Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-185/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(106)-2249/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illərüzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ilin sentyabr ayından 2001-ciilin dekabr ayının sonunadək Yardımlı rayonunda yerləşən sabiq "xxxx" Aqrar Sənayev Şirkətində fəhlə işləmişdir. Sonradan adına **********685 nömrəli Dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edərək 2006, 2008 və 2009-cu illərdə məcburi dövlət sosial sığorta ödənişləri ödəmişdir. Həmin ödənişləri DSMF-nin yerli qurumuna ödəməklə həmin qurumdan ona müvafiq qəbzlər verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, yuxarıda göstərilən ödənişləri mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabında qeydə alınmamışdır. Bununla bağlı müraciət etdikdə isə cavabdeh qurum xx.xx.2022-ci il tarixli məktubunda müraciətini təmin etməyərək, ödənişlərlə bağlı müvafiqhesabatların olmamasını qeyd etmişdir. Halbuki göstərilən ödənişləri cavabdeh qrumun yerli şöbəsinin əməkdaşlarına onların işlədiyi inzibati binada ödəməklə, onların özlərindən bununla bağlı müvafiq qəbz almışdır. Həmin vaxt ona hansısa hesabat verməli olduğu izah edilməli idi. Həmçinin ödədiyi vəsait əsassız olmuşdursa, ondan qəbul edilməməli və ya ona qaytarılmalıidi. Lakin bunların heç biri olmamışdır. Bütün bunlar müracətinin əsassız olaraq təmin edilməməsini göstərir ki, nəticədə onun əmək pensiyası almaq hüququ pozulmuş olur. Hesab edir ki, bu hal əmək pensiyası almaq hüququnun kobud pozuntusudur. Qeyd edilənlərə əsasən2006, 2008, 2009-cu illər üzrə ödəmiş olduğu məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2249/2023 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2249/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən Mərkəzi Filial tərəfindən ünvanlanmış xx.xx.2022 və xx.xx.2023-cü il tarixli müvafiq olaraq **********1 və 3-17-1/2-A-39830/2023 nömrəli məktublarda Nazirliyin elektron məlumat bazasında 2006, 2008, 2009-cu illər üçün "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma-B2) və onlara uyğun olaraq təqdim edilməli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat’lar (Forma-B3) aşkar edilmədiyi bildirilmişdir. Fləmçinin həmin məktubda İddiaçı tərəfindən qeyd olounan illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsinə baxmayaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən kimi uçot məlumatlarının mövcu olmadığı qeyd edilmişdir. Bu səbəbdən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı tərəfindən 2006, 2008 və 2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsinə baxmayaraq elektron bazada ona aid sığortaedən kimi uçot məlumatları aşkar edilməmiş, həmçinin Forma B2 və Forma B3 məlumatları təqdim edilməmiş, bu səbəbdən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabda öz əksini tapmamışdır. İddiaçı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi sığortaçıda uçota alındıqdan sonra 2006-cı il üzrə təqdim edilmiş Forma B2 məlumatları Fond tərəfindən MEİS-ə konvertasiya ediləcəkdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2249/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2249/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarına görə İddiaçı cavabdeh inzibati orqana müraciət edərək “2006, 2008, 2009-cu illərüzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, 2006, 2008, 2009-cu illərdə İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin illər üzrə sosial sığorta hesabatı (B3 hesabatı) İddiaçı sosial sığorta hesabına işlənməmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2006, 2008, 2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətdə“Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) ödədiyi məbləğin elektron informasiya sistemində fərdi şəxsi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Belə olan halda iddia təmin edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, Yardımlı rayonu,Qabaqdibi kənd sakini İddiaçı 1988-2001-ci illərdə Yardımlı rayon "xxxx" aqrar sənaye şirkətində işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair KOD 80410038, JN-0013 nömrəli dövlət aktından görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və digər ailə üzlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2006-cı il tarixli, seriya ÇİL № 585036 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2005-2006-cı illər üzrə pay torpağına görə 1 manat 40 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2008-ci il tarixli, seriya ÇİL № 589384 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2008-ci il üzrə pay torpağına görə 3 manat 75 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2009-cu il tarixli, seriya CİP № 901433 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2009-cu il üzrə pay torpağına görə 4 manat 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********807100 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixli 585036 nömrəli, xx.xx.2008-ci il tarixli 589384 nömrəli, xx.xx.2009-cu il tarixli 901433 nömrəli mədaxil qəbzlərinin üzərində qeyd edilən VÖEN (**********) hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Yardımlı rayon filialına məxsusdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə Dövlət Sosial Müdafiə Fonduna 31 mart 2006-cı il tarixdə 1 manat 40 qəpik, 05 avqust 2008-ci il tarixdə 3 manat 75 qəpik, 25 sentyabr 2009-cu il tarixdə 4 manat 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin ödənilmiş həmin vəsaitqanunvericiliyə uyğun qaydada onun fərdi hesabında öz əksini tapmamışdır. İddiaçı həmin vəsaitin ödədiyi tarixdə fərdi hesabında əks olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan İddiaçı və digər torpaq payçılarının adına sığortaedənin uçot nömrəsinin (SUN) mövcud olmamasını və qeyd olunan illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə (B3) məlumatların” DSMF-nin Yardımlı rayon şöbəsinə təqdim olunmaması səbəbindən ödənilmiş vəsaitin vətəndaşın fərdi şəxsi hesabına işlənilməməsini əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyatı qurumda uçota durmasa da və onun tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə (B3) məlumatların” DSMF-nin Yardımlı rayon şöbəsinə təqdim etməsə də, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdirvə yaranmış etimad hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” qanunun “etimad hüququnun qorunmasına” həsr olunmuş 13-cü maddəsinə əsasən “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən “inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur”. “Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır”. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normaların məzmunundan göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1-ci maddəsinin müddəalarının (avtomatlaşdırılmış qaydada təyinatın) tətbiq edilməsi üçün fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Hazırki işdən görünür ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzləri mövcuddur və həmin qəbzlərin düzgünlüyü cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla belə Şirvan Apellyasiya Məhkəməsinin verdiyi sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********807100 nömrəli məktubla təsdiq olunur ki, xx.xx.2024-cü il tarixli, **********807100 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixli 585036 nömrəli, xx.xx.2008-ci il tarixli 589384 nömrəli, xx.xx.2009-cu il tarixli 901433 nömrəli mədaxil qəbzlərinin üzərində qeyd edilən VÖEN (**********) hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Yardımlı rayon filialına məxsusdur. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək isə sığortaçının vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatları tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlısaxlanmasını və mühafizəsini təmin etməlidir. Hazırkı halda, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişləri qəbul etməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan torpaq mülkiyyətçisi tərəfindən ödənilən sosial sığorta ödənişlərini iddiaçının fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə kollegiyası, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2353/2023 nömrəli və digər qərarlarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirlir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(106)-2249/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(106)-2249/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-185/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-185/2024
09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver