Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-176/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X12 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X16 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” tələbi barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı qərarlarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bələdiyyənin xx.xx.2020-ci il tarixli, 04 saylı qərarı ilə Ələmdar Hüseynovun bələdiyyə üzvü kimi səlahiyyətlərinə xitam verilmişdir. Buna baxmayaraq Ə.Hüseynov bələdiyyə sədri seçilməsi barədə keçirilmiş xx.xx.2020-ci il tarixli, 08 saylı bələdiyyə iclasında səlahiyyəti olmadığı halda iştirak edərək özünün sədr seçilməsinə səs vermiş, eymi zamanda həmin iclasın qərarı da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməmişdir. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Qaragüvəndikli bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, 09/Ə-633/6 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (10 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir.Qeyd olunan xüsusatlar nəzərə alınaraq “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı qərarlarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadı (Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı mövcud qanunvericilikdə ziddiyyət təşkil edir. Belə ki, qeyd etməyi vacib hesab edirik ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirmək üçün fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətlərinin və bələdiyyə qərarlarının İdarəyə daxil olması mütləqdir. Bu hal yuxarıda qeyd edilən hüquq normasında imperativ şəkildə göstərilmişdir. Digər tərəfdən qanunvericiliyin tələbindən aydındır ki, mübahisə olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində şikayət verilə bilər. Qaragüvəndikli bələdiyyəsi qanunvericiliyin tələbini pozaraq mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı (iş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubuna əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunda göstərilən qərar İddiaçınə göndərilməmiş və kargüzarlıq xidmətində qeydə alınmamışdır) idarəyə təqdim etməmişdir. Təqdim olunmayan akta münasibətdə isə iddia müddəti təqdim edilməsi hüquq normaları ziddiyyət təşkil edir. Həmçinin digər şəxslərin bu qərarla bağlı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi, İmişli rayon prokurorluğu tərəfindən araşdırma aparılması İddiaçı bələdiyyə qərarından məlumatlı olmasına dair hüquqi nəticəyə gəlməyə əsas vermir. Bir daha vurğuluyuruq ki, idarənin qanunvericilikdə göstərilən səlahiyyətini həyata keçirmək üçün fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətlərinin və bələdiyyə qərarlarının daxil olması mütləqdir. Bununla yanaşı iddia müddəti tətbiq edilərkən başlanma anının düzgün müəyyən edilməsi zəruridir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən diqqətdən qaçmış və tam hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı qərarlarının ləğv edilməsi”ni xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubunda qeyd etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı İddiaçınə göndərilməmiş və kargüzarlıq xidmətində qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından xx.xx.2020-ci il tarixdən məlumatı olmuşdur və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan (xx.xx.2020-ci il tarixdən) hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərardan məlumatın olmasını təsdiq edən sübutlar barədə məhkəməyə sübutun təqdim olunması təklif olunsada iddiaçının nümayəndəsi tərəfindən həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbində ləğv olunması tələb olunan xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərara gəldikdə, məhkəmə hesab edir ki, həmin qərar məhz xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərar mahiyyət etibarı ilə hər hansı bir hüquqi münasibəti tənzimləmir. Sadəcə iddiaçı xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarın ləğvini tələb etməklə xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara münasibətdə iddia müddətinin ötürülməmiş hesab edilməsinə çalışmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdehxx.xx.2020-ci il tarixli, 04 nömrəli protokolundan görünür ki, X10 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədri vəzifəsindən azad edilmiş, X11 İmişli rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli protokolundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolu ləğv edilmiş və X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 10 nömrəli protokolundan görünür ki, Bələdiyyələrlə iş mərkəzinin 09/Ə-633/6 saylı, xx.xx.2022-ci il tarixli təklif xarakterli məktubu təmin edilməmiş, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolu qüvvədə saxlanılmış, Cavabdeh üzvü X6 şikayəti əsassız sayılmış, X4 bələdiyyə sədri seçilməsi qüvvədə qalmış, xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunun təsdiq olunması barədə Şirvan İnzibati Məhkəməsinin qərarı protokola əlavə edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)- 1768/2020 nömrəli sorğusundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas qərarının ... inzibati nəzarəti həyata keçirən orqana göndərilib-göndərilməməsi, qeydiyyata alınıb-alınmaması və s. barədə məlumatın verilməsi İddiaçındən xahiş edilmiş və həmin qərarın surəti qoşma kimi sorğuya əlavə olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1768/2020 nömrəli sorğusuna cavab olaraq İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunda göstərilən qərar İddiaçınə göndərilməmiş və kargüzarlıq xidmətində qeydə alınmamışdır. İş materiallarında olan X7 müraciətinə cavab olaraq İddiaçı xx.xx.2020-ci il tarixli, 376 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolu İddiaçınə daxil olmadığından, onun qanunvericiliyə uyğunluğunu müəyyən etmək mümükün olmamışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)- 1237/2020 nömrəli qərardadından görünür ki, həmin iş üzrə iddiaçı X4 iştirak ilə işə baxılmış və iddiaçı X4 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 02 və 04 nömrəli qərarların etibarsız hesab edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 367/2021 nömrəli qərardadından görünür ki, iddiaçı X4, üçüncü şəxslər X8 və X5 iştirak ilə işə baxılmış və iddiaçı X4 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun (qərarının) etibarsız hesab edilməsi barədə iddiatələbinin mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 837/2022 nömrəli qərardadından görünür ki, iddiaçılar X8 və X5 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Prokurorluğunun 03 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin sədri X4 əməllərində hər hansı cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2021-ci il tarixdə və əvvəllər keçirilmiş iclas protokollarında olan imzaların bələdiyyə üzvləri X22 və X18 məxsus olub-olmamasına dair xüsusat üzrə toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin üzvləri X13 və X9 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-367/2021 nömrəli qərardadından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququnun izah olunması, X13 və X9 icarədə və ya mülkiyyətdə olan torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikinti aparılmasına dair xüsusatlar üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması, qəbul edilmiş qərarın surəti X13 və X9 göndərilməklə, onlara izah edilsin ki, qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxar,prokurora, yaxud İmişli rayon məhkəməsinə şikayət vermək huquqlarının olması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi, materialın rayon prokurorluğunun arxivində saxlanılması üçün dəftərxanaya təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəliqərarı ilə X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmiş, lakin sonradan Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı ilə X4 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədrliyindən azad edilmiş, X2 İnziabti Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2020-ciil tarixli, 04 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmiş, X4 mübahisələndirdiyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı (hazırda iddiaçının mübahisələndirdiyi qərar) ilə ləğv edilmiş və X10 bələdiyyə sədri seçilmiş, məhz həmin əsasa (xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara) istinad edərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 367/2021 nömrəli qərardadı ilə X4 iddia tələbi mümkün sayılmamışdır. Hazırda iddiaçı X4 yenidən bələdiyyə sədri seçilməsinə dair bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı ilə razılaşmayaraq onun ləğv edilməsini istəyir. Buna görə də İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli və Bələdiyyələrlə iş Mərkəzinin xx.xx.2022-ci il tarixli təklif məktubundan imtina ilə bağlı xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarlarının ləğv edilməsi” ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessualprinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddiainzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda mübahisələndirilən Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1768/2020 nömrəli sorğusu ilə iddiaçıya rəsmi qaydada göndərilmiş və İddiaçı xx.xx.2020-ci il tarixli, 268 nömrəli məktubla həmin qərarla bağlı məhkəməyə məlumat vermişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin qərarın mövcudluğu və qanuniliyi ilə bağlı X13 iddiaçıya müraciət etmiş və iddiaçı xx.xx.2020-ci il tarixli, 376 nömrəli məktubla onun müaraciətinə cavab vermişdir (bax iş vərəqi 43 və 44). Bununla da aydın olur ki, iddiaçı onun üçün əlverişsiz hesab etdiyi inzibati aktdan, yəni İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından ən geci xx.xx.2020-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı Şirvan Apellyasiya Məhkəməsi tərəfindən X4 imzası və sədr kimi adı keçən sənədlərin İmişli regional Ədliyyədə İdarəsində olubolmaması ilə bağlı həmin orqana sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq iddiaçı İmişli regional Ədliyyədə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 110 nömrəli məktubla 1019 vərəqdən ibarət sənəd təqdim edilmişdir. Həmin sənədlərin içərisində X4 bələdiyyə sədri seçilməsi ilə bağlı kifayət qədər sənədlər mövcuddur. Nəzərə alsaq ki, iddiaçı X4 bələdiyyə sədri seçilməsi ilə razılaşmır, bu zaman onun sədr seçilməsi ilə bağlı qərarın vaxtında mübahisələndirmək imkanları olmuşdur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından ən geci xx.xx.2020-ci il tarixdən məlumatı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan (xx.xx.2020-ci il tarixdən) hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci ildə poçtda, xx.xx.2022-ci il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir İddia tələbində ləğv olunması tələb olunan xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərara gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin qərar məhz xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərar mahiyyət etibarı ilə hər hansı bir hüquqi münasibəti tənzimləmir. Sadəcə iddiaçı xx.xx.2022-ci il tarixli, 10 nömrəli qərarın ləğvini tələb etməklə xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara münasibətdə iddia müddətinin ötürülməmiş hesab edilməsinə çalışmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən qərarın istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin qərarın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin qərarın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı rəsmi qaydada yəni, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1768/2020 nömrəli məktubu və X5 müraciəti əsasında onlara göndərilmiş, iddiaçı həmin qərardan və onun məzmunundan məlumatı olmuş və bu barədə Şirvan İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli, 268 nömrəli və Güləbətin Əsədovaya isə xx.xx.2020-ci il tarixli, 376 nömrəli cavab məktubları göndərmişdir. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyinə və inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1573/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Müşfiq Həsə
Məhkəmə qərarları › İş №2-1(106)-176/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-176/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver