Məhkəmə qərarları › İş №2-1(106)-207/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-207/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-207/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, əmək haqqı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2013-cu il tarixdən yenidən hesablanması və 474 manat iddiaçının pensiyasından qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qərarların ləğv edilməsi, əmək haqqı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2013-cu il tarixdən yenidən hesablanması və 474 manat iddiaçının pensiyasından qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-2416/2024 nömrəli qərardadı ilə iddia tələbinin “xx.xx.2013-cü il tarixdən dövlət qulluğu pensiyasının düzgün hesablanması, yaranmış fərqin ödənilməsi və pensiyadan qanunsuz tutulmuş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi və əmək pensiyamda yenidən hesablanma aparılaraq dövlət qulluqçusu kimi stajımın 11 ildən çox olmasını nəzərə alınmasını, əvvəlki dövrlərlə bağlı yaranmış fərqin ödənilməsi və tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-275/2024 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun dövlət qulluğunda 11 il 6 ay iş stajı vardır. Dövlət qulluğu stajının 11 il 6 ay olması Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, iddiaçı ilk dəfə dövlət qulluğu pensiyasının düzgün hesablanmadığına, yəni dövlət məvacibi olan vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçularına növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin pensiya təyin edilən zaman nəzərə alınmaması ilə bağlı Lerik DSMF-nə qarşı məhkəmədə iddia qaldırmışdır. Şirvan İnzibati- İqtisadi Məhkəməsi də onun tələbini təmin etmişdir. İddiaçının hazırki tələbi isə ondan ibarətdir ki, dövlət qulluğu pensiyası 1-ci dəfə Lerik DSMF tərəfindən düzgün təyin edilməmişdir. İddiaçının dövlət qulluğu pensiyası 10 oktyabr 2013-cü ildən 350 manat təşkil edir, ilk dəfə 10 oktyabr 2013-cü ildə ona 154 manat pensiya təyin edilmişdir, 2013-cü ilin noyabr ayında pensiyası 187 manat, 2013-cü ilin dekabr ayında 245 manat məbləğində təyin edilmişdir. 245 manat pensiyanı iddiaçı 2013-cü ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər almışdır. DSMF-nin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasında dövr ərzində iddiaçıya hər ay 356 manat 20 qəpik məblğində pensiya ödənilməsi göstərilmişdir. Həmin məbləğ formal yazıİmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda 10767,21 manat artıq pul vəsaitinin iddiaçıya ödənilməsi göstərilmişdir. Lakin bu zaman heç bir sənədə əsaslanılmır. Belə ki, DSMF-nin Lerik rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 56M1869 nömrəli məktubuna əsasən xx.xx.2013cü ildən xx.xx.2018-ci ilə qədər iddiaçıya ödənilən məbləğ 17030,91 manat olmuşdur, iddiaçı isə faktiki olaraq 17034,68 manat almışdır. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixə kimi olan dövr üçün 350,19 manat pensiya məbləğinin verilməsini tələb edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi qaydaları”nın 4-ü bəndinə əsasən dövlət qulluğunda xidmətin 2-ci ilindən başlayaraq dövlət qulluğuna görə qulluq stajı müddətindən asılı olaraq hər ay 10 ildən-15 ilədək olan müddət üçün 20% əlavə haqq ödənilir. İddiaçının işlədiyi vəzifələr yardımçı vəzifələr olmuşdur, bu barədə X4 Məhkəməsinin qərarı mövcuddur. İddiaçının dövlət qulluğunda xidmət müdətinin 11 il 6 ay olması həmin qərarla təsdiq edilir. Lakin buna baxmayaraq həmin müddətdə dövlət qulluğu nəzərə alınmadan iddiaçıya pensiya təyin edilmişdir. Halbuki Lerik rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş arayışlara əsasən əmək haqqları və mükafatlar da 2018-2019-cu illərdə pensiyanın üzərinə hesablanmamış və pensiyasına əlavə edilməmişdir. Cavabdeh qanunsuz olaraq məhkəmə qərarı olmadan 2020ci ilin sentyabr-dekabr və 2021-ci ilin yanvar-oktyabr ayları üçün pensiyasının 474 manat məbləğində olan miqdarını hər ay 174 manat kəsmişdir, həmin hesabla cavabdeh iddiaçıya 2436 manat pensiyanı ödəməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək dövlət qulluqçularına verilən iqlim şəraitinə görə əlavələr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən Hesablanmasını xahiş etmiş, Filial tərəfindən verilmiş cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən dövlət qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüquqları vardır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş Hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun oüdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Dövlət qulluqçularına bu Qanunun 20.11-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləği, dövlət məvacibindəki sonrakı artımlar əmək pensiyası təyin edilərkən nəzərə alınır. İddiaçı Ə.S.X9 rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi işlədiyi son 24 ay (xx.xx.1998-xx.xx.2000-ci illər) nəzərə alınmaqla yaşa əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Sözügedən Qanuna əsasən qeyd etmək lazımdır ki, İddiaçı pensiyası hesablanarkən əsas götürülmüş dövr ərzində (xx.xx.1998-xx.xx.2000-ci illər) iqlim şəraitinə görə verilən əlavə haqqın ona ödənilməsi ilə bağlı hər hansı bir təsdiqədici sübut olmadığından, həmin pul təminatının əmək pensiyası hesablanarkən tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq qeyd etmək lazımdır ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə arta aylıq vəzifə maaşı 298,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 44,81 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 36,98 manat olmaqla orta aylıq əmək haqqısı 475,42 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 4 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (475,42 manat) 49 faizi-232,95 manat məbləğində hesablanmalı olduğu halda, 356,20 manat müəyyən edilərək xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilb. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 6285,75 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyirredilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 7 il 4 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 24,43 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 328,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 49,31 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 40,73 manat olmaqla orta aylıq əmək haqqısı 516,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (475,42 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (516,67 manat) arasındakı fərq məbləğinin (41,25 manat) 24,43 faizi-10,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (232,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 243,03 manat hesablanmalı olduğu halda, 375,26 manat müəyyən edilərək xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2380,14 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Pezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 494,58 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 74,19 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 61,22 manat omaqla orta aylıq əmək haqqısı 744,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi-55,65 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 298,68 manat hesablanmalı olduğu halda, 473,79 manat müəyyən edilərək xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2101,32 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 10767,21 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Filiala təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı iddia tələbində nəzərdə tutulmuş bir digər məsələ olan əmək pensiyasından hazırki tarixədək qanunsuz tutulma aparılması barədə qeyd etmək lazımdır ki, Filialın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktuba və X10 Sistemindən çıxarışlara əsasən Filial tərəfindən İddiaçı əmək pensiyasından tutulma aparılmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dövlət qulluğuna aid pensiya düzgün hesablanmadığına, yəni onun dövlət məvacibi olan vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçularına növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin pensiya təyin edilən zaman nəzərə alınmadığına görə Lerik DSMF-nə qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin iddia tələbim Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2l(086)-2654/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərarla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Lerik rayon şöbəsinə qarşı vəzifə səlahiyyətlərinin icrasına görə iddiaçının vəzifə maaşının 15 faiz əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏ:iM Naziriliyi yanında DSMF-nun Lerik rayon şöbəsinin üzərinə qoyulmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1 (086)-2654/2017 saylı xx.xx.2017-ci il tarixli qərar qəbul edilərkən düzgün olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”-nın, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”-nın, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifatı toplusu”- nun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”-nın müvafiq bəndlərinə istinad edilməklə qəbul edilmişdir. Hazırda qüvvədə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (086)-2654/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının hazırki tələbiylə bağlı Şirvan İnzibati məhkəməsində işə baxılarkən onun iddiasının bütöv həcmdə təmin edilməsinə tam əsas verdiyi halda, məhkəmə xx.xx.2024-cü il tarixli, 2-l(120)-275/2024 saylı qərarla iddia tələbi əsassız olaraq qismən təmin edilmişdir. Baxmayaraq ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2- l(120)-275/2024 saylı qərarında zərup hesab etdiyi sübut kimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-l(086)-2654/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına istinad etmişdir. Lakin məhkəmə həmin qərara heç bir hüquqi qiymət verməmiş, onu qanunun tələbləri baxımından iddianın tam həcmdə təmin edilməsi istiqamətində deyil, cavabdehin mövqeyi baxımından münasibət bildirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsində göstərilir: Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82-ci maddəsində isə göstərilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Eləcə də 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Şirvan İnzibati Məhkəməsi tərəfindən qeyd olunan işə baxılarkən tam araşdırılma aparılması məqsədilə iş üzrə 03 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçının iş materiallarında olan sənədlərə əsasən 01 dekabr 2013-cü ildən pensiyası hesablanan zaman dövlət məvacibi 583.66 manat təşkil etmişdir. Pensiyaların 01 mart 2018-ci il tarixdən yenidən hesablanmasına dair verilən hesablanma qaydasına müvafiq olaraq, pensiyam 372,83 manat məbləğində müəyyən edilir, o cümlədən; 645.41-583,66 manat = 61.75 manat xl32 (11 il iş stajı üzrə ayların sayı) x 50% (15 ilə qədər stajı olan məvacibin 50% nəzərdə tutulduğundan) : 180 (15 il stajı üzrə ayların ayı) = 22.64 manat. 01 mart 2013-cü il tarixdən pensiyada artım fərqi 22.64 manat təşkil edir. Əvvəlki pensiya 350.19 manat + 22.64 manat = 372.83 manat. 01 mart 2018-ci il tarixdən pensiya məbləği 372.83 manat məbləğində müəyyən edilir. Lakin, məhkəmə ekspert tərəfindən hazırda mübahisələndirilən stajın 7 il 4 ay deyil, 11 il qeyd edilməsi və 11 il stajın hesablanması məqsədilə hansı qanunvericilik aktlarına istinad edildiyi kimi halların əsaslandırılmamasını qeyd etməklə həmin ekspertiza rəyinə qərəzli olaraq tənqidi yanaşmış, onun qanuniliyini şübhə altına almış və iddianın tam həcmdə təmin edilməsi məqsədilə sübut kimi qəbul etməmişdir. İddiaçı qeyd edir ki, məhkəmə onun mübahisəli illərdə işlədiyi vəzifənin halhazırda dövlət qulluğu üzrə hansı vəzifəyə uyğun olması barədə məlumatın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası X7nə sorğu vermiş və verilmiş həmin sorğuya cavabı sübut kimi əsas götürməklə yekun nəticəyə gəlmişdir.Halbuki, ekspertiza rəyinin təsbiri-əsaslandırıcı hissəsindən görünür ki, ekspert qanunvericliyin normalarına, metodik vəsaitlərə istinad edərək qeyd olunan nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, ekspertizanın keçirilməsi ekspertlərə həvalə edilən vaxt yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması ona elan edilir. Belə olduğu halda məhkəmə tərəfindən ekspertiza rəyinin əsaslı olmaması nəticəsinə gəlməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçıya təyin olunmuş pensiya cavabdeh tərəfindən 2020-2021-ci illərdə olan dövr ərzində kəsilmişdir. Lakin məhkəmənin gəldiyi nəticə yanlışdır. Çünki, cavabdeh tərəfindən Dövlət qulluğu pensiyası 2020-ci ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına kimi olan dövr üçün kəsilmişdir. Bundan başqa, ƏƏSM Nazirliyi tabeliyində Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********6 nömrəli Qərarda həmin tarixlərdə təyin olunan hazırki pensiyanın məbləği 473 manat 79 qəpik olduğu təsdiqlənməsinə baxmayaraq, dövlət məvacibimin 744 manat 45 qəpik olduğu göstərilsə də, faiz qrafasında bilərəkdən faiz göstərilməmişdir. İddiaçı qeyd edir ki, onun tələbi həmin Qərarda xx.xx.2019-cu idə ömürlük təyin edilən 298 manat 68 qəpik olmasının ləğv edilməsidir. Həmin Qərarda cavabdeh tərəfindən göstərilən rəqəmlər formal olaraq yazılmış, ona pensiyasının 2013-cü il tarixdən 2017-ci ilin oktyabr ayına kimi 245 manat olduğu göstərilmişdir. Bundan başqa, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2017-ci il tarixli Qərarına əsasən birinci dəfə iddiaçıya təyin edilmiş pensiya Dövlət qulluğu pensiyası deyil, əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğu pensiyası təyin edilmədiyinə, 2013-cü ilin 10 oktyabr tarixdən 31 may 2017-ci il tarixə kimi, yəni 3 il 7 ay müddətində ümumilikdə 3225 manat dövlət məvacibi hesablanmamışdır. Ona görə də Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1(086)- 2654/2017 saylı xx.xx.2017-ci il tarixli Qərarına əsasən həmin məbləğin iddiaçıya ödənilməsi təmin olunmuşdur. Lakin ödənilməyən məbləğdə olan 3225 manat pensiya pul məbləği təyin edilmiş 245 manat 63 