Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-196/2023 20.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-1091/2022 nömrəli qərarından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh1nə qarşı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adının sığortaolunan kimi qeyd olunmağı və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adının sığortaolunan kimi qeyd olunmağı və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-1091/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. Qərardan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə təqdim etdiyi sığortaolunan İddiaçı haqqında məlumat vərəqindən görünür ki, onun 2010-cu ildə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlər fərdi hesabda öz əksini tapmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə ərizə və teleqramla müraciət edərək mübahisənin məhkəmədənkənar qaydada həll olunduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında sığortaolunan İddiaçı haqqında məlumat vərəqini məhkəməyə təqdim edərək və izahat verərək bildirdi ki, mübahisə artıq məhkəmədənkənar qaydada həll olunmuşdur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçının tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsi xahiş edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunması barədə məlumatını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adının sığortaolunan kimi qeyd olunmağı və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-196/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-196/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver