Məhkəmə qərarları › İş №2-1(106)-20/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-20/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-20/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X28 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Əhmədov İsmayıl Həmid oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müddətdənartıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarının ləğv edilməsi, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7502/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinə xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrin ləğv edilməsi kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinə xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrin ləğv edilməsi, işə bərpa və həmin müddətdə ödənilməmiş əmək haqqının tam ödənilməsi kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh kimi qeyd edilməsini, cavabdeh kimi qeyd edilən N saylı hərbi hissəsinin cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsini və iddianın dəyişdirilərək “Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın və cavabdehin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmiş və iddia üzrə buraxılmış prosessual müddət bərpa edilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(120)- 126/2023 saylı qərardadı qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qullqcu kursuna daxil olaraq xx.xx.2010-cu kursu bitirərək N saylı saylı hərbi hissədə gizir kimi xidmət etmişdir. Xidmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. xx.xx.2021-ci il tarixdə hərbi hisə komandiri şəxsi heyəti növbə ilə Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək ücün göndərmişdir. Tibbi ekspertizadan keçdikdən sonra 19 fevral 2021-ci il tarixdə nəticə hərbi hissəyə daxil olduqda məlum olmuşdur ki, guya qanda narkotik tərkibli maddəyə bənzər fermentlər aşkar olunmuşdur. Əlavə olaraq bildirir ki, idmanın müxtəlif növləri ilə məşğul olur, nəinki narkotik heç spirtli icki belə bu günədək qəbul etməmişdir. Ekspertrəyindən narazılığını müdafiə naziri cənab Zakir Həsənova teleqram vasitəsi ilə bildirmişdir. Nəticə də xx.xx.2021-ci il tarixdə N saylı saylı hərbi hissə komandiri tərəfindən yenidən Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək ücün göndərilmişdir. Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 92\k nömrəli rəyində onun qan və sidik nümunələrimdə narkotik vasitələrin, psixotrop və güc ilə təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Rəydən bir gün sonra hərbi hissə komandanlığının əmri ilə 156-cı maddənin "e" bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmıağına dair N saylı hərbi hissə komandirinin birinci müavini Elçin Axundovun imzası ilə daxil olan xx.xx.2021-ci il tarixli3812 saylı məktubundan öyrənmişdir. Əmrə əsas olaraq analiz nümunələrimdə dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması göstərilmişdir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantıX9 tərəfindən araşdırılma aparılaraq cinayət işininbaşlanması haqqında rədd qərarı verilmişdir. Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 92/k nömrəli rəyində mənim qan və sidik nümunələrimdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Təhqiqat bölməsi tərəfindən aparılmş araşdırılma zamanı əməlində hec bir hüquq pozuntusunun olmaması N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X9 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması, əsasında müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddənin "e" bəndinə əsasən (xidmətə uyğunsuzluğa) müvafiq ehtiyata buraxıldığı qeyd edilmişdir. Qeyd olunan maddənin tələbinə əsasən isə ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunması göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, 02 fevral 2021-ci ıl tarixdə X1nun qan vəsidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X15 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X17 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı X1nun qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (JWH) qrupu saxlayan vasitələrinizləri izləri (qalıqları) aşkar olunmuşdur. Buda o deməkdir ki, X1 ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18” Məhkəməkimya şöbəsininekspertləri qarşısında Məmmədov Xətai Xidmət oğlunun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə (36/K və 92/K nömrəli aktları əsasında) görüulmüş ilkin qan və sidik nümunələri yenidən tədiqat aparılması tapşırığı qoyulmuşdur. Ekspert rəyinin verilməsi ekspet-kimyaçı X10 həvalə edilmişdir. Ekspertiza 25 fevral 2022-ci il tarixdə başlanılmış və 11 mart 2022-ci il tarixdə başa çatmışdır. Ekspertizanın tamamlanması barədaə 738/K nömrəli Ekspert rəyi tərtib olunaraq Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən 738/K nömrəli Ekspert rəyinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Müdafiə nazirliyinə göndərilmişdir. 738/K nömrəli Ekspert rəyinin öyrənilməsi zamanı Şirvan inzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18” Məhkəmə-kimya şöbəsinin ekspertləri qarşısında qoyulmuş suallarla bağlı əsaslandırılmış ekspert rəyinin verilmədiyi müəyyən edilmişdir. Beləki, 738/K nömrəli Ekspert rəyində Məhkəmə kimya şöbəsində tük nümünəsində məhkəmə-kimyəvi aparılmadığı, lazımı miqdarda qan nümünəsi olduğu halda qan nümunəsinin miqdarının az olduğunu əsas gətirərək narkotik və psixotrop maddənin təyinatını aparmaq mümükün olmadığını qeyd olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 97-ci maddəsinə əsasən ekspert qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının tədqiqi əsasında gəldiyi şəxsi nəticələrini, habelə kompüter proqramından və məlumat materiallarından istifadə etməklə əldə etdiyi nəticələri rəydə bir- birindən dəqiq ayırmalı, qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy verməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə qarşı verilmiş etirazla əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, X1 barəsində təqdimatın əsaslandırılmasında onun 3 dəfə “Töhmət”, 2 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təstiqini tapmışdır. Təqdimatında əsgər X1 xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. 2 fevral 2021-ci il tarixdə X1nun qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X15 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X17 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən məhkəmə- kimyəvi tədqiqatı zamanı X1nun qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-ind qrupu saxlayan vasitələrinizləri (qalıqları) aşkar olunmuşdur. Buda o deməkdir ki, X1 ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Faktla bağlı X1 Məhkəmə Tibbi Ekspertiza və X17 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən 22 fevral 2021-ci il tarixdə “Gizirlərin şərəf məhkəməsinə” çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsadət qaldırılmışdır. Müdafiə nazirinin- müavini Hərbi Hava Qüvvələri komandanının 12 mart 2021-ci il tarixli 018gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlar əlaqəli şəkildə araşdırmamış, hərbi hissə tərəfindən irəli sürülmüş sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X4»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin; 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ...” 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçı “Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr tərtib edilən zaman yalnız Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 xx.xx.2021-ci il tarixli, 354 saylı rəyinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair akta əsaslanmışdır. Həmin aktda İddiaçı qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Natoi-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qaldıqları) aşkar olunduğu qeyd edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant E.Məmmədovla gizir A.Zərbalıyev arasında olan söhbət vərəqəsindən görünür ki, Asim Zərbalıyev keçirilmiş ekspertizanın nəticəsindən narazıdır və yenidən ekspertiza keçirilməsini xahiş edir. Və bunun nəticəsi olaraq ekspertiza keçirilmiş, təqdim edilən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyində xx.xx.2021xx.xx.2021-ci il tarixləri əhatə edən ekspertiza nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqatına əsaslanaraq qan və sidik nümunələrinin tərkibində narkotik vastələrin, psixotrop və güclü təsiredici maddə aşkar olunmamışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, buhal da özüözlüyündə həmin əmrin əsassız və qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Belə ki, hazırda mübahisələndirilən Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrinin məzmunundan görünür ki, gizir X14 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) Texniki-istismar dəstəsinin reqlament işləri qrupunun (aviasiya silahları və nişangahnaviqasiya kompleksləri üzrə) baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığını və hazırda mübahisələndirilən inzibati aktın qanuni olub-olmamasını aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: İşdə olan Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2021-ci il tarixli 018gm nömrəli əmrindən çıxarışdan görünür ki gizir X14 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) Texniki-istismar dəstəsinin reqlament işləri qrupunun (aviasiya silahları və nişangah-naviqasiya kompleksləri üzrə) baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e”bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. İşdə olan “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medaldan və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir İddiaçı qüsursuz xidmətə görəmedallarla təltif olunmuşdur. İşdə olan N nömrəli hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı M.Əzimovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işininbaşlaması rədd edilmiş və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir İddiaçı əmrlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti yoxdur. İşdə olan Texniki istismar dəstənin rəisi R.Yusifovun xx.xx.2021-ci il tarixli Xidməti xəsiyyətnaməsindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir İddiaçı hərbi xidmətdə olduğu müddətdə özünü nizam-intizamlı bir hərbçi kimi göstərmişdir. Komandirlər və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirir. Öz üzərində müstəqil işləməyi bacarır. Hərbi nizamnamələri, rəhbər sənədləri öyrənir və gündəlik şində onları rəhbər tutur. Bilik səviyyəsini artırmaq üçün daima öz üzərində çalışır. Xidməti işinə səfərbərdir. Hərbi xidmətə münasibəti müsbətdir. Hərbi hissənin işlərindəfəal iştirak edir. Aviasiya texnikasının istismarını öyrənir. Mürəkkəb şəraitdə sakit və soyuqqanlı hərəkət edir, doğru və düzgün qərar verməyi və onu həyata keçirməyi bacarır. Tənqiddən müsbət nəticə çıxarmağa çalışır. Öz işində qanun pozuntusu hallarına yol vermir. Şəxsi heyətin arasında hörməti vardır. İşdə olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 xx.xx.2021-ci il tarixli 354 təliqəsinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair aktda qeyd edilmişdir ki, qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Natoi-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qaldıqları) aşkar olunmuşdur. İşdə olan N nömrəli hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən polkovnikleytinant E.Məmmədovla gizir A.Zərbalıyev arasında olan söhbət vərəqəsindən görünür ki, Asim Zərbalıyev keçirilmiş ekspertizanın nəticəsindən narazı olmuş və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. İşdə olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021- xx.xx.2021-ci il tarixləri əhatə edən ekspertizanın nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqatına əsaslanaraq qan və sidik nümunələrinin tərkibində narkotik vastələrin, psixotrop və güclü təsiredici maddə aşkar olunmamışdır. İşdə olan Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspert-kimyaçı tərəfindən xx.xx.2022-ci il tarixli 433A/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir:

1. İddiaçı məxsus №36/K sidik nümunəsinin tərkibində barbitur turşusu əmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə kisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qeyd: Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən №36/K qan nümunəsinin miqdarı az oluğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı.

2. İddiaçı məxsus №92/K sidik nümunəsinin tərkibində barbitur turşusu əmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə biksindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qeyd: Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən №32/K qan nümunəsinin miqdarı az oıduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İşdə olan Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmətibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 738/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” X19 Şəxsin məhkəmə-kimya şöbəsində xx.xx.2022- ci il tarixdə saat 10:02-də X2 götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimyaşöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuşX3 xx.xx.2021 -ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021 -ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik vətük nümunələrindən yalnız №92/K nömrəli sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertizavə X12 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X3 Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 rəisi vəzifəsiri icra edən Rahim Məmmədovun 01,02.2022- ci il tarixli 101 №-li göndərişinə əsasən xx.xx.2021 -ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021 -ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik vətük nümunələrindən №36/K nömrəli sidik nümunəsinin məhkəmə-kimya şöbəsində aparılmış məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən təkrar məhkəmə- kimyəvi tədqiqat aparmaq mümkün deyil. Məhkəmə-kimya şöbəsinə təqdim olunan qan nümunələrinin (№36/K və №92/K nömrəli) midqadarının az olması səbibindən məhkəmə- kimyəvi tədqiqat aparmaq mümkün deyil. Hal-hazırda məlikəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır.

3. X6 məxsus №92/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, sf isilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən X6 məxsus A1>36/K nömrəli sidiknümunəsinin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən məhkəmə-kimya şöbəsində aparılan məhkəməkimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən narkotik və psixotrop maddələrin təyinatım aparmaq mümkün olmadı. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən Zərbalıyev Asim flətəmxan oğluna məxsus №36/K və №92/K nömrəli qan nümunələrinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatım aparmaq mümkün olmadı.

4. Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növündən, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X3 xx.xx.2021-ci il tarixdə (36/K saylı akt əsasında) və xx.xx.2021-ci il tarixdə (92/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsatəti təmin edilərək Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyinedilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X26 həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2022-ciil tarixli 2804/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: 1.X2 xx.xx.2022-ci il tarixində AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X27 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) vəeləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi.

2. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 36/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 92/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəmə-kimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”-də olan GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 36/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmirik.

3. Qeyd edək ki, İndol - heterotsiklik kondensə edilmiş aromatik birləşmədir. İndol nüvəsi bir çox təbii biokimyəvi birləşmələrə daxildir. İndol və onun homoloqu Skatol insan orqanizmində və məməlilərdə (bağırsaqda) triptofan amin turşularının çürüməsi nəticəsində əmələ gəlir. İndol çox xoşa gəlməz iyə malikdir, lakin az konsentrasiyada jasmin iyi verərək (efir yağlarında) parfumeriyada istifadə olunur. Naftil - karbon əsaslı yanıcı və zəif toksiki maddədir. Naftil raket yanacaqlarında genişistifadə edilir. Bundan başqa naftil qrupuna kimyəvi reagentərin və indiqatorların tərkibində rast gəlinir.

4. AR Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektlər 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixdə (36/K saylı akt əsasında) X2 götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.2021-ci il 92/K saylı rəy əsasında X2götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 920/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: İmmunokimyəvi metodlara aid olan ekspress-test (test xətt) üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsidir. Analiz üçün istifadə olunan skrining-testlərin həssaslığının yüksək olmasına baxmayaraq onların spesifikliyi çox aşağıdır və bu kross-reaktivliyə (çarpazlaşma) gətrib çıxarır. Bu o deməkdir ki, immunoferment testlərinin istifadəsi zamanı sidikdə aşkarlanan narkotik və psixotrop maddələrə strukturca yaxın olan başqa kimyəvi birləşmələr varsa onlar testdə yalnış müsbət nəticə verir. Mənfi histamin (alergiyaya qarşı) Fenotiazin qrupuna aid olan Prometazin (pipolfen, diprazin) adlı dərman vasitəsi qəbul edən zamanı insanın sidik nümunəsinin kannabinoid üçün olan eksperss-test (testxətt) üsulu ilə müayinəsində yanlıq müsbət nəticə alına bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ümumiyyətlə, o heç vaxt narkotik vasitə istifadə etməmişdir. Xidmət etdiyi dövrdə heç vaxt ondan narazılıq olmamış, qüsursuz xidmət göstərmişdir. 2021-ci ilin yanvar ayında xidmət etdiyi hərbi hissədə xidmət edən bir qrup şəxsin narkotik vasitə istifadə etməsi barədə məlumat hərbi hissə komandirini qəzəbləndirdiyi üçün o, bütün hərbi hissənin qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X15 getmələrinə göstəriş vermiş, lakin bir gündə xeyli şəxsin ekspertizadan keçməsi mümkün olmadığından konkret adları bəlli olan şəxslərə xx.xx.2021-ci il tarixdə ekspertizadan keçmələri tapşırılmışdır. Həmin şəxslərin siyahısında onun adı olmasa da, qeyd edilən tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getməsi də vacib olduğu üçün Bakı şəhərinə gedəcəyini, həm də ekspertizadan keçəcəyini qərarlaşdırmışdır. Keçirilmiş ekspertizanın nəticəsi ona açıqlandıqdan sonra o, bu rəylə razı olmamış və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Təkrar ekspertiza zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ... xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar (“e” bəndi) Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbihəkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur Həmin Qanunun 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-ci maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-ci maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına əsas olan əmrdə və təqdimatda, o cümlədən şərəf məhkəməsinin qərarında göstərilən faktiki hallar mövcud olmamışdır. Yəni, müəyyən edilmişdir ki, təqdimatda, əmrdə və şərəf məhkəməsinin qərarında yazılanların iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, işin faktiki hallarına görə iddiaçı 25 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qulluqçu kursuna daxil olmuş və xx.xx.2010-cu i l d ə kursu bitirərək N saylı saylı hərbi hissədə gizir kimi xidmət etmiş, iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr tərtib edilən zaman Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 xx.xx.2021-ci il tarixli, 354 saylı rəyinə əsasən 36/K nömrəli maddi sübutların tədqiqatına dair akta əsaslanmış, həmin aktda İddiaçı qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Natoi-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qaldıqları) aşkar olunduğu qeyd edilmiş, həmçinin N nömrəli hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik- leytinant E.Məmmədovla gizir A.Zərbalıyev arasında olan söhbət vərəqəsindən görünür ki, Asim Zərbalıyev keçirilmiş ekspertizanın nəticəsindən narazı olmuş və yenidən ekspertiza keçirilməsini xahiş etmiş, bunun nəticəsi olaraq ekspertiza keçirilmiş, təqdim edilən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 rəisi Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti tibb xidməti polkovniki R.Allahverdiyevin 92/K saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyində xx.xx.2021xx.xx.2021-ci il tarixləri əhatə edən ekspertiza nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqatına əsaslanaraq qan və sidik nümunələrinin tərkibində narkotik vastələrin, psixotrop və güclü təsiredici maddə aşkar olunmamışdır. Bununla yanaşı təhqiqat bölməsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı əməlində heç bir hüquq pozuntusunun olmaması N saylıhərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X9 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Cavabdeh tərəfindən təqdim edilən sənədlər əsasında iddiaçı barəsində intizam tədbirlərinin görülmədiyi və təqdim edilən xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunduğu müəyyən edilmişdir. Bunun əsasında N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalla və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı ilə təltif olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd edilən iş materialları, sübutlar və ekspert rəyləri ilə iddiaçı X5 işdən çıxarılmasına əsas olan əməlin tərkib hissəsinin olduğu inzibati orqan tərəfindən sübuta yetirilmir, əksinə qeyd edilən əsasların olmadığı müəyyən olunur. Həmçinin apellyasiya instansiyası məhkəməsində aparılmış icraat zamanı ilk dəfə qandan nümunələr götürən ekspert həkim Şahid kimi dindirilmiş və ifadəsində bildirmişdir ki, iddiaçını şəxsən tanımır və heç bir münasibəti yoxdur. Digər hərbi qulluqçular kimi onun da analiz nümunələrini yoxlamış və nəticədə analiz nümunələrində narkotik vasitə aşkar olunmuş, 1 ay sonra yenidən analiz verdikdə isə analiz nəticələrində heç bir narkotik vasitə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq ifadəsində bildirmişdir ki, hansısa dərman preparatından istifadə olunarsa bu qanda müsbət səhv nəticə verə bilər və bu barədə analiz nümunəsi verəcək şəxsdən hansı dərman vasitələrindən istifadə etdiyini soruşuruq və bu barədə aktda qeydlər aparırıq. Məhkəmə iclasında iştirak edən iddiaçı verilən suallara cavabında bildirmişdir ki, analiz verərkən onun başında ağrıları olduğu üçün müalicə almış və dərmandan istifadə etmişdir. O, bu barədə analiz götürən həkim ekspertə məlumat vermişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X15 sorğu verilmiş, maddi sübutların tədqiqatına dair 36/k nomrəli tibbi ekspertiza aktı üzrə N saylı hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı qan,sidik və tük nümunələrinin götürülməsi ilə bağlı tərtib edilmiş aktın əslinin və ya təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X17 tərəfindən xx.xx.2023-cü il tarixli 919 nömrəli məktubla sözügedən akt məhkəməyə təqdim edilmişdir. Həmin aktdan görünür ki, həqiqətən də iddiaçının öz razılığı ilə ondan sidik, qan və tük nümunələri götürülmüş və nümunələr götürülərkən səpgiyə görə dərmandan istifadə etməsi barədə aktda qeydlər aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılmasının təmin edilməsi üçün kimyəvi ekspertizası təyin edilmiş və ekspert qarşısında “qanda və sidikdə narkotik vasitələrin olub-olmadığını laborator şəraitdə yoxlanılması zamanı səpgi və allergiya əleyhinə dərman preparatlarının istifadə olunduğu halda kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) aşkarlanması yanlış-mənfi və ya yanlış-müsbət nəticə verə bilərmi?” sualı qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 920/K nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyindən bildirilir ki, “İmmunokimyəvi metodlara aid olan ekspress-test (test xətt) üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsidir. Analiz üçün istifadə olunan skrining-testlərin həssaslığının yüksək olmasına baxmayaraq onların spesifikliyi çox aşağıdır və bu kross-reaktivliyə (çarpazlaşma) gətrib çıxarır. Bu o deməkdir ki, immunoferment testlərinin istifadəsi zamanı sidikdə aşkarlanan narkotik və psixotrop maddələrə strukturca yaxın olan başqa kimyəvi birləşmələr varsa onlar testdə yalnış müsbət nəticə verir. Mənfi histamin (alergiyaya qarşı) Fenotiazin qrupuna aid olan Prometazin (pipolfen, diprazin) adlı dərman vasitəsi qəbul edən zamanı insanın sidik nümunəsinin kannabinoid üçün olan eksperss-test (testxətt) üsulu ilə müayinəsində yanlış müsbət nəticə alına bilər”. Göründüyü kimi inzibati orqan hazırda mübahisələndirilən inzibati aktı qəbul edərkən işin faktiki hallarını tam hərtərəfli və obyektiv araşdrımamış və bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Hansı ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bundan başqa, qeyd olunmalıdır ki, N saylıhərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X9 02 aprel 2021-ci il tarixli 19 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından iddiaçının yuxarıda qeyd edilən hərəkətlərə yol verməsi sübut olunmamış və həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının ehtiyata buraxılması ilə bağlı əmrin 2021-ci ilin mart ayının 12-də verildiyini, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın isə 02 aprel 2021-ci il tarixdə qəbul edildiyini və həmin qərarla iddiaçının təqdimat və şərəf məhkəməsinin qərarında göstərilən hərkətlərə yol vermədiyini nəzərə alsaq cavabdeh inzibati orqan ən azından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci madəsini rəhbər tutub, düzgün olmayan əsaslarla qəbul etdiyi əmri dəyişdirməli və ya ləğv etməli idi. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə” Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, onun hüquqi marağı həmin əmrin yalnız ona aid hissəsinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməli, X5 “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri ona aid olan hissədə ləğv edilməli və o, hərbi xidmətə bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(120)-126/2023 saylı qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri X7 aid olan hissədə ləğv edilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar