Məhkəmə qərarları › İş №2-1(106)-205/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-205/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-205/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi XN, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hərbi biletlndə və şəxsi işində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr N0NN-cü il tarixli, N-1(1N0)-677/N0NN saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi biletlərində və şəxsi işlərində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçmələri barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli N-1(1N0)-677/N0NN nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçıN Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi biletlərində və şəxsi işlərində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçmələri barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair N-1(1N0)-677/N0NN saylı iş müstəqil işlər üzrə icraata ayrılmışdır. Cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-6786 nömrəli məktubunda qeyd edilmişdir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında N8 sentyabr N0N0-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılıblar. O, müvafiq olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilərək siyahıya alınıb və xx.xx.N0N0-ci il tarixə qədər bu hərbi hissədə qalaraq döyüş əmri gözləyiblər.xx.xx.N0N0ci il tarixdə iddiaçı digər çağırışçılarla birlikdə qeyd edilən hərbi hissədən çıxarılaraq ona verilən şifahi məlumata görə döyüşə aparılıb. Lakin iddiaçıya məlum olmayan səbəbdən o döyüşə deyil, döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilib. Burada ona qısa müddət sonra döyüş tapşırığına uyğun olaraq döyüşə girəcəyi bildirilib. İki gün, yəni N və 08 noyabr N0N0-ci il tarixlərində qeyd edilən hərbi hissədə qalaraq hərbi xidmətkeçmə qaydalarına uyğun olaraq xidməti tapşırıq və əmrləri yerinə yetirən iddiaçı xx.xx.N0N0-ci il tarixdə səhər tezdən digər çağırışçılarla və döyüşlər zamanı yaralanıb müalicə olunduqdan sonra döyüşə geri dönən hərbi qulluqçularla birlikdə “KAMAZ” markalı avtomobillə ona verilən şifahi məlumata görə Şuşa şəhəri istiqamətində döyüşə aparılmışdır. Təxminən saat 1N.00-1N.00 radələrində avtomobil xarab olduğundan maşın işğaldan azad edilmiş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində dayanmış, şəxsi heyət maşından düşürülmüşdür. Bu ərazidə düşmənlə hər an döyüşə girmək ehtimalı nəzərə alınaraq komandanlığın əmri əsasında iddiaçı da daxil olmaqla bütün şəxsi heyət həmin kənddə mövqelənib döyüş növbətçiliyinin təşkilində iştirak ediblər. Bu kənddə 16 noyabr N0N0-ci il tarixə qədər döyüş növbətçiliyində qaldıqdan sonra işğaldan azad edilmiş Hadrut qəsəbəsinə aparılıblar.Göründüyü kimi iddiaçı N0N0-ci ilin oktyabr ayının sonu və noyabr ayının əvvəllərində döyüş zonasına yaxın hərbi hissədə toplanmış, xx.xx.N0N0-ci il tarixdən döyüşlərin getdiyi əraziyə aparılmaq üçün ilkin toplandıqları hərbi hissədən çıxarılmış, N gün ərzində döyüş bölgəsində yerləşmiş N saylı hərbi hissədə xidməti tapşırıqları yerinə yetirdikdən sonra xx.xx.N0N0-ci il tarixdə Vətən Müharibəsi zamanı işğaldan azad edilmiş və birbaşa döyüş bölgəsi hesab edilən Şuşa şəhərinə aparılsa da avtomobildə yaranmış texniki nasazlıq səbəbilə işğaldan azad edilmiş və döyüş bölgəsi hesab edilən digər ərazi-Xocavənd rayonunun Böyük Tağlar kəndində qalaraq möhkəmlənmiş və döyüş tapşırığına uyğun olaraq döyüş növbətçiliyi aparmışlar. İddiaçıya məxsus hərbi biletdə N0N0-ci ilin oktyabr ayının son və noyabr ayının ilk günlərində müvafiq hərbi hissəyə toplanaraq siyahıya alınması, o cümlədən xx.xx.N0N0-ci il tarixdə həmin hərbi hissədən çıxması öz təsdiqini tapır. Lakin bu hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində hansı hərbi hissənin tabeçiliyində xidmət etməsi iddiaçıya məlum olmayan səbəbdən onurı hərbi biletində əks olunmayıb.xx.xx.N0N0-ci il tarixdən isə iddiaçının N saylı hərbi hissənin tabeçiliyinə verilməsi və müvafiq tarixlərdə tərxis olunana qədər bu hərbi hissədə xidmət keçməsi barədə qeyd hərbi biletlərdə aparılmışdır. İddiaçının hərbi biletində əks olunmayan N gün (N, 08 və 09 noyabr N0N0-ci il) onun hərbi biletinə və şəxsi işinə işlənməli, iddiaçının bu günlər ərzində, xüsusən də 09 noyabr N0N0- ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsi və bu səbəbdən də aşağıda qeyd ediləcək hüquqi əsaslara görə ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi təmin edilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbləri əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, məhkəmənin sorğusunun icrasının təmin olunmasını təmin etmək məqsədi ilə onun tərəfindən N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilən N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmri ilə 6-cı tamamlama bölüyünün sanitar atıcısı İddiaçı1 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0N5 nömrəli əmrinə əsasən hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə İddiaçı1 N noyabr N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilməsi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığı qeyd edilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N1N nömrəli əmri ilə sanitar və qaytarılmaz itkilərin bərpası üçün əsgər İddiaçı1 N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrlə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştrak edən hərbi hissələrin siyahısında olmadığına görə, iddiaçıların 70N nömrəli hərbi hissədə xidmətləri N noyabr N0N0-ci il tarixdən sonraya, döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə iddiaçılara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hərbi biletlərində qeydlərin aparılması və “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 17 oktyabr N0NN-cü il tarixli, N-1(1N0)-677/N0NN saylı qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.N0NN-cü il tarixli qərar onun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqlarını kobud surətdə pozur və həmin qərar onun konkret tələbi üzrə qəbul edilməməsi qənaətinə gəlməklə İİ Qarabağ müharibəsində iştirakını şübhə altına alır. Bu baxımdan həmin qərarla razı deyildir. Şirvan İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilərkən “İnzibati İcraat haqqında” Qanunun 11, N4 və 61-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Hakim qərar qəbul edərkən işdə olan və aydın şəkildə şərh olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən onun tələbi əsasında qərar qəbul etmək əvəzinə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqla İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarına heç bir hüquqi qiymət verməyərək onun N,08 və 09 noyabr N0N0-ci il tarixlərdə döyüş bölgəsində yerləşən 70N nömrəli hərbi hissənin tərkibində komandanlığın əmrinə əsasən digər çağırışçılar və hərbi qulluqçularla birlikdə döyüş növbətçiliyi tapşırığını yerinə yetirməyinin sübut olunmasına baxmayaraq, onun 70N nömrəli hərbi hissənin tabeçiliyinə verilməsinin hərbi biletində qeydiyyatının xx.xx.N0N0-ci ildə aparılmasının hansı səbəbdən həmin tarixdə aparılmasını araşdırmamışdır. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr N0NN-cü il tarixli, N- 1(1N0)-677/N0NN saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.N-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: N-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N018 tarixli 4NN nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: 1. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 10.N. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə N0. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə N4. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.1. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İnzibati Prosessual Məcəllə: İPM-in N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), N.N.N-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.N-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in NN.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in NN.N-ci maddəsinə görə bu Məcəllənin NN.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 7N.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 7N.N-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 7N.N-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 7N.N.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 7N.N.N) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 7N.N.N) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən N0 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1987-ci il tarixdə anadan olmuş və Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatdadır. - İşdə olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı1 N006- N0N-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. xx.xx.N0N0-ci il tarixində müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. N8N hərbi hissədə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək, N saylı hərbi hissədə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək qulluq etmişdir. N saylı hərbi hissənin tərkibində Şuşa kəndinin mühafizə və müdafiəsində iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-6786 nömrəli məktubunda qeyd edilmişdir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli N71-18718-1N nömrəli məktubunda göstərilmişdir ki, şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, xx.xx.1987-ci il təvəllüdlü, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olan İddiaçı1 məhkumluğu barədə məlumat, eləcə də onun barəsində Kürdəmir RPŞ-də təqsirləndirici material aşkar olunmamışdır. - İşdə olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 6-cı tamamlama bölüyünün sanitar atıcısı Səfərbərlik təyinatına müvafiq olaraq N oktyabr N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - İşdə olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrindən görünür ki, N noyabr N0N0-ci il tarixdən əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyə göndərilmişdir. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N1N nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 5-ci motoatıcı tabor 14-cü bölük N-ci taqım N-ci manqa baş atıcı vəzifəsinə təyin olunmuşdur. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 5-ci motoatıcı tabor 14-cü bölük N-ci taqım N-ci manqa baş atıcı SHXÇDX-nın Kürdəmir rayon şöbəsinə göndərilmişdir. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktında göstərilmişdir ki, aşağıda imza edənlər komissiyanın sədri; 5-ci taborun komandiri polkovnik-leytenant X1 üzvləri: 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini baş leytenant X7, 5-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor X8, 5-ci taborun1N-cü bölüyünün 1-ci taqım komandiri baş leytenant X6 bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən də hərbi vəzifəli əsgər İddiaçı1 xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyədaxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli, N-4N-NN/N-467/NN nömrəli məktubunda qeyd edilmişdir ki, 1987-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı1 xx.xx.N0N0-cı il tarixdən xx.xx.N0N0-ci il tarixdək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək isə 70N nömrəli hərbi hissədə səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrilə ehtiyata buraxılmışdır. İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində heç bir məlumat yoxdur. N-08-09 noyabr N0N0-ci il tarixlərdə N8N və 70N nömrəli hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət olunması tövsiyyə olunur. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli N-N-1N/N-N0-1478/NN nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı1 N0N0-ci ilin sentyabr-noyabr aylarında baş vermiş döyüş əməliyyatları zamanı N8N və 70N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını aşağıda göstərilənlərlə əsaslandırmışdır. Belə ki, cavabdeh orqan tərəfindən vətəndaş İddiaçı1 döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə N saylı hərbi hissədə xidmətləri xx.xx.N0N1-ci il tarixdən sonraya, yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktında göstərilmişdir ki, aşağıda imza edənlər komissiyanın sədri; 5-ci taborun komandiri polkovnik-leytenant X4, komissiyanın üzvləri: 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini baş leytenant X7, 5-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor X8, 5-ci taborun 1N-cü bölüyünün 1-ci taqım komandiri baş leytenant X6 bu aktı tərtib etmişdir ki, həqiqətən də hərbi vəzifəli əsgər İddiaçı1 xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. Həmçininin İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli, N- 4N-NN/N-467/NN nömrəli məktubunda qeyd edilmişdir ki, 1987-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı1 xx.xx.N0N0-cı il tarixdən xx.xx.N0N0-ci il tarixdək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək isə 70N nömrəli hərbi hissədə səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdeh orqan tərəfindən N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmri ilə 6-cı tamamlama bölüyünün sanitar atıcısı İddiaçı1 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0N5 nömrəli əmrinə əsasən hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə İddiaçı1 N noyabr N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilməsi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığı, 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N1N nömrəli əmri ilə sanitar və qaytarılmaz itkilərin bərpası üçün əsgər İddiaçı1 N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrlə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması qeyd edilmiş, lakin 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktla iddiaçının xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilməsi və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi, döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər 70N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən iddiaçının müraciətinə formal cavab vermişdir. İş materialında olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrindən görünür ki, N noyabr N0N0-ci il tarixdən əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin, əsgər İddiaçı1 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N1N nömrəli əmri ilə həmin hərbi hissənin 5-ci motoatıcı tabor 14-cü bölük N-ci taqım N-ci manqa baş atıcı vəzifəsinə təyin olunmuşdur. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında izahatında bildirir ki, o elə xx.xx.N0N0 tarixindən etibarən xidmət etdiyi N8N hərbi hissədən çıxmış və 70N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan, ziddiyyətli məqamları aydınlaşdırmadan, qeyd edilən dövlərdə müvafiq hərbi hissələrin səlahiyyətli vəzifəli şəxslərini inzibati icraata cəlb etmədən, iddiaçının 70N nömrəli hərbi hissədə xidmətinin N noyabr N0N0-ci il tarixindən sonraya təsadüf etdiyini əsas gətirərək onun ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçının xx.xx.N0N0xx.xx.N0N0-ci il aralığında faktiki olaraq hansı hərbi hissənin tərkibində xidmət etməsi və yaxud harada olması barədə xüsusi araşdırma aparılması tələb olunur. Cavabdeh inzibati orqan N8N və 70N nömrəli hərbi hissələri (həmin hərbi hissələr mövcud olmadıqda onları əvəz edən digər hərbi hissələri), xüsusi səlahiyyətli ixtisaslaşmış mütəxəssisləri, hərbi biletdə qeydləri aparan şəxsi (şəxsləri), işin faktiki halları ilə bağlı dəqiq məlumatlar vermək imkanına malik şahidləri işə cəlb edərək digər əlaqəli mötəbər sübutlarla xüsusi araşdırma apararaq qərar qəbul etməli idi. Lakin, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan iddiaçıya imtina cavabı vermişdir. Belə olan halda da, iş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından hazırkı mərhələdə iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, qeyd edir ki, hazırki halda yuxarıda göstərilən ziddiyyətli hallar aydınlaşdırılmadan iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 7N.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 7N.N-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 7N.N.N-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə kollegiyası hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən görünür ki, məcburetmə haqqında iddia növünə aid mübahisəyə baxılakrən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığı hallarda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər. Həmçinin yuxarıda qeyd edilən hüquq normalarının (İPM 7N.N.N-cü maddəsinin) məzmunundan görünür ki, əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyini müəyyən edərsə və məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda və yaxud məhkəmənin inzibati orqanın əvəzinə xeyli vaxt tələb edən araşdırmalar aparmalı olduğu hallarda, məhkəmə “bir qayda olaraq”, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yəni həmin normanın məzmununa görə əgər qərar çox iş tələb edən digər araşdırmalar aparılmaqla qəbul edilməlidirsə, onda, məhkəmə onun qəbulunu inzibati orqana həvalə etməli, eyni zamanda, inzibati orqanın üzərinə qərar qəbul edərkən məhkəmənin hüquqi mövqeyini nəzərə almaq öhdəliyi qoymalıdır. Onu da qeyd etmək lazımdır ki, məhkəmə iddiaçının xeyrinə qərar qəbul etdikdən sonra məhkəmənin mövqeyi nəzərə alınmaqla inzibati orqan müraciətə yenidən baxarkən təkrar vətəndaşın ziyanına olan imtinaedici inzibati akt qəbul edərsə, iddiaçı yenə də həmin akta qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr N0NN-cü il tarixli, N-1(1N0)-677/N0NN saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar