Məhkəmə qərarları › İş №2-1(106)-198/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-198/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-198/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-610/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 05 noyabr 2024-cü il tarixli, 2- 1(120)-610/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, həmçinin 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından, həmçinin iddiaçının pensiya işindən görünür ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/456 saylı ekspert rəyindən də görünür ki, iddiaçının pensiyasının məbləği 430,95 manat təşkil edir və düzgün hesablanmışdır. İddiaçının pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablandığı üçün iddiaçı pensiyasının düzgün hesablanmasını xahiş etməkdə haqlı deyildir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə pensiya alır. Ona pensiya təyin olan vaxt Əli Bayramlı meşə ustası vəzifəsində işlədiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır və bu səbəbdən onun hazırda aldığı pensiya məbləği almalı olduğu məbləğdən azdır. Pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini düzgün araşdırmamış və ona araşdırma barədə düzgün məlumat verməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı 39 il 1 ay 6 gün sığorta stajına əsasən xx.xx.2002-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci tarixində vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq xx.xx.2006-cı il tarixədək 46 il 3 ay 22 gün sığorta stajı (təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1958-ci il tarixindən xx.xx.1962ci il tarixinədək 3 il 10 ay 23 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1962-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, 01,02.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 42 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci tarixədək fərdi hesabının sığorta hissənində qeydə alınan 953,33 manat (5 il 8 ay 8 gün sığorta stajına uyğun olaraq) pensiya məbləği nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində istifadə olunmayan pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ən çoxu əvvəlki 3 il üçün olmaqla xx.xx.2020-ci il tarixindən yenidən hesablanmış və 313,23 manata çatdırılmışdır. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 348,94 manat, xx.xx.2022-ci il tarixindən 360,81 manat, xx.xx.2023-cü il tarixindən 432,95 manat müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3220,74 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablama zamanı nəzərə alınmış və əmək pensiyasının məbləği 430,95 manatdan 432,95 manata çatdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin işin halları ilə ziddiyət təşkil edən ekspert rəyinə əsaslanması və hərtərəfli araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/456 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı X4 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2002-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1 -ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 46 il 4 ay 3 gün təşkil edir. Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 46 il 4 ay 3 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 89,83 manat təşkil edir. ((46+(3/30gün)+4)/12ay)x1,94= 89,83). Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçıya pensiya təyin olunduğu xx.xx.2006-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2011-cİ il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 953,33 müəyyən edilmişdir: 953,33:76= 12,54 xx.xx.2011 - 89,83+12,54+85=187,37 Pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2018 102,37+102,37x7,9%+85(baza hissə)= 195,46 xx.xx.2019 110,46+110,46x1,1 %+85(baza hissə)= 196,68 xx.xx.2013 111,68+100 (baza hissə)= 211,68 xx.xx.2020 111,68+111,68x2,4%+100 (baza hissə)= 214,36 xx.xx.2021 114,36+114,36x1,4% +100 (baza hissə)= 215,96 xx.xx.2022 115,96+115,96x4%+100 (baza hissə)= 220,60 xx.xx.2017 120,60+110 (baza hissə)= 230,60 xx.xx.2023 120,60+120,60x12,4%+110 (baza hissə)= 245,55 xx.xx.2023 245,55+245,55x5,7%=259,55 xx.xx.2024 259,55+259,55x3%=267,34 xx.xx.2025 267,34+267,34x16,6%=311,71 xx.xx.2026 311,71 +311,71 x11,4%=347,25 xx.xx.2027 347,25+347,25x3,4%=359,06 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 375,72 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 430,95 manata çatdırılmışdır. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-178735/2025 nömrəli məktubunda bildirilir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2002-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə qörə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011 -ci il 01 iyul tarixindən yenidən hesablanır. İddiaçının xx.xx.2006-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2011-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmasaydı, əmək pensiyası 484,53 manat təşkil edərdi və aşağıdakı qaydada hesablanardı: İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 46 il 4 ay 3 gün təşkil edir. Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 46 il 4 ay 3 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 89,83 manat təşkil edir ((46+(3/30gün)+4)/12ay)x1,94= 89,83). Pensiyanın ümumi məbləği aşağıdakı qaydada indeksləşdirilir: xx.xx.2012 - 89.83+89,83x7,9%+85(baza hissə)=181,92 xx.xx.2013 - 96,92+96,92x1,1%+85(baza hissə)=182,99 xx.xx.2014 - 97,99+97,99x2,4%+100 (baza hissə)=200,34 xx.xx.2015 - 100,34+100,34x1,4%+100(baza hissə)=201,74 xx.xx.2016 - 101,74+101,74x4%+100(baza hissə)=205,81 xx.xx.2017 - 105,81+105,81x12,4%+110 (baza hissə)=228,94 xx.xx.2018 - 228,94+228,94x5,7%=241,98 xx.xx.2019 - 241,98+241,98x3%=249,24 xx.xx.2020 - 249,24+249,24x16,6%=290,62 xx.xx.2021 - 290,62+290,62x11,4%=323,75 xx.xx.2022 - 323,75+323,75x3,4%=334,76 "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 351,42 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2025-ci il tarixindən 484,53 manata çatdırılır. xx.xx.2023 - 351,42+351,42x14,7%=403,08 xx.xx.2024 - 403,08+403,08x11,2%=448,23 xx.xx.2025 - 448,23+448,23x8,1 %=484,53 İddiaçıya 2011-ci ildə ödənilmiş pensiya məbləğlərindəki fərq onun əmək pensiyasının indeksləşdirilməsi, yenidən hesablanması və qeyd olunanlarla əlaqədar olaraq yaranmış əskik ödəmələrin əmək pensiyasına əlavə edilərək ödənilməsi nəticəsində yaranmışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği artdığından xx.xx.2023-cü il tarixində əmək pensiyası yenidən hesablanarkən pensiya məbləği artmış və Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə əskik ödənilmiş məbləğ müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2006-cı il tarixindən xx.xx.2011ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği nəzərə alınmaqla 2023-cü ildə pensiyanın yenidən hesablandığını bildirsə də, ekspert rəyində iddiaçıya 2023-cü ildə pensiya hesablanması qaydası və məbləği - 120,60+120,60x12,4%+110(baza hissə)=245,55- qaydada qeyd edilmiş, Filialın yuxarıda qeyd olunan məktubunda isə -351,42+351,42x14,7%=403,08- kimi müəyyən edilmişdir. Həmçinin ekspert rəyində gəlinmiş nəticənin hüquqi və faktiki əsasları şərh edilməmiş, ümumi ifadələrdən istifadə edilməklə cavabdeh orqanın təqdim etdiyi faktlar sadalanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya 2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş və işləyən əmək pensiyaçısı statusunda olmuşdur. 2011-ci ilin sentyabr ayında işləməyən əmək pensiyaçısı statusuna keçdikdən sonra xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzəzrə alınmaqla pensiya yenidən hesablansa da, iddiaçı ödənilmiş pensiya məbləğini mübahisələndirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya ödənişi barədə məlumatdan görünür ki, 2011-ci ilin sentyabr-dekabr ayları üzrə müvafiq olaraq, 202,79, 174,83, 209,11, 187,37 manat pensiya ödənişi həyata keçirilmişdir. Rəqəmlərdən də göründüyü kimi, pensiya ödənişi artan və azalan templə getmiş, bunun əsasları isə cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Qeyd olunan ziddiyətli hallara cavabdeh tərəfindən aydınlıq gətirilməsi üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. -10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. -10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. -26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. -26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia təmin edildiyindən prosessual xərclər cavabdeh inzibati orqandan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-610/2024 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar