Məhkəmə qərarları › İş №2-1(106)-19/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-19/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-19/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Ocaqov Xalıq Şirvan oğlunun, iddiaçının vəkili-nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10, üçüncü şəxslər X22 və X18 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayonu Qulubəyli bələdiyyəsinə qarşı (X23, X22, X29 üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-5/2023 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2014-ci il tarixli 13 nömrəli protokolunun etibarsız hesab edilməklə ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində birinci icraat: Məhkəmənin 25 sentyabr 2019-cu il tarixdə keçirilən iclasında İddiaçı nümayəndəsi Ocaqov Xalıq Şirvan oğlu məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1730/2019 saylı qərardadı ilə X22və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) etibarsız hesab olunması tələbinə dair iddası təmin edilməmişdir. İddiaçı 10 dekabr 2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2- 1(106)- 165/2020 saylı qərarı ilə, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)- 1730/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 01 may 2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(106)-165/2020 saylı qərarın ləğv edilməsi ilə bağlı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(106)-165/2020 saylı qərarı ləğv edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)618/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(086)-1730/2019 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-577/2021 saylı qərardadı ilə X29 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-577/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsində dəqiqləşmə verilərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmış iddia tələbinə isə “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, 1996cı ildə İmişli rayonu Qulubəyli kəndində torpaq islahatı aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na əlavəyə əsasən “Torpaqların alqı-satqısına dair”akt əsasında atası Ocaqov Xalıq Şirvan oğluna məxsus İmişli rayonu Qulubəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsindən, müraciəti əsasında ona 22 noyabr 2007-ci il tarixində İmişli rayonu Qulubəyli Bələdiyyəsinin qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ona aid olan torpaq sahəsinin plan və ölçü sənədləri isə 20 iyul 2009-cu il tarixdə, AN 188717 saylı sənədlə ona verilmişdir. İddiaçıya verilmiş 0,06 ha torpaq sahəsi atasının həyəti ilə qonşuluqda olmaqla, bitişik formada yerləşir. Həmin torpaq sahəsi 1982-ci il tarixindən hazırkı vaxta kimi, yəni 36 ildir ki, onların ailəsinin faktiki istifadəsindədir. Məftil və qamışla çəpərə salınmışdır. Həmin yerdə atasıgilə məxsus çəpərlənmiş ot tayası da vardır. Lakin İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri Qalib Nağıyev bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin tələblərini kobud surətdə pozaraq, ayrılmış torpaq sahəsinə dair ilkin sənədləri AR DT və XK-nin İmişli rayon şöbəsinə vaxtında təhvil verilməsini təmin etməmişdir. Bələdiyyə sədrinin qanunsuz hərəkətlərinin davamı olaraq Qulubəyli kənd bələdiyyəsi xx.xx.2013-cü il tarixli 11 saylı protokol qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli 14 saylı qərarını qanunsuz və əsassız olaraq ləğv edib, torpaq sahəsinin satılmasına dair bağlanmış müqaviləni birtərəfli pozmuşdur. Bununla bağlı məhkəməyə müraciət edib, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü tarixli 11 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (İş № 2(036)-1472/2013, hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi ilə) 19 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi və torpağa görə bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli kənd bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri X14 təqsirindən İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə ona ayrılmış həmin 0,06 ha həyətyanı torpaq sahəsinin AR DT və XK-nin İmişli rayon şöbəsindən bu günə kimi Çıxarışı ala bilməmişdir. Qulubəyli kənd bələdiyyəsinin təqsirindən qonşuluqda yerləyən, həyətyanı torpağına bitişik mübahisəli torpaq sahəsini qanunsuz olaraq həmin sahədən təxminən 2000 metr aralıda yaşayış yeri olan X16 Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolu ilə satılmışdır. Həmin vaxt X15 Qulubəyli bələdiyyəsinin sədri, X20 isə bələdiyyə üzvü olmuşdur. X16 qanunsuz olaraq verilmiş həmin mübahisəli 0,06 ha torpaq sahəsi alqısatqı yolu ilə qohumu-bacısının əri və dayısı oğlu X1. X11 həyətinə iki müxtəlif yerdən gedişgəliş yolu olmasına baxmayaraq, onun istifadəsində olan həmin 0,06 ha həyətyanı torpaq sahəsindən X17 qanunsuz olaraq əlavə gediş-gəliş yolu da verilmişdir. Həmi mübahisəli 0,06 ha torpaq sahəsinin üstündə 10 ildir ki, X22 ilə aralarında məhkəmə çəkişməsi aparılır. Dəfələrlə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də həmin 0,06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ala bilməmişdir. Həmin 0,06 ha torpaq sahəsi ilə və həmin ərazidən verilmiş avtomaşın yolu ilə bağlı uzun müddət məhkəmə mübahisələri olmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini Namiq Zeynalovun imzaladığı və verdiyi **********56 nömrəli 18 yanvar 2018-ci il tarixli məktubla atası Ocaqov Xalıq Şirvan oğluna cavab verilmişdir ki, “İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən ona və oğluna məxsus həyətyanı torpaq sahəsinə kənar şəxslər tərəfindən müdaxilə edilməsi ilə əlaqədar yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 04 yanvar 2018-ci il tarixli ərizəyə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətində baxılmışdır. Ona və oğluna məxsus həyətyanı torpaq sahəsində Xidmətin 6 saylı Ərazi İdarəsinin və İdarənin İmişli rayon şöbəsinin mütəxəsisləri təfindən yoxlama-ölçü işləri aparılmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən həyətyanı torpaq sahəsi ilə bağlı İmişli rayonu Qulubəyli bələdiyyəsi və vətəndaş X24 ilə aralarında məhkəmə mübahisəsi vardır və hazırda iş üzrə məhkəmə mübahisəsi davam edir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi daxil olduğu təqdirdə qanunamüvafıq tədbirlər həyata keçiriləcəkdir”. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ədalət Salmanovun imzaladığı **********92 nömrəli 19 yanvar 2018-ci il tarixli məktubla Ocaqov Xalıq Şirvan oğluna cavab verilmişdir ki, “İstifadənizdə olan həyətyanı torpaq sahəsi ilə bağlı qanuni tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətinizdə qeyd edirsiniz ki, xx.xx.2018-ci il tarixdə Bələdiyyənin sədri və Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Bildiririk ki, hal- hazırda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı iləDövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri İmişli rayonunda mövcud olan yaşayış məntəqələrinin ərazilərində vətəndaşlara məxsus həyətyanı torpaq sahələrində müvafiq yerquruluşu işlərini həyata keçirirlər. Bununla əlaqədar aparılan yerquruluşu işlərində müraciətinizdə əlavə edilmiş sənədlərin nəzərə alınması ilə bağlı Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat İdarəsinə tapşırıq verilmişdir. Bunlara baxmayaraq, həmin 0,06 ha torpaq sahəsi ilə əlaqədar məhkəmələrdə mübahisələri olduğu halda, İmişli rayonu Qulubəyli kənd Bələdiyyəsinin sabiq sədri Qalib Nağıyev həmin torpaq sahəsini X17 vermək üçün, qanunsuz və əsassız olaraq, saxtakarlıq edərək, köhnə tarixlə X11 yaxın qohumu həm dayısı oğlu, həm də bacısının əri X12 adına sənədləşdirmişdir. Lakin bu barədə Qulubəyli Bələdiyyəsində qanuni və əsaslı sənədləşmə aparılmamışdır. Ona görə də bununla bağlı Qulubəyli Bələdiyyəsində heç bir sənəd, protokol aşkar olunmamışdır. Qulubəyli Bələdiyyəsinin sədri Əmrah Astanovun sorğuya cavab olaraq imzaladığı və verdiyi 14 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda göstərilir ki, Qulubəyli kənd sakini X12 adına, Qulubəyli kənd sakini İddiaçı, Qulubəyli kənd sakini X11 və Ocaqov Xalıq Şirvan ğlunun qonşuluğunda yerləşən 0,06 ha torpaq sahəsinin verilməsi və ya kimlərə verilməsi barədə 2016-2017-ci illərdə Cavabdeh tərəfindən heç bir hüquq müəyyənedici sənədlər, ərizə, sərəncam, qərarlar olmamışdır. Qeyd: 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolunda X16 0,06 ha həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X37 kitabında uçota alınmışdır. Hesab edir ki, həmin 0,06 ha torpaq sahəsinin X12 adına 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X37 kitabında uçota alınması tam qanunsuzdur. Həmin 0,06 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolu ilə X16 həyətyanı məqsədilə torpaq sahəsi ayrılması tam saxtadır, qanunsuz və əsassızdır. Həmin qeydlər köhnə tarixlə, 2017-ci ildə yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi Qasım Əliyevin imzaladığı **********58 nömrəli 22 may 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, X17 məxsus 0,06 ha həyətyanı torpaq sahəsinin və Ocaqov Xalıq Şirvan oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,83 ha həyətyanı torpaq sahəsinin xəritə üzərində yerinin göstərildiyi kəndaltı xəritədən çıxarışın hazırlanması ilə bağlı X38 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinə müraciət etməyiniz qanunamüvafiq hesab edilir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Qulubəyli Bələdiyyəsinin sabiq sədri X25 2017-ci ildə köhnə tarixlə, yəni 2014-cü il tarixli sənədlə Bələdiyyə sədri kimi verdiyi saxta sənədlə X23 mübahisəli həmin 0,06 ha torpaq sahəsini öz adına özəlləşdirmiş və həmin torpaq sahəsini İmişli rayonu 2 saylı notariat kontorunda yaxın qohumu, həm bibisi oğlu, həm də qaynı X17 alqı-satqı müqaviləsi əsasında satmışdır. Hesab edir ki, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 saylı protokolunun etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, İddiaçı Qulubəyli kəndində həyətlərinə bitişik 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarı məhkəmə qətnaməsi ilə qüvvədə saxlanıldığından, Qulubəyli Bələdiyyəsinin sabiq sədri X25 tərəfindən X12 adına Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli, protokolu ilə həmin 0,06 ha torpaq sahəsinin satılması tam qanunsuz və əsassızdır. İmişli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(036)-820/2018 saylı qərarı ilə üçüncü şəxs R.Məmmədovun iddia tələbi təmin edilmiş və Xalıq Ocaqov və İddiaçı üzərinə torpaqdan çıxma öhdəliyi qoyulmuşdur. Həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər versə də, şikayətlər təmin edilməmişdir. Məhkəmə prosesleri gedişatında ona Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli, protokolunun mövcudluğu barədə məlumatı olmuşdur. Ona görə də həmin mübahisəli 0,06 ha torpaq sahəsinin cavabdeh X2 dair xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolu məhkəmə qaydasında ləğv olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolunun ləğv olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarı (A.Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə ki, həmin bələdiyyənin keçmiş sədri Qalib Nağıyev qanunvericiliyin tələblərini pozaraq, torpaq sahəsinin mənə ayrılmasına dair ilkin sənədləri DT və XK-nin İmişli rayon şöbəsinə vaxtında təhvil verməmişdir. Ardınca isə həmin bələdiyyə torpaq sahəsinin mənə ayrılması barədə qərarı qanunsuz ləğv edərək, torpaq sahəsinin mənə satılmasına dair müqaviləni birtərəfli qaydada pozmuşdur. Bu iş öncədən İmişli Rayon Məhkəməsində mübahisələndiirlmiş, həmin məhkəmənin xx.xx.2013cü il tarixli, 2(036)-1472/2013 saylı qətnaməsi ilə mənə 0.06 ha torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarının ləğv edilməsi və torpağa görə ödənilmiş pulun mənə qaytarılması barədə bələdiyyənin protokol qərarı etibarsız hesab edilmişdir. Məhz keçmiş bələdiyyə sədri sənədləri vaxtında arxivə təhvil vermədiyi üçün mən həmin torpaq sahəsinə çıxarış ala bilməmişəm. Həmin bələdiyyənin təqsirindən mənim qonşuluğumd ayerləşən, mənim torpağıma bitişik torpaq sahəsi X3 ki, hansı ki, həmin şəxs həmin sahədən təxminən 2 km aralıda yaşayır. Torpaq sahəsinin Məmmədov Rəsula satılması barədə qərar haqqında isə mənə məlumat verilməmişdir, hansı ki bu mənim hüquqlarıma toxunur. Sonradan həmin torpaq X5 və həmin şəxsə həyətinə 2 müxtəlif yerdən gediş-gəliş yolu olmasına baxmayaraq, əlavə gediş-gəliş yolu verilmişdir. Yəni məsələ ondan ibarətdir ki, mənə məxsus həmin torpaq sahəsi köhnə tarixlə, sənədlər saxtalaşdırılmaqla Məmmədov Rəsula satılmışdır ki, o da sonradan mənə məxsus həmin torpaq sahəsini alqı-satqı etmişdir. Ancaq bələdiyyədə bununla bağlı heç bir sənədləşdirmə aparılmamış və məhz bunun nəticəsidir ki, ortalığa da heç bir sənəd çıxarda bilməmişdirlər. Bu faktı həmin bələdiyyənin sədri Əmrah Aslanov da etiraf etmiş və göstərmişdir ki, heç bir sənədləşmə işi aparılmamışdır. Bu saxtakarlıq davam etdirilərək sonradan X30 Məmmədov Rəsulun adına uçot işi aparılmışdır. Halbuki bunun özü də böyük qanunsuzluqdur. Çünki hüquqi əsas, baza olmadan onun uçota alınması qanunvericiliyə ziddir və aydındır ki, burda hansısa maddi maraqlar çıxış edir. Nəticədə kimlərsə pul qazansın deyə mənim mülkiyyət hüquqlarım pozulmuş, əmlakım ələ keçirilmişdir. Həmin uçot işi köhnə tarixə işlənmişdir. Guya 2017-ci ilə aiddir. Yəni saxta əsaslarla bələdiyyə sədri olmuş Qalib Nağıyev 2017-ci ildə köhnə tarixlə, yəni 2014-cü ilə aid sənədlər tərtib etməklə, mənə məxsus torpağı Məmmədov Rəsulun adına sənədləşdirmiş, o da həmin torpağı özəlləşdirməklə alqı-satqı predmetinə çevirmişdir. Halbuki torpağın mənə ayrılması faktı rəsmən İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə legitimləşdirilmişdir. bələdiyyə sədri hazırda vəzifəsini icra edə bilməz. Çünki təhvil-təslim həyata keçirilməmişdir. Bununla bağlı regional idarənin məktubu iş materiallarına əlavə edilmişdir. Belə ki, İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qalib Nağıyevin bələdiyyə sədri seçilməsində ziddiyytəli məqamlar mövcuddur. Belə ki, əvvəlki möhür təhvil alınmadan yeni möhür hazırlanaraq iclas protokolu təsdiq olunmuş, habelə bələdiyyə fəaliyyətini əks etdirən sənədlərin təhvil-təslim işləri aparılmamışdır. Məhz bu səbəbdən də bələdiyyənin xx.xx.2022-ci il tarixli iclas protokolu baxılmadan geri qaytarılmışdır. Həmçinin qeyd etmək istərdim ki, həmin Qalib Nağıyevin saxta möhür alması, bələdiyyə sənədlərində istifadə etməsi ilə bağlı hazırda İmişli Rayon Prokurorluğunda araşdırılma aparılmaqdadır. Bunu sübut edən xx.xx.2022-ci il tarixli qərar da iş materiallarına əlavə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, həmin Qalib Nağıyev bələdiyyədə sədr vəzifəsini mənimsəmiş, həmin möhürdən istifadə edəərk vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Məhz bu arqument sübut edir ki, bələdiyyənin mübahisələndirilən qərarı qanunsuz və əsassızdır və etibarsız hesab edilərək məhkəmə qaydasında ləğv olunmalıdır. Çünki ortada cinayət faktı mövcuddur. Odur ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Ocaqov Xalıq Şirvan oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X25 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X22 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X29 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həmin 0,06 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolu ilə X16 həyətyanı məqsədilə torpaq sahəsinin ayrılması tam saxta, qanunsuz və əsassız olması, həmin qeydlərin köhnə tarixlə, yəni 2017-ci ildə yazılmasını bildirmiş, həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlil irəli sürsə də, məhkəmə araşdırmaları zamanı bu fakt öz təsdiqini tapmamışdır. İddiaçı da bu barədə heç bir mötəbər sübuta istinad edə bilmir. Odur ki, iddiaçının bu dəlili mülahizə xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ləğv olunması xahiş edilən İmişli rayonu, Qulubəyli Bələdiyyəsinin 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilmədiyindən iddia əsassızdır. İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericiliyin normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid olmuşdur. Bələdiyyənin qərarı əsasında üçüncü şəxsə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyildir və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Qulubəyli bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasın qərarına əsasən Qulubəyli kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli bələdiyyəsinə məxsus torpaq sahəsindən alqı-satqı yolu ilə 0,06 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixli 04 saylı protokolunun surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə keçirilmiş 04 saylı iclasın protokolunun qərarına əsasən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və bələdiyyənin hesabına köçürülmüş pulun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolunun çıxarışından görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli iclasının qərarına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və 5 ildən artıq müddətdə qeydiyyatda olan Qulubəyli kənd sakini X12 ərizəsinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli kəndi ərazisindən bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpağından 0,06 ha (600 kv.m) torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, bələdiyyənin xx.xx.2014-cü il tarixli 15 saylı iclas qərarı əsasında İmişli rayonu Qulubəyli kəndi ərazisindən bələdiyyə mülkiyyətinə məxsus 0,06 ha torpaq sahəsi X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kəndinin ərazisində yerləşən 0.06 ha torpaq sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 rayonu Qulubəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini X4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kəndinin ərazisindən 0.06 ha torpaq sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri Tağıyev Mirvəli tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2023-cü il tarixli 02 nömrəli arayışında göstərilmişdir ki, Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokoluna əsasən X16 verilmiş 600 kv.m həyətyanı torpaq sahəsi qərarda Qulubəyli bələdiyyəsinin ehtiyat fonduna aid olduğu göstərilmişdir. Qeyd olunan torpaq sahəsi Qulubəyli bələdiyyənin inkişaf və ehtiyat fondu torpaq sahəsinə aid deyil və bələdiyyənin kənd altı torpaq sahəsininə aiddir və bələdiyyə mülkiyyətidir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli 10/8362 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestd publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 22452&006984 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi olmuşdur və fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) İmişli rayon şöbəsi tərəfindən Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X16 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi 768, seriya AN 530641 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(086)- 1022/2017 saylı məhkəmə qərarı, (DTXK) İmişli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 768 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 nömrəli protokolundan çıxarış əsasında Məmmədov) Rəsul Süleyman oğlunua sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarış ilə X12 xüsusi mülkiyyətinə İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İmişli rayon 2 saylı Dövlət Notariat Kontorunun 25 sentyabr 2017-ci il tarixli 4Ə-23 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarışa əsasən X12 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini X13 xüsusi mülkiyyətinə keçirilmiş və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarış ilə X13 mülkiyyət hüququ qeydə alınmışdır. İmişli regional "Asan xidmət" mərkəzində notariat kontoru (Şəhadətnamə 123) 28 iyul 2020-ci il tarixli 4Ə-355 nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarış ilə X13 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini,(bacısı) X19 xüsusi mülkiyyətinə bağışlanmış və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarışa əsasən X19 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X6 0.06 ha torpaq sahəsi hal-hazırda Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarış ilə X19 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq tərtib və təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı, torpaq sahəsinin planı və ölçüsü sənədi) təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X6 torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub - olmadığını müəyyən etmək mümkün olmadı. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli 10/2335 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığı üçün Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X6 torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007 -ci il tarixli, 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı Xaliq oğluna satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığını, yəni üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, 05 noyabr 2007-ci il tarixdə İmişli rayonu, Qulubəyli kənd sakini Ocaqov X21 bələdiyyəsinə müraciət etmiş, Bələdiyyənin 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən Qulubəyli kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli bələdiyyəsinə məxsus torpaq sahəsindən alqı-satqı yolu ilə 0,06 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixdə keçirilmiş 04 saylı iclasının qərarına əsasən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və bələdiyyənin hesabına köçürülmüş pulun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)- 1472 /2013 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh İmişli Rayonu Qulubəyli bələdiyyəsinə qarşı bələdiyyə iclasının protokol qərarının etibarsız hesab olunması tələbinə dair iddiası təmin olunaraq İddiaçı 0,06 həyətyanı torpaq sahəsinin satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və torpağın bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli iclasının qərarına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və 5 ildən artıq müddətdə qeydiyyatda olan Qulubəyli kənd sakini X12 ərizəsinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli kəndi ərazisindən bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpağından 0,06 ha (600 kv.m) torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli rayonu Qulubəyli kəndi ərazisindən bələdiyyə mülkiyyətinə məxsus 0,06 ha torpaq sahəsi X3. X23 bələdiyyə qərarın əsasən ona satılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilməsi tələbi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur və bu səbəblə də X8 İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh xx.xx.2014cü il tarixli 13 saylı iclas qərarı əsasında aldığı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(086)-1022/2017 nömrəli qərarına əsasən iddiaçı X12 iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli 13 saylı iclas qərarı əsasında aldığı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qüvvəyə mindikdən sonra İmişli rayonu Qulubəyli kəndinin ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə X12 mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X23 mülkiyyətində olan İmişli rayonu Qulubəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini X4 və X11 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 10/8362 nömrəli ekspert rəyindən və 16 oktyabr 2024-cü il tarixli 10/2335 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X6 torpaq sahəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007 -ci il tarixli, 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı Xaliq oğluna satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığını, yəni üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçının subyektiv hüququnun olması üçün mübahisələndirilən Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı əsasında üçüncü şəxsə satılmış torpaq sahəsi ilə idiaçıya ayrılmış torpaq sahəsi eyni ərazi olmalıdır (yəni tam və ya qismən üst-üstə düşməlidir). Hazırki iş üzrə iddiaçı apellyasiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını irəli sürsədə bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı həmin torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə yerquruluşu ekspertizası təyin edilərkən obyektiv həqiqətə nail olmaq və ekspertiza tədqiqatında nəzərə alınması üçün tərəflərə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı istinad etdikləri sənədlərin və məlumatların təqdim edilməsinə şarait yaradılmış və həmin sənəd və məlumatlar iş materiallarına əlavə olunaraq məhkəmənin qərardadı ilə ekspertə və mütəxəssisə təqdim olunmuşdur. Yəni, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarında əks olunmuş hüquqi mövqedən çıxış edərək Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerinin təsbit edilməsi ilə bağlı mümkün olan bütün zəruri aradırmanı aparmışdır. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan torpaq qanunvericiliyinə görə müvafiq qərarla torpaq sahəsi ayrılmamışdan öncə onun naturada yeri müəyyən edilməli və həmin torpaq sahəsinin cəhətlərini özündə əks etdirən yerquruluşu xəritəsi və sxemi çəkilməlidir. Belə bir sənədlərin olmadığı halda torpaqayırma sənədləri tam hesab oluna bilməz. Çünki, yerquruluşu sxemi mövcud olmadığı halda Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddiaçının iddia etdiyi torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (xx.xx.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edimiş dəyişkliyə qədər) 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Məhz həmin sənəd olduqdan sonra torpaq sahəsi üzərində hüquqlar qüvvəyə minir və ayrılmış torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair müraciət edənin hüquqlarını təmin etmək mümkün olur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 22 noyabr 2007 -ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yeri naturada müəyyən edilməmiş və yerquruluşu planı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli 10/2335 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı Xaliq oğluna ayrılmış 0.06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpağın ayrıldığı zaman cavabdeh Qulubəyli bələdiyyəsinin sədri işləmiş X25 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərar ilə İddiaçı Xaliq oğluna satılmış torpaq sahəsi iddiaçının hazırda iddia etdiyi yerdən 800 metr aralıda yerləşir. Yəni, Qulubəyli bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya hazırda mübahisələndirilən torpaq sahəsi deyil, həmin torpaq sahəsindən təqribən 800 metr aralıda yerləşən ərazi (torpaq sahəsi) təhkim edilmişdir və iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyətı yoxdur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, ona məxsus torpaq sahəsi inzibati orqan tərəfindən başqa şəxsə satılmış olsun. İş materiallarında olan sənədlərdən (ekspert rəyindən), tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyindən, həmin torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır və hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. İddiaçının subyektiv hüququnun olmaması isə, qeyd edilən torpaq sahəsinə dair qərarın ləğv edilməsini tələb etmək imkanını istisna edir. Təsadüfi deyildir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(086)-1730/2019 saylı qərarının ləğv edilməsi və yenidən baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılmasına əsas olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarında və Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)618/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərardadında əks olunmuş məcburi göstəriş İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olması və torpaq sahəsinin statusunun müəyyən edilməsi ilə bağlı olmuşdur. Yəni, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarında Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı əsasında üçüncü şəxs X6 torpaq sahəsi ilə idiaçıya ayrılmış torpaq sahəsinin eyni ərazi olub-olmamasının aydınlaşdırılmasının zəruriliyi ona görə tələb edilmişdir ki, iddianın mümkün olub-olmaması müəyyən edilsin. Yəni burada əhəmiyyətli olan hal iddiaçının razılaşmadığı inzibati aktın aid olduğu ərazinin (torpaq sahəsinin) ona aid olmasına dair hüquqmüəyyənedici sənədinin olmasıdır. Başqa sözlə, iddiaçının iddia etdiyi əraziyə dair hüquqmüəyyənedici sənədləri olmalıdır ki, hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ olsun. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarında əks olunmuş məcburi göstərişlərə və hüquqi dəyərləndirməyə əhəmiyyət vermədən və iddianın mümkünlük məsələsini həll etmədən işə mahiyyəti üzrə baxıb, qərar qəbul etmişdir. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Başqa sözlə, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilərdi ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığına qiymət vermədən iddiaya mahiyyəti üzrə baxmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. X41 Samir H

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar