Məhkəmə qərarları › İş №2-1(106)-196/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-196/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-196/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı X24 cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X36 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X36 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı X24 cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X36 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X36 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2-1(120)-911/2024 nömrəli qərardadı ilə X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası X30 Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatlı məhsullarının istehsalı məqsədilə torpaq (pay torpağı) sahəsi ayrılmışdır. Həmin Qərara əsasən bizə 14 noyabr 1997-ci il tarixdə 178 nömrə ilə qeydiyyata alınaraq (J№-178 KOD ********) hazırlanmış Dövlət Aktı iki nüsxədə, bir nüsxəsi Hacıqabul rayon Torpaq Şöbəsində saxlanılmaqla, digər nüsxəsi atasına verilmişdir. Onlar bir neçə il həmin torpağı əkib-becərdikdən sonra ailəlikcə başqa ölkəyə köçmüşlər. Onlar Azərbaycandan köçərkən atası həmin torpağı qohumu mərhum Polad adlı şəxsə tapşırmışdır. Qısa vaxdan sonra Polad atasına xəbər vermişdir ki, Azərbaycanı tərk edənlər barədə yeni qanun çıxıb. Bütün torpaqlar geri alınır. Atası da buna inanıb. Yaxın vaxtlarda isə bilmişlər ki, belə qanun olmayıb. Həmin torpağı hazırki iş üzrə üçüncü şəxs X2 Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli 08 noyabr 2017-ci il tarixli Qətnaməsi əsasında öz mülkiyyətinə keçirib. Məhkəməyə ərizə ilə müraciət edilərək sözügedən Qətnamə 03 may 2023-cü il tarixdə əldə edilmişdir. Həmin Qətnamədən işə cəlb edilməyən, lakin hüquqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti verilmişdir. 03 may 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, (iş materiallarından surətlərini əldə etmişdir) Hacıqabul rayon Meyniman kənd X52 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışla onlara torpağa mülkiyyət hüququna dair verilimiş dövlət aktı ləğv edilmiş və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas protokolu ilə həmin Hacıqabul rayon Meyniman kənd X52 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarı təsdiq edilmişdir. Hər iki qərar qanunsuzdur və hesab edir ki, ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadı (Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardadın 10 cu səhifəsinin 2 ci abzasında qeyd edir ki, iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X52 komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər X52 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Eyni zamanda, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. Məkhəməyə dəfələrlə bildirmiş və sübut etmişik ki,hansı ki sübutetmə inzibati orqanın vəzifəsidir biz etibarsız hesab etdirmək istədiyimiz inzibati aktın varlığından 03 may 2023-cü il tarıxdə Hacıqabul rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsini rəsmi qaydada əldə edərkən məlumatlı olmuşuq. ( Şirvan Apellyasiya Məhkəməsinin hazırki məhkəməyə təqdim etdiyimiz 2(106)- 948/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadının 2- ci səhifəsinin 7-ci abzasında və yenə də Şirvan Apellyasiya Məhkəməsinin hazırki məhkəməyə təqdim etdiyimiz 2(106)- 450/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının 3-cü səhifənin 4-cü abzasında bu barədə qeydlər mövcuddur.) Nədəndirsə hazırda etibarsız hesab edilməsini tələb etdiyimiz inzibatı aktlar yalnız hazırki iş üzrə maraqlı şəxs X6 mövcud olmuş və yalnız 2017-ci ildə Hacıqabul Rayon Məhkəməsinə təqdim edilmişdir.Sizin öz sorğunuza cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 2180/2024 nomrəli (Arxiv sənədlərinin təqdim edilməsi barədə ) məktubunda da (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildıkdən sonra bütün arxivi bu orqana təqdim edilmişdir) hazırda etibarsız hesab edilməsini tələb etdiyimiz xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli Qərarların arxibdə olmamamsı qeyd edilmişdir. Belə olan təqdirdə həmin qərarların bizdə olması mümkünsüzdür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanının 7.1-ci maddəsinə əsasən "X47 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və həmin Fərmanın 7.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikası X47 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ləğv edilmişdir (Heç bir hüquqi varis təyin edilmədən), Belə olan təqdirdə yuxarıda qeyd etdiyimiz kimi mübahisələndirilmiş inzibati qərarın istər qanuniliyi və ya istərsə də qanunsuz olması məsələsinə yalnız məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər.Bu barədə cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyəti məhkəməyə verdiyi etirazda bildirmişdir. Məhkəmənin nəzərinə bir daha çatdırıram ki,bizim hazırda etibarsız hesab edilməsini tələb etdiyimiz xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli Qərarların varlığından xx.xx.2023-cü il tarixdən məlumatlı olduğumuz üçün mübahisə hazırkı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə tənzimlənməlidir. Bizim iddia ərizəmiz 30 may 2023-cü il tarixdə yəni hazırda etibarsız hesab edilməsini tələb etdiyimiz xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli Qərarların varlığından xx.xx.2023-cü il tarixdən məlumatlı olduğumuz gündən 27 gün sonra Şirvan İnzibati Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 36 cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bizim bu məsələdə maraqlı olduğumuz isə hazırda iddia qaldırdığıməzdan bəllidir. İkincisi məhkəmə mübahisələndirdiyimiz Qərardadın 13 cü səhifəsinin 4 cü abzasında qeyd etmişdir ki, məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır” Lakin nədəndir sə məhkəmə məhz həmin bülletenin 9 cu səhifəsinin 5 ci abzasına diqqət etməmişdir. Burda qeyd edilir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 sеntyаbr 2014-cü il tаriхli 2-2(86)- 531/2014 sаylı qətnаməsi ilə müəyyən еdilmişdir ki, iddiаçı Bеyləqаn rаyоn Qаrаlılаr bələdiyyəsinin cаvаbdеh Əliyеv Rəşаd Şаhmаr оğlunа qаrşı bələdiyyənin mülkiyyətində оlаn 0.14 hа tоrpаq sаhəsindən çıхаrılmаsı və 9.702 mаnаt icаrə hаqqının аlınıb iddiаçının hеsаbınа ödənilməsi tələbinə dаir işə bахılаrkən iddiаçıyа məlum оlmuşdur ki, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 19 avqust 2003-cü il tarixli, 31 nömrəli sərəncamı ilə X39а 450 kv.m torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi bu bülletendə ali məhkəmə iddiaçının cü ildə işdən maraqlı olduöundan belə nəticəyə gəlmişdir. Biz isə etibarsız hesab etdilməsini tələb etdiyimiz qərardan 03 may 2023cü ildə ilk dəfə məlumatlı olmuşuq və 30 may 2023 cü ildə ərizəmiz poçta daxil olub. Üçüncüsü məhkəmə mübahisələndirdiyimiz Qərardadda 22 il vaxtı diqqət önünə çəkir bir daha bildirirəm mülkiyyət tələbinə müddət şamil olunmur. İddiaçı inzibati qərardadn və onun torpağını baçqa şəxsə verilməsinə əsas olan qətnamədən 03 may 2023cü ildə ilk dəfə məlumatlı olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-911/2024 saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia yeni əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iddiaçı “Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X36 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X36 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti ötürülmüşdür. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. №-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X40, X28 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.27 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra iddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikasından köçərək çıxıb getmişdir, 20 ildən çox müddət ərzində mübahisələndirilən torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamışdır. Hazırda məhkəmədə mübahisələndirilən qərarlar qəbul edilən dövrlərdə yəni, 2000-2003-cü illərdə qeydiyyatda olmamışdır, özü Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçının 22 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X24 iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi (əsaslandırması) ilə razılaşmasa da, gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X40 və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.27 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-180/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə, mülkiyyətçi kimi adı, soyadı və ata adı X10 göstərilən “Torpaq Mülkiyyət Hüququna dair” JN-178, KOD 91004018 saylı Dövlət aktının ərizəçi X28 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İş materiallarında olan Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda göstərilmişdir ki, torpaq islahatı zamanı Meyniman kəndində qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız sayılması, Meyniman kənd sakini X7 ərizəsi nəzərə alınmaqla həmin 9.89 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışda göstərilmişdir ki, Meyniman kənd X52 Komissiyasının xx.xx.2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini X9 ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 hektar sahəsinin xüsusi mülkiyyətə verilməsi, Hacıqabul raton Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılması, qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 2731/2024 nömrəli məktubunda göstərilmişdir ki, X30 ayrılmış torpaq sahələrinin Meyniman kənd X54 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının və Hacıqabul rayon Aqraı İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərar sənədlər Ərazi İdarəsində aşkar olunmamışdır. Hacıqabul rayon Məhkəməsinin 08.11 2017-ci il tarixli, 2(071)-1167/2017 sayl Qətnaməsi əsasında Hacıqabul rayonu, İ Meyniman kəndində yerləşən 5.23 ha 2.04 ha torpaq sahələri üzərində X5 mülkiyyət hüququ “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindər çıxarış” sənədləri ilə rəsmiləşdirilmişdir. Lakin 2.04 ha torpaq sahəsini X13 xx.xx.2018-ci il tarixli 4Ə-51 nömrəli alqı-satqı müqaviləsinə əsasən X16 satmışdır, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqlarını qeydiyyata aldırmışdır. Hal-hazırda X20 mülkiyyətindədir. JN-178 saylı dövlət aktının əvvəlki mülkiyyətçisi X25 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nın qeydiyyat kitabında qeyd olunmuş səhifəsinin və sözügedən torpaq sahəsi ilə bağlı sənədlərin surətləri təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 5.231114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünanladığı xx.xx.2024cü il tarixli,3-21-3-60/2-2180/2024 nömrəli məktubunda göstərilmişdir Mərkəzin arxivində aparılmış araşdırma zamanı Hacıqabul rayonunun Meyniman kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X5 adı, eləcə də Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli və Meyniman kənd X52 Komissiyasının xx.xx.2001-ci il tarixli Qərarları aşkar edilməmişdir. Arxivdə saxlanılan Hacıqabul rayonu, Meyniman kəndi üzrə pay torpaq sahəsinə dair ilkin subyektlərin siyahısından X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin 181 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə, Hacıqabul rayon Meyniman kənd inzibati ərazisində JN 178 saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb, Rusiya Federasiyasına köçmüş X21 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X14 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 (iki) hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 5.231114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3- 48-17RA/2-82/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Hacıqabul rayon Meynəman kənd İnzibati Ərazi Vahidliyinin (İƏV) 1996-2000 ci illərə aid qaytanlanmış 7 №li təsərrüfat başına kitabda, səh - 82-də X43 soyadı,adı,atasının adı və ailə üzvlərinin adları aşağıda olduğu kimi qeyd edilmişdir. 1. X22.(ailə başçısı) 2. X15.(arvadı) 3. X19.(qızı) 4. X23.(oğlu)

5. X17.(oğlu). 6. X18.(qızı) 7. X32, (oğlu). İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3- 48-17RA/2-92/2024 nömrəli məktubunda göstərilmişdir ki, Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarları Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, sorğuda qeyd olunan sənədlər Hacıqabul rayon Dövlət arxivində aşkar edilmədi.Hacıqabul rayon Meyniman kənd İnzibati Ərazi Vahidliyi (İ.Ə.V) 2000-ci ildən sonra Hacıqabul rayon Dövlət Arxivinə heç bir sənəd təhvil verməmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə sorğu verilərək Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə X41 və onun ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpağa mülkiyyət hüququna dair J№-178, KOD 91004018 nömrəli dövlət aktının qüvvədən düşüb-düşməməsi, qüvvədən düşmüşsə hansı əsasla düşməsi (inzibati akt, məhkəmə qərarı ilə və s.) barədə məlumat və həmin məlumatları özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya verilən xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-1123/2025 nömrəli məktubun məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, torpağa mülkiyyət hüququna dair J№-178, KOD 91004018 nömrəli dövlət aktının qüvvədən düşməsi barədə hər hansı məlumat yoxdur, həmin aktla X41 və onun ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X5 adına rəsmiləşdirilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X40, X28 və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.27 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Sonradan Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə Ənvər Alıyevin adına verilmiş Dövlət Aktı etibarsız sayılması, Meyniman kənd sakini X7 ərizəsi nəzərə alınmaqla həmin 9.89 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas qərarı ilə Meyniman kənd X52 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı təsdiq edilmişdir. İş üzrə üçüncü şəxs X1 X52 komissiyasının xx.xx.2001-ci il tarixli qərarı və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli iclas qərarına əsaslanaraq iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X40 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında olan torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamənin icrası nəticəsində sözügedən torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ rəsmiləşdirilmiş və adına müvafiq çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hazırki iddianı qaldırmaqda hüquqi marağı Hacıqabul Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün apellyasiya şikayətinin mümkün hesab edilməsidir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkün hesab edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(106)-450/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsində qaldırılmış Meyniman kənd X52 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarlarının ləğv edilməsinə dair iddia tələbi təmin edilərsə, o halda Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi X24 hüquq və vəzifələrinə toxunan qətnamə kimi qiymətləndirilə bilər. Həmin halda isə məhz bu əsas üzrə X35 buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməklə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs kimi yenidən apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, mübahisələndirlən xx.xx.2001-ci il tarixli və xx.xx.2003cü il tarixli qərarlar ilə X30 məxsus J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması ilə bağlı hər hansı məsələ həll olunmamışdır. Belə ki, həmin qərarın məzmununda Alıyev Ənvərə məxsus dövlət aktının etibarsız hesab edilməsi qeyd edilmişdir. Həmin qərarda etibarsız hesab edilən dövlət aktının nömrəsi, tarixi və digər rekvizitləri də qeyd edilməmiş və dövlət aktının sahibinin ata adı göstərilməmişdir. Belə olduğu halda Meyniman kənd X52 komissiyasının xx.xx.2001-ci il tarixli qərarında və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas qərarında əks olunan Alıyev Ənvərin hazırki iş üzrə iddiaçı X42 olması və etibarsız sayılan dövlət aktının məhz J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının olması müəyyən etmək olmur. Halbuki, iddiaçı yalnız onun maraqlarına toxunduğu halda əlverişsiz inzibati aktı inzibati icraat qaydasında mübahisələndirə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə kənd X52 komissiyasının qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi yolverilməzdir. Yəni, kənd X52 komissiyasının mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı səlahiyyətləri olmamışdır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 65.1.2-ci, 64.4-cü və 65.2-ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur və etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə hazırda mübahisələndirilən xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli qərarlar ilə J№- 178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılmamışdır. Belə ki, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli qərarların icrası qaydasında dövlət aktının ləğv edilməsi və ya qüvvədən düşməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində hər hansı məlumat və sənəd mövcud deyildir. Müəyyən edilmişdir ki, J№-178, KOD 91004018 nömrəli dövlət aktı ilə X41 və onun ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi yalnız Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X5 adına rəsmiləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı J№-178, KOD 91004018 nömrəli dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa etməkdən ötrü xx.xx.2001-ci il tarixli və xx.xx.2003cü il tarixli qərarları deyil, hüquq və qanunla qorunan maraqlarına toxunduğuna görə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsini mübahisələndirməlidir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət aktı mülkiyyət hüququnu tədiq edən sənəddir və həmin sənədi səlahiyyətli qurum - Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Bu baxımdan J№-178, KOD 91004018 nömrəli dövlət aktı ilə torpaq sahəsi üzrərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçının adına tərtib edilmiş reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq edilmədikdə daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Yuxarıda qeyd edildiyi kimi aparılmış araşdırma zamanı xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli qərarlar ilə J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının daşınmaz əmlakın dövlət reyestrində etibarsız sayılmadığı, ləğv edilmədiyi, sadəcə olaraq həmin dövlət aktı ilə X26 mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X5 adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu baxımdan, J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2001-ci il tarixli və xx.xx.2003-cü il tarixli qərarlara əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaq istəyi olduğu halda üçüncü şəxs X13 bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, müraciətindən imtina olunduğu halda ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) deyil, müvafiq inzibati məhkəməyə müraciət edə bilərdi. Lakin, işin faktiki hallarından görünür ki, üçüncü şəxs X12 mülkiyyət hüququnun tanınması ilə bağlı bir başa Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin (071)- 1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı qeyri-mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti ötürülmüşdür. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsalardan çıxış edərək birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşsada, gəlinən nəticəyə əsas olan səbəblərlə razılaşmadığına görə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, yeni əsaslara görə iddianın mümkün sayılmamasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə məzmun baxımından öz fikrini yalnız qərarın xüsusi əhəmiyyət kəsb edən əsaslandırma hissəsində bildirir. Məhz qərarın nəticə hissəsində əks olunan məlumatlar (gəlinən nəticə) əsaslandırma hissəsində yazılanların xülasəsidir. Başqa sözlə qərarın əsaslandırma hissəsi məhkəmənin qəbul etdiyi qərara (nəticəyə) necə gəldiyinin izah olunmasına xidmət edir və həmin qərarda məhkəmənin istinad etdiyi faktlar, sübutlar və hüquqi aktlar təsvir və izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləsə də, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia yeni əsaslara görə mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 saylı qərardadı ləğv edilsin. İddia yeni əsaslara görə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar