Məhkəmə qərarları › İş №2-1(106)-171/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-171/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-171/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Hüquqi Şəxsinə qarşı “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qəbul edilmiş qərarın səbəb əlaqəsinin dəyişdirilərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsində iştirak etmiş və 1994-cü ildə döyüş zamanı “Mina” partlaması nəticəsində yaralanaraq * saylı Bakı şəhər Klinik xəstəxanasına gətirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyasının ##.##.2020-ci il tarixli qərarı ilə şəhadətləndirilmişdir. Qərarda Hərbi tramvadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Cavabdeh orqanın ##.##.2017-ci il tarixli Əlilliyin Qiymətləndirilməsinə dair *******AAB*F saylı ** nömrəli forma arayışında “kəllədaxili taravmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Travmatik arxanodit. Kompleks parsial qıcolma travmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epilestik sindiromlar, tez-tez təkrarolunan epileptik qıcolma travmaları (ayda 5-6 dəfə) diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin etmiş və əliliik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik” olduğu qeyd edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqanın ##.##.2023-cü il tarixli imtina məktubu ilə Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı Qərarına istinad edilməklə “Əlilliyin müəyyən olunması Meyarlarına” müvafiq olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda bildirilmişdir ki, ümumi xəstəlikdən olan xəstəliklə bağlı əlilliyin təyinatı üçün müraciət edə bilər. Sonrakı müddətlərdə səhətinin daha da ağırlaşmasına baxmayaraq sonuncu dəfə əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilərək əlillik dərəcəsinin verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd etmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: "Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Koksartroz [bud-çanaq oynağının artrozu], Hər iki bud-çanaq oynağının koksartrozu.)”;.Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. 8. Neftçala rayon sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2000-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşadı 1/3-nin, sol bel-oma nahivvəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında minaya düşərək yandığını, bud-çanaq oynağına endoprotez qoyulmalı olduğunu bildirmiş, qıcolma tutmalarını yatdığı zaman bədən əzələlərinin yığılması kimi təsvit etmiş, medikamentoz preparatlardan “Fillepsal”, “Fenozepam” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Təqdim olunmuş ##.##.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Kartından Çıxarışda diaqnoz “Kəllədaxili travmalarm nəticələri, Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileptik qıcolma tutmalarıda 5-6 dəfə)" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu-deoressiv əlamətlərin üstünlüyü-xroniki ağrı sindromu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Oksigen Klinikasının ##.##.2022-ci il tarixli Bud çanaq MR müayinəsinin nəticəsi “Hər iki bud basında solda daha ciddi olmağla avaskulvar osteonekroz lehinə geografik tərzdə demarkasion xətti geyd edildi. Hər iki femur başında ciddi kollaps izlənilməsədə. kortikal nahamarlıq diqqəti çəkdi. Sol bud başı və boynunda eləcədə proksimal diafizində intramedullar sümük iliyi ödemi geyd edildi. Solda bud-çanag oynag ətrafında iliopsas bursiti lehinə-6.5x3x2 sm ölçüsündə maye kolleksiyası izlənildi. Ətraf yumşaq toxumalar ödemi idir" kimi qeyd olunmuşdur. Medistyle Hospitalın ##.##.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı elektrofizioloii göstəricilər sol ayağda L4, L5, S1 əzələlərdə radikulopatiya lehinə dəyərləndirilib kimi olunmuş, əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travmasından sonrakı vəziyyət. Hər iki bud çanağ oynağının bud sümüklərinin avaskulvar nekrozu. Hər iki bud çanaq oynağının IV mərhələ koksartrozu. Hər iki bud canag oynağının kəskin kontrakturası. bükmə 150 dərəcə, açma 120 dərəcə, uzaqlaşma 5 dərəcə. Sol diz oynağının deformasivaedici artrozu. bükücü kontrakturası bükmə 130 dərəcə. Yerişin kəskin pozulması. Qoltugağacı ilə olması. Dayaq hərəkət funksiyasının pozulması. Ağrı sindromu" kimi qeyd olunmuşdur. Istanbul NS klinikasının ##.##.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplazivası. Hər iki lateral mədəciklərin ön buynuzları ətraflnda millimetrik ölçülərdə qeyri spesifik glioz ocağları mövcuddur. Alın paylarının ön kəsimlərində, gicgah paylarında yüngül subatrofiyaya bağlı parenxima həcmində azalma, subaraxnoidal və ekstraaksial məsafələrin yüngül genişlənmələri" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş ##.##.2023-cü il tarixli rentgen şəklində budçanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında ##.##.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tаriхli, *-*(***)-****/**** nömrəli qərardadı ilə “Neftçala rayon Mərkəzi Xəstəxanası” X1 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmşdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qəbul edilmiş qərarın səbəb əlaqəsinin dəyişdirilərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(120)-1386/2024 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Bildirmək istəyirik ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı əsalar ilə daxil olmuş, yanıq xəsarətləri aldığını, belində sınıq olduğunu, həmin vaxt təxminən 2 il yeriyə bilmədiyini, epilepsiya, yuxusuzluq, başağrıları, bud-çanaq oynağında olan ağrılardan əziyyət çəkdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan Fenozepam, Finlepsal, Probegin, Tramadol qəbul etdiyini bildirmişdir. Anamnezində tutmalarının ay ərzində təxminən 4-5 dəfə olduğunu, 5- 10, hətta 20 dəqiqə davam etdiyini, ailə üzvlərinin onu böyrü üstə çevirdikləri zaman nisbətən sakitləşdiyini ifadə etmişdir. Müayinə zamanı sağ saidin aşağı 1/3-də, belində səthi yanıq çapıqları izlənilmiş, bud-çanaq oynağında 180-150 dərəcəarası hərəkət göstərmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura müəyyən edilməmişdir. Vətəndaşın arterial təzyiqi 130/80 mm.c.st, saturasiyası Sp02 98%, nəbzi 96 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmişdir. Nevroloji və psixiatrik cəhətdən əlillik təyinatına əsas verə biləcək patologiya aşkar olunmamışdır. Hərbi qərarda qeyd edilmiş travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Yanaşı olaraq əlillik təyinatına əsas verən bud-çanaq oynağının koksatrozunun xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçını cavabdehin apellyasiya şikayətinə qarşı etiraz irəli sürərək bildirmişdir ki, ona təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə “Neftçala rayon Mərkəzi Xəstəxanası” X1nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tаriхli, *-*(***)-****/**** saylı qərardadı ləğv edilmişdir. Iddiaçının nümayəndəsi vəkil X2 məhkəmə kollegiyası tərəfindən edilmiş hüquqi yardımı nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını bildirmiş, iddia tələbinə "cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, *******0004 saylı qərarın ləğv edilməsi və həmin tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə 35-60% faiz əlillik dərəcəsinin təyin edilməsi" kimi baxılmasını xahiş etmişdir. Iddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Iddiaçının nümayəndəsi vəkil Ziya Ələsgərov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Iş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qəbul edilmiş qərarın səbəb əlaqəsinin dəyişdirilərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik təyin edilməsinə əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2000-ci il tarixli *** nömrəli qərarının və iddiaçıya ##.##.2017-ci il tarixdə təyin edilmiş əvvəlki qərarın səbəb əlaqə hissədə düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Iddiaçıya təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli qərarından görünür ki, İddiaçı ##.##.1994-cü ildə mina partlaması nəticəsində yaralanması, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” qeyd edilmişdir. Işdə olan Müdafiə Nazirliyinin Arxivinin ##.##.2000-ci il tarixli, **/*-**** nömrəli arayışından görünür ki, N saylı hərbi hissədə xidmətdə olmuş, xidməti vəzifəsini yerinə yetirərkən ## ### 1994-cü il tarixdə yaralandığına görə komandirin ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X10-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) ##.##.2023-cü il tarixdə aşağıda adları göstərilən 30 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2000-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, sol bel-oma nahiyyəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında minaya düşərək yandığını, bud-çanaq oynağına endoprotez qoyulmalı olduğunu bildirmiş, qıcolma tutmalarını yatdığı zaman bədən əzələlərinin yığılması kimi təsvit etmiş, medikamentoz preparatlardan “Fillepsal, “Fenozepam" qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Təqdim olunmuş ##.##.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. X9 ##.##.2022-##.##.2022-ci il tarixli X11 diaqnoz “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileotik qıcolma tutmaları (ayda 5- 6 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusi-depressiv əlamətlərin üstünlüvüxroniki ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. “Oksigen Klinikasının” ##.##.2022-ci il tarixli Bud çanaq MR müayinəsinin nəticəsi uHər iki bud başında solda daha ciddi olmaqla avaskulyar osteonekroz lehinə geoqrafik tərzdə demarkasion xətti qeyd edildi. Hər iki femur basında ciddi kollaps izlənilməsədə, kortikal nahamarlıq diqqəti çəkdi. Sol bud başı və boynunda eləcədə proksimal diafizində intramedullar sümük iliyi ödemi qeyd edildi. Solda bud-canaq oynaq ətrafında ilioosas bursiti lehinə -6.5x3x2 sm ölçüsündə maye kolleksiyası izlənildi. Ətraf yumşaq toxumalar ödemlidir" kimi qeyd olunmuşdur. “Medistyle Hospitalın” ##.##.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı elektrofizioloii göstəricilər sol ayaqda L4, L5. S1 əzələlərdə radikulopatiya lehinə dəyərləndirilir'' kimi olunmuş, əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travmasından sonrakı vəziyyət. Hər iki bud canaq oynağının bud sümüklərinin avaskulvar nekrozu. Hər iki bud çanaq oynağının IV mərhələ koksartrozu. Hər iki bud çanaq oynağının kəskin kontrakturası, bükmə 150 dərəcə, acma 120 dərəcə, uzaqlaşma 5 dərəcə. Sol diz oynağının deformasivaedici artrozu, bükücü kontrakturası bükmə 130 dərəcə. Yerişin kəskin pozulması. Qoltuqağacı ilə olması. Dayaq hərəkət funksiyasının pozulması. Ağrı sindromu" kimi qeyd olunmuşdur. “Istanbul NS klinikasının” ##.##.2023cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki lateral mədəciklərin ön buynuzları ətrafında millimetrik ölçülərdə qeyri spesifik qlioz ocaqları mövcuddur. Alın paylarının ön kəsimlərində, gicgah paylarında yüngül subatrofiyaya bağlı parenxima həcmində azalma, subaraxnoidal və ekstraaksial məsafələrin yüngül genişlənmələri" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş ##.##.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında ##.##.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) müxtəlif tarixlərdə aşağıda adları göstərilən 13 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Neftçala rayon sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin J********BVC nömrəli ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-14480/2023). Növbəti dəfə *-**-*/*-****/**** nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Işdə olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ### 2025-ci il tarixli, **/*** nömrəli məktubundan görünür ki, MN MHHK-nın vətəndaş İddiaçı barəsində qəbul etdiyi ##.##.2000-ci il tarixli *** nömrəli qərar hal-hazırda qüvvədədir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## #### 2000-ci il tarixində Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmiş və ona “hərbi travmadır, AR ərazi bütövlüyü zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Bundan sonra iddiaçıya ## ###### 2017-ci il tarixdə ilkin olaraq 5 il müddətinə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı barəsində sonuncu göndəriş olan ##.##.2023-cü il tarixli J*******BVC nömrəli (sistemə yerləşdirilmə tarixi:##.##.2023) göndəriş əsasında ##.##.2023-cü il tarixdə qərar qəbul edilərək əlillik təyin edilməsindən imtina olunmuş, ümumi xəstəlik səbəbi ilə əlaqədar yeni göndərişin verilməsi məsləhət görülmüşdür. ## #### 2023-cü il tarixdə əvvəlki ##.##.2023-cü il tarixli J*******BVC nömrəli (sistemə yerləşdirilmə tarixi:##.##.2023) göndəriş əsasında iddiaçı barəsində yeni qərar qəbul edilərək ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Eyni göndəriş əsasında iddiaçı barəsində cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və ona ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqanın ##.##.2024cü il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Iddiaçı əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qərarı ilə razılaşmayaraq hazırki iddianı qaldırmış və birinci instansiya məhkəməsinin hüquqi yardımı ilə ##.##.2024-cü il tarixli qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində göstərilən üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) mövcud olduqda əlilliyin qiymətləndirilməsi Əlavənin 7.6.2.1-ci bəndinə əsasən – “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən əsas diaqnoz - T90.5-Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Ağırlaşmalar - Üzvi mənşəli şəxsiyyət pozuntusudepressiv əlamətlərin üstünlüyü – xroniki ağır sindrom (F07.0), generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya xəstəliyi tez-tez cəngolma tutulmaları ilə (G40.3)), yanaşı xəstəliklər - Koksartoz bud-çanaq oynağının artrozu hər iki bud çanaq oynağının koksartrozu (M16)) diaqnozu ##.##.2023-cü il tarixdə əlilliyin təyini ilə bağlı J********BVC №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını və onun səbəb əlaqəsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ##.##.2025-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tapşırılmışdır. Birlik tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Salyan rayonlararası Psixiatriya Xəstəxanasına göndərilmiş və ##.##.2026-cı il tarixdə xəstəxanada komissiya tərəfindən müayinə olunaraq “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu-depressiv əlamətlərin üstünlüyü-xroniki ağrı sindromu” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Neftçala rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, J00074663BVC göndərişində XBT-10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşmalar: Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu-depressiv əlamətlərin üstünlüyü-xroniki ağır sindrom, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya xəstəliyi tez-tez cəngolma tutulmaları ilə. Yanaşı xəstəliklər: M16koksartoz (bud-çanaq oynağının artrozu), hər iki bud-çanaq oynağının koksartrozu” diaqnoz ona stasionarda müalicəsi zamanı klinik, anamnestik, funksional, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir və xəstəliklər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli, *** nömrəli Qərar ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni xəsarətlərlə əsas xəstəlik və onun ağırlaşmaları arasında səbəb əlaqəsinin olmasını inkar etmək olmaz. Qərardadın üçüncü bəndində qeyd edilən xəstəliklər yanaşı xəstəliklərdir və onun xəsarətlərlə səbəb əlaqəsi yoxdur, yəni göndərişdə yanaşı xəstəlik kimi əks olunan “Koksartoz (bud-çanaq oynağının artrozu), hər iki bud-çanaq oynağının koksartrozu” diaqnozunun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli *** nömrəli Qərar ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, xəstəliklərə aid edilmirlər. Belə ki, xəstəliklər beynəlxalq təsniftla ayrıca nazoloji xəstəlik vahidləridir. Göründüyü kimi əlilliyin müəyyən edilməsindən ötrü iddiaçı İddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu ##.##.2023-cü il tarixli, J********BVC saylı Forma 088 göndərişdə əks olan diaqnoz ilə ekspert rəyində və digər tibbi sənədlərdə olan əsas diaqnoz və ağırlaşmalar eynilik təşkil edir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçının əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)), 6.7-ci (Epilepsiya (G40)), yanaşı xəstəliyi isə 13.4-cü (Koksartroz (bud-çanaq oynağının artrozu) (M16)) bəndlərinə uyğundur. Ekspert rəyindən də göründüyü kimi göndərişdə əsas diaqnoz kimi əks olunan “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlərin üstünlüyü, xroniki ağır sindrom” (F07.0) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli *** nömrəli Qərar ilə müəyyən oluna xəsarətlərlə əlaqəlidir. Yanaşı xəstəlik kimi əks olunan “Koksartoz (bud-çanaq oynağının artrozu), hər iki bud-çanaq oynağının koksartrozu” diaqnozunun isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli *** nömrəli Qərar ilə müəyyən edilmiş xəsarətlərlə əlaqəsi yoxdur. Eyni zamanda işdə olan göndərişin “status localis”ində (həkimin obyektiv müşahidəsindən) də qeyd olunur ki, kəllə beyin sinirlərində patologiya qeyd edilmir. Xəstədə həftə ərzində 1-2 dəfə cəng olma tutması qeyd olunur. Tutmaları olduğunu əvvəlcədən hiss edir. Ağızdan köpük gəlir, huşunu itirir. Hər iki bud çanağı oynağında hərəkət məhdud və ağrılıdır. Yerişi çətin, yeriş tərzi pozulub. Əl ağacından istifadə edir. Xəstənin daimi olaraq müalicəyə ehtiyacı vardır. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki yuxarıda qeyd edilən həkim müayinəsi nəticələri “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1. bəndində (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) əks olunan patofunksional dəyişiklərə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı yuxarıda müəyyən edilən xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1. bəndinə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) uyğundur və həmin bəndə əsasən onun əlilliyi 35-60% dərəcə ilə iki il müddətinə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Bununla belə əlilliyin təyinat tarixini və mübahisələndirilən qərarın müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Ali Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli icmal məktubunda əks olunan hüquqi dəyərləndirmənin nəzərə alınması zəruridir. Belə ki, həmin məktuba əsasən məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduqda əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Bəzi hallarda isə sonuncu imtina qərarından sonra iddiaçının təkrar əyani müayinəsi aparılır və yenidən imtina barədə nəticəyə gəlinməklə müvafiq qərar qəbul edilir. Belə hallar mövcud olduqda əlillik təkrar müayinə tarixindən və ya həmin müayinənin nəticəsinin rəsmiləşdirildiyi qərarın tarixindən müəyyən oluna bilməz, əlillik yenə də sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən təyin edilməlidir. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində sonuncu göndəriş ##.##.2023-cü il tarixdə rəsmiləşdirilmiş və həmin göndəriş əsasında cavabdeh tərəfindən iddiaçıya xüsusi səbəbdən əlillik verilməsindən imtina edilməsi ilə bağlı ##.##.2023-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdehin iddiaçı barəsində qəbul etdiyi sonrakı qərarlar isə xüsusi səbəbdən əlillik verilməsindən imtina ilə bağlı ##.##.2023-cü il tarixli qərarın qüvvədə saxlanılması və ümumi səbəbdən xəstəliklə bağlı əlilliyin təyinatı ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddiaçı İddiaçı iddianı qaldırmaqda hüquqi marağı isə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, yəni xüsusi səbəbdən əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır. Bu arada qeyd edilməlidir ki, hazırda mübahisələndirilən ##.##.2023-cü il tarixli qərardan inzibati icraat qaydasında şikayət verilməsinin qaydası və müddəti də cavabdeh tərəfindən iddiaçıya izah edilməmişdir. Həmçinin həmin qərarda hüquqi müdafiə vasitələri göstərilməmişdir. Halbuki “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu baxımdan iddiaçının həmin normaya istinad etməklə 6 ay ərzində yuxarı inzibati orqana müraciət etmək imkanı olmuşdur ki, bu hal onun müddətin ötürülməsi anlamına gələ bilməz. Işin hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsində israrlıdır və buna görə lazımi qaydada səlahiyyətli orqana müraciət etmiş və ##.##.2023-cü il tarixli yeni qərar onun müraciəti əsasında qəbul edilərək xüsusi səbəbdən əlillik verilməsindən imtina ilə bağlı ##.##.2023-cü il tarixli qərarın qüvvədə saxlanılması ilə bağlı olmuşdur. Yəni ##.##.2023-cü il tarixli imtina qərarından sonra qəbul edilmiş qərarlar yeni göndəriş əsasında deyil, iddiaçının şikayəti əsasında qəbul edilmiş qərarlardır. Beləliklə də cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarın iddiaçının şikayəti əsasında qəbul edildiyi, həmin qərarla onun tələbinin təmin olunmadığı və həmin qərarda hüquq müdafiə vasitələrinin göstərilmədiyi üçün “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsinə əsasən 6 ay ərzində yuxarı inzibati orqana müraciət etmək hüququnun olduğu nəzərə alınsa iddiaçı ##.##.2023-cü il tarixli qərarın məhkəmə qaydasında mübahisələndirilməsi üçün prosessual müddəti ötürməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirmədən çıxış edərək belə qənaətə gəlir ki, iddiaçı hüquqi marağına uyğun sonuncu göndəriş əsasında qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarı mübahisələndirməli və əlilliyin təyinat tarixi həmin qərarın qəbul edildiyi tarixdən müəyyən edilməlidir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına və qanunvericiliyin tələbinə uyğun düzgün inzibati aktın mübahisələndirlməsi ilə bağlı iddiaçıya hüquqi yardım etməmiş və bununla da əlilliyin təyinat tarixini düzgün müəyyən etməmişdir. Iddiaçının hüquqi marağının təmin edilməsi məqsədi ilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən hüquqi yardım göstərilmiş və iddiaçının tələbi “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, *******0004 saylı qərarın ləğv edilməsi və həmin tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə 35-60% faiz əlillik dərəcəsinin təyin edilməsi” kimi dəqiqləşdirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi səhv olaraq iddiaçıya göndərişdə (Forma 88-də) yanaşı xəstəlik kimi əks olunan “koksartoz (bud-çanaq oynağının artrozu)” diaqnozu ilə ümumi səbəbdən əlilliyin təyin edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** saylı qərarının səbəb əlaqəsini dəyişərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” etmişdir. Halbuki, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıda olan yanaşı xəstəliyin onun hərbi xidmət zamanı aldığı xəsarətlərlə səbəb əlaqəsi yoxdur, yəni göndərişdə yanaşı xəstəlik kimi əks olunan “Koksartoz (bud-çanaq oynağının artrozu), hər iki bud-çanaq oynağının koksartrozu” diaqnozunun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.2000-ci il tarixli *** nömrəli Qərar ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi xəstəliklərə aid edilmir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və yeni tələb üzrə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, *******0004 saylı qərar ləğv edilsin və həmin tarixdən iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar