Məhkəmə qərarları › İş №2-1(106)-194/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-194/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-194/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X14 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X6 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibаti Məhkəməsinin 07 avqust 2023-cü il tаriхli, 2-1(120)-2982/2023 nömrəli qərardadı ilə iddiaçı X9 əsl İddiaçı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 13 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2982/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx xxx 2005-ci il təvəllüdü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının valideynlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, valideynləri respublikanın digər rayonları (şəhərləri) üzrə yaşayış yeri üzrə qeydiyyatda olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Həmçinin məcburi köçkün vəsiqəsinin verilməsinin dayandırılması iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Qərardan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiа onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşur. X9 və həyat yoldaşı X11 məcburi köçkündür, məcburi köçkün statusu var və məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alırlar. İddiaçı da məcburi köçkün kimi hər ay çörək pulu və digər kommunal xərcləri alır, lakin cavabdehə dəfələrlə müraciət olunsa da İddiaçı cavabdeh orqan məcburi köçkün statusu verməkdən boyun qaçırır bu da övladının məcburi köçkün kimi olan hüquqlarını pozmaqla nəticələnir. İddiaçı 2020-ci ildə ADİU-nin nəzdində olan X17 ödənişli əsaslarla qəbul olunmuş, 15 yaşı tamam olmadığı üçün ona qaçqın vəsiqəsi götürməmişlər. Hazırda İddiaçı oxuduğu məktəbdə may ayının sonuna qədər vaxt verilib ki, 2700 manat ödənişi ödəsin. Qeyd olunan vəsaitin ödənilməsi qeyri mümkündür. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşduir ki, ünvan 2i işğaldan tam azad kənd olduğundan, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından iddiaçıya məcburi köçkün vəsiqəsini təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, onun atası X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Böyük Bəhmənli kəndi ünvanında qeydiyyatda olmuşdur. Həmçinin anası X11 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq Füzuli rayonu, Böyük Bəhmənli kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. ünvan 1xdə X1mış Zəfər nəticəsində işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış veri ilə əvəzsiz qaydada təmin edildikdə: bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 2i ünvanına qayıtmaq imkanına malik olduqlarından məcburi köçkün statusunu itirmişlər. X9 və X3 məcburi köçkün statusuna malik olmaları onların övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı və ailə üzvləri təmas xəttinə yaxın olan Böyük Bəhmənli kəndindən çox qısa müddətdə evlərindən köçmüşlər və 1994-cü ildə yenidən öz evlərinə qayıtmışlar. Sadəcə həmin kəndin sakinlərinə, o cümlədən iddiaçının valideynlərinə məcburi köçkün statusu verilmişdir. İddiaçının valideynlərinə verilən müavinət dayandırılmışdır, lakin hansı qərar əsasında deyil, faktiki olaraq dayandırılmışdır. Həmçinin təmas xəttində olan müxtəlif rayonlara aid təqribən 35 kəndin əhalisinin müavinəti dayandırılmışdır, çünki onlar 1994-cü ildən öz daimi yaşayış yerlərində yaşayırdılar. İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, onunla eyni kənddə yaşayan digər şəxsə yaxın günlərdə vəsiqə verilmişdir. Belə olduğu təqdirdə onun övladına vəsiqə verilməməsi qanunaziddir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İİ-AZ № 007378 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, sonuncuya Hüseynova soyadı verilmişdir. -xx.xx.2016-cı il tarixli, seriya AA 378056 nömrəli vəsiqənin surətindən görünür ki, X4 məcburi köçkün statusu verilmişdir. -xx.xx.2015-ci il tarixli, seriya AA 344769 nömrəli vəsiqənin surətindən görünür ki, X7 məcburi köçkün statusu verilmişdir. -636364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. -xx.xx.2021-ci il tarixli, AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır. -Füzuli Rayon İcra Hakimiyyətinin Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 93 nömrəli arayışında bildirilir ki, İddiaçı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. -Füzuli rayon İcra Hakimiyyətinin Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1977 nömrəli arayışında bildirilir ki, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini İddiaçı məcburi köçkün kimi hər ay 60 manat çörək pulu müavinəti alır. -Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/1708 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin sədri cənab X20 icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 mart 2023-cü il tarixdə keçirdiyi qəbulu zamanı övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi ilə əlaqədar şəxsən təqdim olunmuş ərizənizə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, ünvan 2i işğaldan tam azad kənd olduğundan, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 01/96 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Böyük Bəhmənli kənd sakini X9 23 avqust 1993-cü il tarixədək ünvan 2ində yaşamış məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi rayonun Böyük Bəhmənli kəndində məskunlaşıb və yaşayır və vahid aylıq müavinət alır. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-43-10/2-1820/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı (Ş/V AA 2652963) Böyük Bəhmənli kənd daimi pasport qeydiyyatındadır və həmin kənddə yaşayır. Məcburi köçkündür xx.xx.2005-ci il tarixdən bu günədək hər ay vahid aylıq müavinət alır. Məhkəmə kollegiyası qeyd edi ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. -4.1-ci bəndində qeyd olunmuşdur ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: -4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinanın əsası kimi, habelə apellyasiya şikayətində istinad etdiyi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olması, həmçinin Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən şəxsin əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə məcburi köçkün statusunu itirməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki,: -“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu adından da göründüyü kimi məcburi köçkünlərin sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir və tənzimləyir. Qanunun 3-cü maddəsi həmin kateqoriya vətəndaşlara münasibətdə sosial müdafiə tədbirlərinin davam etdirilməsi müddətini müəyyən edir. -“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi isə məcburi köçkün statusunun qüvvədə olması müddətlərini tənzimləyir. -Hazırki iş üzrə iddiaçının hər iki valideyni məcburi köçkün statusuna malik olduğundan və iddiaçı 2005-ci il təvəllüdlü olmaqla yuxarıda qeyd olunan mövcud qanunvericiliyin tələbləri baxımından doğulduğu vaxtdan faktiki olaraq həmin statusu qazandığından bu statusun rəsmiləşdirilməsindən və müvafiq vəsiqənin verilməsindən imtina onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının özü və valideynlərinin təmas xəttinə yaxın ərazidə öz yaşadıqları evdən qısa müddətdə köçürülməklə sonradan özlərinə məxsus evdə yaşamaları halında belə onların “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən 3 il müddətinə yararlanmaq hüququ saxlanıldığından iddiaçıya mübasibətdə müvafiq statusun rəsmiləşdirilməməsi və vəsiqənin verilməməsi onun qeyd olunan tədbirlərdən kənarda qalması və sosial müdafiə sahəsində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2005-ci il təvəllüdlü olmaqla, torpaqların işğaldan azad edilməsindən əvvəlki zaman kəsiyində Mülki Prosessual Məcəllənin 49-cu maddəsinin tələbləri baxımından mülki-prosessual fəaliyyət qabiliyyətli şəxs olaraq hazırki iddianı qaldırmaq imkanı olmamış, fəaliyyət qabiliyyətli şəxs olaraq məhkəmədə iddia qaldırmaq hüququ yarandığı vaxt isə artıq məcburi köçkün statusunun qüvvədə olması qanunla məhdudlaşdırırlır. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, statusu qüvvədən düşmüş digər məcburi köçkünlər yuxarıda qeyd edilən sosial müdafiə tədbirlərindən yararlandığı halda iddiaçıya münasibətdə bu hüququn məhdudlaşdırlıması daxili qanunvericilik və beynəlxalq hüququn formalaşmış bərabərlik prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Sosial təminat sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2982/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar