Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-181/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlu oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1464/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 10 fevral 2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 11 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-1464/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni SOCAR-ın məhkəməyə təqdim etdiyi məktuba və cavabdehin zərərli kimi qəbul etdiyi iş stajı (7 il (xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) dövrünə istinadən onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki 36 ay əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, işlədiyi İstehsalatın avtomatlasdırıcı. Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri sözügedən arayışda istinad edilən olunan ... neft,qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan,elektrik avadanlıqlarının təmiri və xidməti üzrə sahəsinə, işlədiyiniz elektrik cilingəri vəzifəsi isə elektrik montvoru vəzifəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, süzəstli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “X8” MMC-nin iddiaçıya dair 27 iyul 2023-cü il tarixli 52 nömrəli arayışında onun xx.xx.1996xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azərpetoil” müştərək müəssisəsinin “İstehsalın Avtomatlaşdırılması” sexində, xx.xx.2000-01.01 2002-ci il tarixləri arasındakı dövr ərzində “X8”nin İstehsalın avtomatlaşdırım sexində, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Elektrik avadanlıqları və avtomatika sexində elektrik montyoru vəzifəsində, xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi İstehsalın avtomatlaşdırma, Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə sahəsinə, iddiaçının işlədiyi elektrik-çilingər vəzifəsi isə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il (xx.xx.2002-xx.xx.2009cu il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısı”nın müvafiq bəndinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə arasında dəqiq uyğunluq olmalıdır, işin materiallarından da göründüyü kimi, İddiaçı arayışında yazılan elektrik- çilingər vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi bəndində nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin iş üzrə geniş və hərtərəfli araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. -ИТ-İ ******* nömrəli əmək kitabçasından və arxiv arayışlarından görünür ki, İddiaçı xx.xx.1979-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -SOCAR-ın xx.xx.2022-ci il tarixli, **********80020123X00245 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü X3 iş stajı aşağıdakı kimidir: xx.xx.1983-cü ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexinə dispetçer avadanlıqları və teleavtomatika üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə dispetçer avadanlıqları və teleavtomatika üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə dispetçer avadanlıqları və teleavtomatika üzrə 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə dispetçer avadanlıqları və teleavtomatika üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə "xxxx" X1 avtomatlaşdırılması sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci ildə 6-cı dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildən "xxxx" Müştərək Müəssisəsi ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. -“X8” tərəfindən verilmiş Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən peşələr üzrə is stajı haqqında xx.xx.2023-cü il tarixli 52 nömrəli arayışda göstərilmişdir ki, Əliyev X5 adalarının Karasu Əməliyyat Şirkətində Elektrik avadanlıqlarına xidmət və istehsalatın avtomatlaşdırılması sexinin istehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik-çilingər vəzifəsində işləmişdir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. İstehsalın avtomatlaşdırıcı sexi: 6 (altıncı) dərəcəli elektrik montyoru (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə, bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2000-xx.xx.2002 Neft qaz və qaz kondensatı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru: (Neft qaz və qaz hasilatı obyektlərində və mədənlərdə, bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2002-xx.xx.2009
2. Elektrik Avadanlıqları və avtomatika sexi: Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik montyoru (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə, bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2002-xx.xx.2009
3. Elektrik avadanlıqları və avtomatika sexi: Avtomatika və nəzarət ölçü cihazları üzrə çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2009-xx.xx.2010
4. Elektrik avadanlıqları və avtomatika sexi: Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik-çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2009-xx.xx.2021.
5. Elektrik avadanlıqlarına xidmət və istehsalın avtomatlaşdırıcı sexi: İstehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik-çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2021-xx.xx.2022 Cəmi: 21 il 3 ay 1 gün
6. X2: İAS-nə 5 (beşinci) dərəcəli elektrik montyoru qəbul edilib (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.1996xx.xx.1998
7. İxtisası üzrə 5 (beşinci) dərəcəli elektrik montyoru olmuşdur (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.1998-xx.xx.2000 Əmək kitabçasında göstərilən qeydlərə əsasən Cəmi: 4 il l0 ay Ümumi əmək stajı: 26 il 1ay 1gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qəranna və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxanşlar üzrə İddiaçı 26 il 1 ay 1gün imtiyazlı iş stajına malikdir.
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2.Neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; Mədənlərdə tərkibində kükürdlü hidrogen olan (l .5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər. neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər. -“X8” tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 04-2/006 nömrəli məktubunda qeyd edilmişdir ki, neft-qaz və qaz kondesantı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifələri müxtəlif gərginliyə malik olan yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi, daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat vahidlərinə xidmət edilməsi, texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının sazlanması, təmiri və tənzimlənməsi, təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və demontajı işlərinin aparılması, yüksək voltlu kabel şəbəkələrində epoksid uclarının ayrılması, mis və alüminium kabellər arasında birləşdirici muftaların montajı, əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatların və transformatorların kompleks sınağı, elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması, bütün güclərdən elektrik mühərriklərinin diyirlədici podşipniklərinin şaberlənməsi, temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının nasazlıqlarının aradan qaldırılması və dəyişdirilməsi, elektrik qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha gətirilməsi, güc lövhələri və işıqlandırma qovşağının hazırlanması və quraşdırılması, gücü 500 kvt-a qədər olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi və yığılması, gücü 1000 kvt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və yığılması, partlayış təhlükəsi olmayan gücü 50 kvt-a qədər olan elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması, elektrik alətlərinin sökülməsi, təmiri və yığılması, lövbərlərin maqnit makaralarının, elektrik maşınlarının şotka tutumlarının təmiri və dəyişdirilməsi, transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər, yeşiklərin və digər aparatların sökülməsi, təmiri, yanmış hissələrin çıxarılması ilə yığılması, tormoz aparatları və kənar açarların təmiri və quraşdırılması, qazıma qurğularının idarə stansiyası nəzarətçilərinin yoxlanılması, təmiri, yığılması və qurulması, qoşucu və ayırıcıların eyni zamanda söndürülüb yandırılması əlaqələrinin tənzimlənməsi, elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirakı, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi, kabellərin manometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması, xüsusi yükləyicilərin sökülməsi, təmiri və yığılması, gərginliyi 35 kvt-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri, müxtəlif növ gərginliyi olan kabel xəttində kəmər qapanmalarının montajı, elektrik maşını və kabel qurğularının əmr- işarə aparatlarının təmiri, ayrı-ayrı detal və birləşmələrin və nasazlıqların aradan qaldırılması ilə quru qaynaq və yağ dəyişdirilməsi, qüsur transformatorlarının tam təmiri, rele mühafizəsi panellərində qüsurların yoxlanılması və aradan qaldırılması, sinxronlaşdırılmış və avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri və sazlanması, elektrik qaynağı maşınlarının təmiri və sazlanması, avtomatik distansiya idarəedilmənin elektrik sxeminin yoxlanması, təmiri və sazlanması, yüksək gərginlikli kabellərin zədələrinin tapılması, kəsilməsi və quraşdırılması, kosinus-finin artırılması üçün statistik kondensator tələbatın hesablanması, nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi işlərinin aparılması, ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması və.s-dən ibarətdir. Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik çilingərinin vəzifələri- AQM və CTP sistemləri BLOK-ların monuifoldlarına və elektrik avadanlığına nəzarət və təmir xidməti (quyuların işi üzrə dioqram alınması sistemi), avtomatika ölçüm bloklarında elektrik avadanlığını təmir nəzarət və xidməti (monifoldlar. seperator, EBM, BSKO sistemləri), avtomatika siqnal elektrik veriliş xəttlərində xəttlərin quraşdırılması təmiri, nəzarət və xidmət və.s-dən ibarətdir. Avtomatika və nəzarət ölçü cihazları üzrə çilingər və Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik montyorunun vəzifələri- AQM və CTP sistemləri gərginlik cərəyan aparan sisntvlərinə nəzarət və təmir xidməti (quyuların işi üzrə dioqram alınması sistemi), avtomatika ölçüm bloklarında elektrik avadanlığını təmir nəzarət və xidməti (monifoldlar. seperator, EBM, BSKO sistemləri), avtomatika siqnal elektrik veriliş xətlərində xəttlərin quraşdırılması təmir, nəzarət və xidmət və.s-dən ibarətdir. İstehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik çilingərinin vəzifələri-şirkət üzrə avtomatika avadanlıqların, nəzarət-ölçü cihazlarının o cümlədən qoruyucu panellərin, ayırıcıların, kabel xətlərinin, işıqlanma dövrələrinin, kontaktorların, avtomat açarların, ölçü transformatorlarının quraşdırılması, dövrəyə qoşulması, sökülməsi, cari və profilaktik təmiri, texniki xidmət göstərilməsi, orta mürəkkəbli avtomatika avadanlıqların, nəzarət- ölçü cihazlarının, elektromaqnit, elektrodinamik, kenmatika və hərəkətli sistemini sökməklə, əsas hissələrini və qovşaqlarını hazırlamaqla və son şəklə salmaqla təmiri, quraşdırılması, tənzimlənməsi və sınanması, avtomatika avadanlıqların, nəzarət ölçü cihazların və ölçmə sistemini sökmək yaxud dəyişdirməklə, kinematikasını tənzimləməklə, onu dərəcələməklə yaxud yenidən dərəcələməklə təmiri, avtomatika avadanlıqların, nəzarət-ölçü cihazların idarəetmənin ölçü vasitələrində zədələnmələrinin təyin və onların aradan qaldırılması, cihazların hissələrinin bağlanması və birləşdirilməsində mürəkkəb sxemlərin nişanlanması və quraşdırılması, cihazlarım yoxlanması və sınaq zamanı mütləq və nisbi xətanın hesablanması və s.-dən ibarətdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına baxış keçirilmiş və yuxarıda qeyd edilən vəzifələrə oxşar olaraq 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə dair hissədə a) fəhlələr- “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər”, “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər”, “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər” vəzifələri müəyyən edilmişdir. -“X7 LTD”-nin xx.xx.2024-cü il tarixli, 95/02 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirkət 2009-cu il tarixdən fəaliyyətə başlamış və bundan öncə Kürovdağ neft yatağında neft hasilatı ilə məşğul olan müəssisələrin hüquqi varisi olmadığı üçün İddiaçı xx.xx.1983xx.xx.1996-cı illərdə əmək funksiyaları barədə məlumat Şirkətdə mövcud deyil. -SOCAR-ın xx.xx.2024-cü il tarixli, 14-2-1/2-386/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 11 avqust 2022-ci il tarixli, SOCAR**********80020123X00245 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində, "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək elektrik montyoru peşəsində işləmişdir. İddiaçı "xxxx" X1 avtomatlaşdırılması sexində işlədiyi müddətdə peşəsinin adı elektrik montyoru olması ilə bağlı bildirilir ki, İstehsalatın avtomatlaşdırılması sexinin əsas fəaliyyətinə uyğun olaraq bu sexdə işləyən elektrik montyorlarının peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə əsasən VTİSK-da dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərdə tutulduğuna görə, onun həmin müəssisənin İstehsalatın avtomatlaşdırılması sexində işlədiyi elektrik montyoru peşəsini dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərə alınır. S.S. Əliyevin “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixədək işlədiyi dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi və "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq etdiyi 1 və 2 №-li Siyahıların və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 nömrəli Siyahının 21302000 “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsinin 2130200a—19861 “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” yarımbölməsində nəzərdə tutulmuş peşə iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin “İstehsalatın avtomatlaşdırılması sexinə dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru” peşəsi ilə vəzifə təlimatı və gördüyü işin xüsusiyyəti baxımından uyğunluq təşkil edir və bu hal işəgötürənin müvafiq arayışı ilə də təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi SOCARın məhkəməyə təqdim etdiyi məktuba və cavabdehin zərərli kimi qəbul etdiyi iş stajı (7 il (xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) dövrünə istinad etməklə səhv nəticəyə gəlmiş və nəzərə almamışdır ki, iddiaçının pensiya hüququnun yaranması 2006cı il tarixədək daşıdığı peşələrin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilə bilərdi. Həmçinin qeyd olunur ki, cavabdeh xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövrdə iddiaçının "xxxx" Əməliyyat Şirkətində “Neft qaz və qaz kondensatı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru” peşəsinin güzəştli olmasını mübahisələndirmədiyi halda eyni sahə və eyni xüsusiyyətlərə malik olan “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin “İstehsalatın avtomatlaşdırılması sexində dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru” peşəsinin zərərli olmasını qəbul etməsə də, bunun hüquqi əsaslarını şərh etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuş peşələrdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının hazırki mübahisə üzrə cavabdehə ilkin müraciət tarixi 10 fevral 2023-cü il tarixdə olmuşdur. Odur ki, pensiyanın ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən 10 fevral 2020-ci il tarixdən aparılmalıdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1464/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın 10 fevral 2020-ci il tarixdən ödənilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.