Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-182/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1330/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il Mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” kimi göstərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 426.059,82 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərar ilə razılaşmadıqlarından qərar ləğv olunmalıdır. Vergi orqanı tərəfindən ilk öncə eyni dövr üzrə 29 sentyabr 2022-ci il tarixində 2021-ci il mənfəət vergisi üzrə **********698700 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən 1852.52 manat əlavə vergi hesablanması tətbiq edilmişdir. Həmin qərar daha sonra ləğv edilərək eyni dövr üzrə ikinci bir yoxlama həyata keçirilmiş 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 426.059,82 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Həmçinin müəssisənin rəhbəri olan və aktı imzalayan şəxs latın qrafikası ilə oxumağı və yazmağı bilməyən bir şəxsdir. O yalnızca rus əlifbası ilə oxumağı və yazmağı bacara bilir. Beləki, vergi yoxlayıcısı Əhədli Nizami tərəfindən ona təqdim edilmiş SVY aktı müəssisə rəhbərinə tanış edilmədən, hər hansı məlumat verilmədən imzlatdırılmışdır. Daha sonra müəssisə rəhbəri tərəfindən vəkilə müraciət edilərək işin faktiki halları barədə məlumatı olmuşdur. Həmin yoxlamanın nəticəsində 125000 manatadək maliyyə sanksiyası, 426000 manat əlavə vergi və 90000-dək isə faiz borcu hesablanmışdır. Həmçinin müəssisə toxumluq kartof idxal etmişdir. Həmin toxumluq kartof kənd əhalisi üçün nəzərdə tutulmuş, onların əkinlərinin daha yaxşı olması üçün gətirilmişdir. Həmin hesablamaya əsas kimi tərəflərindən verilmiş dəqiqləşdirilmiş bəyannamə qeyd edilmişdir ki, həmin bəyannamə vergi orqanı tərəfindən bildirildiyi üçün dəqiqləşdirlmiş şəkildə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktubları aşağıdakı kimi təqdim edilmişdir. xx.xx.2022-ci il tarixində **********802900 saylı uyğunsuzluq məktubuna əsasən səbəbləri hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3700217.22 manat+201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat+202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşman və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3700217.22 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3709880.02 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Hesablama metodu ilə təqdim etdikləri bəyannamənin “Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri”(221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), "Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri" (221.11 -ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri" (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 3691882.62 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannamosi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (192829.60 manat) (+) cariil ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (3580307.63 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığoıta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) +1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla,işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən (3773137.23 manat) bəyannamənin 1 №-li Olavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (83366.17 manat) çıxılması nəticəsində yaranan (3689771.06 manat) məbləğin müqayisəsi nəticəsində 2111.56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və xx.xx.2022-ci il tarixində **********308100 saylı uyğunsuzluq məktubuna əsasən Səbəblər: Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), "Malın dəyəri" (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su ve kanalizasiya xərcləri" (221.10-cu), "Rabitə xərcləri” (221.11 -ci), "Mühafizə xərcləri" (221.12- ci), "Reklam xərcləri" (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 3701881.73 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (192829.60 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (3580307.63 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən (3773137.23 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 73366.17 manat) çıxılması nəticəsində yaranan (3699771.06 manat) məbləğin müqayisəsi nəticəsində 2110.67 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və xx.xx.2022-ci il tarixində **********701000 saylı uyğunsuzluq məktubun səbəbləri kimi hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat +201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat +202-Cİ (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindəngəlir) sətrində 0.00 manat + 203-cü (Daşman və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat +206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindənkiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. xx.xx.2022-ci il tarixili **********386300 saylı kamreal hesablanmış vergi qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 1.233.66 manat əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.086,18 manat hesablanmışdır. Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1852.52 manat göstərilmişdir. Bəyənnamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq tədiqedici sənədlər barədə məlumatda isə aşağıdakılargöstərilmişdir. Hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200- cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-Cİ (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən aksiz bəyannamələrinin 406-cı sətrində (cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Daha sonra vergi orqanı yenidən xx.xx.2022-ci il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən xx.xx.2022-ci il tarixində **********125600 saylı uyğunsuzluq məktubu göndərmişdir: "Vergi ödəyicisi"xxxx" MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys deyeri ile ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 363067,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat e qaimə ilə aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.73- 1571582,61-2130299, 12*20%-426059,82)" xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və xx.xx.2022-ci il tarixində **********115600 saylı uyğunsuzluq məktubu hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat +202-Cİ (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindəngəlir) sətrində 0.00 manat +203-CÜ (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-Cİ (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindənkiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. xx.xx.2022-ci il tarixində yenidən Kamreal hesablanmış Qərar № **********698700 təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.233.66 əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.086,18 Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1852.52 manat göstərilən məbləğə düzəlişedilməsinin səbəbi və müvafiq tədiqedici sənədlər barədə məlumatda göstərilmişdir. Hesablamametodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin 3. № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Daha sonra xx.xx.2022-ci il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə yə əsasən xx.xx.2022-ci il tarixində **********984400 saylı məktubun səbəbləri kimi "Vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys deyeri ile ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat e- qaimə ilə aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.73- 1571582,61-2130299, 12*20%=426059,82)" və xx.xx.2022-ci il tarixində **********024100 saylı səbəblər Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 3631511.13 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin ‘'Aktivlər, öhdəliklər və kapitallar barədə" 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur" xanalarındakı göstəricilərin cəmi (1574533.58 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 2056977.55 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. xx.xx.2022-ci il tarixində kameral hesablanmış **********597900 saylı qərara əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 3086,18 əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 3086,18 vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 429146.00 manat kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 426059.82 manat bəyənnamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq tədiqedici sənədlər barədə məlumat "Vergi ödəyicisi "AQRAR-A” MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys deyeri ile ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən. xx.xx.2022-ci il tarixli **********64200 saylı Bəyannamənin təqdim edilməsi haqqında bildirişdə aşağıdakılar qeyd edilmişdir. Baza məlumatlarına əsasən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1494376.62 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1494376.62 manat və 141626,09 manat e qaimə ilə aldığı malları nəzərə alaraq 1636002,71 manat (1494376,62+141626,09=1636002,71) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2065879,02 manat kənarlaşmaya əsasən 413175,80 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.73- M 1636002.71=2065879,02*20%=413175.80) "xxxx" MMC-nin VÖEN:**********) sonuncu göndərilmiş mənfəət bəyannaməsinə əsasən (xx.xx.2022-ci il tarixində) 2021-ci ilərzində ümimi gəlir 3709880.02 manat, xərclər 3632501.73 manat, vergitutma məqsədləri üçün mənfəət 6168.29 manat və mənfəət vergisi 1233.66 manat təşkil etmişdir. Vergi orqanı 37ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6saylı Ərazi Vergilər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmırıq və hesab edirik ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüquqlarınınolduğunu bildirdirlər. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindənqeyd olunan hüquqlarının kobud şəkildə pozulmuşdur. Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququmuz vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmış ki, iddiaçı “AQRAR-A" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********)(bundan sonra iddiaçı) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (bundan sonra cavabdeh) inzibati mübahisəyə dair iş vardır. İddiaçı cavabdehə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Öncəliklə iddianın əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik: Təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar bildiririk ki, borclu vergi ödəyicisi “AQRAR-A" MMC-yə (VÖEN **********) 2021-ci mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73manat digər xərclər 71210 mana: göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956.52 manat və 141626,09 manat elektron qaimə fakturalarla aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi mənfəət vergisi hesablanmışdır. (37018xx.xx-1571582,61 =2130299,12*20%=426059,82 Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********984400 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 426059,82 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********537900 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmırlar və qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında" Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququmuzun olduğunu bildirmişik. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqlarımız kobud şəkildə pozulmuşdur”. Yuxarıda qeyd olunanlarla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəməmənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla)münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergiorqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmçinin iddiaçının qeyd etdiyi digər dəlili ilə bağlı bildiririk ki, sözügedən inzibati mübahisəüzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli **********597900 nömrəli Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar xx.xx.2022- ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarı xx.xx.2022-ci il tarixdə saat 15:50:01də oxumuşdur. (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiq edilmiş surəti etiraza əlavə olunur) “İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və yamaraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qeyd olunan qərardan məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş,lakin Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət daxil olmamışdır. Belə ki, iddiaçı1 yanvar 2022-ci il tarixə Vergi Məcəlləsinə edilmiş dəyişikliyi nəzərə almayaraq yalnız öz yanlış mülahizələrinə söykənərək məhkəmədə yanlış fikir formalaşdırmağa çalışmışdır. Əlavə olaraq bildiririk ki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan xərdər, həmçinm qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi odəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına ve nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Belə ki, Həmin Məcəllənin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir. Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur kı, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəridaxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoysda, yəni hesab fakturada tapır. Hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 3630671.73 manat məbləğində bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Vergi ödə/icisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən mallarm gömrük dəyəri-advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçu vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycən Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə gorə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsuludur. “Gomruk tarifi haqqında” Qanunun 13-cü maddəsində qeyd olunan şərtləri ödədikdə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyəridir. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirik ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır. Şirvan İnzibati Məhkəməsinin iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 9/3523 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadda suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərarına əsasən hesablanmış 426.059,82 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir.Həmçinin qeyd edilir ki,vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021 -ci ilə dair dəqiqləşdirilmiş bəyannamə) bəyannaməsində göstərilənlər nəzərə alındıqda İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərara əsasən hesablanmış vergi məbləğinin vergiqanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmaması və3269.0 manat mənfəət vergisinin düzgün hesablanması müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021-ci ilə dair dəqiqləşdirilmiş bəyannamə)bəyannaməsində göstərilənlər isə aşağıdakı kimi müəyyən edilir: - Ümumi gəlir---1755741,56 manat; - Ümumi xərclər---1739396,56 manat; - Mənfəət (20%)---16345,00 manat; - Mənfəət vergisi---3269,00 manat. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 1330/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-1330/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, borclu vergi ödəyicisi "AQRAR-A” MMC-yə (VÖEN **********) 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat elektron qaimə fakturalarla aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi mənfəət vergisi hesablanmışdır. (37018xx.xx-1571582,61 =2130299,12*20%=426059,82. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********984400 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 426059,82 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022ci il tarixli **********597900 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən bir daha dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 425,877,00 manat mənfəət vergisi hesablanmış və xx.xx.20223-cü il tarixli **********801100 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir. Vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat elektron qaimə fakturalarla aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi mənfəət vergisi hesablanmışdır. (37018xx.xx-1571582,61 =2130299,12*20%=426059,82 Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********984400 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 426059,82 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022ci il tarixli **********597900 (qeyd olunan qərar ləğv edilmişdir) nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Lakin ekspert qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Halbuki öncə qeyd edildiyi kimi 2021-ci il üzrə gəlirin müəyyən edilməsi üzrə ekspert tərəfindən heç bir tədqiqat aparmadan və vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarındakı məbləğlərin sonradan azaldılması halı barədə hər hansı əsaslandırma aparmadan öz rəyini əsaslandırmağa çalışmışdır. (xx.xx.2023-cü il tarixli qərar üzrə). Halbuki, daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə gəlirinin azaldılmasına dair hər hansı sənədlər vergi orqanına təqdim edilmədən gəlir məbləği azaldılmışdır. Göründüyü kimi, vergi orqanı öz mövqeyini kifayət qədər sübut etsə də, ekspert hər hansı əsas gətirmədən, gəliri və ya xərci təsdiq edən hər hansı sənədə istinad etmədən nəticəni əsaslandırmağa çalışaraq sonda isə vergilərin düzgün hesablanmaması qənaətinə gəlmişdir. Qeyd olunan hal yəni ekspert rəyinin əsaslandırılmaması onun mötəbərsizliyini bir daha təsdiq edir. Halbuki, ekspert rəy tərtib edərkən faktlara, sənədlərə və sübutlara istinad etməli idi. Belə ki, hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən xx.xx.2023-cü il tarixli 9/3523 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakimin mötəbər sübut hesab etdiyi ekspert rəyini qiymətləndirməməsi sadə şəkildə qərardan da görünməkdədir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim etdiyimiz etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsasszı olaraq çəkinmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1330/2023 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1330/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 139. Əmtəə - material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri: Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır «İnzibati icraat haqqında» Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi ve gömrük dəyəri əsas götürülür. Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin asağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; 4.1.2. spesifik - mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 4.1.3. kombinə edilmiş - yuxarıda göstərilən hər iki növün birləşdirilməsi yolu ilə hesablanan.
Maddə 12. Gömrük dəyərinin müəyyen edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən mallarin gömrük dəyəri aşagıdakı üsullarla müəyyən edilir: 12.1.1. mallarin sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5.dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:
M a d d ə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. M a d d ə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı“ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək işin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Hazırki iş üzrə mübahisə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənİddiaçı“ barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********801100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarıdır. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən 10-cu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Belə ki, işin faktiki halarına görə iddiaçı (vergi ödəyicisi) İddiaçı MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat elektron qaimə fakturalarla aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən cavabdeh 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 426059,82 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********597900 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar qəbul etmişdir. Daha sonra vergi ödəyicisi (iddiaçı) tərəfindən cavabdehin tələbinə uyğun dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilsə də 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 425,877,00 manat mənfəət vergisi hesablanmış və xx.xx.20223-cü il tarixli **********801100 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin qəbul etdiyi qərarla və gəldiyi nəticə ilə razılaşmayaraq mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatından və iş materiallarında olan sənədlərdən müəyən edilir ki, iddiaçı 2021-ci il üçün mənfəət vergisi bəyannaməsini qanunla müəyyən edilmiş müüddətdə cavabdehə təqdim etmiş və həmin bəyannamələr üzrə bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuş və həmin bəyannamələr üzrə müvafiq qərarlar qəbul olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş uyğunsuzluq məktubu üzrə iddiaçı tərəfindən 2021-ci il üçün mənfəət vergisinə dair xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə göndərilmiş və vergi orqanı tərəfindən həmin bəyannamə üzrə xx.xx.2022-ci il tarixdə qərar qəbul oluaraq 2021-ci il üçün mənfəət vergi üzrə bəyannamədə göstərilən məlumatlara uğun 1852,52 manat vergi hesablanmışdır. Lakin, sonradan yəni, xx.xx.2022-ci il tarixdə uyğunsuzluq məktubu göndərilmədən həmin dövr üzrə əvvəl göndərilmiş bəyannamə əsasında xx.xx.2022-ci tarixli **********597900 saylı qərar qəbul edilərək iddiaçı barəsində 426.059,82 manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin tələb etdiyi şəkildə yəni, idxal olunmuş və alınmış malların dəyərinin statistik dəyərə uyğun deyil, invoys dəyərinə uyğun göstərilməklə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə vergi orqanı tərəfindən xx.xx.2023cü il tarixdə kameral qaydada xx.xx.20223-cü il tarixli **********801100 nömrəli qərar qəbul edərək iddiaçı barəsində 425,877,00 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi hətta, vergi orqanı tərəfindən tələb olunan qaydada (xərclərin satistik dəyəri ilə deyil, invoys dəyəri ilə) dəqiləşdirilmiş bəyannamələr təqdim olunsa da, iddiaçı barəsində yenə də əlavə vergi hesablanmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(120)-3079/2022 nörməli qərardadı ilə ekspertiza təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilən suala cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspet rəyinin məzmunundan görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021-ci ilə dair dəqiqləşdirilmiş bəyənnamə) bəyannaməsində göstərilən alınmış və idxal edilmiş malların dəyəri təqdim edilmiş iş materiallarında olan sənədlərdə öz əksini tapmışdır və həmin sənədlər üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərara əsasən hesablanmış 426.059,82 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, ekspert hər hansı əsas gətirmədən, gəliri və ya xərci təsdiq edən hər hansı sənədə istinad etmədən nəticəni əsaslandırmağa çalışaraq sonda isə vergilərin düzgün olmaması qənaətinə gəlmişdir. Məkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ekspertiza təyin edildikdən sonra ekspertin xx.xx.2023-cü il tarixli vəsatəti əsasında iddiaçı tərəfindən məhkəməyə (ekspertə) əlavə sənədlər təqdim olunmuşdur. Həmin sənədlər xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspet rəyinin 6-cı (altıncı) vərəqində qeyd edilmişdir. Hansı ki, həmin sənədlər xx.xx.2023-cü il tarixə kimi yəni, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın qəbul edildiyi vaxta kimi iddiaçı tərəfindən vergi orqanına da təqdim edilmişdir. Yəni, müəyyən edilmişdir ki, tətqiqatın aparılması üçün ekspertə təqdim olunan sənədlər, məhkəməyə qədər iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş sənədlər olmuş və həmin sənədlər əsasında hazırki rəy verilmişdir. Lakin, vergi orqanı məhkəməyə qədər inzibati icraat zamanı obyektiv araşdırma prinsipini pozaraq həmin sənədlər üzrə düzgün və əsaslı qərar qəbul etməmişdir. Məhz bunun nəticəsidir ki, eyni dövr üçün eyni sənədlər əsasında vergi orqanı tərəfindən fərqli qərarlar qəbul edilmişdir. Belə ki, vergi orqanı tərəfindən ilk öncə 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixində **********698700 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçıya 1852,52 manat əlavə vergi hesablanmışdır. Lakin, sonradan həmin qərar ləğv olunaraq, həmin dövr üzrə həmin bəyannamə əsasında xx.xx.2022-ci tarixli **********597900 saylı qərar qəbul edilərək əvvəlki qərarından fəqli olaraq iddiaçı barəsində 426.059,82 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin tələb etdiyi şəkildə yəni, idxal olunmuş və alınmış malların dəyərinin statistik dəyərə uyğun deyil, invoys dəyərinə uyğun göstərilməklə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etsə də yenə də cavabdeh iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə kameral qaydada əlavə vergi hesablamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Belə ki, hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim edilən etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsassız olaraq çəkinmişdir. Eləcə də ekspert rəyi qəti olaraq araşdırılmamış, yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmənin mötəbər hesab etdiyi, lakin heç bir şəkildə qiymətləndirmədiyi ekspert rəyinə əsaslandırılmış etiraz təqdim edilmiş, lakin məhkəmə tərəfindən etirazda göstərilmiş dəlillər üzrə qiymətləndirmə və münasibət olmamışdır. Bu isə məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət olunmasını istisna edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Ekspert rəyinin nəticəsinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, cavabdehİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərarına əsasən hesablanmış 426.059,82 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Həmçinin qeyd edilir ki,vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021 -ci ilə dair dəqiqləşdirilmiş bəyannamə) bəyannaməsində göstərilənlər nəzərə alındıqda İddiaçı (VÖEN **********) barəsində qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********597900 nömrəli qərara əsasən hesablanmış vergi məbləğinin vergiqanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmaması və3269.0 manat mənfəət vergisinin düzgün hesablanması müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021-ci ilə dair dəqiqləşdirilmiş bəyannamə)bəyannaməsində göstərilənlər isə aşağıdakı kimi müəyyən edilir: - Ümumi gəlir---1755741,56 manat, - Ümumi xərclər---1739396,56 manat, - Mənfəət (20%)---16345,00 manat, - Mənfəət vergisi---3269,00 manat, Eyni zamanda qeyd edilir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi (2021-ci ilə dair dəqiqləşdirilmiş bəyənnamə) bəyannaməsində göstərilən alınmış və idxal edilmiş malların dəyəri təqdim edilmiş iş materiallarında olan sənədlərdə öz əksini tapmışdır. Hətta, şərti olaraq qəbul etsək ki, ekspert rəyi mötəbər deyil, bu hal cavabdehin hazırda mübahisələndirilən qərarının əsaslılığı ilə nəticələnməyəcəkdir. Çünki, yuxarıda göstərildiyi kimi 2021-ci il üçün iddiaçı mənfəət vergisi bəyannaməsi təqdim etdikdən sonra, cavabdehin tələbi ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş və həmin bəyannamədə iddiaçı idxal edilmiş malların xərcini həm statistik dəyər ilə həm də invoys dəyəri ilə göstərməsinə baxmayarq cavabdeh iddiaçıya hər iki halda əlavə vergi hesablamışdır. Bu hal onu deməyə əsas verir ki, cavabdeh kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbini pozaraq düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya icraatında “təkrar komission” ekspertiza adı altında təqdim etdiyi vəsatətə münasibət bildirərək qeyd edir ki, həmin vəsatətdə təkrar ekspertizanın keçirilməsini zəruri edən faktiki şərtlərin nədən ibarət olması göstərilməmişdir. Həmin vəsatət məzmun baxımdan ekspert rəyinə etiraz kimi qiymətləndirilə bilər. Çünki həmin vəsatətdə ziddiyyətli məqamların nə ilə bağlı olduğu göstərilməmişdir. Həmçinin həmin vəsatətin məzmun baxımından apellyasiya şikayətinin məzmunu ilə eynilik daşıyır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-cü maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi təkrar ekspertizanın keçirilməsi hər bir halda deyil, yalnız əsassızlığına görə məhkəmənin razılaşmadığı və bir neçə ekspert rəyi arasında ziddiyyətlər olduğu halda keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməklə kifayətlənməməli, həmin vəsatətdə təkrar ekspertizanın keçirilməsini zəruri edən faktiki şərtləri və ziddiyyətli məqamların nə ilə bağlı olduğunu aydın göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə təkrar ekspertizanın keçilməsini zəruri edən hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqanın 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Hansı ki, Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununa görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.1 və 61.2) Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********801100 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı təqdim edilmiş mötəbər sübutlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.3-cü maddəsində vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7-ci maddəsində vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Beləliklə hazırki mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1330/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.