Məhkəmə qərarları › İş №2-1(106)-201/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-201/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-201/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi X6, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(120)-66/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qeydiyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X9 adına verilmiş xx.xx.1989-cu il tarixli qeydiyat vəsiqəsinin və xx.xx.2019cu il tarixli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 24 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-66/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. Həmçinin 95 nömrəli, 95 inventar nömrəli Beyləqan DTİ tərəfindən verilmiş X2 yaşayış evinin texniki pasportunun surətinə əsasən, Beyləqan rayonu 1ci Şahsevən kəndində yerləşən ev X9 adına qeydə alınmışdır. İddiaçının faktiki olaraq 3-cü şəxsə məxsus fərdi yaşayış evində ailə olaraq yaşaması, onun həmin mübahisəli fərdi yaşayış evinə qanuni sahibi (mülkiyyətçisi) olmasına dəlalət etmir. Belə ki, təqdim edilmiş sənədlər və məhkəmə mübahisələri əsasında müəyyən edilmişdir ki, A.Əliyeva iddiaçı və ailəsi ilə olan narazılıqlara görə fərdi yaşayış evindən çıxıb getmişdir. İddiaçının öz adına verilmiş fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli qeydiyyat vəsiqəsi və ona əsas olan hüquqmüəyyənedici sənədlər, ünvan 4ində qeydiyyatda olan İddiaçı adına verilmiş oktyabr tarixli 2001-ci il tarixli, 271 inventar nömrəli yaşayış evirin texniki pasportunun və həmin pasportun verilməsinə əsas olan sənədlər aşkarlanmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda çıxarış qanuna əsasən tərtib olunduğu üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası qanuni olmuşdur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbi nionunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində iki mərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evi adına mülkiyyət hüququ əsasında 22 oktyabr 2001-ci il tarixdə qeydə alınaraq 2/1 nömrə ilə reyestr kitabına yazılmışdır. Lakin ona məlum olmuşdur ki, X5 X18 İcrayə Komitəsinin Qərarı (həmin qərarın verilməsinə əsas olan 05 sentyabr 1985-ci il tarixli, 46 B nömrəli protokol arxivdə aşkarlanmayıb) və 1989-cu ildə tərtib edilmiş X2 yaşayış evinin texniki pasportunda ev sahibi kimi qeyd edilmiş X8 adının üzərindən xətt çəkərək ev sahibi kimi qanunsuz olaraq X19 yazılaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə təqdim etmiş və həmin İdarə təqdim olunmuş saxta sənədləri araşdırmadan həmin saxta sənədlər əsasında X9 adına 23 dekabr 1989-cu il tarixdə Qeydiyyat Vəsiqəsi vermiş, həmin vəsiqə əsasında da 14 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış verilmişdir. Həmin sənədlərin ləğv edilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə aid olmadığı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Üçüncü şəxs X9 iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 11 oktyabr 1990-cı il və 07 fevral 2001-ci il tarixli Beyləqan rayon məhkəmə qətnamələrinin surətlərindən göründüyü kimi, hələ o zamandan onun mübahisəli ev üzərində xüsusi mükliyyət hüququ mövcud olmuş və bu hüquq qeydiyyata alınmışdır. İddiaçı Qeydiyyat idarəsini aldadaraq, həmin ev üzərində onun mülkiyyət hüququ mövcud olduğu halda, saxta sənədlər təqdim etməklə özünə də həmin mülk üzərində şəxsi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi əldə etmişdir. Bu isə ən azından iddia müddətinin buraxılması deməkdir. Bu ev üzərində E.N. Nəsirovun adma edilən qeydəalma qanunsuz aparılmışdır. Belə ki, həmin mülkün sahibi odur və ev mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı atası Nəsir Nəsirovla 1978-ci ildə qanuni nikah münasibətlərinə girib birlikdə ona məxsus kənd evində yaşamağa başlamışlar. Lakin bu ev və ona bitişik həyətyanı sahə heç kimin adına olmayıb. Oraya köçdükdən sonra qeydiyyata düşmüş və kənd sovetliyində torpaq və tikili onun adına qeydə alınmışdır. Ailədə yeganə qazanc gətirən o olmuşdur. Bu dövrdə həyat yoldaşının dəstəyi, şəxsi vəsaiti və gücü hesabına həmin torpaq sahəsində yaşadıqları köhnə evin yerində 2 mərtəbəli təzə daş ev tikmişdir. Bu zaman İddiaçı kənddə yaşamırdı. O, Qazaxıstan Respublikasının Şevçenko şəhərdinə yaşamaqla Daxili İşlər orqanlarında işləyirdi. Daimi qeydiyyatı isə atasına məxsus olan ünvan 1 ünvanında idi. İddiaçı kənddə evləndikdən sonra həyat yoldaşı Mətanət Həsənovanı kənddə atasının evində qoyub yenidən Qazaxıstan Respublikasına qayıtmışdı. Həyat yoldaşı ağır xəstə yatarkən oğlu İddiaçı kəndə qayıtdı və müvəqqəti olaraq onun tikdiyi evdə yaşamağa başladı. Atası öldükdən sonra isə həyat yoldaşı M.Həsənovanı da evə gətirdi və burada yaşamağa başladılar. Həyat yoldaşı N.Nəsirov 1989-cu ildə rəhmətə getdiyi zaman o da Bakı şəhərində pasport qeydiyyatında idi. Mübahisəli evdə yeganə olaraq o, qeydiyyatda olmuşdur və torpaq sahəsi ilə tikinti də onun adına olmuşdur. Mülk faktiki olaraq həyat yoldaşına məxsus olmuş olsa belə, onun ölümündən sonra onun həyat yoldaşı və birinci dərəcəli vərəsəsi kimi əmlak ona keçməlidir. İndi necə olur ki, ev tam həcmdə onun oğlu tərəfindən ələ keçirilmiş olsun. Onun adına evə dair qeydiyyat aparılıb. 05 sentyabr 1985-ci il tarixli 271 say altında qeydiyyat vəsiqəsindən göründüyü kimi, mübahisəli ev onun adına qeydiyyata alınmışdır. Bu qeydiyyat həyat yoldaşı vəfat etməmişdən 3 il əvvəl aparılmışdır. Eyni zamanda həyat yoldaşmnn ölümündən sonra hal-hazırda mübahisə predmetinə çevrilmiş X2 yaşayış evinin texniki pasportundan göründüyü kimi onun adına qeyd olunmuşdur. Bu rəsmi sənədlər əsas götürülməklə, 6 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 may 2019-cu il tarixli ********** nömrəli çıxarış verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddianın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şəkayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında 4 otaq, 2 mərtəbədən ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında 22 oktyabr 2001-ci il tarixdə qeydə alınmışdır. -Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 271 invertar nömrəli, 2/1-271 qeyd nömrəli X2 yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 156,4 kv.m olan 4 otaqlı mənzil bütövlük payı üzrə İddiaçı adına verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-2902/2023 nömrəli məktubda göstərilmişdir ki, ünvan 4ində qeydiyyatda olan İddiaçı adına verilmiş oktyabr tarixli 2001-ci il tarixli, 271 inventar nömrəli yaşayış evirin texniki pasportunun və həmin pasportun verilməsinə əsas olan sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətin təqdim etmək mümkün olmadı. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2001-ci il tanxli 271 nömrəli qeydiyyat vəsiqəsinin qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsiin xx.xx.2024-cü il tarixli, 3- 21-3-02/2-10921/2024 nömrəli məktubunda göstərilmişdir ki, arxivdə X1 adına ünvan 4i ərazisində yerləşən daşınmaz əmlak aşkar edilməmişdir. X19 və İddiaçı adlarına dair Beyləqan rayon X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsində tərtib edilən kitabda inventar işinin qeydə alınması barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Həmin çıxarışın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli xx.xx.1989-cu ul tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında 2 mərtəbədən ibarət yaşayış evi X9 adına qeydə alınmışdır. Həmin vəsiqənin verilməsinə əsas kimi XDS İK-nin xx.xx.1985-ci il tarixli qərarı göstərilmişdir. -Beyləqan rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 31/137-6362-Ə- 3219 nömrəli arayışda göstərilmişdir ki, ünvan 4 sakini X19 xx.xx.2019-cu il tarixdə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, şəxsi mülkiyyətində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində, mişar daşından tikilmiş 2 mərtəbəli, yaşayış sahəsi 44,0 kv.m köməkçi sahəsi 112,4 kv.m olan, 05 sentyabr 1985-ci il tarixdə verilmiş, inventar nömrəsi 271 olan binanın Qeydiyyat Vəsiqəsini, Beyləqan rayon ərazisində naməlum şəraitdə itməsini bildirmişdir. Aparılmış tədbirlərə baxmayaraq yuxarıda qeyd olunan sənəd tapılmamışdır. -Beyləqan rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-8RA/2-76/2023 nömrəli məktubda göstərilmişdir ki, Beyləqan (sabiq Jdanov) rayon XDS İcraiyyə Komitəsinin 1985-ci il tarixli iclas protokollarına araşdırıldı və X13 aid Beyləqan (sabiq Jdanov) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 46 B saylı qərarı aşkar edilmədi. -İİ-JQ seriyalı, 26779 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X14 ilə X19 arasında xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır. -Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 05/13-504-a nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 07 nömrəli, 29 aprel 1989-cu il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X14 28 aprel 1989-cu il tarixdə ölmüşdür. -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabında X9 təsərrüfatı barədə məlumatlardan görünür ki, kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabın 65-ci səhifəsində 1986-1990-cı illər üzrə təsərrüfat üzvü kimi X19 və X14 göstərilmişdir. 222 saylı şəxsi hesab üzrə 1991- 1995-ci illər ərzində X19 ailə başçısı olaraq göstərilmiş, İddiaçı-oğulluğu, X11-gəlini, X17, X15, X12 ailə başçısının nəvəsi olaraq qeyd edilmişdir. 251 saylı şəxsi hesabın surətindən görünür ki, 2000-2004-cü illər ərzində və hazırda mübahisəli evdə yaşayan şəxslərin adları qeyd edilmişdir. Təsərrüfat üzvlərinin siyahısında İddiaçı ailə başçısı, X11-arvadı, X17, X15, X12 – övladları olaraq göstərilmişdir. -Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-37-33/2-918/2023 nömrəli arayışında göstərilmişdir ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayan İddiaçı dörd nəfərdən ibarət ailə üzvü ilə həmin evdə yaşayır. Şərh olunan sübutlardan göründüyü kimi, iş üzrə üçüncü şəxs iddiaçının analığı olmaqla, atası X8 rəsmi nikahda olmuş arvadı olmuşdur. Üçüncü şəxslə N.Nəsirov arasıda xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmış, N.Nəsirov 28 aprel 1989-cu il tarixdə ölmüşdür. Üçüncü şəxslə mərhum N.Nəsirov rəsmi nikahda olduqları dövrdə, XDS İK-nin xx.xx.1985-ci il tarixli qərarı ilə ünvan 4ində yerləşən fərdi yaşayış evi üçüncü şəxs X13 verilmiş və bunun əsasında ona X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli xx.xx.1989-cu ul tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 28 aprel 1989-cu il tarixdə N.Nəsirovun ölümündən sonra evə dair tərtib edilmiş texniki pasportda N.Nəsirovun adının üzərindən xətt çəkilmiş, eyni zamanda A.Əliyevanın adına yeni texniki pasport tərtib edilmişdir. Qeyd olunan sənədlər əsasında cavabdeh tərəfindən sonuncunun adına çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin üçüncü şəxsə verilməsi barədə XDS İK-nin xx.xx.1985-ci il tarixli qərarının arxivdə saxlanılmaması həmin sənəd əsasında verilmiş qeydiyyat vəsiqəsinin qanunsuz olmasını birmənalı şəkildə güman etməyə əsas vermir. Bu qənaət həm də ondan qaynaqlanır ki, Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabında 1986-1990-cı illər üzrə təsərrüfat üzvü kimi yalnız X9 və X14 adı göstərilmişdir. Həmin təsərrüfatda yalnız 1991-1995-ci illər üzrə 222 saylı şəxsi hesab üzrə İddiaçı və digərlərinin də adları qeyd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, həmin evə dair X9 adına qeydiyyat vəsiqəsi verilərkən iddiaçı həmin təsərrüfatın üzvü olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 4ində yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxs X9 adına qeydiyyat vəsiqəsi və sonradan bu sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanuni olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. -15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(120)-66/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar