Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-172/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və X5 ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2011/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********733500 qərarla İddiaçı adına yazılmış, kameral qaydada əlavə olaraq hesablanmış 3649.80 (üç min altı yüz qırx doqquz manat. 80 qəpik) manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi kimi qeyd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2011/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi kimi qeyd edilməsi haqqında qərardad qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **********), fəaliyyət kodu- 47302 və fəaliyyət növüyanacaqdoldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə Lənkəran rayonunda məşğul olur. Müəssisə fəaliyyət dövründə hər il dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi və sosial vergilər ödəməklə yanaşı, göstərdikləri pərakəndə satışa görə 2021-cu ildə ƏDV-ə görə 17572,90 manat Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına köçürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarla, kameral yoxlama nəticəsində 2021-ci il üçün, İddiaçınə (KM) 3649,80 (üç min altı yüz dırx doqquz manat 80 qəpik) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, 2021-ci il üçün təqdim etdikləri “Mənfəət vergisi” bəyannaməsi üzrə cəmi 2618.24 manat məbləğ göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən 2021-ci il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 6268.04 manat hesablanmaqla 6268.04 manat-2618.24 manat=3649.80 manat əlavə vergi borcunun hesablanması haqqında Qərar verilmişdir. Dövlət Vergi Xidmətinə 16 iyun 2022-ci il tarixli **********733500 saylı məktubla verilən Qərarın ləğv edilməsi ilə bağlı şikayət ünvanlamışlar. Bundan sonra Dövlət Vergi Xidmətində bir müddət sonra guya araşdırma aparıldıqdan sonra, inzibati şikayətin təmin edilməməsi haqqında 16 iyun 2022ci il tarixli **********733500 saylı Qərar verilmişdir. Odur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli **********733500 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Belə ki, hüquqi şəxs- İddiaçı KM, digər tərəf "xxxx" QSC direktor müavini X4 şəxsində xx.xx.2021-cu il tarixli, № 11/462 saylı yanacağın Alış müqaviləsi əsasında, "xxxx" neft şirkətinin Bakı şəhərində yerləşən anbarlarından neft məhsullarını (benzin, dizel yanacağını və s.) Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən YDM-də (X8) pərakəndə satışını təmin etməkdən ötrü bağlanmışdır.Həmin "xxxx" QSC ilə bağlanmış Alış müqaviləsinin 3.1- ci bəndində “Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X11 sifarişçi təşkilat, “öz nəqliyyat vasitələri və vəsaitləri hesabına yanacağın daşınmasını həyata keçirməlidir” qeyd olunmuşdur. Bu o deməkdirki,”Tərəqq” kiçik müəssisəsi, yanacağın daşınmasını 01 yanvar 2021-cu il tarixli, sürücü- fiziki şəxs X12 (VÖEN **********) ilə bağlanmış “Müqavilə” əsasında həyata keçirməlidir. Hər ay daşman yanacağa görə sürücü tərəfindən Vergi məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə eqaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmışdır. Yəni alınmış malların dəyəri AVİS bazasından da göründüyü kimi e-qaimə ilə təqdim edilib və daşınma haqqının bir hissəsi sürücünün bankdakı hesablaşma hesabına köçürülmüş, digər hissəsi “Aliş aktı” ilə sürücüyə nağdı qaydada ödənilmişdir. Lakin 2021-cu il üçün “Mənfəət vergisi bəyannaməsi”-ndə yanacağın daşınması ilə bağlı qeyd etdiyimiz 27614.0 manat “nəqliyyat xərci”nin 9840,0 manat El.Qaimə olduğu üçün gəlirdən çıxılan xərclərə aid edilmiş, digər 17774,0 manat Alış aktı ilə nağdı qaydada aparıldığı üçün gəlirdən çıılan xərclərə aid edilməmişdir. Araşdırma üşün zəruri olan sənədləri tələb edilmiş və vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci,67ci və 83-cü maddələrini əsas gətirərək 2021-ci il üçün 3649,04 manat əlavə mənfəət vergi hesablanmışdır. Bundan əlavə olaraq Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli, 2№ li Qərarının 2.5 bəndini əsas gətirilməklə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edildiyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1; 24.2 və 24.3-cü maddələrinə əsasən inzibati orqan,inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırılmağa borcludur.X14 məlum Qərarına əsasən,’’Sokar PetroleurrTsatdığı yanacağı,alıcının fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınmasına borcludur. Faktiki olaraq “Sokar Petroleum”bunu həyata keçirməmiş və alıcıya bu məhsulun daşınmasını öz nəqliyyat vasitəsi və vəsaiti hesabına həyata keçirməsini bildirmişdir.Bu ziddiyyətli məqamı Vergi Orqanı bilərəkdən nəzərindən qaçımış “Sokar Petroleunf’a yanacağın daşınması onun nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirilməsi tələb olunmaqla ciddi sanksiyalar tətbiq olunmalı idi.Lakin biz bunun əksini gördük və biz ciddi sanksiyalara məruz qaldıq. Nəticədə sürücüyə 2021-cu il ərzində ödənilmiş 27614.0 manat vəsaitin 9840,0manatı El.Qaimə ilə ödənildiyi üçün ’’Gəlirdən çıxılan xərclər”ə aid edilmiş,digər vəsait 17774,0 manat “nağdı” vəsait olduğu üçün,’’Gəlirdən çıxılan xərclərə”aid edilməmiş və 3649.80 manat kameral yoxlama qaydasında əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Məhkəməyə bildirirəm ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 461-VQD nömrəli Qanuna əsasən nağdı əməliyyatların həyata keçirilməsi qismən məhdudlaşdırılmışdır. Lakin ƏDV məqsədləri üçün qeydiyyata alınmış 200.000,0 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri, yalnız nağdsız qaydada həyata keçirilməlidir. (“Nağdsız hesablaşmalar haqqında 461-VQD Qanuna edilmiş əlavələr” İddia Ərizəsinə əlavə edilir.) Onların da bu daşınmaya görə təqvim ayı ərzində ödədiyimiz vəsait 5.000,0 manatdan artıq olmamışdır. Burada heç bir qanun pozuntusuna və “Vergilər Məcəlləsi”-ndən kənar uyğunsuzluqlara yol verilməmişdir. İddiaçı KM hüquqi şəxs kimi, Vergi məcəlləsinin 108-ci maddəsini əsas tutaraq, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılılır. Müəssisənin 2021-cu il ərzində aylar üzrə cari ƏDV bəyannamələri, illik əmlak, torpaq və mənfəət vergisi bəyannaməsi vaxtında təqdim etməklə bərabər ödənişləri də həyata keçirmişdir. Bu məlumatları şəxsi hesab vərəqəsində və AVİS bazasında də aydın görmək olur. Aylar üzrə təqdim olunmuş ƏDV bəyannamələrində müvafiq aylar üzrə dövriyyələr, əvəzləşən ƏDV məbləğləri, işçi sayı və işçilərə hesablanmış əmək haqqı məlumatları da öz əksini tapmışdır. 2021-cu ilin təqdim olunmuş illik mənfəət vergisi bəyannaməsində də bu göstəricilər - alınmış mallar, əmək haqqı və sosial sığorta xərcləri, enerji, telfon xidməti, bank xidməti və digər xərclər xərc maddələri üzrə göstərməklə öz əksini tapmış və bütün bu yuxarıda qeyd olunanları 6 saylı ərazi vergilər baş idarəsinə təqdim olunmuşdur. 6 saylı Ərazi Vergilər Baş idarəsi “Kameral vergi yoxlaması ilə aparılan araşdırmalar zamanı tərəfinizdən zəruri təsdiqedici səndlər və ya tam əsaslandırılmış izahat təqdim edilmədiyi üçün, müraciətinin nəzərə alınmasının mümkün olmaması” bildirilmişdir. Aşağıdakı faktlardan, səbəblərdən, əsaslandırılmış mötəbər sübut növlərinə istinad edərək, İddiaçı KM- nə yazılmış 2021-cu il üçün, 3649.80 man. məbləğində mənfəət vergisinin müəssisəmizin hesabından silinməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edirəm :1) 6 Saylı Ərazi vergilər idarəsinin qeyd etdiyi,yanacağın daşınması ilə gəlirdən çıxılan xərclərə aid edilməyən 17774,0 manat məbləğ, "xxxx" QSC-dən E-qaimə fakturalarla 2021-cu il ərzində aldığımız, neft məhsullarının, sifarişçinin yanacaqdoldurma məntəqəsinə çatdırılmasından ötəri nağdı qaydada ödənilmiş malın, daşınma xərcidir. Bu nağdı qaydada ödənilmiş, fiziki şəxs olan sürücü- X9 (vöen - **********) , "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, Alış müqaviləsinin ЗЛ- ci bəndinə uyğun olaraq həyata keçirilmişdir (Müqavilə əlavə edilir). 2021-cu il ərzində "xxxx" QSC-dən alınmış bütün yanacağı fiziki şəxs X12, idarə etdiyi ** KT *** nömrəli avtosisternlə daşımaqla, İddiaçı X8ndə boşaldılmışdır. Fiziki şəxs (vöen - **********) X12 6 Saylı Ərazi vergilər idarəsində qeydiyyatda olmaqla, fərqlənmə nişanı əsasında yükdaşımaları həyata keçirir və büdcəyə ödəmələrini də vaxtında ödəməklə, vergidən yayınma hallarına yol verməmişdir və “Vergi Məcəlləsi”nin tələblərinə uyğun vergi hesabatlarını vaxtlı- vaxtında təqdim etmişdir..2) 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən, müəssisəmiz barədə əsassız hesablanmış vergi cərimələri ucbatından, hələ bu azmış kimi, Müəssisəmizin bank hesabına sərəncam qoyulmaqla onun fəaliyyəti bilərəkdən dondurulmuşdur. Bu qanunsuz qərarın ucbatından müəssisəmiz öz fəaliyyətini qismən də olmaqla dayandırmış və orada çalısan işçiləri, öz hesablarına məzuniyyətə göndərmək məcburiyyətində qalmışdır. İsin hüquqi halları: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən; Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Göründüyü kimi yanacağın daşınmasına görə nəqliyyat xərci İddiaçı KM-nin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərə aiddir və bu məbləğ də qanunda qeyd olunduğu kimi gəlirdən çıxılmalıdır. Çünki mən sürücü ilə xidmət müqaviləsi əsasında işləyirəm və hər ay daşınan yanacağa görə ödənişi yuxarıda qeyd olunan nağdsız və nağdı qaydada sürücünün müvafiq hesabına ödəyirəm.Gəlirdən çıxılmayan xərclərin dairəsi Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanmışdır və mənim hazırki vəziyyətim həmin maddədə qeyd olunanların heç birinin təsir dairəsinə düşmür.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.2-ci maddəsində göstərilir ki, vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləgv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yenə də Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. (AR İPM) Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Yenədə həmin məcəllədə, 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçilarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vasatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.12. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər; dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: Qeyd olunan dəlillərlə bağlı bildiririk ki, İddiaçınə (VÖEN **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzərində “hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 979258.70 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.” və “mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1 -ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1 -ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.” məzmunlarda uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluqlar barədə müəssisəyə xx.xx.2022-ci il tarixli **********182000 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdi. Lakin, müəssisə tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər təqdim edilməməklə heç bir münasibət bildirilməmişdi. Qeyd olunanlara əsasən müəssisəyə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə “Vergi Məcəlləsi”nin 37-ci, 67-ci və 83-cü maddələrinə uyğun olaraq baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərə əsasən kameral vergi yoxlaması ilə 3649,8 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********733500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 14 dekabr 2023-cü il tarixli, 2-1(120)-2011/2022 saylı qərarı ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********456800 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(120)-2011/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, aşağıda qeyd olunan səbəblərdən barəsində şikayət olunan qərar qanunsuz və əsassızdır. Belə ki, Şirvan İnzibati Məhkəməsi öz qərarında bildirmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarından və iddiaya etirazından görünür ki, vergi orqanının 15 fevral 2021-ci il tarixli, **********286300 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 3649,80 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2021ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 1425,70 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 3649,80 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, iddianın predmeti olan vergi orqanının xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarının mübahisələndirilməsinin əsasını İddiaçı tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar 6824,00 manat ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi “Tərəqqi"xxxx"Socar Petroleum’’ Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli, № 11/447 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3, 2.4 və 2.5-ci bəndlərinə istinad etmişlər. xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarla ümumiyyətlə aşağıda qeyd olunan məbləğlər üzrə hesablama aparılmamışdır. Məhkəmənin dəlili - İddiaçı tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 3649,80 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2021-ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 1425,70 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 3649,80 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Belə olan halda məhkəmə qərarının şübhə altına alınması üçün birmənalı əsas yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Beləliklə nəticə etibarı ilə məhkəmə inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq vəzifəsi olduğu halların müəyyən edilməsi üzrə vergi orqanını yüklü etmişdir ki, bu da inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2011/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-172/2023 saylı, 13 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 işin yenidən araşdırılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş edir. d) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qərardad qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. Belə ki, iş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 16 may 2022-ci il tarixli **********182000 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 13 may 2022-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1 -ci ( Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşman və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konslruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 979258.70 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarından və iddiaya etirazından görünür ki, vergi orqanının 15 fevral 2021-ci il tarixli, **********286300 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 3649,80 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2021-ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 1425,70 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 3649,80 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, İddiaçı təqdim edilmiş bəyannamə, hesabat üzrə 6.268.04 manat hesablanmış vergi və ya sığorta haqqı, 8236.04 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı, 1968.00 əlavə hesablanmış vergi və ya sığorta məbləği hesablanmışdır. Qərarın 6-cı bəndində qeyd edilmişdir ki, bu qərara əsasən **********733500 saylı, 20220617 saylı qərar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********950900 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar ləğv edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********353800 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar qüvvədədir və xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərar əsasında yaranmış vergi borcunun məbləği 5617,8 manatdır. e) Məhkəmənin istinad etdiyi normativ hüquqi aktlar: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin və ona qarşı etirazın dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2011/2022 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçı 3649,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə icraatında olduğu zaman cavabdehin növbəti yəni, xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçı əvvəlki qərarla müəyyən edilmiş vergi növü və dövr üzrə 1968.0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdr. Bundan sonra iddiaçı ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin ərizədə göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarla müəyyən edilən 3649,80 manat məbləğində vergi borcundan əlavə, cavabdeh ikinci dəfə yəni - xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarla 1968.0 manat olmaqla, cəmi 5617,80 manat mənfəət vergisi hesablamışdır. Odur ki, ərizəsində xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarla 1968.0 manat olmaqla, cəmi 5617,80 manat mənfəət vergisinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqi 93). Yəni iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi hər iki qərar üzrə hesablanmış 5617,80 manat mənfəət vergisinin şəxsi hesabından silinməsini olmuşdur. Apellyasiya məhkəməsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan məlumatlardan görünür ki, cavabdehin qəbul etdiyi hər iki qərar qüvvədədir, ləğv edilməmişdir və iddiaçının ümumilikdə 5617,80 manat mənfəət vergisi borcu vardır. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. İddiaçıya 5617,80 manat məbləğində mənfəət vergisi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında hesablanmışdır. Hazırda iddiaçı 5617,80 manat məbləğində mənfəət vergisinin hesablanması ilə bağlı cavabdehin qərarı ilə razılaşmır və həmin hesablanmaya əsas olan qərarın ləğv edilməsini tələb edir. Cavabdeh isə hər iki (xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli) qərarın qüvvədə olduğunu və ləğv edilmədiyini bildirir. Qeyd edilən hüquq normalarına görə isə iddiaçı məqsədinə yalnız onun üçün əlverişsiz inzibati aktın (və yaxud aktların) ləğv edilməsi ilə nail ola bilər. Yəni, xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli qərarın ləğv edilməsi tələbi ilə iddiaya o vaxt baxıla bilər ki, həmin qərarın ləğv edilməsi iddiaçıya hesablanmış 5617,80 manat məbləğində mənfəət vergisi borcunun silinməsi ilə nəticələnsin. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarla 3649,80 manat, xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli qərarla 1968.0 manat olmaqla həmin qərarlar üzrə ümumi vergi borcunun cəmi 5617,80 manat edir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia tələbinin münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli və cavabdeh tərəfindən qəbul edilən həmin qərarın (və yaxud qərarların) ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı, daha doğrusu 5617,80 manat vergi borcunun yaranmasına əsas olan inzibati aktı müəyyən etməmiş və iddiaçıya hüquqi marağına uyğun həmin qərarın ləğv edilməsini təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya icraatı zamanı iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirlməsi (həcminin artırlması) ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2011/2022 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-172/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-172/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver