Məhkəmə qərarları › İş №2-1(106)-175/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-175/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-175/2025 04.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2- 1(120)-4377/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 yanvar 1957-ci il tarixdə Lənkəran rayonu, Kosalar kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Bürcəli kəndində yaşayır. Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu Bürcəli kənd sakini ona alqısatqı yolu ilə 0.06 ha həyətyanı torpaq sahəsi satılmış və torpaq sahəsinin pulu da tərəfindən ödənilmişdir. Əlində bələdiyyənin alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında satılmış 0.06 ha torpaq sahəsinə görə ödədiyi pulun qəbzi və digər sənədlər olduğu halda Lənkəran rayonu Bürcəli bələdiyyəsi bu günə kimi alqı-satqı yolu ilə ona satdığı digər 0.06 ha torpaq sahəsinin yerini müəyyən edərək təhvil verilməkdən imtina etmişdir. Dəfələrlə tərəfindən bu barədə Lənkəran rayonu Bürcəli bələdiyyəsinin sədrinə müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Torpaq sahəsi ona 30 avqust 2002-ci il tarixdə satılsa da, təhv verilmədiyindən həmin torpaq sahəsi hazırda kim tərəfındəh istifadə edilir. Bələdiyyə tərəfindən təqdim edilən sənədlərin içərisində qeyd olunan torpaq sahəsinin plan və sxemi də mövcuddur. Həmin plan və sxem görə satılmış 0.06 ha torpaq sahəsi kənd qəbristanlığının yaxınlığında yerləşir. Lakin bələdiyyə bildirir ki, onda olan plan və sxemdə torpaq sahəsinin yeri deyil, onlar şərti işarələrdir. Beləliklə, Lənkəran rayonu Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli qərarı ilə satılmış 0.6 ha həyətyanı torpaq sahəsi təhvil verilmədiyi üçün, yəni həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi təmin edilməmişdir. Tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, əvvəlcə Lənkəran rayonu Bürcəli bələdiyyəsinin sədri Kazım Məmmədov yanına çağıraraq satılmış torpaq sahəsinin yerinin göstərilərək onun istifadəsinə verilməsinin təmin edilməsini tapşırsa da, sonradan bu tapşırıq yerinə yetirilməmiş, bələdiyyənin sədri müxtəlif bəhanələr gətirərək bu günə kimi həmin torpaq sahəsinin yerini göstərməmiş və onun istifadəsinə verilməsi təmin etməmişdir. Baxmayaraq ona təqdim olunmuş sənədlərdə torpağın alqı-satqısma dair akt, Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 8 saylı iclas protokolundan çıxarışı alqı-satqı yolu ilə verilmiş həyətyanı torpaq sahəsinin sxemi və ona satılmış torpaq sahəsinə görə 627800 manat pul ödəməyini təsdiq edən qəbz mövcuddur. Qeyd etdiyi kimi ona satılmış torpaq sahəsinin sxemi təqdim edilsə də, torpaq sahəsinin yeri göstərilmir və istifadəsinə verilmir. Mütəxəssis olmadığı üçün satılmış 0.06 ha torpaq sahəsinin sxemi təqdim edilsə də, onun yerini müəyyən edib, ondan istifadə edə bilmir. Bununla bağlı ilkin olaraq Lənkəran rayon Bürcəli bələdiyyəsinə qarşı iddia qaldırmış ki, ona satdığı 0.06 ha torpaq sahəsinin yerini göstərib, təhvil verilsin. Həmin vaxtı Şirvan İnzibati Məhkəməsində ona izah edildi ki, cavabdeh bələdiyyəni deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini cavabdeh kimi qoyulmalıdır. Cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini qeyd edərək, məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Samir Həsənovun 2-1(120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Lənkəran rayonu Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu Bürcəli kənd sakini ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərinə mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarının qəbul edilməsindən 03 (üç) ilə yaxın bir müddət keçməsinə baxmayaraq qeyd olunan qərar Lənkəran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən icra edilmir. Belə ki, Lənkəran rayonu Bürcəli bələdiyyəsi qeyd olunan işdə cavabdeh olmadığı üçün satdığı 0.06 ha torpaq sahəsininin yerini Lənkəran rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətirə göstərmədiyi üçün və eyni zamanda ona təqdim etdiyi torpaq sahəsinin plan və sxemində miqyası qeyd etmədiyi üçün onlar həmin qərarı icra edə bilmirlər. Bununla da dövlət adından çıxmış məhkəmənin qərarı bələdiyyənin torpaq sahəsini göstərməməyi hesabına icra edilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-4377/2024 saylı qərardadı ilə (hakim Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-4377/2024 saylı qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə mənə, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini İddiaçı alqı-satqı yolu ilə 0.06 ha həyətyanı torpaq sahəsi satılmış və torpaq sahəsinin pulu da tərəfimdən ödənilmişdir. Əlimdə bələdiyyənin alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında mənə satılmış 0.06 ha torpaq sahəsinə görə ödədiyim pulun qəbzi və digər sənədlər olduğu halda Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsi bu günə kimi alqı-satqı yolu ilə mənə satdığı digər 0.06 ha torpaq sahəsinin yerini müəyyən edərək mənə təhvil verilməkdən imtina edir. Dəfələrlə tərəfimdən bu barədə Cavabdeh sədrinə müraciət olunmuşdur, lakin heç bir nəticəsi olmamışdır. Torpaq sahəsi mənə 30 avqust 2002-ci il tarixdə satılsa da, mənə təhvil verilmədiyindən mən bilmirəm ki, həmin torpaq sahəsi hazırda kim tərəfindən istifadə edilir. Bələdiyyə tərəfindən mənə təqdim edilən sənədlərin içərisində qeyd olunan torpaq sahəsinin plan və sxemi də də mövcuddur. Həmin plan və sxemə görə mənə satılmış 0.06 ha torpaq sahəsi kənd qəbristanlığının yaxınlığında yerləşir. Lakin bələdiyyə mənə deyir ki, səndə olan plan və sxemdə torpaq sahəsinin yeri deyil, onlar şərti işarələrdir. Beləliklə, Cavabdeh 30 avqust 2002-ci il tarixli qərarı ilə mənə satılmış 0.6 ha həyətyanı torpaq sahəsi mənə təhvil verilmədiyi üçün, yəni həmin torpaq sahəsinin mənim istifadəmə verilməsi təmin edilməmişdir. Tərəfimdən Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, başçı əvvəlcə Cavabdeh sədri Kazım Məmmədovu yanına çağıraraq ona mənə satılmış torpaq sahəsinin yerinin göstərilərək mənim istifadəmə verilməsinin təmin edilməsini tapşırsa da, sonradan bu tapşırıq yerinə yetirilməmiş, bələdiyyənin sədri müxtəlif bəhanələr gətirərək bu günə kimi həmin torpaq sahəsinin yerini mənə göstərib, mənim istifadəmə verilməsini təmin etməmişdir. Baxmayaraq mənə təqdim olunmuş sənədlərdə torpağın alqı- satqısına dair akt, Bürcəli kənd Bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 8 saylı iclas protokolundan çıxarış,mənə alqı-satqı yolu ilə verilmiş həyətyanı torpaq sahəsinin sxemi və mənə satılmış torpaq sahəsinə görə 627800 manat pul ödəməyimi təsdiq edən qəbz mövcuddur. Qeyd etdiyim kimi mənə satılmış torpaq sahəsinin sxemi mənə təqdim edilsə də, torpaq sahəsinin yeri mənə göstərilmir və mənim istifadəmə verilmir. Mən də mütəxəssis olmadığım üçün mənə satılmış 0.06 ha torpaq sahəsinin sxemi mənə təqdim edilsə də, onun yerini müəyyən edib, ondan istifadə edə bilmirəm. Mən bununla bağlı ilkin olaraq Cavabdehnə qarşı iddia qaldırdım ki, mənə satdığı 0.06 ha torpaq sahəsinin yerini göstərib, mənə təhvil versin. Həmin vaxtı Şirvan İnzibati Məhkəməsində mənə izah etdilər ki, sən gərək cavabdeh bələdiyyəni deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini cavabdeh kimi məhkəməyə verəsən. Mən də məhkəməyə inanıb, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini qeyd edib, məhkəmədə iddia qaldırdım. Məhkəmənin qərarı ilə mənim iddia tələbim təmin edildi. Belə ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Samir Həsənovun 2-1 (120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə mənə, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini İddiaçı qızma alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarının qəbul edilməsindən 03 (üç) ilə yaxın bir müddət keçməsinə baxmayaraq qeyd olunan qərar- Lənkəran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən icra edilmir. Belə ki,Cavabdeh qeyd olunan işdə cavabdeh olmadığı üçün mənə satdığı 0.06 ha torpaq sahəsininin yerini Lənkəran rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göstərmədiyi üçün və eyni zamanda mənə təqdim etdiyi torpaq sahəsinin plan və sxemində miqyası qeyd etmədiyi üçün onlar həmin qərarı icra edə bilmirlər. Bununla da dövlət adından çıxmış məhkəmənin qərarı bələdiyyənin torpaq sahəsini göstərməməyi hesabına icra edilmir. Ona görə də mən hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Məhkəmə isə mənim iddia tələbini qeyri mümkün hesab edərək əsas kimi qərardadında qeyd etmişdir ki, hazırki, iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı qızma alqısatqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin hakimi Samir Həsənovun 2-1 (120)- 998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı alqısatqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddiaçının Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması ilə bağlı tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılmış, məhkəmə tərəfindən tələbin mahiyyətinə qiymət verilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyiləm. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitutsiyanın 60-cı maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsində göstərilir; «bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Məhkəmə qərardad qəbul edərkən qanunvericiliyin yuxarıda qeyd etdiyim normalarını nəzərə almadan mənim iddia tələbimi qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. Onu da qeyd edirəm ki, qərardad 06 noyabr 2024-cü il tarixdə qəbul edilsədə, qərardadın sürəti 07 dekabr 2024cü il tarixdə rəsmi qaydada mənə təqdim edilmişdir. Ona görə də həmin qərardaddan apellyasiya şikayətini indi verirəm. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4377/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadın ləğv edərək iddiasının mümkün sayılması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatına, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Eyni zamanda, məhkəmə iddiaçıya izah edir ki, iddiaçı icra edilmədiyini hesab etdiyi məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmək və qərarın məcburi icrasını tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilmiş, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) üzərinə qoyulmuşdur. Göründüyü kimi iddiaçının Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılmış, məhkəmə tərəfindən tələbin mahiyyətinə qiymət verilmişdir. Buna baxmayaraq, iddiaçı eyni predmetli yəni, Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” yeni iddia ərizəsi ilə fərqli cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi zahirən fərqli inzibati orqana qarşı qaldırlmış iddia üzrə ayrıca inzibati mübahisə kimi qiymətləndirilsə də, əslində bu belə deyildir. Çünki iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 №-li qərarında əks olunmuş hüquqi mövqedən çıxış edərək qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Yəni, hazırki halda iddiaçının hüquqi marağı tələb edir ki, onun xeyrinə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərarı icra olunsun. Məhz həmin qərarın icra olunması nəticəsində iddiaçı məqsədinə çata bilər. Lakin, iddiaçı isə hazırkı iddianı irəli sürməklə onun xeyrinə qəbul edilmiş məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən fərqli cavabdehə qarşı olsa da belə baxmaq səlahiyyətinə malik deyildir. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi birinci instansiya məhkəməsi tərəfindən izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlarda qeyd edilmişdir ki, keçmiş Bürcəli Bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı protokoldan çıxarışına və qərarına əsasən Bürcəli kənd sakini İddiaçı ayrılmış 0.06 həyətyanı torpaq sahəsinə aid edilmiş torpaq sahəsinin sxemində şərti işarə ilə qeyd edilmiş ərazi müəyyən olunsa da həmin sxem miqyassız, sxematik və işarə ilə göstərilmiş yer şərti olduğu üçün qeyd edilən 0.06 torpaq sahəsinin konkret olaraq yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı verilmiş 0.06 həyətyanı torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək üçün həmin torpaq sahəsinin yerquruluşu planına (ilkin torpaqayırma sxeminə) baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yerquruluğu planı miqyassız tərtib edilmiş və plandan satılan torpaq sahəsinin yeri şərti göstərildiyindən, xüsusilə də həmin planda satılan torpaq sahəsinin həndəsi ölçüləri və qonşu torpaq sahələri öz əksini tapmamışdır. Eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından sözügedən torpaq sahəsi barədə elektron kadastr məlumat bazasında məlumatlarda mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.54-cü bəndinin, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin 2021-ci il tarixli nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin Əsasnaməsinin 3.0.36-cı bəndinin və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.26-cı bəndinin tələbinə görə mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək bir başa Xidmətin vəzifələrinə aiddir. Bundan başqa, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərarı əsasında verilmiş icra sənədi Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəməyə geri qaytarılmışdır. Həmin qərarın məzmunundan görünür ki, icra sənədinin icra olunmamasına səbəb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 mart 2024-cü il tarixli və 04 iyun 2024-cü il tarixli aktlarda göstərilən əsaslar olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məqsədinə çatmaq üçün yəni, Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-4377/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar