzinin maliyyə-təsərrüfat sektorunda texniki nəzarətin təşkili üzrə baş məsləhətçi vəzifəsinin funksiyaları ilə eynilik təşkil edir və həmin vəzifə dövlət qulluğu vəzifəsidir. Lakin, cavabdeh inzibati orqqan və daha sonra isə birinci instansiya məhkəməsi iddiaçının 1968-1990-cı illərdə işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsinin və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayətlənmiş, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində tələb olunan qaydada araşdırma aparmamışdır. Halbuki, mübahisənin obyektiv həlli məqsədilə cavabdeh orqan bu qərarda qeyd edilən qaydada Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsinin statusunu, eləcə də həmin müəssisələrdə böyük müfəttişin və böyük mühəndis mexanikin səlahiyyətlərini, onların həyata keçirdiyi fəaliyyətin funksional məzmununu, eləcə hazırda mövcud olan və dövlət qulluğu vəzifəsi hesab edilən X26 inkişaf Mərkəzinin maliyyə-təsərrüfat sektorunda texniki nəzarətin təşkili üzrə baş məsləhətçi vəzifəsini və hüquqi-funksional statusunu müəyyən edən müvafiq normativ hüquqi aktları, o cümlədən qanunları, əsasnamələri, vəzifə təlimatlarını əldə etməli və həmin qanunvericilik aktlarının müddəalarının müqayisəli təhlili və təfsiri baxımından qeyd olunan vəzifələrin uyğunluğunu araşdırmalı, yalnız bundan sonra iddiaçının işlədiyi “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində X3 böyük müfəttişi vəzifəsinin və “Azərkəndtəstexnika” Puşkin rayon kənd təsərrüfatı İdarəsində böyük mühəndis mexanik vəzifəsinin dövlət qulluğu vəzifəsi olubolmadığına qiymət verməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası hazırki qərardan kassasiya şikayətinin verilməsinin mümkünlüyünə qiymət verilməsindən ötrü apellyasiya və kassasiya şikayəti vermək hüququna dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mərkəzi normaları qismində çıxış edən 81.2-ci və 90.2-ci maddələrinin müddəalarına nəzər yetirməyi hesab edir: Belə ki, həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçılarının şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır. Yəni, qəbul edilmiş məhkəmə qərarı ilə məhkəmə icraatının iştirakçılarının tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları məhkəmə icraatının iştirakçılarının “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 17 fevral 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə məhkəmə kollegiyası hesab etmişdir ki, inzibati orqan kimi cavabdeh ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Göründüyü kimi, hazırkı mübahisə məhkəmə kollegiyası tərəfindən mahiyyəti üzrə tam həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən iddiaçı və cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə iddiaçı və cavabdehin ziyanına da şərh oluna bilməz. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından inzibati məhkəmə icraatı iştirakçılarının “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, inzibati məhkəmə icraatı iştirakçılarının (iddiaçı və cavabdehin) apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir. Onu da qeyd etmək lazımdır ki, məhkəmənin mövqeyi nəzərə alınmaqla inzibati orqan müraciətə yenidən baxarkən təkrar müraciətin icrasından imtina edərsə, iddiaçı yenə də iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yəni, yuxarıda qeyd edilənlərdən çıxış edərək, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində cavabdeh tərəfindən veriləcək imtinanı məhkəmədə mübahisələndirmək hüququ vardır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, məhkəmə kolegiyasının hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1171/2023 saylı qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Məhkəmə kollegiyasının hüquqi mövqeyi nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar