Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-190/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1398/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid hesab olunma barədə arayışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi statusunun alınması üçün X8 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 22 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-1398/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Mərhum gizir X14 ilə Beyləqan Qarnizonu Hərbi Polisinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X15 arasında şəxsi zəmində mübahisə yaranmış və sonuncu tərəfindən 22 aprel 2021-ci il tarixdə odlu silahdan açılmış atəş nəticəsində aldığı güllə yaralarından həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X8 şəhid hesab edilməsi üçün hər-hansı normativ əsas müəyyən edilməmişdir və onun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona şəhid statusunun verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, X5 gizir hərbi rütbəsində Beyləqan Qarnizonu Hərbi polisinin mühafizə bölüyünyün 2-ci tağımının komandiri vəzifəsində xidmət edərkən, 22 aprel 2021-ci il tarixdə xidmət etdiyi Füzuli rayonunun Kənd Horadiz məntəqəsində qorovul xidməti ilə bağlı hərbi xidmətdə olarkən həmin bölükdə 3-cü tağımda xidmət edən əsgər X15 xidmətlə bağlı aralarında yaranmış narazılıq səbəbindən özünə təhkim olunmuş avtomat silahdan atəş açaraq öldürmüşdür. Füzuli hərbi prokurorluğunda aparılmış araşdırma zamanı oğlunun əməllərində heç bir cinayətin əlamətləri aşkar edilməmiş, əsgər X12 barəsində Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə aparılan cinayət işinə Füzuli hərbi prokurorluğunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) xitam verilmişdir. Həmin cinayət işinin materiallarından müəyyən olunur ki, X5 döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirmiş, qanunamüvafiq və “Hərbi xidmət keçmə haqqında Nizamnamə”yə uyğun hərəkət etməsinə baxmayaraq, öz hərbiçi yoldaşının psixikasında yaranmış pozuntular səbəbindən bu hərəkətləri özünə qarşı hörmətsizlik hesab edən şəxs tərfindən qətlə yetirilmişdir. Hal-hazırki vaxtadək X5na şəhid statusu verilməmişdir. Cavabdeh Nazirlər Kabinetinin müvafiq Qərarına istinad etsə də, X5nun ölümünün döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığını bildirərək, arayış verməkdən imtina etmişdir. X5 qanunvericiliyə uyğun olaraq döyüş təminatı ilə bağlı xidməti vəzifələrinin icrası zamanı ölmüşdür, ona görə də hesab edir ki, onun ölümü həmin Qanunun təsir dairəsinə düşür və onun şəhid hesab olunması üçün əsasdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” nın 1.2.6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Odur ki, X8 şəhid hesab olunması barədə arayışın verilməsi” tələbi əsaslı deyil. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bilridilir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, işin faktiki halına uyğun olmayan qərar qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə qərar çıxarılmalıdır. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasının xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının övladı X2 Qarnizonu hərbi polisinin mühafizə bölüyündə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən əsgər X16 tərəfindən ona təhkim edilmiş silahdan atılan atəşlə 22 aprel 2021-ci il tarixdə qətlə yetirilmiş, istintaq orqanının qərarı ilə başlanmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 18 aprel 2024-cü il tarixli məktubunda bildirilir ki, Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X10 qeyd edilən bölüyün 2-ci taqım komandiri, gizir X11 öldürməsi, sonra isə özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nın 120 1 və 125-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Füzuli Hərbi prokurorluğunda istintaq aparılmış və 19 11.2021-ci il tarixdə Ə.Cəfərov barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə), sonra isə həmin silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə həmin məcəllənin 39.1.1 (cinayət hadisəsi olmadığından) maddələrinə əsasən cinayət işinə xitam verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.2021-cı il tarixdə, saat 12:05 radələrində Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X4 rayonunun Horadiz kəndi ərazisində N nömrəli hərbi hissənin yanacaq anbarı yaradıldığından həmin anbarın mühafizəsinin təşkil edilməsi məqsədilə Lənkəran şəhərindən verilmiş tapşırığa əsasən Beyləqan şəhərinə gəlmiş və Füzuli rayonunun Horadiz kəndi ərazisində N nömrəli hərbi hissənin yanacaq anbarının mühafizə məqsədi ilə xidmətə çıxdığı zaman qarovul xidmətinin istirahəti üçün nəzərdə tutulmuş əsgər yataqxanasının giriş qapısının qarşısında xidməti istifadə üçün ona verilmiş "AKMS” markalı "AFD 1412” nömrəli avtomat silahdan avtomatik rejimdə atəşlər açaraq həmin bölüyün 2-ci taqım komandiri, gizir X11 öldürmüş, ardınca silahın lüləsini sağ gicgah nahiyəsində dirəyərək atəş açaraq özünü öldürmüşdür. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarından göründüyü kimi mərhum X14 hərbi xidməti vəzifəsinin icrası zamanı qətlə yetirilsə də, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələbləri mərhum Z.Mahmudluya şamil oluna bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1398/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-190/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-190/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver