Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-201/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçılar X2, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X12 adına Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2-1(120)-3819/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar X2, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X12 adına Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar X2, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X12 adına Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, Cəlilabad rayonunun Aqrar İslahat Komissiyasının qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndi ərazisində yaşayış evinin tikilməsi üçün onlara ayrı-ayrılıqda torpaq səhəsi mülkiyyətlərinə verilmişdir. Bundan sonra onlara məxsus olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün müvafiq icazə və tikiləcək evin eskiz-laihəsinin hazırlanması üçün müvafiq sənədləşdirmələr aparılmış, Cəlilabad şəhərinin Baş Memarı ilə razılaşdırılmaqla layihə əsasında torpaq sahəsinin üzərində fərdi yaşayış evləri tikilməklə hazırda ailə üzvləri ilə birlikdə hər biri ayrı-ayrılıqda öz evlərində yaşayırlar. Həmin vaxtdan torpaq sahəsi və torpaq sahələri üzərində olan fərdi yaşayış evləri hər kəs tərəfindən onların mülkiyyəti kimi tanınmış, nə ev tikiləndə, nə də ondan sonra heç bir vətəndaş həmin ərazilərin ona (onlara) məxsus olması barədə onlara hər hansı məlumat və ya şikayət verməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində X15 həmin ərazidə onların yaşadığı evlərə gedən ümumi istifadədə olan yolun kənarında (deməsinə görə) daşınmaz əmlak olaraq torpaq sahəsi alımış və bundan istifadə edərək onların evlərinə gedən yolu da zəbt etməklə həmin yolun da onların mülkiyyətində olan torpaq sahəsi olmasını və bu barədə onlara verilmiş və bu barədə cavabdeh qurum tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini və tikinti işlərinin də həmin çıxarışa əsasən apardığını bildirməklə ümumi istifadədə olan yolda tikinti işlərinin aparılmasını davam etdirir. 3-cü şəxs olan X9 qanunsuz hərəkətləri ilə bağlı olaraq bir sıra orqanlara eləcə də şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, lakin 3-cü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsindən ötrü DƏDRX-yə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bundan sonra həmin tələblə DƏDRXnin 8 saylı Cəlilabad ərazi idarəsinə rəsmi qaydada müraciət edilmiş, lakin həmin idarə tərəfindən mcraciətilərinə yazılı olaraq heç bir cavab verilməsə də idarə rəisinin qəbulunda olan zaman şifahi olaraq bildirmişdir ki, 3-cü şəxsin adına verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ötrü ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməli və məhkəmə qərarı əsasında həmin çıxarış ləğv olunandan sonra yolun açılması mümkündür. Bunula əlaqədar olaraq onlar inzibati məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən X9 adına Cəlilabad rayonu. Günəşli kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli. **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 26 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-3819/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı əsaslandırarkən qeyd etmişdir ki, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən ‘Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək toıpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə məhkmə işin faktiki hallarını araşdırmadan, qanunvericiliyin tələbinə cavb verməyən şəhadətnamənin qanuni və əsaslı olmasına don geyinditməklə həmin çıxarışın ləğv olunması barədə olan əsaslı iddia tələbini qeyri mümkün saymış və məhkəmənin icraatından çıxarmışdır. Məhkəmə işə baxarkən üçüncü şəxslərə verilmiş qanunsuz və əsassız olan şəhadətnaməyə əsasən mənium mülkiyyətçi oOlaraq hüquqlarımı və qanuni mənafeyimin də müdafiə edilməsindən imtina edilmiş və həmin torpaq sahəsinin Lənkəran rayon ZDS İcrayyə Komitəsinin 01 iyun 1976-cı il tarixli 13 nömrəli icrakom iclas protokolu ilə 0.12 ha torpaq sahəsinin verilməsini, həmin torpaq sahəsinin 0.6 ha hissəsinin üçüncü şəxsə verilməsi hissəsini araşdırmamışdır. Məhkəmə işin obyektiv, tam və hərtərəfli araşdırlıması üçün təqdim etdyim sübutlara qiymət verməli və mübahisələndiilən torpaq sahəsinin məhz hazırki iş üzrə cavabdeh qurum tərəfindən sənədləşdirilməklə mülkiyyətimin bərpa olunması hissəsini obyektiv qaydada araşdırılmasından ötrü iddianı mümkün hüsab etməklə icraata qəbul etməli və bundan sonra iş üzrə araşdırma aparmaqla qanuni və əsaslı nəticəyə gəlməli idi. Bundan başqa məhkəmə Aqrar İslahat Komissiyasının 2006-cı ildə ləğv edilməsini və onun hüquqi varisinin hazırki iş üzrə cavabdeh olmadığını qeyd etsə də həmin komissiya tərəfindən qanunsuz verilmiş qərarlar və mülkiyyət sənədlərinin mübahisələndirilməsi üçün hazırda hansı dövlət orqanı tərəfindən cavabdehlik daşıması barədə də heç bir qeyd aparmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar və cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçıların, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası əvvəlki prosesdə işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3819/2023 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılar X2, İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X12 adına Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişlər. Birinci instansiyası məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlik olduğundan, inzibati xarakterli olmadığından ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-41/1-1-28-148/2023 nömrəli məktubundan görünür ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elvin Əmirov və rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədri Mehdi Kərimov ərazidə olmuş, yaranmış problemin həlli ilə bağlı əraziyə yerquruluşu üzrə mütəxəssis dəvət etmişdirlər. Tofiq Cəfərovun həyat yoldaşı X13 məxsus 0,09 ha həyətyanı torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məlum olmuşdur ki, sözügedən kənddaxili yol, eni 15 metr olmaqla kənd sakinlərinin istifadəsindədir və heç bir maneə yoxdur. Eyni zamanda Günəşli bələdiyyəsinin təqdim etdiyi arayışda, Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Cəfərov və müracəitdə adları qeyd edilən şəxslərdən X6, X16 və X10 izahatlarında sözügedən yolun hal-hazırda kənd sakinlərinin istifadəsində olduğu və heç bir maneənin olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 321-3-44/2-4585/2023 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon 1 saylı Notariat Ofisinin 24 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X9 adına Cəlilabad rayonu günəşli kəndində yerləşən 0.09 ha yaşayış məntəqəli torpaq sahəsinə 14 oktyabr 2020-ci il tarixli, **********03 reyestr nömrəli çıxarışı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçı X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0.09 ha yaşayış məntəqəli torpaq sahəsi X9 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli kitabın 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında Cəlilabad rayonunun Günəşli kəndi ərazisində yaşayış evi tikmək üçün iddiaçılara ayrı-ayrılıqda torpaq sahəsi verilmişdir. İddiaçılar hər biri həmin torpaq sahəsində ev tikərək orada yaşamaqla həmin torpaq sahəsindən istifadə edirlər. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçılar ilə X15 arasında iddiaçıların istifadəsində olan torpaq sahəsinə gedən yol ilə bağlı mübahisə yaranmışdır. İddiaçılar iddia edirlər ki, X15 ümumi istifadədə olan yolun kənarından torpaq sahəsi almış və iddiaçıların istifadəsində olan torpaq sahəsinə gedən yolu zəbt etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən öz adına Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 2020-ci ildə verilmiş ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışdan istifadə edərk ümumi istifadədə olan torpaq sahəsində tikinti işləri aparır. Bu baxımdan X9 adına olan həmin çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılması ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən 19 mart 2024-cü il tarixli məktubla Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş notariat işindən məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi X13 xx.xx.2020-ci il tarixli, 4Ə-575 nömrəli alqı-satqı müqaviləsi ilə satısa da, həmin müqavilə bağlanılmamışdan öncə sözügedən torpaq sahəsinin X1 məqsədilə Cəlilabad rayonu, Günəşli bələdiyyəsi tərəfindən 07 iyun 2020-ci il tarixli 06 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, hazırda mübahisə predmeti olan alqı-satqı müqaviləsində göstərilən torpağın satılma əsasları, dəyəri və həcmi qabaqcadan müəyyən edilmiş və sözügedən torpaq sahəsinin həmin şərtlər daxilində X13 (üçüncü şəxsə) satılması və onunla alqı-satqı müqaviləsinin bağlanılması məqsədə müvafiq hesab edilmişdir. Yəni, sözgedən torpaq sahəsinin X1 cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmişdir. Hazırda iddiaçılar “Aqrar İslahat Komissiyasının qərarı əsasında Cəlilabad rayonunun Günəşli kəndi ərazisində yaşayış evi tikmək üçün onlara verilmiş torpaq sahəsindən istifadəyə maneə yaratdığına görə Cəlilabad rayonu, Günəşli bələdiyyəsi tərəfindən üçüncü şəxsə torpaq sahəsinin satılması ilə razılaşmır. Belə olduğu halda iddiaçılar məqsədinə, hüquqi marağına uyğun həmin əlverişsiz inzibati aktın ləğv edilməsi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçılar üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan mübahisəli torpaq sahəsinin X1 barədə Cəlilabad rayonu, Günəşli bələdiyyəsinin 07 iyun 2020-ci il tarixli, 6 saylı Qərarının ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə riayət edilibedilməməsinə hüquqi qiymət verilməli idi. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci və 13-cü maddəsinin tələblərini pozaraq işin faktiki hallarının müəyən edilməsindən ötrü lazımi qaydada araşdırma aparmamış, iddiaçı üçün əlverişsiz inzibati akt hesab olunan Cəlilabad rayon Günəşli Bələdiyyəsinin 07 iyun 2020-ci il tarixli 06 nömrəli qərarının səlahiyyətli qurumlardan sorğu verərək əldə etməmiş və iddiaçıya hüquqi marağına uyğun həmin qərarının ləğv edilməsinə dair iddia irəli sürə biləcəyi barədə hüquqi təklif etməmişdir. Bundan başqa hazırda mübahisələndirilən torpaq sahəsinin yeri (sərhədləri) və təyinatı müəyyən edilməli olduğu halda bu hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçılar sözügedən torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğunu və sözügedən torpaq sahəsində tikinti işlərinin aparılması onların mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaratdığını bildirirlər. Nəzərə alınmalıdır ki, bələdiyyənin ümumi istifadədə olan torpaq sahələri alqı-satqının predmeti ola bilməz. Bu baxımdan hazırki mübahisənin obyektiv həlli üçün iddiaçılar və üçüncü şəxsə məxus torpaq sahəsinin hüquqi statusu, kateqoriyası, təyinatı dəqiq öyrənilməlidir. Xüsusilə qeyd edilməlidir ki, torpaq sahəsinin statusunun və sərhədlərinin (yerinin) müəyyən edilməsi gələcəkdə düzgün iddia növünün seçilməsində və iddianın mümkünlük məsələsinin həll edilməsinə təsir göstərəcəkdir. Belə ki, iddiaçı ümumi istifadədə olan torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq üçüncü şəxsə satıldığını bildirir və buna görə həmin torpaq sahəsinə dair verilmiş çıxarışın ləğvini istəyir. Bu baxımdan torpaq sahəsinin ayrılması ilə bağlı qərarın veridliyi dövrdə həmin torpaq sahəsinin Günəşli bələdiyyəsinin mülkiyətində olub-olmaması müəyyən edilməli və qərar qəbul edərkən bələdiyyə səlahiyyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 65.1-ci və 65.1.2-ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Eyni zamanda Aqrar İslahat Komissiyasının qərarı əsasında iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin eyni ərazi olub-olmaması və yaxud üçüncü şəxsin ona satılmış torpaq sahəsindən istifadəsi iddiaçıların onlara məxsus torpaq sahəsindən istifadəsinə hər hansı şəkildə maneə yaradıb-yaratmaması dəqiq öyrənilməlidir ki, iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmadığı dəqiq müəyyən olunsun. Bundan başqa iddiaçılar Aqrar İslahat Komissiyasının qərarı əsasında onların mülkiyyətində torpaq sahəsinin olduğu bildirlər və həmin qərardan çıxış edərək hazırki iddianı qaldırmışlar. Lakin, birinci instansiya məhkəməsi iddiaçılardan sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərini tələb etməmiş və bu barədə zəruri sübutlar toplamamışdır. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia növlərinin münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnə bildiyindən, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və işə mahiyyəti üzrə baxılakən cavabdeh tərəfindən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tətbiqinə riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3819/2023 nömrəli qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Həsənov X17
Məhkəmə qərarları › İş №2-1(106)-201/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-201/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver