Məhkəmə qərarları › İş №2-1(106)-189/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-189/2023

26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-189/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxslər X12, Cəlilabad rayon 1 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2-1(120)-1086/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdehnə, X12, üçüncü şəxslər Cəlilabad rayon 1 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdehnə, X12, üçüncü şəxslər Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsinə qarşı istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2017ciil tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi bаrədə iddia ərizəsi üzrə X13 cavabdehlər siyahısından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1998-ci il tarixdə Cəlilabad rayon "xxxx" adına ÜİEM-nin qərarı ilə bir hektar beş sot torpaq sahəsi ilə birlikdə cücə damı binasını ******* manata almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinin bir hissəsi (0.12 ha) naməlum şəraitdə Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Cəlilabad rayon Uzuntəpə bələdiyyəsi isə həmin torpaq sahəsini cavabdeh X3. Hansı ki, həmin torpaq sahəsi satılarkən qanunla reyester xidməti idarəsi torpaq sahəsina yerində baxış keçirməli həmin yerdə hər hansı bir tikili və ya mübahisə olması müəyyən edilirsə həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmasından imtina etməlidir. Lakin qeyd etdiyim kimi həmin torpaq sahəsində mənə məxsus tikililər mövcud olsada bunlar nəzərə alınmayaraq torpaq sahəsinin 0.12 ha hissəsi cavabdehin adına qeydiyyata alınmışdır. Həmin mübahisəli torpaq sahəsinin X6 mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərin X7 ilə cavabdeh X13 arasında bağlanmış alqı-satqı müqaviləsinin və X9 adına verilmiş xx.xx.2017- ci il tarixli, **********13 saylı çıxarış ləğv edilməlidir. Cavabehin belə bir çıxarışının olması cavabdehin mənə qarşı Cəlilabad rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra məlum olmuşdur. Həmin çıxarışa əsasən Cəlilabad rayon Məhkəməsi cavabdehin mənə qarşı iddiasını təmin etmiş, o isə həmin qətnamədən hazırda apellyasiya sikayəti vermişdir. Hansı ki, həmin qətnamə ilə də tam sübut olunur ki, həmin ərazidə ona məxsus tikililər mövcuddur. Həmin torpaq sahəsinin dəyəri 600 manat qeyd edilmişdir və əgər rüsumla əlaqədar hər hansı bir yalnışlıq olarsa həmin əlavə məbləği ödəməyə hazırdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 21 dekabr 2022-ci il tarixli, 2-1(120)-1086/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş Şirvan İnzibati Məhkəməsinin icraatında olduğu müddət ərzində onun tərəfindən verilmiş iddia ərizəsində müvafiq dəyişiklik edilməsinin zəruri olması ona izah edilmiş olsaydı o, həmin an iddia ərizəsində müvafiq dəyişiklik edərdi. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(120)-1086/2022 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2017-ciil tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı qeyri-mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçı tərəfindən Cavabdeh ilə X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli mülki əqd alqı-satqı müqaviləsi münasibətlərindən irəli gələn məsələlərdir və onun doğurduğu nəticələr mübahisələndirilir ki, bunun da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan, inzibati icraat qaydasında baxıla bilən iddia növlərinə uyğunluğu müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi ilə iddiaçı X10 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən və onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı **********13 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X10 Cəlilabad rayonu Uzuntəpə kəndində mülkiyyətinə verilmiş 0,12 ha (30m*40 m ölçüdə) həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və X12 qaytarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra qanuni qüvvəyə minmişdir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, Cavabdeh tərəfindən X12 Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 600 manata satılmışdır. İş materiallarında olan ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********13 reyestr nömrəli çıxarışına əsasən, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ümumi sahəsi 0.12 haolan torpaq sahəsi X10 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən 0.12 ha torpaq sahəsinin X16 satılmasına dair əsas sənəd Cəlilabad rayonu, Uzuntəpə bələdiyyəsinin qərarı yox, sözügedən torpağın satılmasına dair xx.xx.2017-ci il tarixli, 4Ə-157 nömrəli alqı-satqı müqaviləsidir. İş materiallarında olan "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarından görünür ki, İddiaçı 5 milyon 124 min manata cücə damı binasını və 1.5 hektar torpaq sahəsini almışdır (iş vərəqi 6) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayou Uzuntəpə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 03 saylı iclas protokolu xx.xx.2017-ci il tarixdə idarəyə daxil olmuş və C/07/133 nömrə ilə qeydiyyata alınmışdır. Həmin iclas protokolundan görünür ki, Uzuntəpə Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid Uzuntəpə kəndində 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda beş ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olan X1 məqsədəmüvafiq hesab edilməsi, torpağın dəyəri son hərrac qiyməti nəzərə alınmaqla 660 manatın 60 gündən gec olmayaraq vətəndaş tərəfindən bələdiyyənin bank hesabına ödənilməsi, həmin müddətdə torpağın dəyəri ödənilərsə bələdiyyə ilə vətəndaş arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarı əsasında İddiaçı torpaq sahəsi satılmış və iddiaçı həmin torpaq sahəsindən istifadə edir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə X13 arasında iddiaçının istifadəsində olan torpaq sahəsinə dair mülki mübahisə olmuş və üçüncü şəxs X13 həmin torpaq sahəsinin xx.xx.2017-ciil tarixli alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarış əsasında ona məxsus olduğunu iddia edir. Bu baxımdan iddiaçı xx.xx.2017-ciil tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi X12 xx.xx.2017-ci il tarixli, 4Ə-157 nömrəli alqı-satqı müqaqviləsi ilə satısa da, həmin müqavilə bağlanılmamışdan öncə sözügedən torpaq sahəsinin X4 məqsədilə Cəlilabad rayonu, Uzuntəpə bələdiyyəsi tərəfindən 31 mart 2017-ci il tarixli 03 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, hazırda mübahisə predmeti olan alqı-satqı müqaviləsində göstərilən torpağın satılma əsasları, dəyəri və həcmi qabaqcadan müəyyən edilmiş və sözügedən torpaq sahəsinin həmin şərtlər daxilində X12 (üçüncü şəxsə) satılması və onunla alqı-satqı müqaviləsinin bağlanılması məqsədə müvafiq hesab edilmişdir. Yəni, sözgedən torpaq sahəsinin X4 cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərar əsasında ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin başqa şəxsə satılması ilə razılaşmır və həmin torpaq sahəsinin ona geri qaytarılmasını və yaxud ona satılmasını tələb edir. Belə olduğu halda iddiaçı məqsədinə, hüquqi marağına uyğun həmin əlverişsiz inzibati aktın ləğv edilməsi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan və torpaq sahəsinin X12 “satılması və onunla alqı-satqı müqaviləsinin bağlanılmasının məqsədə müvafiq hesab edilməsi” ilə bağlı cavabdeh tərəfindən qəbul edilən 31 mart 2017-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə riayət edilibedilməməsinə hüquqi qiymət verilməli idi. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci və 13-cü maddəsinin tələblərini pozaraq işin faktiki hallarının müəyən edilməsindən ötrü lazımi qaydada araşdırma aparmamış, iddiaçı üçün əlverişsiz inzibati akt hesab olunan Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin 31 mart 2017-ci il tarixli 03 nömrəli qərarının səlahiyyətli qurumlardan sorğu verərək əldə etməmiş və iddiaçıya hüquqi marağına uyğun həmin qərarının ləğv edilməsinə dair iddia irəli sürə biləcəyi barədə hüquqi təklif etməmişdir. Bundan başqa hazırda mübahisələndirilən torpaq sahəsinin hüquqi statusu (mülkiyyətçisi və mülkiyyətə keçmə əsasları) və yeri (sərhədləri) müəyyən edilməli olduğu halda bu hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Kuybişev” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərar ilə iddiaçıya torpaq sahəsi satılmışdır. İddiaçı iddia edir ki, ona satılmış həmin torpaq sahəsi heç bir araşdırma aparılmadan və onun məlumatı olmadan Cəlilabad rayonu, Uzuntəpə bələdiyyəsinin 31 mart 2017-ci il tarixli 03 nömrəli qərarı ilə X2. Bu baxımdan hazırki mübahisənin obyektiv həlli üçün sözügedən (hər iki qərar üzrə) torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mükiyətində olmasının və Kuybişev” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi ilə Cəlilabad rayonu, Uzuntəpə bələdiyyəsinin 31 mart 2017-ci il tarixli 03 nömrəli qərar əsasında üçüncü şəxsə satılmış torpaq sahəsinin eyni ərazi olub-olmaması (üst-üstə düşüb-düşməməsi) dəqiq öyrənilməlidir. Xüsusilə qeyd edilməlidir ki, torpaq sahəsinin statusunun və sərhədlərinin (yerinin) müəyyən edilməsi gələcəkdə düzgün iddia növünün seçilməsində və iddianın mümkünlük məsələsinin həll edilməsinə təsir göstərəcəkdir. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq üçüncü şəxsə satıldığını bildirir və buna görə cavabdehin həmin qərarının ləğvini istəyir. Bu baxımdan torpaq sahəsinin ayrılması ilə bağlı qərarın veridliyi dövrdə həmin torpaq sahəsinin Cəlilabad rayonu, Uzuntəpə bələdiyyəsinin mülkiyətində olub-olmaması müəyyən edilməli və qərar qəbul edərkən bələdiyyə səlahiyyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 65.1-ci və 65.1.2-ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Eyni zamanda "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin eyni ərazi olub-olmaması dəqiq öyrənilməlidir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmadığı dəqiq müəyyən olunsun. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia növlərinin münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnə bildiyindən, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2-1(120)-1086/2022 nömrəli qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov Hakimlər Müşfiq Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar