Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-188/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-1628/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 599 nömrəli sərəncamına əsasən verilmiş naturada göstərilən 3.37 ha torpaq sahəsinə dair mərhum X6 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 19 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1628/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mərhum atası X7 Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 599 nömrəli sərəncamı ilə 4,0 hektar torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Torpaq sahəsinin 3.37 ha olduğu, qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, ferma uqodiyalı torpaq sahəsi olduğu, 3.37 ha ərazinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sistemində ferma kimi göstərildiyi, mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olduğu, təyinatı üzrə istifadə edildiyi, digər mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısının 11 iyul 1996-cı il tarixli 599 saylı Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq ərazi nümayəndəliyinin 16 aprel 1996-cı il tarixli 45 saylı vəsatəti, Xallıcallı birgə KFT-nın auksion komissiyasının 12 aprel 1996-cı il tarixli qərarı və Rayon İcra hakimiyyəti Başçısının Torpaq komissiyasının 18 aprel 1996-cı il tarixli aktı nəzərə alınaraq Xallıcallı birgə KFT-nın ərazisində yerləşən quşçuluq fermasının hərrac yolu atası X3 üçün fermaya məxsus olan və onun ətrafındakı 4,0 hektar torpaq sahəsinin M.Q.Quliyevin mülkiyyətinə verilməsi qərara alınmışdır. Eləcə də həmin torpaq sahəsində ferma olmuşdur ki, həmin fermada torpaqla birlikdə atasına satılmışdır. Həmin torpaq sahəsinin alınması ilə bağlı pul ödəmişdir. Hazırda həmin çeklər vardır. Həmin torpaq sahəsinin xəritəsidə vardır (torpaq sahəsinin yerquruluşu planından çıxarış). Eləcədə Qarğalıq KFT və ərazi nümayəndəliyinin 1996-cı ildə verilmiş arayışları da vardır. Həmçinin Masallı rayon Xallıcallı Kollektiv kəndli fermer təsərrüfatının Aqrar İslahat Komissiyasının 12 aprel 1996-cı il tarixli 01 saylı iclas protokolundan çıxarış vardır. Rayon İcra hakimiyyəti başçısının torpaq komissiyasının 18 aprel 1996-cı il tarixli aktı vardır. Eləcədə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Xallıcallı KKFT-nin balansında olan ümumi istifadədə olmayan binaların hərraca qoyma yolu ilə satılmasına icazə verilmişdir. Hərracın keçirilməsi barədə xx.xx.1996-cı il tarixli aktı da vardır. Auksiyon komissiyasının xx.xx.1996-cı il tarixli protokolu vardır. Eyni zamanda xx.xx.1996-cı ildə tərtib edilmiş 4 hektar torpaq sahəsinin atama satılması ilə bağlı smeta aktı da vardır. Həmçinin xx.xx.1996-cı il tarixli təhvil təslim aktıda vardır. Atası həmin torpaq sahəsini iki il təyinatı üzrə istifadə etmişdir. Atasının ölümündən sonra isə həmin torpaq sahəsini bu günə kimi istifadə etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, təqdim edilmiş qeyri-yaşayış binasına dair ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilməmişdir. Həmçinin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və ya dövlət aktı təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində imtina aktının dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi 3,37 ha torpaq sahəsi fərqli fərqli koteqoriyalara aiddir, yəni torpağın bir hissəsi örüş sahəsi, digər hissələri əkin sahəsi, arx və yoldur. Belə olan halda mərhum X6 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayış (çıxarış) verilməsi mümkün deyildir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin üzərində tikili də (ferma) mövcuddur. 1996-cı ildə İcra Hakimiyyəti başçısının sərəncamı ilə üzərində ferma olan 4 ha torpaq sahəsini vətəndaşa verməsi qanuna zidd olmuşdur. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -“Hərracın keçirilməsi barədə” 12 aprel 1996-cı il tarixli aktdan görünür ki, Xallıcallı kənd sakini X6 binaya verdiyi qiymət ******* manat nəticə etibari ilə son qiymət olmuşdur. -12 aprel 1996-cı il tarixli satış aktından görünür ki, Xallıcallı kənd sakini Quliyev Mahmud və digərlərinin iştirakı ilə bu akt tərtib edilmişdir ondan ötrü ki, Respublikada gedən “Sovxoz və kolxozların islahatı haqqında” Qanununa uyğun olaraq və Masallı Rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1996-cı il tarixli qərarına əsasən təsərrüfatın balansında olan quşçuluq fermasının binası hərrac yolu ilə Xallıcallı kənd sakini X1. -Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, T/Ç-16 nömrəli arxiv çıxarışından görünür ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 599 nömrəli sərəncamı ilə Rayon İcra hakimiyyəti başçısının Qarğalıq ərazi nümayəndəliyinin 16 aprel 1996-cı il tarixli 45 saylı vəsatəti, Xallıcallı birgə KFT-nın auksion komissiyasının 12 aprel 1996-cı il tarixli qərarı və Rayon İcra hakimiyyəti başçısının Torpaq Komissiyasının 18 aprel 1996-cı il tarixli aktı nəzərə alınaraq Xallıcallı birgə KFT-nın ərazisində yerləşən quşçuluq fermasının hərrac yolu X3 üçün fermaya məxsus olan və onun ətrafındakı 4,0 hektar torpaq sahəsi M.Q.Quliyevin mülkiyyətinə verilmişdir. -Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, 284495 nömrəli arayışından görünür ki, X10 xx.xx.1998-ci ildə ölmüşdür. Bu barədə xx.xx.1998-ci il kitabının 05-ci səhifəsində qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5561 nömrəli ekspert rəyində bildirilir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3912/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, ferma uqodiyalı torpaq sahəsidir; Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 599 nömrəli sərəncamı ilə X7 ayrılmış Masallı rayonu Xallıcalı kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsi kimi iddia olunan və naturada gösrəilən 3.37 ha ərazinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sistemində ferma kimi göstərilmişdir; qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir; Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 599 nömrəli sərəncamı ilə Mahmud Yaqub oğluna ayrılmış Masallı rayonu Xallıcalı kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsi kimi iddia olunan və naturada göstərilən 3.37 ha ərazi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının atası X2 yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilir. Bundan başqa, ekspert rəyi ilə sübut olunur ki, iddiaçının faktiki istifadəsində olan 3,37 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, ferma uqodiyalı torpaq sahəsi olub, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(120)-1628/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-188/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-188/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver