Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-174/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı Rusiya Federasiyası X8 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplomun dövlət nümunəli hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3009/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı “Rusiya Federasiyası X8 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplomun dövlət nümunəli hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Rusiya federasiyası X8 Universiteti tərəfindən ona verilmiş diplomun ekvivalentlliyinin tanınması üçün Təhsildə Kefıyyət Təminatı Agentliyinə elektron formada müraciət etmişdir. Lakin ona imtina verilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Belə ki, Təhsildə Kefıyyət Təminatı Agentliyi tərəfindən ona göndərilmiş elektron formalı qərarında qeyd edilmişdir ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli. 34 N-li Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalivikasiyalarının tanınması Qaydaları"nın 3.10.1 və 4.1.1 -ci bəndlərinə əsasən imtina üçün əsasların olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun adına verilmiş xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplomun dövlət nümunəli hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə Moskva İqtisadiyyat. Menecment və Hüquq İnstitutunun Bakı filialına daxil olmuşdur. Qeyd edilən təhsil müəssisəsinin fəaliyyəti sonradan dayandırıldığı üçün o, Təhsil Nazirliyinin vasitəsi ilə Rusiya federasiyası X8 Universitetinin Bakı filialının Hüquq fakültəsinə köçürülmüşdür və 2003-cü ildə həmin unversiteti bitirmişdir. Təhsilini qiyabi formada almış və ona hüqııqşünashq ixtisası verilmişdir. Qeyd edilən ali məktəbi bitirdikdən sonra ona dövlət imtahan komissiyasının xx.xx.2005-ci il tarixli qərarına əsasən xx.xx.2005-ci il tarixli. BCB İ 123414 saylı. 56891 qeydiyyat nömrəli diplom verilmişdir. O, Rusiya federasiyası X8 Universiteti tərəfindən ona verilmiş diplomun ekvivalcnlliyinin tanınması üçün Təhsildə Kefıyyət Təminatı Agentliyinə elektron formada müraciət etmişdir. Lakin ona imtina verilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Belə ki. Təhsildə Kefıyyət Təminatı Agentliyi tərəfindən ona göndərilmiş elektron formalı qərarında qeyd edilmişdir ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli. 34 N-li Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalivikasiyalarının tanınması Qaydaları"nın 3.10.1 və 4.1.1 -ci bəndlərinə əsasən imtina üçün əsasların olduğu qeyd edilmişdir. O iddiaçı olaraq Təhsildə Kefıyyət Təminat Agentliyinin əsaslandığı imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz məktubunda göstərilmişdir ki, İddiaçı Rusiya Federasiyası X8 Universiteti tərəfindən ona verilmiş “Hüquqşünaslıq” bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.O, xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq İddiaçı Rusiya Federasiyası X8 Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə xx.xx.2023-cü ildə iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir.İddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir.İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirmək istəmişdir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən-qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarfnın 4.1.1- ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir.Həmin Qaydaların 3.10cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Bundan əlavə, Azerbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın, habelə “Xarici kvalifıkasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatfnın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisenin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Rusiya Federasiyası X8 Universiteti tərəfindən ona verilmiş “Hüquqşünaslıq” bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə” iddia tələbi rədd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3009/2023 saylı qərarı ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-3009/2023 saylı qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərarda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə tərəfiindən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, cavabdehin mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, o, 1999-cu ildə X3 və Hüquq İnstitutunun Bakı filialına daxil olmuşdur. Qeyd edilən təhsil müəssisəsinin fəaliyyəti sonradan dayandırıldığı üçün o, Təhsil Nazirliyinin vasitəsi ilə Rusiya federasiyası X8 Universitetinin Bakı filialının Hüquq fakültəsinə köçürülmüş və 2003-cü ildə həmin unversitetı bitirmişdir. Təhsilimi qiyabi formada almış və ona hüquqşünaslıq ixtisası verilmişdir. Qeyd edilən ali məktəbi bitirdikdən sonra ona dövlət imtahan komissiyasının 03.06 2005-cı il tarixli qərarına əsasən xx.xx.2005-ci il tarixli, BCB İ 123414 saylı 56891 qeydiyyat nömrəli diplom verilmişdir. O, Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş diplomun ekvivalentliyinin tanınması üçün Təhsildə Kefıyyət Təminatı Agentliyinə elektron formada müraciət etmişdir. Lakin ona imtina verilmiş və bu barədə məlumat xx.xx.2023-cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Belə ki, Təhsildə Kefıyyət Təminatı Agentliyi tərəfindən ona göndərilmiş elektron formalı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli. 34 N-lı Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalivikasiyalarının tanınması Qaydalan"nın 3.10.1 və 4.1.1-cı bəndlərinə əsasən imtina üçün əsasların olduğu qeyd edilmişdir. Təhsildə Kefıyyət Təmınatı Agentliyinin əsaslandığı imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, Təhsil Nazirliyinin vasitəsi ilə Rusiya Federasiyası X8 Universitetinin Bakı filialının Hüquq fakültəsinə köçürülmüş və 2003-cü ildə həmin unversitetı bitirmişdir. Təhsilini qiyabi formada almış və ona hüquqşünaslıq ixtisası verilmişdir. Qeyd edilən ali məktəbi bitirdikdən sonra ona dövlət imtahan komissiyasının xx.xx.2005-ci il tarixli qərarına əsasən xx.xx.2005-ci il tarixli, BCB İ 123414 saylı, 56891 qeydiyyat nömrəli diplom verilmişdir. Rusiya Federasiyası X8 Universitetinin qeyri-qanuni fəalıyyət göstərən Bakı filialında təhsil almağı və sözügedən filialın Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən-qanunsuz olaraq fəaliyyət göstərməsi əsas səbəbdirsə, onda onu niyə Təhsil Nazirliyi Rusiya Federasiyası X8 Universitetinin Bakı filialının Hüquq fakültəsinə köçürmüşdür və ona dövlət imtahan komissiyasının xx.xx.2005-ci il tarixli qərarına əsasən xx.xx.2005-ci il tarixli, BCB İ 123414 saylı, 56891 qeydiyyat nömrəli diplom verilmişdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə bakalavr - bakalavrıatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 1.0.8-1 -ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkredıtasıyas olunan təhsil proqramı - beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X4 Proqramı), Advanced Level of General Certificate of Educatıon (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həm iddiaçının arzuladığı hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hesab edir ki, qeyd olunanlar şikayətin təmin olunması üçün birbaşa sübutdur. Yuxarıda göstərilənlərlə bağlı sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3009/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun: 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı “Rusiya Federasiyası X8 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplomun dövlət nümunəli hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, Rusiya Federasiyası X8 Universitetinin Bakı filialı müvafiq qaydada lisenziya almadan və qeydiyyata alınmadan fəaliyyət göstərdiyindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İddiaçı həmin universitet tərəfindən verilmiş BCB ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəalarına zidd deyil və iddiaçının hüquqlarıın pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, aşağdakıları qeyd edir: İş materiallarında olan Təhsildə Keyfiyyət Təminat Agentliyinin 14 aprel 2023-cü il tarixli, NA00008383 nömrəli xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə qərarından görünür ki, onun müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral li 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyalarının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğlərinə” əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir.Yuxarıda göstərilənlər nəzərə alınaraq ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplomdan görünür ki, iddiaçı Rusiya Federasiyası X8 Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almış və ona xx.xx.2005-ci il tarixli diplom verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2007-ci il tarixli 1147 nömrəli əmrindən görünür ki, X8 Universitetinin Bakı filialının nizamnaməsi ilə müəyyən olunmuş qaydada təsdiq olunmuş tədris planları əsasında Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən verilən lisenziyaya əlavədə göstərilən 030501 nömrəli hüquqşünaslıq, 031202 tərcümə və tərcüməşünaslıq, 050708 nömrəli ibtidai təhsilin pedaqogika və metodikası, 080102 nömrəli dünya iqtisadiyyatı, 080502 nömrəli müəssisənin iqtisadiyyatı və idarəedilməsi,080507 nömrəli müəssisənin menecmenti və 190601 nömrəli avtomobil və avtomobil təsərrüfatı ixtisasları üzrə kadr hazırlığının aparılmasına icazə verilmişdir. İş materiallarında olan 031973 saylı, 60 qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli lisenziyadan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə X8 Universitetinin Bakı filialına kadr hazırlığının aparılmasına icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialında təhsil aldığını və həmin Universiteti 2003cü ildə bitirərək, ali təhsilinə dair xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplom əldə etdiyini iddia edərək həmin diplomun dövlət nümunəli hesab edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialının Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən qanunsuz olaraq fəaliyyət göstərdiyini əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın qanuniliyi məhkəmə araşdırması zamanı yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialına lisenziya Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2007-ci il tarixli 1147 nömrəli əmrinə əsasən verilmişdir. Həmin əmrə əsasən Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialına qeydiyyat nömrəsi 60 olan, xx.xx.2007-ci il tarixli 031973 nömrəli Lisenziya verilmişdir. Hansı ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi xx.xx.2005-ci il tarixli, BCB ******* saylı, 56891 qeydiyyat nömrəli diplom ondan əvvəlki dövrə yəni, xx.xx.2005-ci il tarixinə təsadüf edir. Göründüyü kimi iddiaçının təhsil aldığı və diplom əldə etdiyi dövrlərdə Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialının Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən qanunsuz olaraq fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Moskva İqtisadiyyat Universitetinin Bakı filialı iddiaçının təhsil aldığı dövrlərdə Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən, onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və buna görə də cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1879/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırlması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirlir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən iddianın əsaslılığı sübuta yetirilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, yalnız formal mülahizələrə əsaslanmış, heç bir hüquqi əsası yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3009/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.