Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-197/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1754/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 04 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-1754/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı tarixdən, (xx.xx.2020-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X17 X6 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Həmin müəssisələrin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan əlavə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmək haqqı cədvəlində İddiaçı 1992-ci il aprel ayından, 1993-cü il noyabr ayına kimi əmək haqqı məbləğləri göstərilmişdir. Həmçinin X5 xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda olan sənədlərində uyğunsuzluq (sadə qələmlə sonradan yazılıb) aşkar edilmiş, müəyyən qaralamaların olması barədə məlumat vermişdir. Qeyd olunan hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı Politexnikumunda əyani təhsil almışdır, 1974-1976-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1977-1997-ci il tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi bu müddət adına açılmış əmək kitabçasında öz əksini tapır. Yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı verrilmişdir. Cavabdehin iddiaya qarşı imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 18 il 3 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun X5 məktubuna əsasən Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, X17 X6 Birliyinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci tarixinədək və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan sənədləri imişli rayon Dövlət Arxivinə təhvil verilməyib. Eyni zamanda X5 xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon “Muğan” kolxozunun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək olan sənədlərində uyğunsuzluq (sadə qələmlə yazıldıqdan sonra göy qələmlə yazılması, sadə qələmlə qeyd aparılması) aşkar edilmişdir. Yuxarıda qeyd edilən dövrlər ümumilikdə 7 il 6 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Beləliklə, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən 03.05.197A-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 4 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 12 il 6 ay 2 gün əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 18 il 3 ay 24 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. 18 il 3 ay 24 gün sığorta stajına uyğun olaraq 13234,15 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı ilə 1992-1993-cü illərdə X1 İdarəsində birlikdə işləmişlər, iddiaçı əvvəlcə dispetçer, sonra isə xəzinədar işləmişdir. Özü hazırda da həmin müəssisədə işləyir. X3 da oxşar məzmunlu ifadə vermişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-ci ildən xx.xx.1997-ci ilə qədər müxtəlif müəssislərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1974- xx.xx.1976-cı tarixlərdə hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin3-34/2-278/01-3/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı üdə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Sumqayıt Kauçuk TTTnin İmişli Təmir Tikinti İdarəsinə, X17 X6 Birliyinə, 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinə və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinə dair məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 3-48-4/2-274A/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, X17 X6 Birliyinin və 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -İmişli rayon Dövlət Arxivinin 30 saylı, xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə Sumqayıt Kaçuk TTT-in İmişli Təmir Tikinti İdarəsinin, xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə X17 X4 Birliyinin, xx.xx.1994-xx.xx.1995-ci il tarixlərdə 4 nömrəli X12 İdarəsinin və xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə isə iddiaçının fəaliyyət göstərmiş olduğu İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon DA-nə təhvil verilməmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********577000 saylı, xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, dövlət reyestrində Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti idarəsinin, X17 X6 Birliyinin, 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinin və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 27 saylı, xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, sorğu olunan müəssisələrin o cümlədən də Sumqayıt Kauçuk TTT-nin İmişli Təmit Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. -İmişli rayon Dövlət Arxivinin 3-48-22RA/2-76/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, İmişli rayon Dövlət Arxinə təhvil verilən sənədlər yalnız kolxozların son hesablaşma kitablarından ibarət olunmaqla saxlanılır. “Muğan” kolxozunda son hesablaşma kitablarını yoxlayarkən İddiaçı işləməsi barədə məlumat verilmişdir. İddiaçı 1990-cı il tarixdə 330 yerinə yetirilmiş adam günü, 1991-ci il tarixdə 58 yerinə yetirilmiş adam günü işləməsi barədə məlumat verilmişdir. 1991-ci ilin göstəriciləri sadə karandaşla işləmişdir. -DSMF X5 xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı xx.xx.1990-ci ildən xx.xx.1991-ci ilədək Muğan adına kolxozda işlədiyi dövr araşdırılmış, İddiaçı 1990-ci il tarixdə “330” sadə qələmlə yazıldıqdan sonra göy qələmlə yazılmışdır. 1991-ci il tarixdə "xxxx" sadə qələmlə qeyd edilmişdir. -Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmək haqqı cədvəlinə əsasən, İddiaçı 1992-ci il aprel ayından, 1993-cü il noyabr ayına kimi əmək haqqı ödənilməsi qeyd olunmuşdur. -İmişli rayon “Muğan” kolxozunun 1990-1991-ci illərə dair əmək haqqı hesablanması barədə kitablara məhkəmə kollegiyasının iclasında baxış zamanı müəyyən edildi ki, 1990-cı ilə dair kitabın bütün səhifələrində, o cümlədən iddiaçıya əmək haqqı hesabalanması qeyd edilmiş səhifədə və sırada rəqəmlər əvvəl karandaşla yazılmış, üstündən isə qələmlə təkrarlanmışdır. 1991-ci ilə dair əmək haqqı kitabının bütün səhifələrində, o cümlədən iddiaçıya əmək haqqı hesabalanması qeyd edilmiş səhifədə və sırada rəqəmlər karandaşla yazılmışdır. Hər iki kitabda rəqəmlərə düzəliş edilməmiş, həmçinin işçilərin heç birinin ata adı yazılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İmişli rayon “Muğan” kolxozunun 1990-1991-ci illərə dair əmək haqqı cədvəllərinə baxış keçirilərkən hər-hansı şübhəli məqamlar aşkar edilməmişdir, eyni zamanda iddiaçının əmək fəaliyyəti göstərdiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında “Muğan” kolxozuna işə qəbul edilməsi barədə əmrin tarixi sağ sırada xx.xx.1991-ci il yazılsa da, sol sırada işə qəbul tarixi xx.xx.1990-cı il yazılmışdır. Yuxarıda qeyd olunan baxış keçirilmiş əmək haqqı kitabında iddiaçının 1990-cı ildən həmin kolxozda əmək haqqı alması barədə qeydlər əmək kitabçasının sağ sıra qeydində əmrin tarixi baxımından texniki səhvə yol verilməsi qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1754/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-197/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-197/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver