Məhkəmə qərarları › İş №2-1(106)-193/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-193/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-193/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi XN, iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-N(N20)-3669/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 29 oktyabr 2024-cü il tarixli, 2-N(N20)- 3669/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyyata buraxılması müəyyən edilmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, döyüş zonasında olan N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N saylı əmrinə əsasən hərbi hissəyə qəbul olunmuş, Qarabağ müharibəsində iştirak etmək üçün hərbi xidmətə başlamışdır. Həmin tarixdən başlayaraq Qarabağ uğrunda gedən bir çox döyüşlərdə iştirak etmiş və bu döyüşlərin birində, N3 iyul N993-cü il tarixdə yaralanmış və qapalı kəllə-beyin travması, beyin silkələnməsi xəsarəti almışdır. Bundan başqa sol 7-8-ci qabırğalarında sınıqlar və döş qəfəsində qapalı travma olduğu üçün göndəriş əsasında müalicə olunmaq üçün Ağcabədi rayon Mərkəzi Xəstəxanasına göndərilib orada müalicə olunmuşdur. N saylı Hərbi Hissə komandirinin N sentyabr N993-cü il tarixli 25 saylı əmrinə əsasən hospitala müalicə olunmaq üçün göndərilərək təminatlardan çıxarılmışdır. Hərbi Həkim Komissiyasının 07 dekabr 20N9-cu il tarixli 960 saylı qərarı ilə təsdiq olunur ki, aldığı travma “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Lakin N saylı hərbi hissədən azad edilməyi barədə heç bir qeydiyyat aparılmayıb.O, xəstəxanada müalicə olduqdan sonra uzun müddət ev şəraitində də müalicə olunmuş, bu müddət ərzində hərbi hissədən ümumiyyətlə onunla maraqlanmamışlar və sonralar hərbi hissənin başqa yerə köçürüldüyünü öyrənmişdir. Barəsində hərbi hissəni özbaşına tərk etməyi və ya sair formada cinayət əməli törətməyi barədə heç bir araşdırma aparılmamış, barəsində hər hansı təqsirləndirici material və ya cinayət işi olmamışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 828 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissədən göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş, hərbi hissəni icazəsiz tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin 3N yanvar N993-cü il tarixli NN2 nömrəli əmrilə batalyonun ərzaq və pul təminatı siyahısından çıxarılmış, N ay müddətində hərbi hissəni özbaşına tərk etdiyinə N6N nömrəli hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli 50 nömrəli əmrilə ştatdan kənar edilmiş, həmçinin hərbi hissəni özbaşına tərk etdiyi üçün Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azəraycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Odur ki, iddia əsaslı deyil. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və idddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, döyüşlərdə aldığı xəsarətlə bağlı ona əlillik təyin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 828 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən göndərilmiş İddiaçı 83N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N №-li əmrilə hərbi hissəyə qəbul edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyi üçün 83N №-li hərbi hissə komandirinin 3N yanvar N993-cü il tarixli NN2 №-li əmrilə batalyonun ərzaq və pul təminatı siyahısından çıxarılmışdır. N №-li hərbi hissədən göndərilmiş, sıravi X2 N6N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N6N №-li hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 25 №-li əmrilə sürürcü-elektrik, sıravi İddiaçı hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılmışdır. N (bir) aydan artıq hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N6N №-li hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli 50 №-li əmrilə ştatdan kənar çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Ağcabədi RHK-nın çağırışçısı İddiaçı Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli müvafiq Direktivinə əsasən N6N nömrəli hərbi hissə komandirinin N0 fevral N994-cü il tarixli NN0 №-li əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaəqdar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. İş materiallarından görünür ki, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-N(N20)-3669/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar