Məhkəmə qərarları › İş №2-1(106)-186/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-186/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-186/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X13 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-1296/2024 nömrəli qərarından üçüncü şəxs Qərənfil-95 X25 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların ilkin sənədə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X17 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 15 noyabr 2024-cü il tarixli, 2-1(120)- 1296/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı kommersiya kiçik müəssisəsinə ayrılan torpaq sahəsi ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamı ilə "xxxx" X20 ayrılan 10 hektar torpaq sahəsinin üst-ütə düşməsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı kommersiya kiçik müəssisəsinə 30 ha torpaq sahəsi verilmiş, sonradan Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 10 may 2001-ci il tarixli, 127 saylı sərəncamı ilə Bənövşə” kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilmiş, qeyd edilən torpaq sahəsi "xxxx" X20 verilmişdir. Təqdim edilən ekspert rəyinə və mütəxəssis tərəfindən təqdim edilən yerquruluşu planına qarşılıqlı nəzər yetirilən zaman Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı ilə “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsinin koordinatlarının 2001-ci ildə ayrıldığı zamandan fərqli koordinatlar üzərində işləndiyi, müvafiq uyğunsuzluqların olduğu bir daha müəyyən edilir. Eləcə də, torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları torpaq sahəsi ayrılan zaman qeyd edilən koordinatlara uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilir. Qərardan üçüncü şəxs Qərənfil-95 X25 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən "xxxx" FKM-nin mülkiyyətinə 10 ha torpaq sahəsi verilmiş və bu barədə torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 may 2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda torpaq sahəsinin yerləşmə yerinə uyğun olaraq cizgi planı tərtib edilmişdir. Sonradan "xxxx" FKM-nin mülkiyyətinə verilmiş 10 ha torpaq sahəsinə dair 08 dekabr 2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpaq sahəsinin planı və ölçü sənədinin elektron xəritəsi ilə ilkin torpaq ayrıma sənədlərinin cizgi planında göstərilən koordinatlar arasında uyğunsuzluq olmuşdur. Yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyi verilən xəritəyə uyğun olmamışdır. Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən "xxxx" FKM-ə məxsus torpaq sahəsinin koordinatları tamam fərqli əraziyə düşmüşdür. Bununla bağlı cavabdehin orqana müraciət edərək yanlışlığın aradan qaldırılması barədə müraciət etsə də, oradan ona imtina verilərək məhkəməyə müraciət etməyi izah olunmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 07 dekabr 2022-ci il tarixli 332 saylı sərəncamı, torpaq sahəsinin 08 dekabr 2022-ci il tarixli 44 saylı icarə müqaviləsi əsasında Cəlilabad rayonu ərazisində yerləşən 10 ha X32 torpaq sahəsinə "xxxx" X34 Müəssisəsinə 27 fevral 2023-ci il tarixdə **********72 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı X6 İdarəyə çıxarışın ləğvi ilə bağli 2023-ci il tarixdə rəsmi müraciəti aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin koordinatlarına düzəliş edilməsi barədə "xxxx" FKM müraciət etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunması xahiş edilmişdir. Şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı X7 rəhbər dəyişikliyi ilə bağlı, yəni iddia ərizəsini imzalamış X2 təsərrüfata rəhbər təyin edilməsi barədə qərardakı imzalar saxtalaşdırılmışdır və bununla bağlı Cəlilabad Rayon Məhkəməsində mübahisəyə baxılır. Bu baxımdan hazırki işin icraatı dayandırılmalı idi. Birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamışdır. Prosessual məsələlər İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakının təmin etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -“Torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair” A-004863 saylı dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə 30 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı kommersiya kiçik müəssisəsinə verilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının 10 may 2001-ci il tarixli, 127 saylı sərəncamın surətindən görünür ki, rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 №-li vəsatəti nəzərə alınaraq respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1 ci bəndinin 2-ci abzasına əsasən İddiaçı kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilməsi, həmin sahənin, yəni şimaldan yol ilə, şərqdən Bənövşə” kəndli (fermer) təsərrüfatının torpağı ilə, cənubdan “Novruz-3” kiçik müəssisəsinin torpağı ilə, qərbdən “Nur” kiçik müəssisəsinin torpağı ilə sərhədlənən torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin istifadəsinə verilməsi qərara alınmışdır. Ayrılan sahənin planı sərəncama əlavə edilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamın surətindən görünür ki, "xxxx" X18 direktoru X9 müraciəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il 28 noyabr tarixli **********68 nömrəli məktubu nəzərə alınaraq rayonun dövlət mülkiyyətinə aid torpaqlarından 10,0 hektar torpaq sahəsi əkinçiliyin inkişafı məqsədilə "xxxx" X20 verilməsi və müəssisənin direktoru X19 ilə 2022-ci il 8 dekabr tarixdən 2037-ci il 8 dekabr tarixədək icarə müqaviləsi bağlanılması qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli, 44 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" X18 direktoru X19 arasında xx.xx.2022-ci il tarixli, 332 saylı sərəncamı əsasında 10 hektar torpaq sahəsinə qısa müddətə icarə müqaviləsi bağlanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********168600 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı X17 xx.xx.2000-ci il tarixdə (VÖEN) ********** nömrə ilə qeydiyyata alınmışdır. -Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********168600 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı X17 (VÖEN) **********, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) X14-1 pay, X15-1 pay və X3-1 pay. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı hazırda X14-1.1666 pay, X15 1.1666 pay, X4-0.1667 pay, X24-0.1666 pay, X5-0.1666 pay və X16-0.1666 pay, qanuni təmsilçisi X10r. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamı, xx.xx.2022-ci il tarixli, 44 nömrəli icarə müqaviləsinə əsasən 10 ha torpaq sahəsinə dair "xxxx" X18 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli məktubunda qeyd edilmişdir ki, arvix və uçot məlumatlarına əsasən İddiaçı X8 xx.xx.1995-ci il tarixdə Ədliyyə Nazirliyində 25525 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.2000-ci ildə İddiaçı X11 çevrilməsi, xx.xx.2005-ci ildə tarixdə 10 rəqəmli VÖEN (**********) alması, fəaliyyətinin aktiv vəziyyətdə olması, rəhbərlərinin X3 və xx.xx.2021-ci il tarixdən X16 (FİN: 45CJMM0) olması barədə məlumatlar mövcuddur. "xxxx" X25 (VÖEN: **********) adında hüquqi şəxsin xx.xx.1996-cı il tarixdə Ədliyyə Nazirliyində 27456 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.2005-ci ildə tarixdə 10 rəqəmli VÖEN alması, fəaliyyətinin aktiv vəziyyətdə olması, rəhbərlərinin X12 və xx.xx.2022-ci il tarixdən X19 (FİN: 6HR2JNQ) olması barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/1266 nömrəli ekspert rəyiində bildirilir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tətərfindən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfındən tərtib edilmiş torpaq sahəsinin planında düzgün qeyd edilməsi müəyyən edilmişdir. -Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü əsasında “Qərənfıl-95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü, naturada “Qərənfıl-95" kiçik müəssisəsinin nümayəndəsi tərəfindən komissiyanın iştirakı ilə göstərilmiş və naturada göstərilən 10.0 ha torpaq sahəsinə uyğun hazırlanırmış yerquruluşu planındaki döngə nöqtələrinin koordinatlarına əsasən hazırlanmışıdır. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı əsasında “Qərənfil- 95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsi, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsində fəqli işlənmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfındən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95” kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsi ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü əsasında “Qərənfıl-95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin eyni ərazini əhatə etmədiyi müəyyən edilmişdir. Mübahisəli ərazidə “Qərənfıl-95” kiçik müəssisəsi tərəfindən 30.0 ha torpaq sahəsinin istifadə edilməsi müəyyən edilmişdir. -Qeyd edilən mübahisəli torpaq sahələrinin faktiki olaraq "xxxx" kiçik müəssisəsinə istifadəsində olması, və həmin ərazidə "xxxx" kiçik müəssisəsi tərəfindən 30.0 ha torpaq sahəsində əkin işləri aparılması müəyyən edilmişdir. -torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınarkən kordinatları ilkin sənədə, yəni Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun deyil, fərqli işlənmişdir. Bu baxımdan iddiaçının tələbi haqlı olduğundan birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin : -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin planölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 4-cü bəndinə görə isə plan və ölçü Əmlak Məsələləri Dövlət Komitənin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki iddia ərizəsini fiziki şəxs olaraq kimin imzalamasından asılı olmayaraq, mübahisə hüquqi şəxsin qanunla qorunan maraqlarından və sahibliyində olan torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasından ibarətdir. Başqa sözlə, həm İddiaçı X11, həm də üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsinin icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarının və konfiqurasiyasının ilkin sənədə uyğunlaşdırılması iddianı imzalayan fiziki şəxsin deyil, hüquqi şəxsin maraqlarına xidmət edir. Digər tərəfdən hazırda vergi orqanında aparılmış qeydiyyata əsaslanaraq, iddia ərizəsinin X16 tərəfindən imzalanması ilə bağlı hər-hansı məhdudiyyət və yaxud qanun pozuntusu mövcud deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X9 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-1296/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar