Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-205/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X19 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubla iddiaçının həmin müraciətinin təmin olunmasından imtina etmişdir. Verilən cavabla razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İmişli Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə ona İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona 835 m2 torpaq sahəsi satılmışdır. Həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib olunmuş və digər torpaqayırma sənədləri hazırlanmışdır. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmadığı, həmin sənədlərin arxiv nüsxələrinin aşkar olunmadığı, həmçinin sözügedən torpaq sahəsi ayrılarkən İmişli Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. O, cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Belə ki, sözügedən torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatın olmamasının, həmin sənədlərin arxiv nüsxələrinin aşkar olunmamasının, həmçinin torpaq sahəsi ayrılarkən İmişli Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmamasının məsuliyyəti vətəndaş olaraq ona aid deyildir. O, torpaq sahəsinin ayrılması barədə İmişli bələdiyyəsinə müraciət etmiş, ilkin torpaqayırma sənədləri hazırlanmış və ona torpaq sahəsi satılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 16 iyun 2022-ci il tarixli, 2- 1(120)-59/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Lakin İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən sözügedən torpaq sahəsi müqavilə ilə deyil, torpaqların alqı-satqısına dair akt tərtib edilməklə İddiaçı satılmışdır. xx.xx.2007-ci il tarixli, 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin yeni redaksiyada verilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, təyin olunmuş məhkəmə ekspertizası nəticəsində İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında 0,0472 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın, həmçinin həmin daşınmaz əmlakın yerləşdiyi 0,0472 hektar torpaq sahəsinin İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsinin ərazisində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Qeyd edilən daşınmaz əmlakın İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsinin ərazisində yerləşməsi şübhə doğurur və birinci instansiya məhkəməsi tərəfindən bu məsələ nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)213/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədləri arasında İmişli bələdiyyəsindən torpaq sahəsi almış digər vətəndaşlara münasibətdə də ilkin torpaqayırma sənədləri barədə qeydiyyat kitabları, ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri mövcud deyildir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən yalnız torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə bağlı müvafiq qeydiyyat kitabları, onlarla bağlı müvafiq sənədlərin arxiv nüsxələri təhvil verilmişdir. Bundan başqa cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında istifadədə olan 0,0472 hektar bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən ümumi sahəsi 345,5 m2 olan qeyriyaşayış binası xx.xx.2007-ci il tarixdə onun qonşusu X13 tərəfindən onun, yəni İddiaçı birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu şəriki X1. O, yəni İddiaçı da həmin qeyriyaşayış binasının altında və ətrafında olan 835 m2 torpaq sahəsini mülkiyyətçisi İmişli bələdiyyəsindən xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərara və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən almışdır. 2014-cü ilə qədər o, yəni Xəlilov X10 Telman Əli oğlu ilə şərik olmuş, həmin qeyri-yaşayış binasının mülkiyyətçisi X11, həmin qeyri-yaşayış binasının yerləşdiyi 835 m2 torpaq sahəsinin mülkiyyətçisi də o, yəni İddiaçı olmuşdur. Onların arasında heç vaxt mübahisə olmamışdır. xx.xx.2014-cü il tarixdə şəriki X11 özünə məxsus olan həmin qeyri-yaşayış binasını ona, yəni İddiaçı satmış və xx.xx.2015-ci il tarixdə də onun həmin qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb olunmuş üçüncü şəxs İmişli Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası tərəflərin fikrini öyrənərək üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini qərara almışdır. d) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası qərar qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: İmişli şəhəri, Muğan küçəsində yerləşən daşınmaz əmlaka dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatının olmadığı və ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri aşkar olunmamışdır. Bundan başqa sözügedən torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İHB-nin Memarlıq və Tikinti şöbəsindən müvafiq rəy alınmadan ayrıldığı məlum olmuşdur. Eyni zamanda İddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə İmişli rayon bələdiyyəsinə müraciət etməsi tövsiyyə olunaraq, İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən ayrılmış ümumi sahəsi 835 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizəçinin 21 oktyabr 2020-ci il tarixli, ********* qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə İmişli rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə İmişli şəhərində doğulmuş və İmişli şəhəri, Muğan küçəsi, ev 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, İmişli şəhəri, Muğan küçəsi, döngə 1-də yerləşən qeyri-yaşayış binası “Kür” kiçik müəssisəsinin təsisçisi X13 tərəfindən X1. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Muğan küçəsi, döngə 1-də istifadəsində olan 0,0472 hektar torpaq sahəsində yerləşən 2 girişli, 345,5 m2 ümumi, 286,3 m2 əsas, 59,2 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mebel sexi) tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışından görünür ki, İmişli şəhəri, Muğan küçəsi, ev 1 ünvanında yaşayan İddiaçı Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 835 m2 torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısı ilə əlaqədar İmişli bələdiyyəsinə 835 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə həmin bələdiyyənin ərazisindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 835 m2 torpaq sahəsinin İddiaçı satılması və bununla bağlı İddiaçı tərəfindən 835 manat ödəniş edilməsinə dair akt tərtib edilərək təsdiq edilmiş və İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində xx.xx.2007-ci il tarixdə 688 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan torpaq sahəsinin yerquruluşu planından görünür ki, İmişli şəhər sakini İddiaçı İmişli bələdiyyəsinin mülkiyyətindən sahibkarlıqla məşğul olmaq üçün ayrılmış 835 m2 torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İmişli bələdiyyəsinin sədri F.M.Vəliyevin, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri V.Y.Məmmədovun və İmişli şəhər sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyənin torpağından verilmiş 835 m2 torpaq sahəsi yerində göstərilib təhvil verildi. İş materiallarında olan eyni məzmunlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 130 nömrəli mütəxəssis rəyinin surətində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4249 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarına və 30.11 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Sərhədləri yerində dəqiqləşdirilmiş qeyd edilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında yerləşən 0,0472 hektar torpaq sahəsində ümumi sahəsi 345,5 m2 olan daşınmaz əmlak, həmçinin həmin daşınmaz əmlakın yerləşdiyi 0,0472 hektar torpaq sahəsi İmişli bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 11 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsinin ərazisində yerləşir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İmişli şəhəri, Muğan küçəsi, döngə 1-də yerləşən ümumi sahəsi 345,5 m2 olan qeyri-yaşayış binası X11 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Muğan küçəsi, döngə 1-də istifadədə olan 0,0472 hektar bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən ümumi sahəsi 345,5 m2 olan qeyri-yaşayış binasına İddiaçı tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 118 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. İş materiallarında olan Saatlı rayon Dövlət Arxivi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2 nömrəli məktubda qeyd edilmişdir ki, Saatlı rayon X14 bələdiyyəsinin heç bir sənədi saxlanılmır. Həmin sənədlərin Saatlı rayon Dövlət Arxivinə verilməsi barədə arxivdə heç bir məlumat yoxdur. İş materiallarında olan İmişli bələdiyyəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 416 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin 2010-cu ilə qədər olan bütün sənədləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Vətəndaşın əlində olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarı və həmin protokol qərarının qəbul edilməsinə əsas olan sənədlərdən məlum olur ki, həqiqətən, İddiaçı alqı-satqı yolu ilə Muğan küçəsindən 835 m2 torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, o, 2006-2014-cü illərdə İmişli şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışmış, 2007-ci ildə İddiaçı torpaq sahəsinin əldə edilməsindən ötrü İmişli bələdiyyəsinə müraciət etmiş, həmin müraciət əsasında ona İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfində bələdiyyəyə məxsus, 835 kv.m torpaq sahəsinə baxış keçirilməklə ayrılmışdır. Şahid ona verilən sualllara cavab olaraq ifadəsində sözügedən torpaq sahəsinin İddiaçı İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında verildiyini, eyni zamanda sədr işlədiyi dövrlərdə bir qərar ilə bir neçə nəfərə torpaq sahəsinin ayrılması hallarının olduğunu bildirmişdir. Sədrlik edən tərəfindən iş materiallarında olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və şahid X3 imzası olan digər sənədlərə şahid X3 iştirakı ilə baxış keçirilmiş və şahid X9 həmin sənədlərdə olan imzaların ona məxsus olduğunu və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı sözügedən torpaq sahəsinin satıldığını bir daha təsdiq etmişdir. e) Məhkəmənin istinad etdiyi normativ hüquqi aktlar: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materialları, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə, eləcə də qanunvericiliyin tələbi baxımından İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarı və həmin protokol qərarının qəbul edilməsinə əsas olan sənədlərdən məlum olur ki, həqiqətən, İddiaçı alqı-satqı yolu ilə Muğan küçəsindən 835 m2 torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestridə qeydə alınmasından imtina üçün əsas kimi qeyd olunan cavabdeh təşkilatın dəlilləri təkzib olunduğundan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası konstitusiya hüququnun və ya inzibati hüququn ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarı və həmin protokol qərarının qəbul edilməsinə əsas olan sənədlərdən məlum olur ki, həqiqətən, İddiaçı alqı-satqı yolu ilə Muğan küçəsindən 835 m2 torpaq sahəsi verilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısı ilə əlaqədar İmişli bələdiyyəsinə 835 manat ödəniş edilmişdir. İddiaçı sözügedən İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarını rəhbər tutaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfindən İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 835 m2 torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarından göründüyü kimi, İddiaçı daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarını (aktı) cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarının) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, İmişli bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarı həmin torpaq üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. İş üzrə cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın səbəbi kimi, İmişli şəhəri, Muğan küçəsində yerləşən daşınmaz əmlaka dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyatının olmaması və ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələrinin aşkar olunmaması, bundan başqa sözügedən torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İHB-nin Memarlıq və Tikinti şöbəsindən müvafiq rəy alınmadan ayrıldığı göstərilmişdir. Halbuki, cavabdeh tərəfindən Mülki Məcəllənin 139-1.1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddələrində torpaqayırma (hüquqmüəyyənedici) sənədi kimi nəzərdə tutulan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarından başqa iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsinin (İmişli rayon İHB-nin Memarlıq və Tikinti şöbəsinin müvafiq rəyi) tələb olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun “hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə, eyni zamanda inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 32.3-cü maddəsinin tələbləri baxımından ziddiyyət təşkil edir. Bununla belə iddiaçı tərəfindən ona satılmış torpaq sahəsinin DTXK-nın İmişli rayon şöbəsinin müdiri və İmişli Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmiş planı (sxemi), rəy, təhkim aktı və torpaq sahəsi barədə məlumata dair arayış məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda tədqiq olunan mütəxəssis və ekspert rəyindən göründüyü kimi İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarına və 30.11 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Sərhədləri yerində dəqiqləşdirilmiş qeyd edilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan İmişli şəhəri, Muğan küçəsi, döngə 1 ünvanında yerləşən 0,0472 hektar torpaq sahəsində ümumi sahəsi 345,5 m2 olan daşınmaz əmlak, həmçinin həmin daşınmaz əmlakın yerləşdiyi 0,0472 hektar torpaq sahəsi İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı satılmış 835 m2 torpaq sahəsinin ərazisində yerləşir. Məhkəmə kollegiyası tədqiq olunan həmin ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 10/4249 nömrəli 04 oktyabr 2021-ci il tarixli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarında əks edilmiş göstərişlərində qeyd edilir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surəti notariat qaydada təsdiq edilmiş kserosurət olduğundan və həmin sənədlərin əsli və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı iş materiallarında mövcud olmadığından işə təkrar baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan sənədlərin əslini və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarını əldə etməli, həmin sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq iş üzrə qanuni və ədalətli qərar qəbul etməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarında əks edilmiş göstərişlərə uyğun olaraq iddiaçıdan həmin sənədləri tələb edərək, iş materiallarına əlavə etmiş və həmin sənədləri iş üzrə mövcud olan digər sübutlarla birlikdə tədqiq edib, araşdırmışdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi obyektiv araşdarmanı təmin etmək məqsədilə 2006-2014-cü illərdə İmişli şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışmış X4 şahid qismində məhkəmə iclasına dəvət etmiş və ifadəsini almışdır. Məhkəmə baxışında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, o, 2006-2014-cü illərdə İmişli şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışmış, 2007-ci ildə İddiaçı torpaq sahəsinin əldə edilməsindən ötrü İmişli bələdiyyəsinə müraciət etmiş, həmin müraciət əsasında ona İmişli şəhəri, Muğan küçəsinin sağ tərəfində bələdiyyəyə məxsus, 835 kv.m torpaq sahəsinə baxış keçirilməklə ayrılmışdır. Şahid ona verilən sualllara cavab olaraq ifadəsində sözügedən torpaq sahəsinin İddiaçı İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında verildiyini, eyni zamanda sədr işlədiyi dövrlərdə bir qərar ilə bir neçə nəfərə torpaq sahəsinin ayrılması hallarının olduğunu bildirmişdir. Sədrlik edən tərəfindən iş materiallarında olan İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və şahid X3 imzası ilə təsdiqlənmiş digər sənədlərin əsillərinə şahid X3 iştirakı ilə baxış keçirilmiş və şahid X9 həmin sənədlərdə olan imzaların ona məxsus olduğunu və İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı sözügedən torpaq sahəsinin satıldığını bir daha təsdiq etmişdir, “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. İddiaçının üzərində xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmış qeyriyaşayış binasının İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya satılmış 835 m2 torpaq sahəsinin ərazisində yerləşməsinin şübhə doğurması ilə bağlı cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan şübhəsinin nədən ibarət olmasını əsaslandırmamış, eyni zamanda buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış binası “Kür” kiçik müəssisəsinin təsisçisi X13 tərəfindən xx.xx.2007-ci il tarixdə X2, X11 tərəfindən isə xx.xx.2014-cü il tarixdə İddiaçı satılmış və xx.xx.2015-ci il tarixdə də həmin qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı izahat verərək bildirmişdir ki, sözügedən qeyriyaşayış binası xx.xx.2007-ci il tarixdə onun, yəni İddiaçı qonşusu X13 tərəfindən onun, yəni İddiaçı birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu şəriki X1. O, yəni İddiaçı da həmin qeyri-yaşayış binasının altında və ətrafında olan 835 m2 torpaq sahəsini mülkiyyətçisi İmişli bələdiyyəsindən xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərara və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən almışdır. 2014-cü ilə qədər o, yəni Xəlilov X10 Telman Əli oğlu ilə şərik olmuş, həmin qeyri-yaşayış binasının mülkiyyətçisi X11, həmin qeyri-yaşayış binasının yerləşdiyi 835 m2 torpaq sahəsinin mülkiyyətçisi də o, yəni İddiaçı olmuşdur. Onların arasında heç vaxt mübahisə olmamışdır. xx.xx.2014-cü il tarixdə şəriki X11 özünə məxsus olan həmin qeyri-yaşayış binasını ona, yəni İddiaçı satmış və xx.xx.2015-ci il tarixdə də onun həmin qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən, mübahisə predmeti olan torpaq sahəsinin həcmini yekun məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində düzgün olaraq 835 kv.m qeyd edilsədə, qərarın nəticə hissəsində səhv olaraq 850 kv.m torpaq sahəsi kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi 835 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olduğundan və birinci instansiya məhkəməsi iddiaçının həmin tələbi üzrə araşdırma apararaq, mahiyyəti üzrə düzgün qərar qəbul etdiyindən qərarın həmin hissədə dəyişdirilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göründüyü kimi yol verilmiş pozuntu formal xarakter daşıdığından və işin mahiyyəti üzrə həll edilməsinə maneə yaratmadığından və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan qərar həmin hissədə dəyişdirilməməlidir. Məhkəmə kollegiyası gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin aradan qaldırılması məqsədi ilə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsinin yekun məhkəmə qərarının nəticə hissəsində qeyd edilmiş 850 kv.m torpaq sahəsi 835 kv.m torpaq sahəsi kimi oxunmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(120)-59/2022 saylı qərarının nəticə hissəsində göstərilən “850 kv.m” ifadəsi “835 kv.m” ifadəsi kimi oxunsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.