Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-176/2025 29.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texiniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2- 1(120)-280/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ünvan 2ndə yerləşən qeyri yaşayış binasının Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyriyaşayış binasının texiniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdır ki, xx.xx.1997-ci il tarixdə Cəlilabad RİH-i başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən ona kommersiya məqsədi ilə dükan tikintisinə icazə verilmiş, ünvan 2ndə tikinti obyektinə dair 1999-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və texniki pasport verilmişdir. Qeyd olunan ünvanda yerləşən ticarət obyektinə dair çıxarışın alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş və 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən müraciətinə cavab verilərək bildirilmişdir ki, Cəlilabad RİH-i başçısı tərəfindən torpaq sahəsinin ayrılması barədə (sərəncam) və qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının qərarı (sərəncamı) təqdim edilməlidir. Bu barədə Cəlilabad RİH-nə müraciət etmiş və ərizəsinə rayon İcra Hakimiyyəti başçısı aparatının Ə41-149 saylı, xx.xx.2021-ci il tarixli məktubla formal cavab verilmiş və qeyd olunan tələbin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Onun əmlakının dövlət qeydiyyatına alınmaması əsassız və qanunsuzdur. Ona görə də cavabdeh təşkilatın üzərinə həmin əmlakın dövlət qeydiyyatına alınması üçün müvafıq olaraq öhdəlik qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə (sərəncam) və qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının qərarı (sərəncamı) təqdim edilməmişdir. Tikinti obyektinin istismara icazə sənədinin formasına əsasən kod təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati işlə bağlı Föfqəlada Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndələrinin məhkəmə prosesinə cəlb edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarında maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 8 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunverçiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindər müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə həmin müraciətdən imtina edilir. Bununla əlaqədar olaraq həmin ərəfədə ərizənin icrası mümkün olmamış və cavabdeh şəxsə müvafiq imtina məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsincə deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin gəldiyi nəticənin əsaslılığı və qanuniliyi baxımından tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla həmin torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmamışdır. Belə olan halda da, çıxarışın verilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara münasibətdə hazırki iş üzrə qəbul edilmiş xx.xx.2024- cü il tarixli, 2-1(120)-280/2024 saylı qərar qanunvericiliyin tələbinə əsasən ləğv edilməlidir. Odur ki, Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)- 280/2024 qərarı Ərazi İdarəsinin mənafeyinə toxunduğundan, həmin qərardan apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edirik. İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri yaşayış binasına dair torpaq sahəsinin ayrılması barədə və qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının sərəncamları və tikinti obyektinin istismara icazə sənədinin formasına əsasən kod təqdim edilmədiyindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə və qeyri yaşayış binasına reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Bununla əlaqədar bildiririk ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının torpaq sahəsini icarəyə verilməsi barədə müqavilə olmadığından İddiaçı hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi faktiki olaraq mümkünsüzdür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)- 280/2024 saylı qərarı Ərazi İdarəsinin mənafeyinə toxunduğundan, həmin qərardan apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edirik. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texiniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. Şirvan inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-280/2024 saylı qərarı ilə (sədrlik edən-hakim: Hilal Nəcəfov) Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texiniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati- iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə digər üçüncü şəxslərə və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ... 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur Belə ki, iddiaçının tələbi “Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texiniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti şöbəsinin İddiaçı Əbülfəz oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, Ə-41-149 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2ndə yerləşən tikinti obyektinin torpaq sahəsinin ayrılması və qeyri-yaşayış binasının tikintisinin aprılmasına dair icazənin verilməsi barədə müraciətinə rayon icra hakimiyyətində baxılmışdır. Bildiririk ki, bundan əvvəlki müraciəti ilə əlaqədar göstərilən ünvanda inşasını başa çatdırdığı obyektin istismarına icazə verilməsi üçün müvfiq kodun verilməsinə görə Azərbayçan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Komitədən rayon icra hakimiyyətinə daxil olmuş 30 oktyabr 2020-ci il tarixli xx/xx-4872 nömrəli məktubda Göytəpə şəhəri, Qurtuluş küçəsində İddiaçı Əbülfəz oğluna məxsus kommersiya obyektinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixində qeydiyyata alındığı və texniki pasportun verildiyi bildirilmişdi. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Cəlilabad RİH-nin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədi və 1999-cu il tarixli qeyri-yaşayış binasının texniki pasportu mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər sakini İddiaçı Əbülfəz oğluna kommersiya məqsədilə 10 X 6m 60m ölçüdə dükan tikintisinə icazə verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi ilə Göytəpə şəhər İcra nümayəndəsinin birgə qaydada razılaşdırılmış yerin seçilmə sxemindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhərində İddiaçı Əbülfəz oğluna kommersiya məqsədilə ayrılan sahənin sxematik planı tərtib edilərək, səlahiyyətli şəxslər tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdirinin imza və möhürü ilə təsdiq edilmiş 1999-cu il tarixli “Smeta”dan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhərində İddiaçı Əbülfəz oğlunun kommersiya dükanının tikintisinə dair “Smeta” təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixində 93 inventar nömrə ilə qeydiyyata alınmış “Qeyri yaşayış binasının” texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı əsasında İddiaçı Əbülfəz oğlunun adına Qurtuluş küçəsində kommersiya dükanı qeydə alınmış və buna dair “Texniki Paspotu” tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 64 nömrəli tikinti obyektinin istismarına icazənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbülfəz oğluna tikinti obyektinin istismarına Cəlilabad rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı Əbülfəz oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********28 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılması barədə (sərəncam) və qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının qərarı (sərəncamı) təqdim edilməmişdir. Tikinti obyektinin istismara icazə sənədinin formasına əsasən kod təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Odur ki, çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətihin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdikdən sonra yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti şöbəsinin İddiaçı Əbülfəz oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, Ə-41-149 nömrəli məktubundan görünür ki, ünvan 2ndə yerləşən tikinti obyektinin torpaq sahəsinin ayrılması və qeyri-yaşayış binasının tikintisinin aprılmasına dair icazənin verilməsi barədə müraciətinə rayon icra hakimiyyətində baxılmışdır. Bildiririk ki, bundan əvvəlki müraciəti ilə əlaqədar göstərilən ünvanda inşasını başa çatdırdığı obyektin istismarına icazə verilməsi üçün müvfiq kodun verilməsinə görə Azərbayçan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Komitədən rayon icra hakimiyyətinə daxil olmuş 30 oktyabr 2020-ci il tarixli xx/xx-4872 nömrəli məktubda Göytəpə şəhəri, Qurtuluş küçəsində İddiaçı Əbülfəz oğluna məxsus kommersiya obyektinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülıkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixində qeydiyyata alındığı və texniki pasportun verildiyi bildirilmişdir. Şirvan İnzibati Məhkəməsinin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9317 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-5618/2023 saylı mütəxəssis rəyinə və baxış zamanı müəyyən olunanlara əsasən, Cəlilabad RİH-nin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin planlı yerləşməsinin və ölçülərinin Texniki Pasporta uyğun olduğu müəyyən edilmişdir. Torpaq sahəsini naturada yeri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquuruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-5618/2023 saylı mütəxəssis rəyinə və baxış zamanı müəyyən olunanlara əsasən, qeyd edilən mübahisəli tikilinin ümumi sahəsinin 132,8 kv.m, tikintialtı torpaq sahəsinin 77,3 kv.m olduğu, həmin qeyriyaşayış binasının texniki parametrlərinin layihəyə (texniki pasporta) uyğun olduğu və xx.xx.2020-ci il tarixli obyektin istismara icazə sənədində qeyd edilən göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualları üzrə: Cəlilabad RİH-nin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyriyaşayış binasının texniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin (texniki pasporta) və xx.xx.2020-ci il tarixli obyektin istismara icazə sənədində qeyd edilən göstəricilərə uyğun olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixdə qeydiyyata alındığını nəzərə alaraq həmin obyektin tikinti və şəhərsalma normalarına uyğun olduğu, texniki pasportdan əlavə hər hansı əsaslı tikinti işlərinin aparılmadığı müəyyən edilir. Qərardadın dördüncü sualları üzrə: Cəlilabad RİH-nin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış obyekti iki mərtəbəlli olmaqla, ümumi sahəsi 132,8 kv.m təşkil edir. Tikilinin özülü dəmir-beton, divarları mişar daşı, mərtəbəarası və çardağı ağac konstruksiyadan, damı şiferdən inşa edilmişdir. Tikilinin kommersiya təyinatlı olduğu, baxış zamanı təmirli vəziyyətdə olmaqla istismara yararlı olduğu lakin istismar olunmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-5618/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının faktiki tikintialtı koordinatlarının üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyini, eyni zamanda baxış zamanı qeyri-yaşayış binasının giriş-çıxışının ayrıca olduğunun müəyyən olunmasını nəzərə alaraq həmin tikilinin digər şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. İşdə olan “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 10159 nömrəli, xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı Əbülfəz oğlu arasında bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 78.3 kvm torpaq sahəsi icarə şərtləri əsasında İddiaçı Əbülfəz oğlunun icarəsinə verilmişdir. Həmin müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı ilə Xidmət arasında sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanılmışdır və həmin müqavilə qüvvədədir. Sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçı ilə Xidmət arasında hər hansı mübahisə yoxdur. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı, o cümlədən təsdiq edilmiş smetaya uyğun əsasında Əliyev X3 rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi ünvanında kommersiya dükanı (qeyri-yaşayış binası) tikmişdir. Həmin qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixli 93 inventar nömrəli qeyriyaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. İddiaçı sözügedən Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 93 inventar nömrəli xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportunu rəhbər tutaraq həmin qeyri-yaşayış binası üzərində özünün mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 93 inventar nömrəli xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu əsasında ünvan 2 ünvanında inşa edilmiş qeyri-yaşayış binası üzərində özünün mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında inşa edilmiş sözgedən qeyri-yaşayış binasının texniki parametrləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 93 inventar nömrəli xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportunda əks olunan vəziyyətinə və xx.xx.2020-ci il tarixli obyektin istismara icazə sənədində qeyd edilən göstəricilərə uyğundur. Eyni zamanda tikilinin kommersiya təyinatlı olduğu, baxış zamanı təmirli vəziyyətdə olmaqla istismara yararlı olduğu və tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Cəlilabad RİH-nin başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 104 saylı icazə sənədinə və 1999-cu il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən, İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati - ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri - yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar daxildir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən qeyri - yaşayış bina, tikili və qurğularına (onların hissələrinə) bu Qaydaların 2.1 bəndində göstərilən mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər və ya onların müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri olmadıqda mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər aşağıdakılardır: texniki inventarlaşdırma sənədləri (texniki pasport). Bir şərtlə ki, bu texniki sənədlər hüququ müəyyən edən sənədlərə istinadən verilmiş olsunlar. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi hüququ müəyyən edən sənədlərə istinadən verilmiş texniki inventarlaşdırma sənədləri (texniki pasport) qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab olunur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən qeyri-yaşayış binası üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, iddiaçı ünvan 2 ünvanında inşa edilmiş sözügedən qeyri-yaşayış binasını Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı əsasında inşa etmiş və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərəfindən 93 inventar nömrəli, xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. X1 verilməsinə əsas olan sənədlərə yəni, Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxeminə və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışına istinad edilmişdir. İddiaçı həmin sənədlər əsasında sözügedən qeyri-yaşayış binasına öz adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 93 inventar nömrəli 1999-cu il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsasdır. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini təqdim etdiyi xx.xx.2020-ci il tarixli 64 saylı “tikinti obyektinin istismarına icazə” sənədində “tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi” və “tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qeyd edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman yəni, qeyri-yaşayış binasının tikildiyi və tikintisinin başa çatdığı zaman həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasport hüququn qeydiyyatı üçün əsas olmuşdur ki, iddiaçı da həmin sənədi cavabdehə təqdim etmişdir. Başqa sözlə qeyri-yaşayış binasıını tikintisindən öncə həmin binanın tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının sərəncamının və tikintisi başa çatdıqdan sonra istismara icazə sənədinin təqdim edilməsi tələb olunmurdu. İş materiallarından göründüyü kimi sözügedən qeyri-yaşayış binasının tikilməsi üçün xx.xx.1997-ci il tarixdə tikintinin aparılmasına icazə verilmiş, həmin qeyri-yaşayış binası 1998-ci ildə tikilmiş və həmin binaya dair 1999-cu ildə texniki pasport tərtib edilmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Cəlilabad RİN-nin baş memarı ilə Göytəpə şəhər İcra nümayəndəsinin razılaşdırılmış yerin seçilmə sxemi və xx.xx.1997-ci il tarixli, 104 nömrəli arayışı və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 93 inventar nömrəli 1999-cu il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qeyd olunan sənədin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlər yuxarıda qeyd edilən hüquq normalarına əsasən sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsasdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında və apellyasiya şikayətində göstərilən dəlillər, məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza ilə təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9317 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən mübahisəli tikilinin ümumi sahəsinin 132,8 kv.m, tikintialtı torpaq sahəsinin 77,3 kv.m olduğu, həmin qeyri-yaşayış binasının texniki parametrlərinin layihəyə (texniki pasporta) uyğun olduğu, xx.xx.2020-ci il tarixli obyektin istismara icazə sənədində qeyd edilən göstəricilərə uyğun olduğu, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixdə qeydiyyata alındığını nəzərə alaraq həmin obyektin tikinti və şəhərsalma normalarına uyğun olduğu, texniki pasportdan əlavə hər hansı əsaslı tikinti işlərinin aparılmadığı, tikilinin axış zamanı təmirli vəziyyətdə olmaqla istismara yararlı olduğu müəyyən edilir. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9317 nömrəli ekspet rəyi ilə mübahisə obyekti olan qeyri-yaşayış binası ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən hallarla bağlı uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “tikilinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmaması ilə bağlı” dəlillərinə münasibətdə onu da qeyd edir ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanılmışdır. Belə ki, işdə olan “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 10159 nömrəli, xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı Əbülfəz oğlu arasında bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 78.3 kvm torpaq sahəsi icarə şərtləri əsasında İddiaçı Əbülfəz oğlunun icarəsinə verilmişdir. Həmin müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə:
Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-280/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.