qəpik manatın üzərinə faizlərlə hesaba alınmamış, Şirvan İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarında isə buna hüquqi qiymət verməmişdir. Eyni zamanda, iddiaçıya təyin edilmiş və onun aldığı 474 manat onun pensiyasından hər ay məhkəmə qərarı olmadan cavabdeh tərəfindən 174 manat qanunsuz olaraq kəsilmiş, pensiyamın mənə verilməsi barədə birinci dəfə dəfə Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Qərarları olduğu halda Şirvan İnzibati Məhkəməsi bu faktlara da hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim edilən sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmiş, və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı, həmçinin bildirmişdir ki, cavabdeh 2024-cü ildə Prezident Sərəncamına əsasən yanvar-fevral aylarında hər ay artım olan 42 manat pul vəsaitini (cəmi 84 manat) də kəsib verməmişdir. 2019-cu ildə Prezident müvafiq Sərəncamına əsasən Dövlət qulluğu pensiyaları 50% artırıldığı halda, ona cavabdeh tərəfindən pensiya artım hesablanmamışdır. Ona görə də 4 il 3 ay ərzində cavabdeh tərəfindən əsassız olaraq ödənilməmiş cəmi 9090 (doqquz min doxsan) manat məbləğində pensiya pulumun ödənilməsi məhkəmə tərəfindən təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarının iddianın təmin edilməyən hissəsində qismən ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qərarın mübahisələndirilən hissəsində yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)- 275/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-275/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını, tələbinə “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi ilə bağlı cavabdehin nümayəndələri tərəfindən etiraz daxil olmadı. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, № 2-1(106)207/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi və əmək pensiyasında yenidən hesablanma aparılaraq dövlət qulluqçusu kimi stajının 11 ildən çox olmasını nəzərə alınmasını, əvvəlki dövrlərlə bağlı yaranmış fərqin ödənilməsi və tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisəli illərdə iddiaçının işlədiyi vəzifənin halhazırda dövlət qulluğu üzrə hansı vəzifəyə uyğun olması barədə məlumatın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası X7nə sorğu verilmişdir. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982-1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda sovxozlar, istehsalat birlikləri, istehsalat satış birlikəri və damazlıq müəssisələri və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982- 1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 2.13cü bəndində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Nəzərə alınmalıdır ki, X7 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Digər tərəfdən inzibati orqan tərəfindən iddiaçıya təyin edilən pensiya məbləğindən heç bir tutulma aparılmadığından iddiaçının həmin hissədə tələbi əsassız olmuşdur. Həm məhkəmə iclaslarında, həmdə sorğu cavablarında inzibati orqan tərəfindən heç bir tutulmanın aparılmadığı qeyd edilir. İddiaçı isə tutulma aparılmasa belə yenidən hesablanma nəticəsində ona az pensiya təyin olunduğu əsası ilə həmin məbləğin ona ödənilməsini xahiş etdiyini bildirmişdir. Həmin hissədə də, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən pensiya məbləği düzgün hesablanmışdır. Odur ki, iddiaçı ilə bağlı inzibati orqan ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli, **********3 nömrəli qərar və qərar ilə yenidən hesablanma ilə bağlı inzibati orqanın hərəkətləri düzgün olmuşdur. Odur ki, inzibati orqanın həmin hissə də hərəkətlərini iddiaçının hüququnun pozan hal kimi qiymətləndirmək olmaz. Lakin iddiaçının tələbinin digər hissəsi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi ilə bağlı olmuşdur ki, iddiaçının tələi həmin hissədə əsaslı olmuşdur. Belə ki, ddiaçının yanlış pensiya alması ilə bağlı faktiki şərt özüözlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə məbləğinin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinini xx.xx.2013-cü il tarixli, 149 nömrəli qərarından və pensiya işindən görünür ki, iddiaçının 11 il sığorta stajına uyğun Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2654/2017 nömrəli qərarından görünür ki, İddiaçı vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşına əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərarın əsaslandırma hissəsində qeyd edilən Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin məktubundan görünür ki, iddiaçının dövlət qulluğu stajı 11 il 6 ay olmuşdur. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı pensiyası yenidən hesablanmış və ona xx.xx.2013-cü il tarixdən təyin edilmiş 473 manat 79 qəpik pensiya məbləği 298 manat 68 qəpiyə endirilmişdir. İş materiallarında olan cavabdehin “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarı əsasında iddiaçıya İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 10767,21 manat məbləğində artıq ödənildiyi müyyən edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ortz aylıq vəzifə maaşı 494,58 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə - 49,46 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 74, 19 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 61, 22 manat olmaqla orta aylıq əmək haqqısı 744,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi – 55, 65 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla 2020-ci ilin sentyabr ayından etibarən əmək pensiyası 298,68 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 23 oktyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasında iddiaçıya 10767,21 manat artıq pul vəsaiti ödənildiyini bildirib. Həmin vəsaitin qaytarılması ilə əlaqədar iddiaçının yazılı razılığının təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-24407/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən, tərəflərin verdikləri izahatlardan müəyyən edilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilərək İddiaçı ilkin pensiyanın təyin edilməsinə əsas olan xx.xx.2013-cü il tarixli qərar dəyişdirilərək, həmin qərarla təyin edilmiş 473 manat 79 qəpik pensiya məbləği 298 manat 68 qəpiyə endirilmişdir (azaldılmışdır). Cavabdeh hesab etmişdir ki, xx.xx.2013-cü il tarixdə iddiaçıya pensiya təyin edilərkən səhvə yol verilmiş, 7 il 4 ay 27 gün sığorta stajına uyğun pensiya təyin edilməli olduğu halda 11 il sığorta stajına uyğun pensiya təyin edilmiş və həmin sığorta stajına uyğun iddiaçıya artıq pensiya məbləği hesablanaraq ödənilmişdir. Eyni zamanda sonradan cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 10767,21 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Müəyyən edilmişdir ki, iddiaçının razılığı olmadığına görə artıq ödənilmiş məbləğ pensiyadan tutulmalar şəklində büdcəyə bərpa edilməmişdir. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla və “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarlarla razılaşmayaraq sözügedən qərarların ləğv edilməsini istəyir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının iddiası əsasında Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2654/2017 nömrəli qərarı ilə iddiaçının pensiyası cavabdeh orqan tərəfindən yenidən hesablanmış və həmin hesablanma zamanı cavabdeh inzibati orqan iddiaçının 11 il sığorta stajını nəzərə alınmaqla xx.xx.2013-cü il tarixli, 149 nömrəli qərar ilə pensiyanın təyin edilməsindən məlumatlı olmuşdur. Başqa sözlə, cavabdeh inzibati orqan razılaşmadığı (qanunsuz əlverişli inzibati akt hesab etdiyi) xx.xx.2013-cü il tarixli, 149 nömrəli qərarının məzmunundan və hüquqi nəticələrindən ən geci 2017-ci tarixində məlumatlı olmuşdur. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu və ya hesablandığı hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin etmiş, xx.xx.2020-ci il tarixdə müvafiq qərar qəbul edərək həmin (xx.xx.2013-cü il tarixli) qərarı dəyişdirmiş və pensiyanı yenidən hesablamışdır (təyin edilmiş pensiyanın məbləğini azaltmışdır). Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan halların məhz xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Halbuki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2654/2017 nömrəli qərarın əsaslandırma hissəsindən görünür ki, həmin qərar qəbul edilərkən də cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2013-cü ildə əmək pensiyası təyin edilərkən onun 11 il 6 ay dövlət qulluğu stajına malik olduğundan məlumatlı olmuşdur. Başqa sözlə, cavabdeh inzibati orqan razılaşmadığı (qanunsuz əlverişli inzibati akt hesab etdiyi) xx.xx.2013-cü il tarixli, 149 nömrəli qərarının məzmunundan və hüquqi nəticələrindən ən geci 2017-ci tarixində məlumatlı olmuşdur. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Yəni, cavabdeh orqan xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan qərarı qanunsuz əlverişli inzibati akt kimi qəbul edir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını, tələbinə “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin qəbul olunması ilə bağlı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia təmin edilməli və cavabdehin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-275/2024 saylı qərаrı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********6 nömrəli nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Dövlət Sosial Müdafiə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar