Məhkəmə qərarları › İş №2-1(106)-190/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-190/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-190/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.N0N1-ci il tarixli, 1/A-N0701 saylı məktubuna əsasən, törətdiyi cinayətə görə 1N iyun N007-ci il il tarixdə Tərtər Hərbi Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.N-ci maddəsinə görə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) cinayət məsulliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, onun yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı qanunvericiliyin tələblərinə ziddir. Birnci instansiya məhkəməsində icraat: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilməsi və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, N001-ci ildə hazırda Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, daha sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin zabit dinləyicisi olaraq təhsilini davam etdirmişdir. N00N-N015-ci illərdə N saylı hərbi hissənin xüsusi təyinatlı tağım komandiri, N saylı hərbi hissənin tağım bölük komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tağım komandirimüəllim köməkçisi, mühafizə bölük komandiri, N saylı hərbi hissənin bölük komandiri, N saylı hərbi hissənin tədris taborunun bölük komandiri, xüsusi təyinatlı qrup komandiri, N-ci xüsusi təymaitlı alayın fiziki hazırlıq və idman rəisi, 08N saylı xüsusi əməliyyat briqadasının əməliyyat bölmə rəisinin fiziki hazırlıq üzrə baş köməkçisi-mütəxəssis, N saylı hərbi hissənin tabor komandirinin müavini vəzifələrində xidmət etmişdir. Xidmət dövründə ciddi nöqsanlara yol vermədiyi halda Müdafiə Nazirin N oklyabı N015 il tarixli, 061N №-li əmrilə Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «E» bəndinə əsasən (xidməti uyğunsuzluq) ehtiyyata tərxis olunmuşdur. Tərxis olunmasının səbəbləri hazırkı iddia ərizəsinin predmeti olmadığına görə onun üzərində dayanmır. Onun barəsində qəbul olunmuş qərarın qanunsuz olduğunu sübut etmək üçün inzibati məhkəmə instansiyalarına müraciət etmiş, lakin hüquqlarını müdafiə etməyə və qanuni qərar qəbul edilməsinə nail ola bilməmişdir. Buna səbəb bir tərəfdən özünün hüquqi cəhətdən savadsızlığı və lazımi hüquqi yardım ala bilməməsi, digər tərəfdən isə məhkəmələrin işə qeyri-obyektiv, ürəksiz, ədalətsiz, insan taleyinə laqeyd yanaşmaları olmuşdur. N7 sentyabr N0N0-ci ildə X4 başlayanda ordu sıralarına səfərbər olunmuş, N saylı hərbi hissənin tabor komandiri vəzifəsinə təyin edilərək müharibənin sonunadək xidmət etmişdir. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş texnikasını, o cümlədən səxsən bir tankını məhv etmişdir. Komandiri olduğu Tabor Qırmızıbazar-Şuşa yolunda düşmənin hərəkətini məhdudlaşdırmışdır. Döyüşlərdə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə 4 medalla, eləcə də Müdafiə nazirinin 30 dekabr N0N0 il tarixli əmrilə «Şücayət» medalı ilə təltif edilmiş, vaxtından əvvəl polkovnikleytenant hərbi rütbəsinə layiq görülmüşdür. N0N0-ci ilin dekabr ayının əvvəllərində komandanlıq səfərbərlik müddəti bitdikdən sonra qalıb xidmət etmək arzusunda olan şəxslərə ləqrirlə müraciət etmələrini təklif etmiş və 7 dekabr N0N0-ci il tarixdə o, hərbi hissə komandirinə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması üçün müvafiq raportla müraciət etmişdir. Lakin, hərbi xidmətdə saxlanılması üçün bütün əsaslar olmasına baxmayaraq Müdafiə nazirinin N7 yanvar N0N1-ei il tarixli 017N №-li əmrilə ordu sıralarından tərxis edilmişdir. Bundan sonra o, dəfələrlə müxtəlif ali dövlət orqanlarına ərizələrlə müraciət etmişdir, lakin ona qanunvericiliyin tələbləri pozularaq əksər hallarda cavab verilməyib, verilən cavablar isə müddət pozuntusu ilə olmuşdur. Şifahi olaraq ona verilmiş cavablarda hərbi xidmətdə saxlanılmasının qeyri-mümkünlüyü müxtəlif səbəblərlə izah edilmişdir. Lakin bu cavablar qeyri-rəsmi olduğundan onların üzərində dayanmağa zərurət yoxdur. Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsi Kadrlar İdarəsinin şöbə rəisi idarə rəisinin müavini Ş.Ərəblinskinin imzaladığı 15 dekabr N0N1 il tarixli, 1/A-N0701 №-li məktubda Nazirlər Kabinetinin N fevral N015-ci ıl tarixli N1№-li Qərarı ilə təsdiq edilmiş «bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası»nın 3.9.N-ci yarımbəndinə istinad edilərək onun Tərtər Hərbi Məhkəməsində 1N iyun N007-ci il tarixdə CM-nin 331.N-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması əsası ilə həqiqi hərbi xidmətə qəbul edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, onun hərbi xidmətdə qalıb qulluğunu davam etdirməsinə yeganə maneə kimi həmin məhkumluğu göstərilmişdir. O, doğrudan da Tərtər hərbi məhkəməsinin 1N iyun N007 il tarixli hökmü ilə AR CM-nin 331.N-ci maddəsilə təqsirli bilinərək şərli maliyyə vahidinin 300 misli miqdarında cərimə cəzasına məhkum olunmuş və cəriməni dərhal ödədiyinə görə AR CM-nin 83.3.N-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Buradan aydın görünür ki, Müdafiə Nazirliyinin onun həmin məhkumluqla bağlı hərbi xidmətdə saxlanılmasından imtina etməsi açıq-aşkar qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi barədə 1 may N0N0-ci il tarixli Qanunu ilə CM-nin 331.N-ci maddəsi Məcəllədən çıxarılmış, bundan sonra rəisin tabelikdə olan şəxsi təhqir etməsi inzibati hüquqpozmalara aid edilmiş və İXM-in 611-ci maddəsində öz əksini tapmışdır. Həmin qanun normasına görə onun törətdiyi əməli hazırda cinayət hesab edilmədiyindən o, ümumiyyətlə həmin məhkumluqla bağlı bütün hüquqi nəticələr ləğv edilməklə cinayət məsuliyyətinə cəlb olunmamış hesab edilir. Bu səbəbdən də həmin məhkumluğa görə həorbi xidmətdə qalmayana qadağa qoyulması qanunsuzdur. Necə olur ki, həmin məhkumluqdan sonra o, 8 il daha yüksək vəzifələrə təyin edilərək N015-ci ilədək xidmət edir, N saylı hərbi hissədən verilmiş N sentyabr N015 il tarixli və N saylı hərbi hissədən verilmiş xidməti xasiyyətnamələrdə məhkumluğu olmayan kimi göstərilir. N7 sentyabr N0N0-ci il tarixdə N-ci Qarabağ Müharibəsi başlayanda isə səfərbər olunmuş, daha yüksək rütbəyə layiq görülür, strateji əhəmiyyət kəsb edən döyüş əməliyyatlarının sferası ona etibar edilmiş, müharibə qurtardıqdan və qələbə əldə edildikdən sonra isə ləğv edilmiş məhkumluğu yada düşür və o, hərbi xidmətdə əlverişsiz şəxsə çevrilmişdir. Deməli, ancaq döyüşmək, qan tökmək lazım gələndə o, hərbi xidmətə yararlı olur. Belə mövqeylə barışmaq, onu ədalətli hesab etmək mümkün deyil, birmənalı olaraq bu ədalətsiz və qanunsuz qərar olmuşdur. Onunla eyni vaxtda ərizə vermiş onlarla şəxs (o cümlədən məhkum olunmuş şəxslər) səfərbərlik müddəti bitdikdən sonra hərbi xidmətdə saxlanılmışdır. 19 il bir ay hərbi xidmətdə olmuş şəxsi pensiya hüququ əldə etmək üçün tələb olunan müddətə (N0 il) cəmi bir neçə ay qalmış tərxis ediblər. Sanki Müdafiə Nazirliyi onun qəsdinə durmuş, ən çətin əziyyətlərdən keçərək yaxınlaşdığı pensiya hüququnu əldə etməyi ona rəva bilməmişdir. Bu hüququnu həyata keçirməkdən imtina edilməsi üçün heç bir qanuni əsas yoxdur. O cümlədən məhkumluğu yoxdur, xarici ölkələrin vətəndaşı deyil, heç bır xarici ölkə qarşısında öhdəliyi yoxdur. və s. Belə olan halda hüquqlarının bərpa edilmsi ancaq ədalətli məhkəmə tərəfindən təmin edilə bilər. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmış ki, İddiaçı, N001-ci il tarixdə Azərbaycan Ali Hərbi Məktəbini bitirərək zabit kimi hərbi xidmətə başlamış, xx.xx.N015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 061N nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. Azərbaycanın ərazi bütövlüyüynün qorunması məqsədi ilə N7 sentyabr N0N0-ci il tarixdə Vətən müharibəsi zamanı İddiaçı səfərbərlikdən ehtiyatdan çağırılaraq N nömrəli hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0N1-ci il tarixdə iddiaçının Səfərbərlikdən tərxis edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinin 017N nömrəli əmri verilmişdir. Qeyd olunan əmr Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamına və N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N0-ci il tarixli 051 nömrəli raportuna əsasən icra olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N015-ci il N fevral tarixli N1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.N-ci bəndinə əsasən məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə bağlaşmanın imzalanmasından imtina edilməsi, yəni məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törədən şəxslərlə bağlaşmanın imzalanmasından imtina olunur. Azərbaycanın ərazi bütövlüyüynün qorunması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin qismən səfərbərliyin elan edilməsi haqqında N8 sentyabr N0N0-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsi zamanı İddiaçı səfərbərlikdən çağırıldığı üçün, Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamına əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının səfərbərlikdən ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş heç bir norma və prosedur pozulmamışdır. Ona görə məhkəmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməsi xahiş olunmuşdur. Birnci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarı ilə (Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlliləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçı və onun vəkili Vəkil cavabdehin apellyasiya şikayətinə qarşı vəsatət vermiş və vəsatəti onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası tam təmin olunaraq onun hərbi xidmətdən tərxis edilməyimə dair Azərbaycan Respublikası Müdafiə nazirinin N8 yanvar N0N1 tarixli, 017N №-li əmrinin ləğv edilərək hərbi xidmətə bərpa olunmağı və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 3 aydan artıq müddət keçməsinə baxmayaraq məhkəmənin qeyd olunan qərarı icra edilməmişdir. 1N mart N0NN il tarixdə elektron məhkəmə sistemində portalına daxil olduqda ona məlum olmuşdur ki, Müdafiə Nazirliyinin nümayəndəsi Şirvan İnzibati Məhkəməsinin onun barəsində NN dekabr N0NN il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Hesab edirik ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək qaytarılmalıdır. N3 fevral N0N3 il tarixdə məhkəmənin qərarının icra vəziyyətini öyrənmək üçün Şirvan İnzibati Məhkəməsinin onun işi üzrə məhkəmə iclas katibinə zəng etmiş, sonuncu onlara bildirmişdir ki, məhkəmənin qərarı Müdafiə Nazirliyinə N5 yanvar N0N3 il tarixdə daxil olub, qərardan apellyasiya şikayəti verilmədiyinə görə N5 fevral N0N3 il tarixdə icraya yönəldilməsi nəzərdə tutulub, lakin N5 fevral istirahət, N6 fevral isə Xocalı soyqırımı günü olduğuna görə növbəti N7 fevral N0N3 tarixində məhkəmənin qərarı icra yönəldiləcək. Bir neçə gün sonra isə artıq məhkəmənin qərarının icraya yönəldildiyi barədə məhkəmədən ona məlumat verilmişdir. Apellyasiya şikayətinin çıxış tarixi Müdafiə Nazirliyinin müşahidə məktubunda N mart N0N3 il göstərilsə də bu tarix düz deyil, çünki sənəd elektron məhkəmə sisitemi vasitəsilə göndərilib, faktiki olaraq yalnız 10 mart N0N3 il taixdə sistemə yüklənib və həmin tarix apellyasiya şikayətinin verildiyi tarix hesab edilməlidir. Ona görə də apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün tamam olduqdan 1N gün sonra verildiyindən baxılması qeyri-mümkün hesab edilməlidir. Apellyasiya şikayətində məhkəmənin qərarının nazirliyə poçt vasitəsilə 31 yanvar N0N3-cü il tarixdə daxil olduğu barədə qeyd də həqiqətə uyğun deyil. Belə ki, Şirvan İnzibati Məhkəməsinə daxil olmuş xəbərnaməyə əsasən sənəd Müdafiə Nazirliynə N5 yanvar N0N3-cü il tarixdə verilib. Beləliklə, Müadfiə Nazirliyinin nümayəndəsi bütün vasitələrdən istifadə edərək apellyasiya şikayətinin verilməsi müdətinin ötürüldüyünü gizlətməyə çalışsa da, sənədlərlə bunun əksi, yəni apellyasiya şikəyətinin qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmaqla verildiyi müəyyən olunur. Müddətin bərpa olunması barədə cavabdeh tərəfindən vəsatət verilməmişdir. Beləliklə, apellyasiya şikayəti apellyasiya məhkəməsinin qərarı rəsmi qaydada təqdim edildikdən 4N gün sonra, yəni qanunla nəzərdə tutulan müddətin ötürülməsi ilə verilmişdir. Ona görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN il tarixli qərarından apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilərək qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı məhkəmə iclasında vəsatətin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayəti 30 gün müddətində verilmədiyi üçün şikayətin mümkünsüz sayılması və geri qaytarılması barədə qərardad qəbul ediləsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.N. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə N0.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə N0.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin N0.1-ci və N0.N-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə NN.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.N. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.N. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.N-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiyanın mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının verdiyi izahatı və vəsatəti araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin N3 dekabr N0NN-ci il tarixli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N- 1(1N0)-174N/N0NN saylı qərarı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada təqdim edilmişdir (iş vərəqi 147). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Şıxəliyeva tərəfindən imza edilməklə xx.xx.N0N3-cü il tarixdə qəbul edilmişdir (iş vərəqi 149). İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət xx.xx.N0N3-cü il tarixdə 3-N5-11/N-957/N0N3 nömrə ilə qeydiyyata alınmış (tərtib olunmuş) və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.N0N3-cü il tarixdə daxil olmuşdur. (iş vərəqi 153). Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarı N3 dekabr N0NN-ci il tarixli məktubla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada təqdim edilmiş və həmin qərar cavabdeh tərəfindən xx.xx.N0N3-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.N0N3-cü il tarixdə daxil olmuşdur. Yəni, iş materiallarında müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 4N gün sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə verilmiş apellyasiya şikayəti 10 mart N0N3-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən (30 gündən) 1N gün keçdikdən sonra verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı da apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə vəsatətində də eyni əsaslara istinad edərək Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN il tarixli qərarından apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin N0.3-cü və NN.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin N0.1-ci və N0.N-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.N-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.N-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının cavabdeh tərəfindən xx.xx.N0N3-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.N0N3-cü il tarixində məhkəməyə daxil edildiyindən, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Hətta müddət şikayətin məhkəməyə daxil olduğu xx.xx.N0N3-cü il tarixindən deyil, həmin şikayətin tərtib edildiyi xx.xx.N0N3-cü il tarixindən götürülsə belə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin (30 günün) ötürüldüyü müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlayaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq cavabdeh müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar