Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-210/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(120)-1576/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan əsassız pul tutulmasının dayandırılaraq, tutulmuş vəsaitin qaytarılması” barədə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildən diabet xəstəliyindən və böyrək çatışmamazlığından əziyyyət çəkməklə əvvəlcə 2-ci qrup, 2017-ci ildən isə 1-ci qrup əlilliklə pesiya almış, 2020-ci ildə əlilliyin təyini ilə bağlı pandemiya ilə bağlı müəyyən çətinliklər yaranmış, 10 ay ümumiyyətlə pensiya almamış, 2021-ci ilin mart ayında isə ona 2-ci qrup əlillik təyin edilmişdir. Xəstəliyinə dair göndərişdə xəstəlikləri tam qeyd edilməmişdir. Belə ki, 1-ci tip şəkərli diabet olmağı, bununla bağlı gözlərində 4 dəfə cərrahi əməliyyat olunması qeyd edilməmişdir. Həmçinin ayaqlarında problemlər yaranmış, bu da qeyd edilməmişdir. Bütün bunlara baxmayaraq ona 2-ci qrup əlillik təyin edilmişdir. Cari ilin iyul ayından başlanmaqla pensiyasından hər ay 36 manat pul vəsaiti tutulur. Bununla maraqlandıqda isə DSMF-dan şifahi olaraq bildirdilmişdir ki, 2-ci qrup əlillik təyin edildiyindən 1-ci qrup əlil olduğu dövrdə aldığı pensiya ondan tutulacaqdır. Halbuki pensiyasından nəyə görə və hansı qərarla pulun tutulması barədə ona rəsmi məlumat verilməmiş, artıq ödənmiş vəsaitin geri qaytarılması təklif edilməmiş, heç bir normativ akta istinad edilmədən, hər hansı bildiriş və ya qərar təqdim edilmədən pensiyasından zidd olaraq pul vəsaiti tutulur. Özü diabet xəstəsi olmaqla qeydiyyatda olmağına baxmayaraq görmə məhdudiyyəti vardır. Ayaqlarında problemlər vardır. Həmin fəsadların daha da ağırlaşmaması üçün isə mütəmadi olaraq müalicə alır. Qeyd olunan müalicələri öz hesabına aldığından verilən pensiyanın məbləği bunu ödəmir. Pensiyasından əsassız pul tutulmasının dayandırılaraq, tutulmuş vəsaitin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “pensiyadan əsassız tutulmanın dayandırılaraq, tutulmuş vəsaitinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktik haları bundan ibarətdir ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən iddiaçıya 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan, sözügedən şəxsə həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X3 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli, xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin (iddiaçı da daxil olmaqla) məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən İddiaçı təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, iddiaçının İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020-ci il tarixinədək İddiaçı ödənilən müavinət və təqaüd üzrə və M.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə artıqödəmə yaranmışdır. Əlavə olaraq bildiririk ki, artıq ödənilmiş vəsait iddiaçıya təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən tutulmaqla dövlət büdcəsinə qaytarılması məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli 29260 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda artıqödəmə məbləğinin yaranma səbəbi də qeyd olunmuşdur. Beləliklə İddiaçı xx.xx.2017-ci il tarixindən 31.05 2020-ci il tarixinədək müavinət və təqaüd üzrə 6947,67 (altı min doqquz yüz qırx yeddi manat 67 qəpik) manat, M.F.Məmmədovaya isə qulluğa görə təqaüd üzrə 700,00 (yeddi yüz) manat, ümumilikdə 7647,67 (yeddi min altı yüz qırx yeddi manat 67 qəpik) manat məbləğində artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Tibbi sosial ekspert komissiyası tərəfindən İddiaçı 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edıimiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1,2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. İnzibati iş üzrə İddiaçı “pensiyadan əsassız tutulmanın dayandırılaraq, tutulmuş vəsaitinin qaytarılınası öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən iddiaçıya 24 aprel 2017ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan, sözügedən şəxsə həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X3 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli xx/xx- 2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin (iddiaçı da daxil olmaqla) məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən İddiaçı təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, iddiaçının İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020-ci il tarixinədək İddiaçı ödənilən müavinət və təqaüd üzrə və M.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə artıqödəmə yaranmışdır. Əlavə olaraq bildiririk ki, artıq ödənilmiş vəsait iddiaçıya təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən tutulmaqla dövlət büdcəsinə qaytarılması məqsədi ilə Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli 29260 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda artıqödəmə məbləğinin yaranma səbəbi də qeyd olunmuşdur. Beləliklə İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müavinət və təqaüd üzrə 6947,67 (altı min doqquz yüz qırx yeddi manat 67 qəpik) manat, M.F.Məmmədovaya isə qulluğa görə təqaüd üzrə 700,00 (yeddi yüz) manat, ümumilikdə 7647,67 (yeddi min altı yüz qırx yeddi manat 67 qəpik) manat məbləğində artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Həmçinin tutulma ilə bağlı xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubla X11 Fondu tərəfindən iddiaçıya məlumat verilmişdir. Tibbi sosial ekspert komissiyası tərəfindən İddiaçı 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Əvvəlki redaksiyada deyilirdi: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.3. əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda; Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pulvəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarınavə ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “xx.xx.2022- ci il tarixli, 29262 nömrəli qərarın xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək İ dərəcə əlillik təyin edilmişdir ki, qeyd edilən əlillik 2020-ci ildə ləğv edilmişdir. Ləğv üçün əsas səbəb xəstənin məlumatlarının elektron reyestrdə olmaması göstərilmişdir. Lakin 2021-ci il müayinə nəticləri üzrə İddiaçı xəstəliyi öz təsdiqini tapmış və 26 mart 2021-ci il tarixdə ümumi səbəbdən müddətsiz İİ dərəcə əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8944/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAL19 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq “ümumi xəstəlik” səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra Nazirlik tərəfindən əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə araşdırılması aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Nəticə olaraq məhkəməyə daxil olmuş müvafiq sənədlərdə artıq vermənin müəyyən edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeydin, əsasın və sübutun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0-cı, 7.0.3-cü və 9.1.2-ci maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda əlillik müddətinə təyin olunaraq ödənilir. Eyni zamanda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən sizə 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, qulluq edən X3 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli № xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020-ci il tarixinədək ödənilən müavinət və təqaüd üzrə 6947,67 manat, M.F.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə isə 700 manat məbləğində olmaqla ümumilikdə 7647,67 manat artıqalma yaranmışdır. Tibbi sosial ekspert komissiyası tərəfindən 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi davam etdirilir. Artıq ödənilmiş 7647,67 manat vəsait təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən (hazırda 180 manat) 20% (36 manat) tutulmaqla dövlət büdcəsinə bərpa edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-70214/2023 nömrəli məktubundan görünür ki, Nazirliyin “Sosial ödənişlər” və “Əlillik” altsistemlərinin məlumat bazalarına əsasən iddiaçıya 24 aprel 2017-ci il tarixindən (müddətsiz) ümumi səbəbdən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bu baxımdan, sözügedən şəxsə həmin tarixdən əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X3 isə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 may 2020-ci il tarixli № xx/xx-2564 nömrəli məktubuna əsasən xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) müddətsiz əlillik təyin olunan 2127 nəfər şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlama zamanı bəzi şəxslərin (iddiaçı da daxil olmaqla) məlumatlarının hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı müəyyən edildiyindən, onların əlillikləri etibarsız hesab edilmişdir. Bu səbəbdən İddiaçı təyin olunmuş sosial müavinət və təqaüdün həmçinin qulluğa görə M.F.Məmmədovaya təyin olunmuş təqaüdün ödənişi 19 may 2020-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildiririk ki, İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyi etibarsız edildiyi üçün 24 aprel 2017-ci il tarixindən 31 may 2020- ci il tarixinədək İddiaçı ödənilən müavinət və təqaüd üzrə və M.F.Məmmədovaya ödənilən qulluğa görə təqaüd üzrə artıqödəme yaranmışdır. Tibbi sosial ekspert komissiyası tərəfindən İddiaçı 26 mart 2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi davam etdirilir. Əlavə olaraq bildiririk ki, artıq ödənilmiş vəsait iddiaçıya təyin olunmuş əlilliyə görə sosial müavinətin aylıq məbləğindən tutulmaqla dövlət büdcəsinə bərpa edilir. Eyni zamanda bildiririk ki, tutulma barədə xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8944/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAL19 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsa.stıamə’Və müvafiq olaraq “ümumi xəstəlik” səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra Nazirlik tərəfindən əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə araşdırılması aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAL19 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona “ümumi xəstəlik” səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmış və həmin tarixdən ona əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü, ona qulluq edən X3 isə İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra Nazirlik tərəfindən əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə araşdırılması aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Lakin, sonradan iddiaçının müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmuş və qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının əlilliyinin etibarsız hesab edildiyini nəzərə alıb, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək ona ödənilmiş müavinəti tutulması və dövlət büdcəsinə qaytarılması məqsədilə xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərar qəbul etmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarı ilə razılaşmayaraq, həmin qərarın xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulması hissəsində ləğv olunmasını və həmin qərar əsasında tutulmuş müavinətin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir və belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul ediməsi tələb olumur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq mübahisənin mahiyyəti üzrə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş müavinət məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq və yaxud əsassız ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığını almalı, belə razılıq olmadığı təqdirdə isə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıdan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərar qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında müavinət məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da “Sosial müavinətlər haqqında” qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Filial artıq ödənişlərin geri qaytarılması (tutulması) məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Odur ki, cavabdehin artıq ödənilmiş sosial müavinətin geri qaytarılması (tutulması) barədə qərarı qanunsuz və əsassızdır. Həmin qərara əsaslanmaqla ödənilmiş müavinət məbləğinin şəxsdən geri tələb edilməsi yolverilməzdir. Bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan şikayət təmin edilmədən, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, o cümlədən səhv və ya təhrif olunmuş məlumatlarıəks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə ona müavinətin təyin edilməsinə nail olmamışdır. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi də məntiqsiz olar. Yəni, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində müavinətin təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, müavinət təyini və ödənişin verilməsi ilə bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətinaparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixli, 29262 nömrəli qərarının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğin tutulma hissəsində ləğv olunması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş müavinətin xərclədiyi, hazırda da əlil olduğu və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2-1(120)-1576/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-210/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-210/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver