Məhkəmə qərarları › İş №2-1(106)-21/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-21/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-21/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşmə zamanı müavinət hesabına daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(120)-1163/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin avqust ayından ona verilməli olan 60 manat vahid aylıq müavinətin hər ay hesablanaraq cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildən X5 xidmətə qəbul olunub 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Ölkə Prezidentinin məlum sərəncamına uyğun məcburi köçkünlərə verilən çörək pulunu hər bir məcburi köçkün kimi o da almışdır. Lakin 2010-cu ildə ona məlum olmayan səbəbdən ona verilən çörək pulu İcra hakimiyyəti tərəfindən dayandırılmışdır. Səbəb kimi bildirirdilər ki, "xidmət zamanı sizə ay ərzində çörək pulu verilir”. Qaydalara tabe olaraq əlavə mübahisə aparmağı lazım bilməmişdir. Lakin xidmətdən xaric olunandan sonra Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən xidmətdən xaric olunmağı barədə arayışı və digər tələb olunan sənədləri Böyük Mərcanlı kənd üzrə icra nümayəndəsinə təqdim etməyinə baxmayaraq bu günə kimi ona həmin vəsaitin (məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi) verilməsi təmin olunmamışdır. Dəfələrlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmilərinə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq tələb etdiyi qanuni tələbi təmin olunmamışdır. Rəsmi müraciətinəəsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmisi İslam Şahverənov aylıq vahid müavinətin verilməməsini şəxsi imzası ilə 13 aprel 2021-ci il tarixli, 310 nömrəli məktubda qeyd etmişdir ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinəəsasən yaş həddinə görəəmək pensiyasına çıxdığınıza görə vahid aylıq müavinətiniz bərpa olunmamışdır. Həmçinin vahid aylıq müavinətin bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarın 2.13-cü bəndində qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görəəmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara” vahid aylıq müavinət verilməsin. Həmin qərarın 2.13-cü hissəsindən tam məlum olur ki, vahid aylıq müavinətin ona verilməsi üçün heç bir maneə yoxdur. Göründüyü kimi, hər hansı bir inzibati vəzifə tutmamış, publik hüquqi şəxs olmamış, eləcə də deputat və məhkəmə orqanlarına hakim təyin olunmamışdır. Həmçinin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Nə dərəcədəədalətlidir ki, ona qədər xidmətdə olmanın son yaş həddinə çatdıqlarına görə 65 və 50 yaşında orqandan xaric olunmuş digər adamlar aylıq vahid müavinəti ala bilirlər, amma o öz arzusu ilə 45 yaşında xidmətdən xaric olunmağına baxmayaraq almır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi səxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vahid aylıq müavinətin ona verilməsinin bərpa olunması barədə məhkəmə tərəfindən qərarın qəbul olunması ədalətli olardı. Yuxarıda qeyd etdiklərinəəsasən bildirir ki, onun hüquqları Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əsasən, iddiaçının vahid aylıq müavinətin verilməsi ilə əlaqədar müraciəti Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən 13 aprel 2021-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Naziriər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasımın 2.13-cü bəndinin tələblərinə uyğun olaraq iddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığından vahid aylıq müavinəti bərpa olunmamışdır. Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1 -ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki. şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5- ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara. Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara. Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil edilmir. Bildirirlər ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Aparılmış araşdırma zamanı, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl rayon Polis Şöbəsində xidmət etməsi və 11 avqust 2020-ci il tarixindən öz arzusu ilə xidmətdən xaric olunması müəyyən olunmuşdur. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə uyğun olaraq, İddiaçı vahid aylıq müavinət ödənilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı "adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı S.Mərkanlının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, cavabdeh qismində əls cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin cəlb edilməsi və Cəbrayıl Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı S.Mərkanlının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabatda Qaçqınkom tərəfindən keçirilən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” kimi oxunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(120)-1163/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsində xidmət etməsi və xx.xx.2020-ci il tarixindən öz arzusu ilə xismətdən xaric olunması müəyyən olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil edilmir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1163/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı “Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabatda Komitə tərəfindən keçirilən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər

Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir.

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ... 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş 24 may 2023-cü il tarixli, 3-17-1/2-115439/2023 nömrəli məktuba əsasən, İddiaçı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işdən azad edildikdən sonra, xx.xx.2020-ci il tarixdən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi ona yaş həddinə görə deyil, yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək İddiaçı adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 3254 nömrəli arayışından görünür ki, istefada olan polis baş serjantı İddiaçı həqiqətən Cəbrayıl rayon Polis Şöbəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 446 saylı məktubunda bildirilmişdir ki, İddiaçı 11 avqust 2020-ci ildə Cəbrayıl rayon Polis Şöbəsindən öz arzusu ilə işdən azad olunmuş və onun təqdim etdiyi sənədlər 2020-ci ilin oktyabr ayının hesabatına əlavə olunaraq Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətin verilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndini əsas gətirərək (yaş həddinə görəəmək pensiyaya çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Polis orqanlarından öz arzusu ilə işdən azad olunmuş şəxslərin müraciətləri əsasında 21 avqust 2020-ci il tarixli, 710 nömrəli məktubla Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilərək, bu qəbildən olan şəxslərin vahid aylıq müavinətlərinin bərpa edilməsi xahiş edilmiş, lakin müsbət cavab alınmamışdır. İş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 2699 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Polis Şöbəsinin sabiq polis əməkdaşı İddiaçı "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 17ş/h nömrəli əmrinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmçinin sabiq polis əməkdaşı İddiaçı aid təqaüd sənədləri hazırlanaraq xx.xx.2020-ci il tarixli, 3274 nömrəliməktubla Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinəəsasən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən tərəfimizdən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1059 saylı məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakin İddiaçı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdəCəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. O, hazırda məcburi köçkün kimi Biləsuvar rayonu ərazisindəki 6 saylı qəsəbədə yaşayır. Nazirlər Kabinetinin 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Təlimatın 6.1.12-ci bəndinə və 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasımın 2.12-ci bəndinəəsasən dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. İddiaçı 11 avqust 2020-ci il tarixədək dövlət qulluğunun xüsusi növündə (Cəbrayıl rayon Polisi şöbəsində) işlədiyi üçün ona verilən vahid aylıq müavinət Qaydalara əsasən dayandırılmışdır. O, işdən öz arzusu ilə azad olunduqdan sonra - 2020-ci ilin sentyabr ayı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən siyahıya salınaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin Komitə onun adını siyahıdan çıxardara vahid aylıq müavinət ödəməmişdir. Əlavə olaraq qeyd edilir ki, Polis orqanlarından öz arzusu ilə işdən azad olunmuş şəxslərin vahid aylıq müavinətlərinin bərpa edilməsi məqsədi ilə 21 avqust 2020-ci il tarixli 710 nömrəli məktubla Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin məktuba cavab verilməmişdir. Məhkəmə prosesində, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüldüyünün nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə 2020-ci ilin sentyabr ayına olan ay ərzində vahid aylıq müavinətə daxil olanlar barədə cədvəlin siyahısının 4-cü sırada İddiaçı adı və digər məlumatlar daxil edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabatda keçirilən dürüstləşmə zamanı adının çıxarılmasını qanunsuz hesab etmiş və adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən isə xx.xx.2022-ci il tarixli məktubla İddiaçı tərəfindən Komitəyə daxil olmuş ərizə Azırbaycan Respblikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 1050 nömrəli əktubunda aşağıdakılar bildirilmişdir: Sizin vahid aylıq müavinətinizin bərpa edilməsi üçün təqdim etdiyiniz sənədlər Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən hesabata əlavə edilmiş və 2020- ci ilin sentyabr ayında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətlə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndindəəsasən yaş həddinə görəəmək pensiyasına çıxdığınızı əsas gətirərək vahid aylıq müavinətinizi bərpa etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsində müəyyən edilmişdir ki, daxili işlər orqanlarında qulluq keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bununla yanaşı, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci abzasına əsasən polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Qeyd edilənlərə əsasən Cəbrayıl rayon Polis şöbəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır və həmin iş müddəti dövlət qulluğunun xüsusi növünə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24 may 2023-cü il tarixli, 3-17-1/2-115439/2023 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı Mərdanlı X2 rayonundan köçürülmüş məcburi köçkündür. O, 1998-ci ildən X5 xidmətə qəbul olunmuş və 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmişdir, 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək “Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci ci il sentyabr ayı üzrə hesabatın dürüstləşmə zamanı müavinət hesabına daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi iddiaçınn həmin müraciətindən imtina etmişdir. Komitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığına görə ona aylıq müvainət təyin edilməməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanın 1-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 2.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün statusu olan şəxslərə aylıq müavinət şamil edilmir. Göründüyü kimi məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin verilməsi nəzərdə tutulsa da, həmin müavinət yuxarıda göstərilən Qaydada, xüsusilə də həmin Qaydanın 2.13-cü bəndində nəzərdə tutulan şəxslərə və hallara şamil edilmir. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının” 2.13-cü bəndinə əsaslanaraq iddiaçının tələbinin təmin edilməməsini xahiş edir. Yəni, cavabdeh hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən Qaydanın 2.13-cü bəndində göstərilən sahədə (vəzifədə) işlədiyindən və bu sahə üzrə yaş həddinə görə əmək pensiyasına çıxdığına görə məcburi köçkün statusu olan şəxslərə ödənilməsi nəzərdə tutulan aylıq müavinət ona şamil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, işin faktiki hallarına görə İddiaçı 27 avqust 1998-ci il tarixdə X5 işə qəbul olunmuş, Cəbrayıl rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi çalışmış və 11 avqust 2020-ci il tarixdə öz arzusu ilə polis baş serjantı kimi xidmətdən xaric olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Həmin Qanununun 1-ci maddəsinin 2-ci abzasına əsasən polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında qulluq keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilən hüquq normalarından görünür ki, Cəbrayıl rayon Polis şöbəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır və həmin iş müddəti dövlət qulluğunun xüsusi növünə aiddir. Yəni, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının” 2.13-cü bəndində göstərilən sahələrdə işləyən şəxs olmamışdır. Bununla belə, işin obyektiv həll edilməsi üçün Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu verilmiş və İddiaçı tutduğu vəzifənin (polis nəfəri vəzifəsinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndində nəzərdə tutulmuş hər hansı vəzifə hesab olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq DİN Maliyyə-Plan İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-27/2-3821/2024 nömrəli məktubunda bildirilmişdir ki, DİO-nun xüsusi rütbəli “məcburi köçkün” əməkdaşlarının tutduqları vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarının 2.12-ci bəndində qeyd edilən vəzifələrə uyğundur. Həmçinin DİO-nun bütün xüsusi rütbəli əməkdaşları kimi sabiq polis nəfəri, polis serjantı İddiaçı xidmət dövründə Nazirlər Kabinetinin 2000-ci il 20 aprel 73 nömrəli qərarının 1.2-ci bəndinə əsasən ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası ilə təmin edilmişdir. Yəni, iddiaçının polis nəfəri kimi xidmət etdiyi sonuncu iş yeri həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndində nəzərdə tutulmuş hər hansı vəzifə olmadığnı bildirmişdir. Bundan başqa, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyinə görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.6-cı, 7.0.6-cı və 11.1.5-ci maddələrinə əsasən ona “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş müavinət təyin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq yuxarıda qeyd edilənlərlə yanaşı aşağıdakıları qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-cı və 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Həmin Qanunun 11-ci və 11.1.5-ci maddələrinə sasən müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanın 1-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Məhkəmə kollegiyası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.6-cı maddəsində nəzərdə tutulmuş müavinət ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanın 1-ci bəndi ilə müəyyən edilmiş müavinətin eyni müavinət olub-olmamasını müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Həmin İdarədən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-29860/2024 saylı rəydə qeyd olunur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Qeyd etmək istərdik ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi sözügedən Qanunla tənzimlənmir. Belə ki, Qanunun 4.0.1.6-cı maddəsində qeyd olunan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət dedikdə şəhid uşaqlarına müavinət, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə müavjnət, Çemobıl qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına müavinət, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına müavinət nəzərdə tutulur. Göründüyü kimi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1.6-cı maddəsində nəzərdə tutulmuş müavinət ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanın 1-ci bəndi ilə müəyyən edilmiş müavinətin eyni müavinət deyildir. Buna görə də “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq “pensiya təyin edilən şəxsə məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətin təyin edilməsinin mümkünsüzlüyü ilə bağlı” cavabdeh inzibati orqanın dəlillərinin heç bir qanuni əsası yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(120)-1163/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar