Məhkəmə qərarları › İş №2-1(106)-18/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-18/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-18/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs qismində Saatlı rayon X4 Hüquqi Şəxsi cəlb olunmaqla) “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən etibarən növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və müharibənin ən qaynar döyüş nöqtəsi olan Ağdam rayonunun Güllücə kəndində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.1994-cü il tarixdə hərbi hissə komandirinin tapşırığına görə döyüşə atılmış və qəhrəmancaçına vuruşaraq sonda (ölümcül) ağır yaralanmışdır. Hərbi vertolyotla Bakı şəhərində yerləşən hərbi hospitala çatdırılmışdır. M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunmuşdur. Yaralanmanın səbəbi kimi «Qaraciyərin sağ payını, sağ diafraqmanın, sağ ağ ciyərin dəlib keçmiş, hemo-pnevmotoaksla ağırlaşmış güllə yarası, İİİ dərəcəli posthemorragik şok. Postravmatik Hepatit» diaqnozu təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi kimi-«Sağ tərəfli torakoabdominal güllə yarası, hemopnevmotoraks və qaraciyərin yaralanması, laparotomiya, qaraciyərin yarasının tikilməsi, tənəffüs çatışmamazlığı, İ (birinci) dərəcə» diaqnozu təyin edilmişdir. «Hərbi Travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır». Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2015-ci il tarixli 360 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə ona İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir. Hər il müalicə olunmaqla yanaşı və tibbi müayinələrdən keçməklə əlillik müddəti xx.xx.2021-ci il tarixə kimi davam etmişdir. Növbəti müddətə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in xx.xx.2021-ci il tarixli 0311003AAWAR saylı elektron göndərişlə cavabdeh DTSERA-nə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixlə 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Sosial Ekspertiza X3»də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisələrinin göndərişi əsasında TSEK-rı tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Lakin rəsmi müraciət müddətindən 4 aydan artıq müddət keçsə də, cavabdeh tərəfindən ona növbəti müddətə əlilliyin təyinatı ilə bağlı heç bir rəsmi cavab verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarı (F.Abbasov) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 360 nömrəli Qərarından müəyyən olunur ki, Saatlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994- cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adma təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Qaraciyərin sağ payını, sağ diafraqmanı, sağ ağ ciyərin dəlib keçmiş, hemopnevmotoaksla ağırlaşmış güllə yarası. İİİ dərəcəli posthemorragik şok. Postravmatik hepatit” və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sağtərəfli torakoabdominal güllə yarası, hemopnevmotoaks və qaraciyərin yaralanması (xx.xx.1994), laparotomiya, qaraciyərin yarasının tikilməsi (xx.xx.1994), tənəffüs çatışmazlığı İ (birinci) dərəcə” (Azərbaycan Respublikası SHXÇDX Saatlı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli, 440 nömrəli arayışı, M.Nağıyev adma təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994cü il tarixli, 6104 saylı arayış, MN MHHKnın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli qərarı ilə ona İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmiş, hər il müalicə olunmaqla yanaşı və tibbi müayinələrdən keçməklə əlillik müddəti xx.xx.2021-ci il tarixə kimi davam etmişdir. Növbəti müddətə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in xx.xx.2021-ci il tarixli, 0311003AAWAR saylı elektron göndərişilə cavabdeh DTSERA-nə müraciət etmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavabına əsasən xx.xx.2022-ci il tarixdə aparılmış müayinənin nəticəsi olaraq İddiaçı əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb kimi Dövlət səhiyyə müəssisəsi tərəfindən “rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Kifayət qədər əsaslann mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxanda qeyd olunan hallar zəruri inzibati icraat apanlmaqla cavabdeh inzibati orqan tərəfindən araşdınlmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, "əlilliyin təyin olunmasından imtina ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixli 0311003AAWAR nömrəli göndəriş əsasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsi xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin mümkünlüyünə qiymət verilməsindən ötrü apellyasiya və kassasiya şikayəti vermək hüququna dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mərkəzi normaları qismində çıxış edən 81.2-ci və 90.2-ci maddələrinin müddəalarına nəzər yetirməyi hesab edir: Belə ki, həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi iddiaçıya münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə iddiaçının tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları iddiaçılara münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 17 fevral 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan kimi cavabdeh iş üzrə iddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçının apellyasiya şikayətinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatınından görünür ki, o birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, kifayət qədər araşdırma aparıldıqdan və cavabdehin mövqeyi bəlli olduqdan sonra bu məzmunda qərarın qəbul edilməsi onun maraqlarına ziddir. Hesab edir ki, onda olan xəstəliklər (diaqnoz) əlilliyin təyin edilməsi üçün kifayət edir və hər hansı ziddiyyətli hallar mövcud deyildir. Bu baxımdan tələbinin tam təmin olunmasını yəni, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilən məhkəmə aktından iddiaçının “məzmunca ziyan çəkməsi” halı müəyyən olunduğundan, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K70-K77 – Qaraciyər xəstəlikləri => K73 - Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit => K73.2 - Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv Diaqnozun mətni: Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit. Qaraciyər xroniki aktiv hepatit kəskinləşməsi fazasında, sirroza keçid mərhələ. Qaraciyər sağ payının sağ diafraqmal, sağ ağciyərin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Xroniki qaraciyər çatmamazlığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ tərəfdən tarakobdominal dəlib keçən güllə yaralanmasından sonrakı hal. Tarakolaparatomiyadan, qara ciyərin titkilməsindən sonrakı hal. Xroniki qaraciyər çatmam...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir (bax 1-ci cild, iş vərəqi 205, 206). Daha sonra Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K70-K77 – Qaraciyər xəstəlikləri => K73 - Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit => K73.2 - Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv; Diaqnozun mətni: Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit. Qaraciyər xroniki aktiv hepatit kəskinləşməsi fazasında, sirroza keçid mərhələ. Qaraciyər sağ payının sağ diafraqmal, sağ ağciyərin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Xroniki qaraciyər çatmamazlığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ tərəfdən tarakobdominal dəlib keçən güllə yaralanmasından sonrakı hal. Tarakolaparatomiyadan, qara ciyərin titkilməsindən sonrakı hal. Xroniki qaraciyər çatmam...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir (bax 1-ci cild, iş vərəqi 207). Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti; Diaqnozun mətni: Virus mənşəli xroniki C hepatiti, Virus mənşəli xroniki Hepatit C; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulma" səbəbi Göndərişin natamam doldurulması – Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun ilə imtina verilmişdir (bax 1-ci cild, iş vərəqi 208). Beləliklə iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 360 nömrəli Qərarından müəyyən olunur ki, Saatlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Qaraciyərin sağ payını, sağ diafraqmanı, sağ ağ ciyərin dəlib keçmiş, hemopnevmotoaksla ağırlaşmış güllə yarası. İİİ dərəcəli posthemorragik şok. Postravmatik hepatit” və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Sağtərəfli torakoabdominal güllə yarası hemopnevmotoaks və qaraciyərin yaralanması (xx.xx.1994), laparotomiya, qaraciyərin yarasının tikilməsi (xx.xx.1994), tənəffüs çatışmazlığı İ (birinci) dərəcə” (Azərbaycan Respublikası SHXÇDX Saatlı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli, 440 nömrəli arayışı, M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 6104 saylı arayış, MN MHHK- nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli qərarı ilə ona “Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit. Qaraciyər xroniki aktiv hepatit kəskinləşməsi fazasında, sirroza keçid mərhələ. Qaraciyər sağ payının sağ diafraqmal, sağ ağciyərin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Xroniki qaraciyər çatmamazlığı” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmiş, hər il müalicə olunmaqla yanaşı və tibbi müayinələrdən keçməklə əlillik müddəti xx.xx.2021-ci il tarixə kimi davam etmişdir. Növbəti müddətə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in xx.xx.2021-ci il tarixli, 0311003AAWAR saylı elektron göndərişilə cavabdeh DTSERA-nə müraciət etmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb kimi Dövlət səhiyyə müəssisəsi tərəfindən “rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymtləmdirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “Göndərişin natamam doldurulma" əsası ilə iddiçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdeh qurumun qərarı qanunsuz olmudur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının müraciəti əsasında (iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra) o, əlavə əyani müayinə olunmuş və müayinənin nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissyasının Qərarında və şəxsin tibbi sənədlərində qeyd edilən diaqnozun öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı gəbul edilmişdir (1-ci cild, iş vərəqi 209, 210). Halbuki, əlilliyin müəyyən edilməsindən ötrü Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş sonuncu göndərişdən (xx.xx.2021-ci il tarixli Forma 88-dən) görünür ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz B18.2 (Virus mənşəli xroniki C hepatiti Virus mənşəli xroniki hepatit C), ağıralşma kimi K74 (Qaraciyərin fibrozu və sirrozu Qaraciyərin sirrozu) diaqnozu, yanaşı xəstəlikər kimi isə S36.8 (Digər qarın boşluği orqanlıarın travması Toroxanbdominal güllə yaralanmasından sonraki vəziyyət), S27.3 (Ağciyərin digər travmaları), S27.0 (Travmatik pnevmotoraks), İ10 (Essensial (birincili) hipertenziya Hipertoniya xəstəliyi 2-ci dərəcə) diaqnozu qoyulmuşdur (bax 1-ci cild, iş vərəqi 7-9, 47-49). Beləliklə də işdə olan tibbi müayinə sənədlərindən görünür ki, iddiaçının səhhəti ilə bağlı keçirilmiş müayinələr zamanı əvvəlki illər ərzində müəyyən edilmiş “Diaqnozun mətni: “Başqa rublikalarda təsnif olunmayan xroniki aktiv hepatit. Qaraciyər xroniki aktiv hepatit kəskinləşməsi fazasında, sirroza keçid mərhələ. Qaraciyər sağ payının sağ diafraqmal, sağ ağciyərin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Xroniki qaraciyər çatmamazlığı” səbəbi ilə 2015-cü il tarixindən 2021-ci il tarixinə kimi əlillik dərəcəsi təyin edilsə də və hazırda da həmin xəstəlikdən əziyyət çəksə də, o cümlədən ağırlaşma kimi K74 (Qaraciyərin fibrozu və sirrozu Qaraciyərin sirrozu) diaqnozu müəyyən edilsə də həmin diaqnoz əsasında “Diaqnoz əlilliyin təyinatına əsas vermir” səbəbi ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Məhkəmə kollegiyası iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü cavabdehin nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və həmin qərardadlar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli 1027/2024 nörməli və xx.xx.2024-cü il tarixli T626/2024 nömrəli ekspert rəyləri daxil olmuşdur (bax 1-ci cild iş vərəqi 101-105 və 2-ci cild iş vərəqi 43-49). Həmin rəylərdən görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş sonuncu göndərişdə (xx.xx.2021-ci il tarixli 088№-li Formada) qeyd edilən “Əsas diaqnoz: B18.2-virus mənşəli C hepatiti, virus mənşəli xroniki hepatit C, K74-qaraciyərin fibrozu və sirrozu, qaraciyərin sirrozu, S36.8digər qarın boşluğu orqanlarının travması, toroko-abdominal güllə yaralanmasından sonrakı vəziyyət, S27.3-ağciyərin digər travmaları, S27.0-travmatik pnevmotoraks, İ10essensial hipertenziya, hipertoniya xəstəliyi İİ dərəcə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilərkən iddiaçıya “K43.9 Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı, Z98.8 Laporatomiyadan sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası rəyi mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi cavabdeh müvafiq qərarında iddiaçıya təyin edilmiş diaqnozun “Diaqnoz əlillik əlaməti təyin etmir” qeyd etsə də, ekspert rəyindən, eləcə də iş materiallarında olan sənədlərdən iddiaçının “B18.2-virus mənşəli C hepatiti, virus mənşəli xroniki hepatit C, K74-qaraciyərin fibrozu və sirrozu, qaraciyərin sirrozu, S36.8-digər qarın boşluğu orqanlarının travması, toroko-abdominal güllə yaralanmasından sonrakı vəziyyət, S27.3-ağciyərin digər travmaları, S27.0-travmatik pnevmotoraks, İ10-essensial hipertenziya, hipertoniya xəstəliyi İİ dərəcə”, o cümlədən “K43.9 Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı, Z98.8 Laporatomiyadan sonrakı vəziyyət” diaqnozlu xəstəlikdən əziyyət çəkdiyi və onda olan həmin diaqnoz Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında əks olunmuş diaqnozla uyğunluq təşkil etməsi sübuta yetirilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçıda hazırda mövcud olan xəstəliklər ilə 2015ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eynilik təşkil etmiş, hətta bu müddət ərzsində xəstəliyində ağırlaşmalar (K74-qaraciyərin fibrozu və sirrozu, qaraciyərin sirrozu) olmuşdur. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçıda aşkar olunan diaqnoz hazırda qüvvədə olan qanunvericiliyə əsasən də əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, ekspertiza tətqiqatı ilə müəyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.5.1-ci (xroniki virus hepatiti, XBT10 kodu B18) bəndinə və 3.5.2-ci bəndinə (qaraciyərin fibrozu və sirrozu XBT10 kodu K74) əsasən əlilliyin təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası iddiaçının hazırki xəstəlikdən uzun müddət əziyyət çəkdiyini və sağlamlığının bərpa oluması ilə bağlı hər hansı müsbət dəyişikliyinin olmadığını, əksinə ağırlaşmalar ilə əlaqədar ona əvvəllər əlillik təyin olunduğunu, hazırda ona təyin edilmiş diqnozun əvvəllər əlilliyin təyin edilməsinə əsas olan diaqnoz ilə eynilik təşkil etdiyini nəzərə alaraq, o cümlədən hazırda olan diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin ediməsinə əsas verdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2015-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Təsadüfi deyildir ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunun 48-ci bəndinə görə “bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, hətta ağırlaşmalar olduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (K74, B18.2) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-234/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-434/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Əlilliyin təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və xx.xx.2021-ci il tarixli 0311003AAWAR nömrəli göndəriş əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar