Məhkəmə qərarları › İş №2-1(106)-202/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-202/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-202/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçının və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(120)-309/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində ana qrafasında qeyd edilmiş “X13” adının “X16” adı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 14 noyabr 2024-cü il tarixli, 2- 1(120)-309/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X19r, anası X7r. Akt qeydində məlumat verən şəxs kimi qeyd edilmiş və Fərəcova Leyla şəxsən imza etmişdir. Sonradan bu qeyd nə iddiaçının anası, nə atası, nə də ki, Rzayeva Əminə tərəfindən mübahisələndirilməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-18/37 nömrəli arayışında qeyd edilmişdir ki, X16 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O, Lənkəran şəhərində ailə üzvləri ilə birgə yaşamışdır. Həyat yoldaşı-X25, qızı-X14, kürəkəni-X3, nəvəsi-X4, qızı-İddiaçı. Məhkəmə ziddiyyətli hallara münasibətdə qeyd etmişdir ki, Əminə Rzayevanın 2000-ci ildə vəfat etdiyini və iddiaçının Əminənin onun anası olması barədə məlumatdan 2020-ci il tarixdə xəbərdar olduğunu nəzərə alaraq arayışda qeyd olunan müddətlərdə iddiaçının Rzayeva Əminə ilə bir evdə yaşaması, birgə təsərrüfat idarə etməsi ağlabatan deyildir və həmin arayış məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, iş materiallarında olan sənəd və sübutlardan iddiaçının X21 olması və Rzayeva Əminənin iddiaçının atası Fərəcov Əziz ilə nikah münasibətlərində olması faktı mötəbər sübutlarla öz təsqini tapmamışdır. Qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 05 avqust 1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X30 oglu, anası isə X16 olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Rzayeva, adı Leyla, ata adı isə Həsən kimi göstərilmişdir. Həmin hallarla bağlı bildirir ki, atası Əziz Fərəcovun birinci arvadı Əminə Rzayeva olmuşdur. Anası Əminə ilə Əziz Fərəcovun qeyri-rəsmi münasibətlərindən 14 iyun 1957-ci il tarixdə bacısı X10 və 05 avqust 1959-cu il tarixdə o, anadan olmuşlar. X29 psixi xəstə olduğu üçün atası Əziz Fərəcov həbsdə olarkən bibiləri, yəni anasının baldızları və qaynanası tərəfindən evdən qovulmuş, 2 il sonra atası həbsdən çıxmış və həmin vaxta kimi ona və bacısına bibiləri və nənəsi baxmışlar. Atası həbsdən qayıtdıqdan sonra başqa qadınla yəni, X8 ilə rəsmi olaraq ailə qurmuşdur. Onun və bacısının doğum haqqında şəhadətnamələrini də atası Leyla ilə nikahda olduğu vaxt götürməklə onun və bacısının doğum haqqında şəhadətnamələrində ana qrafasında X5 adı yazılmışdır. Bunun təsdiqi olaraq qeyd etmək istəyir ki, onların doğum haqqında şəhadətnamələri müvafiq olaraq doğulduqları 1957 və 1959-cu illərdə deyil, bacısı Kifayətə 11 dekabr 1971-ci il tarixdə, ona isə 14 dekabr 1971-cı il tarixdə Lənkəran rayon VVADQ orqanında qeydiyyata alınmışdır. X1 olmasını anasını şəxsən tanımış xx.xx.1939-cu il təvəllüdlü hazırda Lənkəran şəhərində yaşayan X11, xx.xx.1952-ci il tarixdə anadan olmuş X6, xx.xx.1946-cı il tarixdə anadan olmuş X12 da təsdiq edərək bu barədə 25 fevral 2013-cü il tarixdə tərtib etdikləri aktda göstərmişlər. Həmin akt hətta 26 fevral 2013-cü il tarixdə Lənkəran rayon notariat kontorunda təsdiq edilmişdir. Həmin aktda adları qeyd edilən Yəhya Nəsirov və Marifə Axundova vəfat etmişlər. Hazırda da X1 olmasını Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 aprel 2022-ci il tarixli 12/18/37 nömrəli arayışı da təsdiq edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.1971-ci il tarixli, АЗБ № 124049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X25, anası X7r. -xx.xx.1971-ci il tarixli, 137 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X19r, anası X7r. Və akt qeydində məlumat verən şəxs kimi qeyd edilmiş və Fərəcova Leyla şəxsən imza etmişdir. -Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı verilmiş xx.xx.1971-ci il tarixli 137 saylı doğum haqqında bərpa akt qeydinin aparılmasına əsas olan sənədlər Cavabdeh arxivində saxlanılmır. Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunan məlumata əsasən X25 ilə X2 nikahı xx.xx.1960-cı il tarixdə Masallı rayonu, Qızılağac kənd icra nümayəndəliyində 27 saylı aktla qeyd edilmişdir. X25 ilə X9 nikahı haqqında məlumat aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Göründüyü kimi, iddiaçının X1 olması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir və iddiaçı tərəfindən də bu halı təsdiq edən sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində Cavabdeh üzrə 1959-1971-ci illərə dair akt qeydləri yoxlanılarkən İddiaçı adına 1971-ci ildə tərtib edilmiş doğum haqqında bərpa akt qeydi aşkar edilmişdir. Həmin aktın kserosurətindən görünür ki, İddiaçı atası X25, anası X7r. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(120)-309/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar