Məhkəmə qərarları › İş №2-1(106)-19/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-19/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-19/2023 09.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(120)792/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmri rayonunda doğulmuş, 02 noyabr 1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1982-xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X2 təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik montyoru; xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə 6-cı dərəcəli elektrik montyoru; xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli ustası; xx.xx.2003-cü ildən xx.xx.2009-cu ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Qazan Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində böyük usta, eləcə də xx.xx.2012-ci ildən xx.xx.2019-cu ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası, istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, ancaq müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində anadan olmuş, lakin hal-hazırda Şirvan şəhərindı yaşayır. Onun xx.xx.1979-cu il tarixdən hal-hazıra kimi işləməklə ümumi 42 il əmək stajı vardır. xx.xx.1982-xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X2 oxumuşdur. Əmək stajının xx.xx.1990-xx.xx.1991-ci ilə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik-mantyoru”, xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 6-cı dərəcəli elektrik-mantyoru”, xx.xx.2003xx.xx.2003-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli usta”, xx.xx.2003-xx.xx.2009-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta”, xx.xx.2012-xx.xx.2019-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramh DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta” və həmin tarixdən hal-hazıra kimi “X6 MMC”-də “istilik avtomatika və ölçmə sexinə və elektrik sexinə 11-ci dərəcəli aparıcı mühəndis” vəzifəsində işləmiş və işləyir. İşlədiyi vəzifələr zərərli və ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən, 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulınuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. O, xx.xx.2021-ci il tarixə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24. Elektrik stansiyaları, Enerji qatarları, X10: “qazanxana, turbin (buxar-qaz turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlıgına və onların isini təmin edən ölcü vasitələri və avtomatikasına xidmət üzrə cilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik cilingərləri”, “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüsdürücü qurğularm sınagı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan və “qazanxana, turbin (qaz turbini) yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, bövük ustaları” vəzifələrinə uyğun olduğu üçün 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2017-ci il tarixdən sonra hüququnun yarandığı tarixə kimi toplamışlarsa, kişilərin 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. O, cavabdeh ƏƏSMN-nin yamnda DSMF-nun XŞTMF-na xx.xx.2021- ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini, diplomun notarial təsdiq edilmiş sürətini və güzəştli arayışı əlavə edərək ona xx.xx.2021-ci il tarixdən, 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə ona xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubla onun işlədiyi xx.xx.2003xx.xx.2003-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli usta”, xx.xx.2003-xx.xx.2009-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta”, xx.xx.2012-xx.xx.2019-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də“qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta” vəzifələri üzrə elektrik sexinin elektrik laboratoriyası istehsalat sahəsi yuxarıda qeyd olunan qazanxana, turbin (qaz-turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 06 aydan az (5 il 08 ay 27 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasında dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir bildirməklə imtina vermişdir. O, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 saylı imtina məktubuna açıqlama olaraq işlədiyi vəzifələrin iş funksiyasına dair “Azərenerji ASC”-nin “Şirvan İES MMC”-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/13 saylı açıqlama arayışını yuxarıda qeyd etdiyim sənədlərə əlavə etməklə yenidən xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin açıqlama arayışında onun faktiki olaraq peşə və vəzifə təlimatına əsasən gördüyü işin funksiyasının “qazan-turbin sexinin isini təmin edən stansiya ərazisində yerləsən bütün gərginlik sinifınə aid olan elektrik avadanlıqlarının, o cümlədən 330 kv-luq avtotransformatorların, 330 kv-luq vüksək gərginlik girimlərinin, 330 kv-luq bosaldıcıların, 330 kv-luq əlaqə kondensatorların sınaq və ölcmə islərinin aparılmasından ibarət olmusdur. Lakin bu dəfə də cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 saylı imtina məktubuna uyğun formatda xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu cavab olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Lakin hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun hüququ xx.xx.2017-ci il tarixdən sonra yarandığından, həmin tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanununda edilmiş dəyişikliklər əsasında birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən həmin Qanundan sonra edilmiş dəyişikliyə əsasən hüququnun yarandığı tarixə kimi hüququ yaranmış şəxslərə, kişilər - 60 yaşında, qadınlar - 55 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Beləliklə, hesab edir ki, onun xx.xx.2021-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan xx.xx.2007-ci il tarixli, 12 nömrəli Siyahısı üzrə işlədiyinə və eləcədə həmin tarixdə 60 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tətbiq edilməklə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 24 avqust 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinin dəyişdirilərək, “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən iddiaya dair ərizə təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia edir ki, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 il ümumi, 12,5 il güzəştli iş stajını toplamışdır. Buna görə də, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı **********0 saylı, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması haqqında mıiraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçınm güzəştli iş stajı 12,5 ildən az (5 il 8 ay 27 giin) təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı il təsdiq edilmiş Siyahının 24-cü bölməsi “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanır. Həmin bölmənin “rəhbərlər və mütəxəssislər" adlanan (b) bəndində aşağıdakı peşələr sadalanır: - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri; - qazanxana sexlərinin rəisləri və onların müavinləri; turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər; - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); - qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları. İddiaçı müxtəlif tarixlərdə işlədiyi “usta” və “böyük usta” vəzitələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Belə ki, iddiaçıya görə həmin vəzifələr 24-cü bölmənin (b) bəndinin 5-ci abzasına (xanasına) uyğundur (“qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları”). Lakin iddiaçının usta və böyük usta qismində çalışdığı istehsalat sahələrinin “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə aid olduğuna dair əmək kitabçasında hər hansı qeyd yoxdur. Əksinə, iddiaçının elektrik laboratoriyası istehsalat sahəsində usta və böyük usta qismində çalışdığı qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli arayışda əmək kitabçasındakı bu qeyd görməzdən gəlinmiş, “elektrik laboratoriyası” ifadəsinin əvvəlinə hər hansı əsas olmadan “Qazan turbin qurğusunun işini təmin edən” sözləri əlavə olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. Bu səbəbdən də, Filialın imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-792/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçı 06 iyul 2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraiət etmişdir. Cavabdehin 06 dekabr 2021-ci il tarixli **********0 nömrəli imtina məktubuna əsasən güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirmişdir. İddiaçı işlədiyi xx.xx.2003xx.xx.2003-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta” vəzifələri üzrə elektrik sexinin elektrik laboratoriyası istehsalat sahəsi yuxarıda qeyd olunan qazanxana, turbin (qaz-turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahəsinə aid deyil. Beləliklə güzəştli iş stajı 12 il 06 aydan az (5 il 08 ay 27 gün(xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasında dövrlər) təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsi “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanır. Həmin bölmənin “rəhbərlər və mütəxəssislər” adlanan (b) bəndində aşağıdakı peşələr sadalanır:-qazanxana, turbin (buxar-qaz turbin), qazan turbin tozhazırlama və yanacaqgötürmə sexlərinin növbə rəisləri, qazanxana sexlərin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxan, turbin (buxar-qaz turbini) yanacaqgötürmə, tozhazırlama sexlərin istehsalat sahələrinin ustaları, böyük ustaları. İddiaçı müxtəlif tarixlərdə işlədiyi “usta” və “böyük usta” vəzifələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Belə ki, iddiaçıya görə həmin vəzifələr 24-cü bölmənin (b) bəndinin 5-ci abzasına (xanasına) uyğundur (“qazanxana, turbin (qaz turbini) yanacaqğötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları”)). Lakin iddiaçının usta və böyük usta qismində çalışdığı istehsalat sahələrinin “qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinə aid olduğuna dair əmək kitabçasında hər hansı qeyd yoxdur. Əksinə, iddiaçının elektrik laboratoriyası istehsalat sahəsində usta və böyük usta qismində çalışdığı qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli arayışda əmək kitabçasındakı bu qeyd görməzdən gəlinmiş, “elektrik laboratoriyası” ifadəsinin əvvəlinə hər hansı əsas olmadan “Qazan turbin qurğusunun işini təmin edən” sözləri əlavə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 18 noyabr 2021-ci il tarixli, 20/206/17/13 nömrəli arayışında iddiaçının adıçəkilən müəssisənin elektrik sexinin yüksək gərginlik laboratoriyasında xx.xx.1993xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində aparıcı mühəndis, xx.xx.2003-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2012xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 8 ay 27 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.2009-xx.xx.2012ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtrlərə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırki məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunverciliyin tələblərinə əməl olunmadan əsaslandırlmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımı qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “güzəştli şərtrlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi və Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2022-cı il tarixli, 2-1(120)-792/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2022-cı il tarixli, 2-1(120)-792/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, arayış, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatdığını, tələb olunan pensiya kapitalını topladığını və azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçı müxtəlif tarixlərdə işlədiyi “usta” və “böyük usta” vəzifələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Belə ki, iddiaçıya görə həmin vəzifələr 24-cü bölmənin (b) bəndinin 5-ci abzasına (xanasına) uyğundur (“qazanxana, turbin (qaz turbini) yanacaqğötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları”). Lakin iddiaçının usta və böyük usta qismində çalışdığı istehsalat sahələrinin “qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinə aid olduğuna dair əmək kitabçasında hər hansı qeyd yoxdur. Əksinə, iddiaçının elektrik laboratoriyası istehsalat sahəsində usta və böyük usta qismində çalışdığı qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli arayışda əmək kitabçasındakı bu qeyd görməzdən gəlinmiş, “elektrik laboratoriyası” ifadəsinin əvvəlinə hər hansı əsas olmadan “Qazan turbin qurğusunun işini təmin edən” sözləri əlavə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 18 noyabr 2021-ci il tarixli, 20/206/17/13 nömrəli arayışında iddiaçının adıçəkilən müəssisənin elektrik sexinin yüksək gərginlik laboratoriyasında xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində aparıcı mühəndis, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 8 ay 27 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtrlərə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-xx.xx.2003-cü illərdə işlədiyi aparıcı mühəndis, xx.xx.2003-xx.xx.2003-cü illərdə işlədiyi usta və xx.xx.2003-xx.xx.2009, xx.xx.2012-xx.xx.2019-cu illərdə işlədiyi böyük usta vəzifələri mübahisləndirilir. İş materiallarında olan “X7 Stansiyası” MMC-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/06 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1990-cı ildən (əmr № 76-n, xx.xx.1990-cı il) xx.xx.1991-ci ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurğusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik montyoru; xx.xx.1991-ci ildən (əmr № 106-k, xx.xx.1991-ci il) xx.xx.1993cü ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə 6-cı dərəcəli elektrik montyoru; xx.xx.2003-cü ildən (əmr № 04-k, xx.xx.2003-cü il) xx.xx.2003cü ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli ustası; xx.xx.2003cü ildən (əmr № 165-k, xx.xx.2003-cü il) xx.xx.2009-cu ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. xx.xx.2012-ci ildən (əmr № 39n, xx.xx.2012-ci il) xx.xx.2019-cu ilə kimi “X7 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası, istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edilmiş göstəricilərinə uyğun olması səbəbi ilə avtomatika və rele mühafizəsi aparatları üzrə elektrik montyorlarına, elektrik sahəsinin ustalarına, istehsalat sahəsinin böyük ustalarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İş materiallarında olan “X7 Stansiyası” MMC-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/13 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən “X7 Stansiyası” MMC-nin fəaliyyəti dayandırılan günə kimi Elektrik sexinin yüksək gərginlikli laboratoriyasında xx.xx.1993-xx.xx.2003-cü il dövründə aparıcı mühəndis vəzifəsində, sonra həmin laboratoriyada xx.xx.2003-xx.xx.2003-cü il dövründə usta, xx.xx.2003-xx.xx.2009-cu il dövründə böyük usta işləmişdir. Daha sonra isə yenidən həmin sexə işə qəbul olaraq xx.xx.2012-xx.xx.2019-cu il dövründə böyük usta vəzifəsində işləmişdir. İddiaçı işinin funksiyası qazan turbin sexinin işini təmin edən stansiya ərazisində yerləşən bütün gərginlik sinfinə aid olan elektrik avadanlıqlarının, o cümlədən 330 kv-luq avtotransformatorların, 330 kv-luq yüksək gərginlikli girimlərinin, 330 kv-luq boaşldıcıların, 330 kv-luq əlaqə kondensatorlarının, 330 kv-luq Gərginlik və 330 kvluq Cərəyan transformatorlarının sınaq və ölçmə işlərinin aparılmasından ibarət olmuşdur. Qeyd olunanlardan göründüyü kimi işlədiyi sahələr zərərli iş yerləri olduğundan onun vəzifəsi «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümünün “a” bəndinin 37-ci, 38-ci xanalarına və “b” bəndinin 5-ci xanasına uyğundur. İş materiallarında olan “X7 Stansiyası” MMC-nin xx.xx.2022-ci il tarixli, 20/206/1/22 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Əli Bayramlı DRESDƏ (hazırda Şirvan İES” MMC) Elektrik sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur. Məlumat üçün bildirirlər ki, elektrik sexi üç sahədən (istismar, təmir və elektrik laboratoriyasından) ibarətdir. İddiaçı işlədiyi müddət ərzində qazan və turbin avadanlıqlarına xidmət edən bütün gərginlik sinfinə aid olan elektrik avadanlılarının təmiri, sınağı və ölçmə işlərini aparmışdır. O cümlədən 330 kv-luq elektrik avadanlıqları olan avtotransformatorların, yağ tutumlu yüksək gərginlikli girimlərinin, boşaldıcıların, əlaqə kondensatorların, gərginlik və cərəyan transformatorlarının sınaq və ölçmə işlərini aparmışdır. Stansiyanın imtahan komissiyasının qərarı ilə ona "xxxx" ASC-nin xüsusi işlər siyahısına aid olan “Elektrik avadanlıqlarının yüksək gərginliyə sınaq” işlərini aparmaq səlahiyyəti verilmişdir. İddiaçı elektrik stansiyasında elektrik montyoru, mühəndis, istehsalat sahəsinin ustası, istehsalat sahəsinin böyük ustası vəzifələrində işlədiyi müddət ərzində zərərli iş şəraitinə görə 8 (səkkiz)% və rele mühafizəsi və elektrik avtomatikasında bilvasitə uzun müddət işlədiyinə və yüksək ixtisasına görə 30 (otuz) % əlavə əmək haqqı almışdır. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edilmiş göstəricilərinə uyğun olması səbəbi ilə elektik montyorlarına, istehsalat sahəsinin ustalarına, istehsalat sahəsinin böyük ustalarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X7 Stansiyası” MMC-nin 10 yanvar 2023-cü il tarixli, 20/206/17/01 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qazan və turbin avadanlıqlarına xidmət edən elektrik avadanlıqlarında sınaq və ölçmə işləri apardığı bir neçə avadanlığı nümunə kimi göstərmək olar (üfürücü ventelyator, tustusoran, qazsoyuducu nasos, turbinin yağ nasosları və s.) açıqlama arayışında göstərildiyi kimi İddiaçı eyni zamanda 330 kv-luq elektrik avadanlıqlarında da sınaq və ölçmə işləri aparmışdır. İddiaçı mühəndis, istehsalat sahəsinin ustası və istehsalat sahəsinin böyük ustası vəzifələrində işlədiyi dövr ərzində zərərli iş şəraitinə görə 8 % əlavə əmək haqqı və əmək haqqı ödənilməklə məzuniyyətə əlavə 6 (altı) təqvim günü verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, işlədiyi sahələr zərərli iş yerləri olduğundan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 14-cü bölümü kod: 2140000a-18455, 2140000b-23398 və 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 24-cü bölümün a)fəhlələr bəndinin 28-ci xanası, b)rəhbərlər və mütəxəssislər bəndinin 5-ci xanası güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğun hesab edilir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı mübahisləndirilən iş illərində qazan və turbin avadanlıqlarına xidmət edən bütün gərginlik sinfinə aid olan elektrik avadanlılarının təmiri, sınağı və ölçmə işlərini aparmışdır. Bununla yanaşı, o, 330 kv-luq elektrik avadanlıqları olan avtotransformatorların, yağ tutumlu yüksək gərginlikli girimlərinin, boşaldıcıların, əlaqə kondensatorların, gərginlik və cərəyan transformatorlarının sınaq və ölçmə işlərini aparmış, eyni zamanda o, mühəndis, istehsalat sahəsinin ustası və istehsalat sahəsinin böyük ustası vəzifələrində işlədiyi dövr ərzində zərərli iş şəraitinə görə 8 % əlavə əmək haqqı almışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.1993-xx.xx.2003-cü illərdə işlədiyi aparıcı mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ (Elektrik stansiyaları, enerjiqatarları, X10) bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (140000a—18455)” peşəsinə, xx.xx.2003xx.xx.2003, xx.xx.2003-xx.xx.2009, xx.xx.2012-xx.xx.2019-cu illərdə işlədiyi usta və böyük ustavəzifəsi isə həmin bölmənin “qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları (2140000b—23398)” peşəsinə uyğundur. Həmçinin, iddiaçının işlədiyi “mühəndis”, “usta” və “böyük usta” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsində öz əksini tapan “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” və “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” peşələrinə uyğundur. Nəzərə almaq lazımdır ki, iddiaçının işlədiyi vəzifələr onun ali təhsilinə də uyğun olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.1990-cu il tarixli, ПВ №114886 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X1 “elektrik mühəndisi” (yüksək gərginlikli texnika üzrə) ixtisası üzrə təhsil almışdır (iş vərəqi 18). Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.1993xx.xx.2003-cü illərdə işlədiyi aparıcı mühəndis, xx.xx.2003-xx.xx.2003-cü illərdə işlədiyi usta və xx.xx.2003-xx.xx.2009, xx.xx.2012-xx.xx.2019-cu illərdə işlədiyi böyük usta vəzifələri güzəştli iş stajı kimi nəzərə alındıqda, onun tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranır. Odur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(120)-792/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar