Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-175/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi İddiaçı2, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan icarəsinə uzun müddətə 5500 kvadratmetr torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncam verildikdən sonra həmin torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə əlaqədar Beyləqan rayonu İcra Hakimiyyəti Başçısı ilə 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən komissiya yaradılmış və komissiyanın üzvləri onun icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirərək mövcud kommunikasiya xətlərinə mane olmadığından məqsədə uyğun hesab edilməsi barədə 10 iyul 2012-ci il tarixli akt tərtib edərək imzalayıb möhürlə təsdiq etmişlər. Həmin torpaq sahəsinin kordinatları müəyyən edilərək yerquruluşu planı hazırlanmış Beyləqan rayon İH aparatının memarlıq və tikinti şöbəsi və DTXK-nın Beyləqan rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Sonra ona həmin ərazidə Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 06 avqust 2012-ci il tarixli 96 saylı Sərəncamına əsasən tikinti işlərinin aparılmasına icazə verilmişdir. O, həmin ərazidə tikintini başa çatdırdıqdan sonra komissiya tərəfindən 24 dekabr 2012-ci il tarixli aktla obyekt istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X5 17 may 2017-ci il tarixli 776 saylı rəyi ilə də ona məxsus Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 29 iyul 2022-ci il tarixli aktı və rəyi ilə də qeyri-yaşayış binasının istismara yararlı olması qəbul edilmişdir. O, icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsədə ona bununla əlaqədar olaraq bildirblər ki, müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına baxış keçirilərək müvafiq inveniarlaşdırma (çöl ölçmə) işləri aparılmış, qeyri yaşayış binasınfn yerləşdiyi torpaq sahəsinə keçirilən baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X4 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan başqa təqdim olunmuş 29 dekabr 2019-cu il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X7 yerli şöbəsi tərəfindən təsdiq olunmamışdır. Qeyd edir ki, həmin torpaq sahəsi “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşmir. Həmçinin tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı X12 tərəfindən təsdiq olunmamalıdır. Odur ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəmə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X4 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə olaraq bildirirlər ki, 29 dekabr 2019-cu il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X7 yerli şöbəsi tərəfindən təsdiq olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31 -ci maddəsinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün meşə təsərrüfatı orqanları, öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər və meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Odur ki, şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31 və 86-cı maddələrinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən iddaçı İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 saylı qərarı ilə (X16) iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 nömrəli qərarı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan rayon İcr Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 sayl Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə X8 elektron kabinetə yerləşdirilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsini mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X4 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə olaraq bildiririk ki, 29 dekabr 2019-cu il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X7 yerli şöbəsi tərəfindən təsdiq olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün meşə təsərrüfatı orqanları, öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər və meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər). Belə ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Belə ki, qərar qəbul edilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sözügedən torpaq sahələrinin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi nəzərə alınmamış və imtinanın səbəbləri məhkəmə tərəfindən tam araşdırılmamışdır. Belə ki, meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün meşə təsərrüfatı orqanları, öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər və meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Belə ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-1002/2023 nömrəli qərarının ləğv edilməsi üçün əsaslardan biridir. Mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış - sözügedən qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X4 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)492/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası qərar qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamından görünür ki, İddiaçı1 müraciəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan İddiaçı1 ilə Beyləqan rayon İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 11 saylı icarə müqaviləsindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsi İddiaçı1 icarəyə verilmişdir. İşdə olan Tikinti altına torpaq sahəsi ayrılması barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair komissiya üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi, X9 Şəbəkəsi, rayon “Telekommunikasiya” qovşağı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Beyləqan şəhəri üzrə nümayəndəsi, 37 saylı X17, rayon suvarma Sistemləri idarəsi, rayon Sukanal idarəsi, Beyləqan şəhər Yaşıllaşdırma sahəsi və Aztelekom İB X10 Qovşağının Beyləqan nümayəndəsi İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğun hesab etmişlər. İşdə olan İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin baş planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair baş planı Beyləqan rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin eskiz planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair eskiz planı Beyləqan rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair planı Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş 192 nömrəli rəyindən görünür ki, İddiaçı1 ayrılması nəzərdə tutulan torpaq sahəsi 0,55 hektar olmaqla Dövlət mülkiyyətinə aiddir və həmin torpaq sahəsi yarasız olmaqla sahibkarlıq məqsədi üçün icarəyə verilməsi qanuna müvafiqdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamına əsasən İddiaçı1 müraciəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinə dair rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və əsas döngə nöqtələrinin kordinatları göstərilməklə Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2012-ci il tarixdə 518 nömrə ilə X13 kitabında uçota alınmışdır. İşdə olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2012-ci il tarixli aktından görünür ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi üzərində yerləşən bina qeyriyaşayış binası kimi qeydə alınıb kommunikasiya xətlərinə qoşulduğundan istismara yararlı hesab olunmuşdur. İşdə olan Texniki müayinə işlərinin aparılması barədə xx.xx.2017-ci il tarixli, 53/17 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı1 ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətikintitlahiyə” DİL ilə Texniki müayinə işlərinin aparılması barədə xx.xx.2017-ci il tarixli, 53/17 nömrəli müqaviləsi bağlanmışdır. İşdə olan Müqavilə işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında 53/17 nömrəli müqaviləyə əlavə protokolundan görünür ki, müqvilə işlərinin müqavilə dəyəri 600 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X5 xx.xx.2017-ci il tarixli, 776 nömrəli rəyindən görünür ki, obyektin mühəndis-kommunikasiya xətləri layihəyə uyğun yerinə yetirilmiş və istismar olunur. İddiaçı1 ieymur oğluna məxsus Beyləqan rayonu, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2017-ci il tarixli, 776 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, 0437 nömrəli rəyindən görünür ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “ictimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici şəbəkə və qurğular” AzDTN-nin, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, 0281 nömrəli rəyindən görünür ki, Tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su Təchizatı. Xarici şəbəkə və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları’nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, 48/i-204 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu ərazisində Beyləqan-Daşburun avtomobil yolunun sol hissəsində Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli 78 saylı Sərəncamla istifadəsinə verilmiş 0.55 ha torpaq sahəsinə İdarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tikinti işləri aparılmış 100 m2 torpaq sahəsinin müqayisəli peyk görüntüləri əsasında ərazidə yaşıllıq mövcud olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi zarəsinin xx.xx.2022-ci il tarixli **********97 saylı məktubunda sözügedən ərazinin meşə fondu torpaqları olan ərazidə yerləşməsi qeyd edilsədə ərazinin koordinatları (1.X727028; Y4408044, 2.X726939; Y4407966, 3. X727058; Y4408009, 4. X726966; Y440932) çıxarılaraq obyektin yerləşdiyi torpaq sahəsinin X18na aid olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-27-/2-113/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın yerləşdiyi ərazinin X18na aid olub-olmamasına dair” Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinə ünvanlanmış 27 fevral 2023cü il tarixli 3-21-3-40/2-1230/2023 nömrəli müraciət Meşələrin İnkişafı Xidmətində araşdılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X18 torpaqları kateqoriyasına aid deyildir. İş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi sərəncamın qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Hazırda isə Dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiyə digər təyinatlı torpaq kateqoriyasına aid tikinti altında olan torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Göstərilən 5500 (beş min beş yüz) kvadratmetr topraq sahəsi “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyətinə aid ərazidə yerləşibyerləşməməsini müəyyən etmək üşün araşdırma aparılmışdır. Araşdırma zamanı qərardadda qeyd olunan 0.55 ha torpaq sahəsinin X4 X3 mülkiyyətində olmaqla meşə fondu torpaqlar kateqoriyasına aid tikinti altında torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 saylı ünvanlanmış məktubla həmin ərazi barədə məlumat verilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 30 mart 2023-cü il tarixli 3-14-27/2-113/2023 saylı cavab məktubunda qeyd olunan 0.55 ha torpaq sahəsinin yerləşdiyi ərazinin X18 torpaqlarına aid olmaması qeyd olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin DövlətTorpaq Kadastrı kitabında 10 oktyabr 2012-ci il tarixdə 518 nömrəli uçota alınmış A №404591 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, qanunvericilik aktlarında o, cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları sərəncamda daxil edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçının icarəsində olan torpaq sahəsi üçüncü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq faktiki olaraq İddiaçı1 istifadəsindədir yə təyinatı üzrə istifadə edir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...https://e-qanun.az/framework/5456 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ... 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı « qeyri-yaşyış binası üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qeyri-yaşyış binası üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli, 78 saylı sərəncamı və tərəflər arasında bağlanmış 26 iyul 2012-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə torpaq sahəsinin İddiaçı1 qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç birdəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5500 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncam verildikdən sonra həmin torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilməsi ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı ilə aralarında 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən komissiya yaradılmış və komissiyanın üzvləri onun icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirərək mövcud kommunikasiya xətlərinə mane olmadığından məqsədə uyğun hesab edilməsi barədə 10 iyul 2012-ci il tarixli akt tərtib edərək imzalayıb möhürlə təsdiq etmişlər. Həmin torpaq sahəsinin kordinatları müəyyən edilərək yerquruluşu planı hazırlanmış Beyləqan rayon İH aparatının memarlıq və tikinti şöbəsi və DTXK-nın Beyləqan rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Sonra ona həmin ərazidə Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 06 avqust 2012-ci il tarixli 96 saylı Sərəncamına əsasən tikinti işlərinin aparılmasına icazə verilmişdir. O, həmin ərazidə tikintini başa çatdırdıqdan sonra komissiya tərəfindən 24 dekabr 2012-ci il tarixli aktla obyekt istismara qəbul edilmişdir. İddiaçı sözügedən Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamını və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsini rəhbər tutaraq həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binasının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.9-cu və 139-1.1.9.2-ci madələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dairhttps://e-qanun.az/framework/46944 çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.9-cu və 8.0.9.2-ci maddələrində qeyd olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dairhttps://e-qanun.az/framework/5456 çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamının və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinin) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, 139-1.1.9.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.9.2-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamı və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsi, o cümlədən qeyri yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 06 avqust 2012-ci il tarixli 96 saylı Sərəncamı və komissiya tərəfindən tərtib edilmiş 24 dekabr 2012-ci il tarixli istismara qəbul aktı sözügedən torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı1 hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. İş üzrə cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın səbəbi kimi, apellyasiya şikayətində isə şikayətin dəlili kimi qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X4 X1 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən etdiyi işin faktiki hallarını qeyd etməyi və həmin faktiki hallara tətbiq edilməli olan hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, X13 sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Qanunun 51-ci maddəsinin 3-cü bəndinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Qanunun 56-cı maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Qanunun 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-27-/2-113/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 qeyriyaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın yerləşdiyi ərazinin X18na aid olub-olmamasına dair” Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinə ünvanlanmış 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 nömrəli müraciət Meşələrin İnkişafı Xidmətində araşdılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X18 torpaqları kateqoriyasına aid deyildir. Tikinti altına torpaq sahəsi ayrılması barədə xx.xx.2021-ci il tarixli aktda İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair komissiya üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi, X9 Şəbəkəsi, rayon “Telekommunikasiya” qovşağı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Beyləqan şəhəri üzrə nümayəndəsi, 37 saylı X17, rayon suvarma Sistemləri idarəsi, rayon Sukanal idarəsi, Beyləqan şəhər Yaşıllaşdırma sahəsi və Aztelekom İB X10 Qovşağının Beyləqan nümayəndəsi İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğun hesab etmişlər. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2012-ci il tarixli aktından görünür ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi üzərində yerləşən bina qeyri-yaşayış binası kimi qeydə alınıb kommunikasiya xətlərinə qoşulduğundan istismara yararlı hesab olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş 192 nömrəli rəyindən görünür ki, İddiaçı1 ayrılması nəzərdə tutulan torpaq sahəsi 0,55 hektar olmaqla Dövlət mülkiyyətinə aiddir və həmin torpaq sahəsi yarasız olmaqla sahibkarlıq məqsədi üçün icarəyə verilməsi qanuna müvafiqdir. Eyni zamanda sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli Sərəncamından görünür ki, ayrılması nəzərdə tutulan həmin torpaq sahəsinə şöbənin məsləhətçiləri tərəfindən baxış keçirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla açıq torpaq sahəsi olduğu və sahibkarlıq təyinatı ayrılması Torpaq qanunvericiliyinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, cavabdeh iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşdiyini bildirsə də, iş materiallarında olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli Sərəncamında sözügedən torpaq sahəsinin açıq torpaq sahəsi olduğu və sahibkarlıq təyinatı üçün ayrılmasının uyğun olduğu qeyd edilmişdir. Həmin sərəncamın məzmununda əks olunan məlumatlar ilə yuxarıda qeyd edilən sənədlərdə əks olunan məlumatlar eynilik təşkil etmiş və düzgünlüyü öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarında əks olunduğundan və Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli Sərəncamında torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla açıq torpaq sahəsi olduğu və sahibkarlıq təyinatı ayrılmasının Torpaq qanunvericiliyinə uyğun olduğu müəyyən edildiyindən cavabdehin dəlilləri əsassız hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yarasız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmin hallar hazırki inzibati akt üzrə mövcud deyildir. Bu baxımdan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli Sərəncamı “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbi baxımdan qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı1 99 il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi sərəncamın qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuş və X18 torpaqları kateqoriyasına aid deyildir. Məhkəmə kollegiyası tədqiq olunan həmin ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Nəticəvi hissə:
Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1002/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.