Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-20/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X4 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-633/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Beyləqan Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə Beyləqan Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında, məhkəmə kollegiyasının qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 17 iyul 2023-cü il tarixli, 2- 1(120)-633/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində ayrılmış 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş ümumi sahəsi S=52.0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyektinin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin üzərinə qoyulması, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qeyri-yaşayış binasının tikintisi üçün Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 16 may 2003-cü il tarixli 23 saylı sərəncamı əsasında Beyləqan şəhəri,Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) kv.metr torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsi İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydiyyatdan keçirilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli, 195 nömrəli sərəncamı ilə Beyləqan şəhəri,S.Qazıyeva küçəsində baş planda göstərilən 58,0 kv.metr torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, 2017-ci ildə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ayrılmış S=58 kv.m torpaq sahəsinin situasiya sxemi-baş planı tərtib edilmiş və torpaq sahəsinin situasiya sxemi Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı, Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 088759 nömrəli lisenziya əsasında layihələndirmə fəaliyyəti ilə məşğul olan, "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində tikinti sahəsi S=57,96 kv.m,ümumu sahəsi S=52,0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyri- yaşayış obyektinin inventar nömrəsi 214 olan lahiyəsi Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı ilə razılaşdırılmaqla “MEMAR-T’ MMC tərəfindən və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı tərəfindən təsdiq edilmişdir. 2018-ci ildə həmin qeyri yaşayış binası şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir. Həmin qeyriyaşayış binasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin Baş Dövlət tikinti Müfəttişliyi tərəfindən baxış keçirilməklə tikintinin istismara hazırlığını təsdiq edən xx.xx.2021 -ci il tarixli, ö\005050 nömrəli istismara hazırlıq aktı verilmiş və Tikintilərin Dövlət Reyestri tərəfindən qeyd edilən tikinti obyektinə 60701014-1- 2501-003826\0921 kod nömrəsi verilmiş, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 06 nömrəli tikinti obyektinin istismarına icazə məktubu ilə həmin inşa edilmiş qeyri yaşayış binasından təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq, xx.xx.2021-ci il tarixdən ona tikinti obyektinin istismarına icazə verilmişdir. Həmin qeyriyaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, lakin, cavabdeh tərəfindən qeyri-yaşayış binasının 1,5 (bir onda beş) metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsinin müəyyən edildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyin 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edildiyi, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olmasının müəyyən edildiyi, belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olmasının müəyyən edilməsi, Beyləqan rayon icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 8.4x6.9 olmaqla 58.0 kv.m olması qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 62.0 kv.m təşkil etməsi, X6 Uşotu İnformasiya sistemində adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsinin müəyyən edilməsi göstərilməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının 1.5 metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv olan elektrik xətlərdə 10.0 (on) metr mühafizə zonası müyyən edilmişdir. Sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyriyaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. X6 X7 adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına iddiaçı və üçüncü şəxslər gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli 23 saylı və 24 noyabr 2017-ci il tarixli 195 nömrəli sərancamlarının surətindən görünür ki, İddiaçı mağaza binası tikmək üçün Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) m2 torpaq sahəsi ayrılması və həmin torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. -X14 İstismar İdarəsinin xx.xx.2017-ci il tarixli 08/145 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fiziki şəxs İddiaçı mülkiyyətində olan 58 m2 torpaq sahəsinin yerləşdiyi ərazidə qaz xətti mövcud deyil. -X12 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin xx.xx.2017-ci il tarixli 25/1108 nömrəli arayışında göstərilmişdir ki, Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ona ayrılmış 58 m2 torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına daxildir. Lakin yenidənqurma işləri zamanı həmin xəttin yerinin dəyişdirilməsi nəzərdə tutulmuşdur. -X12 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin xx.xx.2019-cu il tarixli 25/624 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan şəhəri S.Qazıyeva küçəsində yerləşən,ümumi sahəsi 52,0 kv.m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Qarabağ regional X10 İdarəsinin 24 avqust 2020-ci il tarixli, YTNİŞ-0007 nömrəli aktında göstərilmişdir ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğıntexniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər.qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02- 89 ‘İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, “X2 Qaydalarının, 2.02.01-97' “Bina və qurğuların yanğın təhlükəsizliyi” yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. -Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 06 nömrəli tikinti obyektinin istismarına icazə aktı” ilə xx.xx.2021-ci il tarixdən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli 10/167 №-li ekspert rəyində göstərilmişdir: -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir; Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası (məqsədli təyinatı) isə yaşayış məntəqələrinin torpaqlarıdır; Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin kordinatları daxilində tikili mövcuddur və həmin tikili tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikilinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri və tikililəri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir;Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikili həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olduğu müəyyən edilmişdir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikinin qeyri-yaşayış binası olmaqla, mişar daşından inşa edildiyi və bir mərtəbədən ibarət olduğu müəyyən edilmişdir. İnşa edilmiş tikinti Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və layihəsi təsdiq edilmiş. İnşa edilmiş tikilinin insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi və digər şəxslərin hüququnun pozulub-pozulmaması məsələsinin müəyyənləşdirilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir; Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı Tahr oğluna ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikilinin (qeyri-yaşayış binasının) sənəd üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir; Beyləqan Sukanal idarəsinin 23 noyabr 2017-ci il tarixli 01/1-120 saylı arayışına, X14 İstismar İdarəsinin 24 noyabr 2017-ci il tarixli 08/145 saylı məktubuna, X9 (Azərişıq) 23 noyabr 2017-ci il tarixli 25/1108 saylı arayışına və 12 dekabr 2019-cu il tarixli 25/624 saylı məktubuna, X1 23 noyabr 2017-ci il tarixli 10/158 saylı arayışına, Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 24 noyabr 2017-ci il tarixli 01-1/299 saylı rəyinə və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 oktyabr 2018-ci il 353 saylı rəyinə əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına alınmasına maneə olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-10/9655 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan məlumatlara, o cümlədən tədqiq olunan obyektin çəkilməzdən əvvəl mövcud olduğunu, həmçini tədqiq olunan obyektə bitişik olan digər tikililərə mülkiyyət hüququnun verilməsini nəzərə alaraq, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər-hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına mane olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/9911 nömrəli ekspert rəyində göstərilmişdir ki, Beyləqan rayonunda yerləşən, iddiaçı tərəfindən inşa olunmuş tikilinin elektrik xəttindən 3.0 metr məsafədə yerləşdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə müəyyən edilmiş yüksək gərginlikli elektrik xəttinin 10 metrlik mühafizə zolagında yerləşdiyi müəyyən edilir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətin xx.xx.2025-ci il tarixli, 13-13/2-2/15-M-10153- 5/2025 nömrəli məktubunda bildirilir ki, Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsi və onun üzərində inşa olunan qeyri-yaşayış obyektinin yaxınlığından keçən 10 kV-luq hava elektrik verilişi xətti özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik veriliş xətti (SİP-3) ilə əvəz edilmiş, hazırda qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış obyekti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”lə müəyyən edilmiş, ərazidə mövcud olan "xxxx"ASC-ə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Məhkəmə kollegiyası qeyd olunan halla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/9911 nömrəli ekspert rəyini qismən mötəbər hesab edir və qeyd edir ki, həmin rəy üzrə ekspertin gəldiyi nəticə qüvvədə olmayan Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə müəyyən edilmiş tələblərə söykənmişdir. Bununla yanaşı həmin rəydə xəttin obyekdən hansı məsafədən keçməsi müəyyən edilmişdir ki, bu da hazırda qüvvədə olan “Tələblər” baxımından mühafizə zonasını müəyyənləşdirməyə imkan verir. Göründüyü kimi, iddiaçı tərəfindən inşa edilmiş və hazırda dövlət qeydiyyatına alınması tələb olunan qeyri-yaşayış obyekti yüksək gərginlikli elektrik xəttindən 3 metr məsafədə yerləşdiyindən və qeyd olunan xətt üçün mühafizə zolagı 2 metr müəyyən edildiyindən, obyekt həmin xəttin mühafizə zolagına düşmür. Bu baxımdan həmin tikilinin iddiaçının adına qeydiyyata alınması ilə bağlı cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 2.3-cü bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: -2.3.1. gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr. -2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı iki dəfə ekspertiza təyin edilmiş və ekspert rəyinin verilməsi üçün 150 (bir yüz əlli) manat məhkəmə xərci yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin qeyd olunan tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması barədə birinci instansiya mıəhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldığına görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-633/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-20/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-20/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver