Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-179/2023 04.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şirvаn İnzibаti Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-352/2023 nömrəli qərarından cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 25 yanvar 2023-cü il tarixli, 2- 1(120)-352/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixli qərarla hesablanmış borcu ödəmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirmir və iddiasından imtina edir. O, iddiaçının iddiadan imtinasının qəbul edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında İddiaçı iddiadan imtinasının qəbul edilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtinası barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibаti Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(120)-352/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin və İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-179/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-179/2023
04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver