Məhkəmə qərarları › İş №2-1(106)-197/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-197/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-197/2023 03.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə ( Açar sözlər: qərarın ləğv edilməsi ) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlundan və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilməsi və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(120)-96/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı vergi ödəyicisi kimi məcburi qaydada uçota alınmış, daha sonra ona vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş, yoxlama ilə 126.605.62 manat məbləğində vergi borcu hesablanmışdır. Yekun olaraq iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmişdir. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı kameral qaydada hesablanmış 126605,62 manat məbləğində vergi borcu haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində kameral qaydada yoxlama keçirilərək onun üzərinə əsasız olaraq 126605.62 manat məbləğində vergi borcunun ödənilməsi qoyulmuşdur. Bildirir ki, o “X6” MMC-nin satış meneceridir. Həmin müəsissənin istehsal etdiyi pomidor, xiyar, bolqar bibəri, lobya, meyvələrdən giləmeyvə olan çiyələk kimi məhsulları marketlərə təhvil vermişdir. Lakin pandemiya dövründə bankların məhdud fəaliyyəti olduğuna görə həmin məhsullara onun adından alış qaiməsi verilmişdir. Həmin qaimələrin tərtib edilməsi ondan xəbərsiz edilmişdir. Marketlər tərəfindən buraxılmış səhv əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi kameral vergi yoxlamaları apararaq “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması haqqında qərar qəbul edilərək onun üzərinə 126605.62 manat məbləğində vergi borcunun ödənilməsini qoymuşdur. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi qərarlar qanunsuzdur və bu hal aşağıda göstərilən faktlar ilə öz təsdiqini tapır. İlk öncə bildirirlər ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi bu işə qərəzli şəkildə yanaşaraq onun hazırkı işlə bağlı onlara hər hansısa bir sənədi təqdim etməyi üçün və yaxud açıqlama verilməsi üçün müddət verməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona **********952900 saylı “Bildiriş-xəbərdarlıq” göndərilib. **********952900 saylı Bildiriş-xəbərdarlıqda onun vergitutma ilə bağlı məsələlərini aydınlaşdırmaq üçün, yəni vergidən azad əməliyyat apardığını müəyyən etmək üçün 2020-ci ilin yanvar-sentyabr aylarında digər şəxslərə təqdim edilmiş 2130791,4 manat dəyərində kənd təsərrüfatı məhsullarının öz istehsalı və ya digər şəxslərdən əldə edilməsi barədə əsaslandırılmış izahatın və təsdiqedici sənədlərin (torpağın mülkiyyətinə dair sənədin (o cümlədən bağlanmış icarə müqaviləsinin) işçi qüvvəsi barədə məlumatın və sair) 10 (on) gün müddətində vergi ödəyicisi kimi uçota durmaq üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməyi bildirilmişdir. xx.xx.2021-ci il tarixində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bu işə yenidən baxılaraq ona **********528400 saylı “Vergi öhdəliklərinin icrası barədə Bildiri- Xəbərdarlıq” ünvanlamışdılar. Sonra vergi orqanı onun xx.xx.2021-ci il tarixli xəbərdarlıqbildirişi könülüi icra etməyini və yaxud vergi ödənişlərindən azad olunduğunu təsdiq edən sənədlər təqdim etməyi üçün ona müddət verməyərək xx.xx.2021-ci il tarixində **********660300 saylı “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması” haqqında qərar qəbul edərək ona ünvanlamışdılar. Hal-hazırda o, məhkəməyə müraciət edərək adlanılan qərarı tələb etmiş və iş məhkəmə icraatındadır. Ona ünvanlanan xx.xx.2021-ci il tarixli **********952900 saylı “Bildiriş- xəbərdarlıq”, xx.xx.2021-ci il tarixli **********528400 saylı “Vergi öhdəliklərin icrası barədə Bildiriş-Xəbərdarlıq” və xx.xx.2021ci il tarixli **********660300 saylı “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparlması” haqqında qərarı o, Vilvan Poçt şöbəsinin ehtiyatsızlıqları və səhlənkarlıqları səbəbindən yalnız xx.xx.2021-ci il tarixində əldə etmiş və həmin zamanda Vilvan Poçt şöbəsi vasitəsi ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə teleqram ilə müraciət edərək apardığı fəaliyyət barədə məlumat verməyi üçün ona müddət verməsini və məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması prossesinin dayandırılmasını xahiş etmişdir. Əlavə olaraq o, dəfələrlə ərizələr ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək bu işlə bağlı qarışıqlıq olduğunu, həmin qəbzlərdə səhvlərə yol verildiyini və onun mağazalara təhvil verdiyi məhsulların ona deyil, “X6” MMC-yə aid olduğunu bildirmişdir. Bu hal “X6” MMC tərəfindən də təsdiqlənir. Lakin 6 saylı Ərazi Vergilər Baş İdarəsi onun teleqramına və ünvanladığı ərizələrə məhəl qoymayaraq, onu vergi ödəyicisi kimi qeydiyyata alaraq qanunsuz şəkildə üzərinə külli miqdarda vergi borcunun ödənilməsi öhdəliyini qoyur. Vergi idarəsinin hərəkətləri işin hallarını araşdırmadan qəsdən üzərinə külli məbləğdə vergi borcunun qoyulmasına yönəldilib. Kameral qaydada hesablanmış borcun yaranması səbəbini müəyyən etmək məqsədi ilə o, dəfələrlə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və vergi borcunun yaranmasını təsdiq edən sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Uzun zaman ərzində 6 saylı Ərazi Vergilər Baş İdarəsi müxtəlif bəhanələr gətirərək həmin sənədləri ona təqdim etməkdən imtina edirdi. Lakin sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********687500 nömrəli məktuba əsasən qoşma olaraq bir fayl elektron qaimələrin çap olunaraq təsdiq olunmuş surətləri ona təqdim edilmişdir. Həmin elektron qaimələrin surətindən görünür ki, “Sahil Trading" MMC, "xxxx" MMC, “X13" MMC, "xxxx" MMC öz mövqelərindən və səlahiyyətlərindən sui-istifadə edərək onun şəxsiyyət vəsiqəsini ələ keçirərək onun tərəfindən marketə təqdim olunmamış mallara onun adından alış aktı tərtib etmişlər. İşçisi olduğu “X6" MMC-nin istehsal etmədiyi bir sıra məhsulları onun üzərinə qeyd etmiş kimi göstərərək başqa-başqa şəxslərin külli miqdarda vergidən yayınmasına şərait yaratmışlar. Beləliklə, bu şəxslərin qanunsuz hərəkətləri nəticəsində xeyli miqdarda dövriyyə çıxarılaraq oun üçün vergi öhdəliyi yaradılmışdır. Qaimələri əldə etdikdən sonra o, dərhal adı çəkilən marketlərə müraciət edərək ona açıqlama vermələrini xahiş etmiş və marketlər həmin qaimələrdə səhvən onun adını qeyd etdiklərini bildirərək həmin səhvləri aradan qaldıraraq onun adını sistemdən sildiklərini və həmin qaimələrdən adını pozduqlarını bildirdilər. Marketlər qaimələrdə buraxdıqları səhvi aradan qaldırdıqdan sonra o, 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək ona tərtib edilmiş borcun silinməsini xahiş etmişdir. Lakin bu xahişi də baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş “X6” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddianın dəqiqləşdirərək “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilməsi və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1423/2021 saylı qərardadı ilə iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin iddiaya qarşı təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, borclu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakılarla əsaslandırılmışdır. Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, **********023600 nömrəli xidməti məktubunun icrası ilə əlaqədar aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu Vilvan kənd sakini İddiaçı tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), ARAZ SUPERMARKET" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X4 (VÖEN **********) ümumi dəyəri 3452880,6 manat olan kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pamidor, xiyar və sair təqdim edilmişdir. Təqdim edlilmiş malların həm çox çeşidli olması, həm də dəyərinin kifayət qədər iri məbləğ təşkil etməsi İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçü kimi vergi orqanında uçotda olmasını zəruri etməsinə baxmayaraq araşdırma tarixədək o vergi ödəyicisi kimi vergi orqanında uçotda olmamışdır. Vergi ödəyicisi kimi uçota durmaqdan ötrü ərizə ilə müraciət edilməsinə dair İddiaçı 06.01,2021-ci il tarixli, **********952900 nömrəli bildiriş xəbərdarlıq göndərilmişdir. Göndərilmiş bildiriş xəbərdarlığa heç bir münasibət bildirilmədiyi üçün o, Vergi Məcəlləsinin 33,3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi məcburi qaydada uçota alınmış, və xx.xx.2021-ci il tarixli, **********660300 nömrəli bildiriş göndərilmişdir. Fiziki şəxsin ********** nömrəli qeydiyyat şəhadətnaməsi xx.xx.2021-ci il tarixli, **********476800 nöməli məktubla göndərilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi yazılı izahat təqdim edərək bildirmişdir ki, X8 MMC 28 dekabr 2019-cu il tarixində 6 Saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hələ 2019-cu ilin may ayında Vilvan kənd ərazisində özünə və digər kənd sakinlərinə məxsus olan 11 ha torpaq sahələrini istifadəyə götürərək həmin ərazidə əkinçiliklə məşğul olmağa başlamışdır. Əkin sahələrində pomidor, xiyar, bolqar bibəri, paxlalı bitkilərdən lobya və giləmeyvələrdən çiyələk əkinçiliyinə start vermişlər. 2019-cu ildə yalnız əllərində olan sərmayələri 11 ha torpaq sahəsinə yatıraraq adları sadalanan məhsulları becərməyə başlamışlar. Bu minvalla da 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək fəaliyyət növünün hansı qaydada aparılmasını soruşsalar da onlara olunan məsləhət hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq geniş istehsalatla məşğul olmaq səlahiyyətinin olduğu bildirilmişdir. 28 dekabr 2019-cu il tarixində “X8” MMC təsis olunaraq dövlət qeydiyyatına alındı. 2020-ci ilin yanvar ayından başlayaraq istehsal etdikləri pomidor, xiyar, bolqar bibərini daxili bazarlarda satışa çıxarmışlar. Təqdim olunan malların qaiməsi elektron qaydada tam tətbiqini tapmadığına görə ilkin mərhələlərdə əlyazma vasitəsi ilə marketlərə təqdim olunmuşdur. Elektron kargüzarlıq sistemi anlayışı tam tətbiq olunmadığına görə alış aktlarının alınmasında müxtəlif yanlışlıqlar yaranmışdır. Belə ki, Vilvan kənd sakini İddiaçı onların yəni “X6” MMC-nin təsisçisi və direktoru olan X1 doğma qardaşıdır. O, müəssisənin inkişafı üçün və gəlir bazasının artırılmasından ötrü könüllü olaraq heç bir əmək haqqı tələb etmədən “X6” MMC-yə məxsus olan istehsal olunmuş məhsulları marketlərə çatdırmışdır. 2020-ci ilin mart ayından başlayaraq COVİD 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində pandemiya şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verilmişdir. Buna əsasən “X6” MMC-nin istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşdiklərindən bununla bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə müraciət edərək müəyyən köməklik göstərilməsini xahiş etmişlər. Məhdud vəziyyətdə göstərilən fəaliyyətlə bağlı Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yaranmışdır. “X6” MMC məcbur qalaraq İddiaçı könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulların marketlərə verməsinə şərait yaratmışdır. Yuxarıda da qeyd edildiyi kimi elektron qaimə kargüzarlıq yeni yaranmış mərhələdə olduğuna görə marketlər kağız üzərində olan qaimələri qəbul etməmişdir. Buna görə də “X8” MMC-nin istehsal etdiyi məhsulları təqdim edən zaman İddiaçı şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmışdır. Sonradan pomidor, xiyar əkinçiliyinin Lənkəran ərazisində becərilməsi əlverişli olmadığına görə onlar bu fəaliyyətə Bakı şəhəri, Zirə qəsəbəsində icarəyə parnik götürərək həmin istiqamətə yönlənmişlər. Həmin vaxtdan İddiaçı “X6” MMC-nin satış meneceri vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən 3552024,02 manatlıq kənd təsərrüfatı məhsullarının təqdim edilməsi bildirilmişdir. Həmin kənd təsərrüfatı məhsulları alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pomidor, xiyar və.s məhsullar kimi qeyd olunmuşdur. Adları sadalanan məhsullardan pomidor, xiyar, bolqar bibəri “X6” MMC-yə aid olan məhsullardır. O cümlədən bu adları sadalanan məhsullardan başqa digər məhsullar İddiaçı tərəfindən marketlərə verilməmiş və marketlər tərəfindən yanlışlığa yol verilərək onun adına əsassız olaraq yaranmış elektron qaimələr olmuşdur. Müəssisələrinə hüquqi xidmət göstərən hüquqşünaslar tərəfindən marketlərlə əlaqə yaradılmış və nöqsanlar aşkarlanmışdır. Beləliklə marketlərdən ANC GROUP MMC, ARAZ SUPER MARKET MMC, GRAND MART MMC, OBA MARKET MMC. SAHİL TRADİNG MMC, VEST PRODUKT MARKETİNQ MMC məlumat bazasında dəyişikliklər edərək İddiaçı adına qeyd olunmuş qaimələr bir sıra marketlər tərəfindən tamamilə silinmiş və bəzi marketlərdə təqdim olunmuş məhsullar qalmaq şərti ilə yenidən siyahılar Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Hesab edir ki, ölkə ərazisində uzun sürən pandemiya şəraitini nəzərə alaraq sahibkarlıq subyektinin inkişafına dəstək məqsədi olaraq müraciəti nəzərə alınsın. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-96/2023 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin olunaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 aprel 2021-ci il tarixli, **********170400 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 126,605,62 manat borc məbləğinin silinməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, barəsində şikayət olunan qərar qanunsuz və əsassızdır. Belə ki, Şirvan İnzibati Məhkəməsi öz qərarında bildirmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı adına alış aktlarının bazaya səhvən vurulması, səhv vurulması səbəbindən, həmin səhvlərin aradan qaldırırldığı, müvafiq alış aktlarının elektron vergi sistemindən silindiyi və həmin silinmə aktlarının qoşma vasitəsilə vergi xidmətinə göndərildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı adına alış aktlarının bazaya səhvən vurulması səbəbindən ləğv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan etaxes.gov.az saytından əldə edilən e-qaimələrə əsasən İddiaçı adına "xxxx" MMC və digər şirkətlər tərəfindən sistemə əlavə edilən alış aktlarının bir hissəsinin ləğv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan “könüllü fəaliyyət haqqında” 07/20 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X6” MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının marketlərə təhvil verilməsinin könüllü olaraq icra edilməsi funksiyasının icrasının öhdəliyə götürdüyü müəyyən edilmişdir. İş materiallarında olan M-20/08 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən “X6” MMC-nin direktoru X5 ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsinin bağlandığı və əmək müqaviləsi üzrə satış meneceri vəzifəsinə təyin edildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 33 və 34cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. Müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər-hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Qeyd edilir ki, cavabdeh məhkəmənin yuxarıda qeyd olunan dəlilləri ilə razılaşmır və aşağıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə üzrə dəlilləri əsassızdır. Bildirilir ki, İddiaçı (FİN KODU 1UL3LU8) tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), ARAZ SUPERMARKET" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X4 (VÖEN ********** ) ümumi dəyəri 3452880,6 manat olan kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pamidor, xiyar və sair təqdim edilmişdir. Nəzərə alsaq ki, adı çəkilən müəssisələr tərəfindən məhkəmənin də qeyd etdiyi kimi alış aktlarının bir qismi ləğv edilmişdir. Belə ki, məhkəmə qərar üzrə hesablanmış məbləğin tam ləğvinə əsas olan halları özü də məhkəmə araşdırmasında müəyyən etsə belə, qərarın tam ləğvinə əsas olmadığı halda iddiaçının iddiasını təmin etmiş və qərarı tam ləğv etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən həmin müəssisələr tərəfindən alış aktlarının bir hissəsinin ləğvi ilə də bağlı vergi orqanına hər hansı bir müraciəti də daxil olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçpirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtlənmdirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Göründüyü kimi, 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin məhkəmə öz qərarında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən istehsalçının kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlirləri gəlir vergisindən azaddır. Belə ki, 2001-ci il tarixdən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2004-cü ilədək qüvvədədir. Qeyd olunan dəlillə bağlı bildirilir ki, 2020-ci il ərzində iddiaçı tərəfindən 2020-ci il ərzində iddiaçı tərəfindən ayrı-ayrı vergi ödəyicilərinə müxtəlif adda kənd təsərrüfatı məhsulları təqdim edilmiş, qarşı tərəfdən elektron alış aktları əldə edilmişdir. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər gəlir vergisindən azaddır. Kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlər o halda vergidən azaddır ki, həmin məhsulları digər şəxsə təqdim edən şəxs bilavasitə həm də istehsalçı olsun. Kənd təsrrüfatı məhsullarının tədavül edilərək digər şəxslərə təqdim edilməsi mövcud vergi qanunvericiliyə əsasən vergiyə cəlb edilir. Qeyd edilənlərə əsasən iddiaçı Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırkı işdə İddiaçı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Beləliklə də, Vergi Məcəlləsinin 13.2.4-cü maddəsində əks olunmuş vergi ödəyicisinə verilmiş hüquqi anlayışda da qeyd edilmişdir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən iddiaçının fəaliyyətinə haqlı olaraq sahibkarlıq fəaliyyəti məqsədləri çərçivəsində qiymət verilmiş, vergi qanunvericiliyinin tələblərinə əsasən fərdi sahibkar kimi uçota alınması təmin edilmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-96/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-96/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-96/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmiş “X6” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə əsassız olduğu səbəbindən təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-96/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə qərar, məktublar və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Maddə 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Maddə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; Maddə 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; Maddə 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; Maddə 67.1.7. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; Maddə 67.1.9. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin 26 aprel 2021-ci il tarixli, **********170400 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq müddətinə-İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) də cavab verməlidir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı iddia tələbində iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını onunla əsaslandırmışdır ki,...“vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin müddəasına nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, Vergi Məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq və ya kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü kimi müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda öz adından kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Nəticə etibari ilə mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu zamanı iddiaçının hüquqları, Vergi Məcəlləsinin və İnzibati İcraat haqqında Qanunun tələbləri pozulmuşdur. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, İddiaçı “X6” MMC-nin təsisçisi və direktoru olan X1 qardaşı və “X6” MMC-nin satış meneceridir. 2020-ci ilin mart ayından başlayaraq COVİD 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində pandemiya şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verildiyindən “X6” MMC-nin istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşmiş, bu zaman “X6” MMC İddiaçı könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulları marketlərə çatdırmışdır. Həmçinin, işin hallarından müəyyən edilir ki, iddiaçı vergi ödəyicisi kimi məcburi qaydada uçota alınmış, daha sonra ona vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərək mübahisələndirilən qərar qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Göründüyü kimi, kameral yoxlama vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Ancaq cavabdeh tərəfindən qanunverciliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. İşin faktiki hallarından, eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı mübahisələndirilən dövrdə (2020-ci il ərzində) “X6” MMC-də “könüllü fəaliyyət haqqında” müqaviləyə əsasən fəaliyyət göstərmiş, daha sonra isə satış meneceri vəzifəsində işləmişdir. Başqa sözlə, o, fərdi sahibkar statusuna malik olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli 07/20 nömrəli könüllü fəaliyyət haqqında müqavilədən görünür ki, bir tərəfdən direktor X5 şəxsində təmsil olunan “X6” MMC (VÖEN **********, SUN **********9) (bundan sonra ismin müvafiq hallarında “İşəgötürən” adlanacaqdır) digər tərəfdən İddiaçı (bundan sonra ismin müvafiq hallarında “Könüllü fəaliyyət göstərən” adlanacaqdır), (Azərbaycan Respublikası vətəndaşı, ş/v seriya AZE №15341051, FİN1UL3LU8, xx.xx.2016-cı il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmişdir, SSN **********154) arasında 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra ismin müvafiq hallarında Əmək Məcəlləsi) müvafiq əmək müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə müvafiq olaraq könüllü fəaliyyət göstərən “X6” MMC-nin məhsullarının Bakı şəhərində tanıdılması, kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, bolqar bibəri, lobya və meyvələrdən çiyələk) marketlərə təhvil verilməsinin könüllü olaraq icra edilməsini öhdəsinə götürmüşdür (İİ cild, i/v 144). İş materiallarında olan əmək müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlanmış və şəxs satış meneceri vəzifəsinə qəbul edilmişdir (İİ cild, i/v 143). Cavabdeh apellyasiya şikayətində qeyd edir ki,...“İddiaçı tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), ARAZ SUPERMARKET" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X4 (VÖEN **********) ümumi dəyəri 3452880,6 manat olan kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pamidor, xiyar və sair təqdim edilmişdir”. Nəzərə almaq lazımdır ki, qeyd olunan alış aktlarının bir hissəsi ləğv edilmişdir və cavabdeh bu halı qəbul edir. Buna baxmayaq, cavabdeh qeyd olunan xüsusatları (alış aktlarının bir hissəsinin ləğv edilməsini) nəzərə almadan mübahisələndirilən qərarı qəbul etmişdir. Belə ki, iş materiallarında olan, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-1(106)-197/2023 saylı sorğusuna cavab olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə sözügedən iş üzrə elektron kabinetə yerləşdirilmiş cavab məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) barəsində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2021-ci il tarixli **********170400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar xx.xx.2023-cü il tarixədək ləğv edilməmiş, qüvvədədir. "X6" MMC (VÖEN **********) tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində hesabat ili ərzində əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən mənfəət vergisindən azad edilmişdir. “ANC GROUP" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), X4 (VÖEN **********) təqdim edilmiş elektron alış aktarı ləğv edilməmiş, "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) təqdim edilmiş elektron alış aktarı ləğv edilmiş, "xxxx" MMC-yə (VÖEN **********) ümumilikdə 843364,0 manat dəyərində təqdim edilmiş elektron alış aktlarından 352352,44 manat dəyərində olan hissəsi ləğv edilmişdir. Qeyd olunan məsələ ilə bağlı “X6” MMC-nin təsisçisi və direktoru X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli yazılı izahatda qeyd olunmuşdur ki,...“2020-ci ilin yanvar ayından başlayaraq istehsal etdiyimiz pomidor, xiyar, bolqar bibərini daxili bazarlarda satışa çıxarmışdıq. Təqdim olunan malların qaiməsi elektron qaydada tam tətbiqini tapmadığına görə ilkin mərhələlərdə əlyazma vasitəsi ilə marketlərə təqdim olunmuşdur. Elektron kargüzarlıq sistemi anlayışı tam tətbiq olunmadığına görə alış aktlarının alınmasında müxtəlif yanlışlıqlar yaranmışdır. Belə ki, Vilvan kənd sakini İddiaçı mənim doğma qardaşımdır. O, müəssisənin inkişafı üçün və gəlir bazasının artırılmasından ötrü könüllü olaraq heç bir əmək haqqı tələb etmədən X6 MMC-yə məxsus olan istehsal olunmuş məhsulları marketlərə çatdırmışdır. 2020-ci ilin mart ayından başlayaraq COVİD 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində pandemiya şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verilmişdir. Buna əsasən X6 MMC-nin istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşdiyimizdən bununla bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə müraciət edərək bizə müəyyən köməklik göstərilməsini xahiş etmişdik. Məhdud vəziyyətdə göstərilən fəaliyyətlə bağlı Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yaranmışdır. X6 MMC məcbur qalaraq İddiaçı könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulların marketlərə verməsinə şərait yaratmışdır. Yuxarıda da qeyd olunduğu kimi, elektron qaimə kargüzarlıq yeni yaranmış mərhələdə olduğuna görə marketlər kağız üzərində olan qaimələri qəbul etməmişdir. Buna görə də, X9 MMC-nin istehsal etdiyi məhsulları təqdim etdiyi zaman İddiaçı şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmışdır. Sonradan pomidor, xiyar əkinçiliyinin Lənkəran ərazisində becərdilməsi əlverişli olmadığına görə biz bu fəaliyyəti Bakı şəhəri, Zirə qəsəbəsində icarəyə parnik götürərək həmin istiqamətə yönləndirdik. Həmin vaxtdan İddiaçı X6 MMC-nin satış meneceri vəzifəsinə təyin etdik”. Məhkəmə tərkibi qeyd edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxslər gəlir vergisi, hüquqi şəxslər isə mənfəət vergisinin ödəyiciləridirlər. Nəzərə almaq lazımdır ki, "X6" MMC kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxs olaraq bu fəaliyyətdən əldə etdikləri gəlirlərinə görə 2020-ci il üzrə vergidən azad olmuşdur. Bu halı cavabdeh də etiraf edir. Belə ki, iş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023cü il tarixdə elektron kabinetə yerləşdirilmiş məktubunda qeyd olunmuşdur ki, "X6" MMC (VÖEN **********) tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində hesabat ili ərzində əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən mənfəət vergisindən azad edilmişdir (İİİ cild, i/v 3). İşin faktiki halları onu deməyə əsas verir ki, İddiaçı “X6” MMC-nin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını müxtəlif fiziki və hüquqi şəxslərə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarından görünür ki, İddiaçı barəsində 2020-ci ilin hesabat dövrünə gəlir vergisi üzrə vergi borcu hesablanmışdır. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri gəlir vergisindən azaddır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçın 2020-ci il ərzində müxtəlif fiziki və hüquqi şəxslərə təqdim etdiyi kənd təsərrüfatı məhsullarının çeşidi ilə bağlı ziddiyyətli məqamlar var. Belə ki, iş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN **********) tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X4 (VÖEN **********) kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, böyürtkən, çiyələk, çuğundur, dəfnə yarpağı, əncir, ərik, əzgil, fındıq, fıstıq gavalı, gilas, göbələk, göycə, göyəm, günəbaxan, heyva, iydə, kartof, kələm, kök, lavaş turşusu, limon, lobya, mandarin, moruq, xiyar, nektarin, pomidor, portağal, qarğıdalı, şaftalı, üzüm, sarımsaq, soğan, şüyüd qurusu, turp, üzüm yarpağı təqdim edilmişdir. Qeyd olunan məsələ ilə bağlı “X6” MMC-nin təsisçisi və direktoru X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli yazılı izahatda qeyd olunmuşdur ki,...“Adları sadalanan məhsullardan pomidor, xiyar, bolqar bibəri X7 MMC-yə aid olan məhsullardır. O cümlədən, bu adları sadalanan məhsullardan başqa digər məhsullar İddiaçı tərəfindən marketlərə verilməmiş və marketlər tərəfindən yanlışlığa yol verilərək onun adına əsassız olaraq yaranmış elektron qaimələr olmuşdur”. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, “X6” MMC-nin istehsal etdiyi pomidor, xiyar, badımcan, bolqar bibəri, lobya, çiyələk kimi məhsulları iddiaçı tərəfindən qeyd olunan dövrdə marketlərə təhvil vermişdir. Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh zəruri inzibati icraat aparmadan, qeyri-dəqiq sənədlərə və məlumatlara, eyni zamanda şəxsi mülahizələrə və ehtimallara əsaslanmaqla iddiaçı barəsində mübahisləndrilən qərarı qəbul etmişdir. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24, 36.2,53.3 və 54-cü maddələri). “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. Nəzərə almaq lazımdır ki, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Ancaq göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış inzibati akt qəbul etmişdir. Bundan başqa, iş materiallarından olan sənədlərdən müəyyən olunur ki, "Vergi ödəyicisinin mənfəətini (gəlirini) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına əsasən iddiaçıya mübahisləndirilən qərarla vergi borcu hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, yuxarıda qeyd olunan maddələrin tələbinə görə Vergi Məcəlləsinin 67.1ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş qaydalara əməl edilmədən əlavə vergi məbləği Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq hüququna malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının gəlirini birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən cavabdeh tərəfindən şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Ümumiyyətlə, işin halları onu deməyə əsas verir ki, iddiaçının satdığı malların dəyərinin müəyyən edilməsi vergi orqanı üçün əlçatan olsa da, vergi orqanı həmin məlumatları əldə edilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır». Bundan başqa nəzərə almaq lazımdır ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Bu növ iddialarda mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Ancaq hazırkı halda cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(120)-96/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar