Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-210/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1131/2024 saylı qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-306A kod 60713018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə X32, X47, X43, X33 və X54 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin 02 aprel 2024-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” kimi baxılmasını və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin əsl cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X13, X31, X23, X15 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi kimi göstərilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində Beyləqan rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakı davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi X22nun qanuni istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsinə dair 1-ci Şahsevən kənd sovetinin 1983-1985 illərə aid olan 10 №li Təsərrüfatbaşına kitabın 14-cü səhifəsində 715 №-li şəxsi hesab açılmışdır. Şəxsi hesaba əsasən, 1983-1985 illərdə babasının istifadəsində və sahibliyində 1959-cu ildə tikilmiş fərdi yaşayış evi olmuş və həmin evdə X6 və ailəsi ilə birgə yaşamışdır. X22 xx.xx.1990-cı il tarixində vəfat edəndən sonra torpaq sahəsini və fərdi yaşayış evini X6 faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. 1-ci Şahsevən kənd inzibati vahidi 2001-2005 və 2006-2010 illərə aid 5 №-li Təsərrüfatbaşına kitablarına əsasən, X6 xx.xx.2006-cı il tarixinədək Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsini təkbaşına istifadə etmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 1-ci Şahsevən kənd inzibati ərazi dairəsinin nümayəndəliyinin xx.xx.2023-cü il tarixii 653 saylı arayışı ilə təsdiq olunur ki, X6 5 №-li Təsərrüfatbaşına kitabında göstərilən təsərrüfatın əri X48 vəfatından sonra yeganə sahibəsi olmuş, təsərrüfatı özü idarə etmiş, təsərrüfatda həmin illərdə başqa şəxslər qeydiyyatda olmamışlar. X6 xx.xx.2006-cı il tarixində vəfat edəndən sonra torpaq sahəsi və fərdi yaşayış evini atası X55, o xx.xx.2014-cü il tarixində vəfat edəndən sonra isə faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Nənəsinin vərəsələri, bibisi X34, qardaşları X9 və X24 miras paydan imtina etmələri səbəbindən Sabirabad “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2015ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si ilə X25 tək və yeganə vərəsəsi kimi tanınmışdır. X2 miras qalmış əmlakı vərəsə kimi qəbul edərkən məlum olmuşdur ki, 2005-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qanunsuz JN-306A kod 60713018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi - X6na, qardaşı - X13, qardaşı İsmayılın arvadı X36, onların qızı - X23, oğulları - X14 və X42 ayrılmışdır. X2 vərəsə kimi ona miras qalmış Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixindən RX seriyalı ******* nömrəli Dövlət reyestrdən çıxarışa əsasən, onunla yanaşı X9, X26, X10, X5 və X17 paylı mülkiyyətindədir. Beləliklə, babasının mülkü olmuş və adına qeydiyyatda keçmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 hə torpaq sahəsi babamın vəfatından sonra vərəsəlik qaydasında nənəsinə, nənəsinin vəfatından sonra atasına, atasından isə ona keçmişdir. Bütün vərəsələr, o cümlədən qardaşı X32 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Lakin, qanunsuz verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə səbəbindən hazırda həmin miras əmlak imtina edən qardaşı X9, onun başqa ölkənin vətəndaşları olan arvadının və uşaqlarının paylı mülkiyyətindədir. Qanunsuz verilmiş Şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) onun cavabdehlər X31, X7, X27, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızına, X37, Alıyeva (Əsədova) Kifayət İltifat qızına və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bubiik hüquqi şəxsinin 6 sayiı Beyləqan Ərazi İdarəsinə və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “Şəhadətnamənin, qeydiyyat və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun müəyyən edilməsi, mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi, torpaq sahəsinin naturada təhvil verilməsi, tikilidən və torpaq sahəsindən çıxarılma v s tələbinə dair” iddiam təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı X1, X43, X44 və X7 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş, No0692389 saylı çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X5 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq mənim vərəsəlik hüququm müəyyən edilərək mülkiyyət hüququmun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada ona təhvil veriiməkiə cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış, borcların müştərək olaraq cavabdehlər X37 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Samir Mayılov, hakimlər İlham Əsədov, Pərviz Əhmədov) X26 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X51 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış, borcların müştərək olaraq cavabdehlər X38 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi Samir Mayılov, hakimlər İlham Əsədov, Pərviz Əhmədov) X26 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A Kod 60713018 saylı X1, X43, X44 və X7 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş No0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X5 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Kollegiyası qərardadı belə əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və Çıxarışın ləğv edilməsi hissələrində tələb inzibati orqanın qəbui etdiyi aktın iəğv ediiməsi iiə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır və birinci instansiya məhkəməsi hazırkı halda iddianı həmin hissədə icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Şəhadətnamənin qismən ləğv edilməsi üçün həmçinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsəm də, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə mənə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəddən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qanunsuz verilmişdir, həmin Şəhadətnamə onun Azərbaycan Respublikasının Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş vərəsəlik hüququnu pozur. Şəhadətnamə qeyri-qanuni yolla, şifahi məlumat əsasında verilmiş, onun verilməsi zamanı Şəhadətnamədə adları göstərilən şəxslərin ərizələri olmamış və sənədləri Komitəyə təqdim olunmamışdır. Belə ki, Şəhadətnamədə qardaşımın arvadı X26 ata adı “İldırım” kimi qeyd olunmuşdur. Bundan başqa, onların övladlarının soyadları Beyləqan rayon Qeydiyyat şöbəsində olan doğum haqqında akt qeydlərində “Sadıqzadə” kimi qeydə alınsa da, Şəhadətnamədə onlar X43, X33 və X12 qeyd olunmuşlar. Halbuki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idərəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idərəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Şəhadətnamədə qeyd olunan Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarında X6na məxsus və onun qanuni istifadəsində olan torpaq sahəsinin X35, X13, X36, X23, X14 və X42 ayrılması məsələsinə baxılmamış və bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhz bu səbəbdən də, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı “yoxa çıxmışdır”. Qərarın əldə edilməsi üçün etdiyi müraciətlərin nəticəsi olmamışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı arxiv sənədlərində aşkar edilməmişdir. Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyası arxiv sənəd materiallarını mühafizə üçün Beyləqan rayon Dövlət Arxiv İdarəsinə təhvil verməmişdir. Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı X61 təhvil verilmədiyi üçün təqdim etmək mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci i! tarixli 58 saylı Qərarı və Protokolu Mərkəzin arxivində aşkar edilməmişdir verməmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, Şəhadətnamə qanunsuz verildiyi üçün keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi onun verilməsinə əsas olan sənədləri məhv etmiş və bu səbəbdən də dövlət arxivlərinə təhvil verməmişdir. Şəhadətnamədə qeyd olunan Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi dair babamın adına şəxsi hesab açılmış, babamın və nənəmin qanuni sahibliyində və istifadəsində olmuşdur və aqrar komissiyası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, aqrar islahat dövründə həmin zamanı orada daimi yaşayan və həmin torpaq sahəsini qanuni istifadə edən nənəm X19 başqa şəxslərə verilə bilməzdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektləri hesab olunurlar. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəii Fərmanı iiə təsdiq ediimiş, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamədə adları qeyd olunan X32, X47, X43, X33 və X54 başqa ölkənin vətəndaşlarıdırlar və Azərbaycan Respublikasının Torpaq Məcəiiəsinin 48-ci maddəsinin 3-cü hissəsinə, eləcə də həmin Məcəllənin 86-cı maddəsinin 4cü hissəsinə əsasən, torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməzlər. Azərbaycan Respublikasının Torpaq Məcəiiəsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəiiənin 86-cı maddəsinin 4-cü hissəsinə əsasən, əcnəbiiərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Həmin Məcəllənin 49-cü maddəsinin 4-cü hissəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Beləliklə müəyyən olunur ki, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayonunda fəaliyyət göstərən yerli orqanı şifahi “tapşırıq” əsasında, şəxsiyyəti müəyyən edən, habelə torpağın istifadəsində olması barədə sənədlər, müraciət ərizəsi olmadan, Beyləqan rayon Aqrar İslahat Komissiyasının mövcud olmayan xx.xx.1998-ci il tarixli 58 saylı qərarına istinad edərək JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə xarici ölkə vətəndaşları X13, X31, X20, X7 və X27 nənəsi X21 qanuni istifadəsində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsini qanunsuz olaraq ayırmışdır. Bu səbəbdən də, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-306A kod 60713018 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 nömrəli qərarına istinad edilərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN- 306-A saylı, KOD 60713018 nömrəli, xx.xx.2005-ci tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi ilə X13, X31, X23, X14 və X42 X6nın qanuni istifadəsində olan, Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0.06 ha torpaq sahəsi qanunsuz olaraq ayrılmışdır. İddiaçı cavabdeh Beyləqan rayon İcra hakimiyyətinə qarşı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarının ləğv olunması tələbinə dair inzibati mübahisə üzrə cavabdeh olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin seçilməsi düzgün deyildir. Belə ki, “X79 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə qüvvədən düşdükdən sonra Aqrar İslahat Komissiyasının səlahiyyətlərinə xitam verilmişdir. X74 komissiyasının arxiv sənəd materialları nə Beyləqan Rayon İcra Hakimiyyətinə, nə də Beyləqan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Mübahisələndirilən qərar Beyləqan rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar 16 noyabr 1998-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul olunmuşdur, iddiaçı isə 17 iyul 2023-cü il tarixdə mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı Beyləqan rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçı Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına, rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X82 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X82 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. “İnzibati İcraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən (İnzibati şikayətin verilməsi müddəti) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 nömrəli qərarının qismən, yəni Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0.06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair iddiasının mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1131/2024 saylı qərarı (Hilal Nəcəfov) ilə İddiaçı iddia tələbi təmin edilmiş və Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxslər apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1131/2024 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1131/2024 saylı qərarı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci i! tarixli 58 saylı qərarı qismən, yəni Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31 ,X23, X14 və X42 ayrılması hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Beyləqan rayon İcra hakimiyyətinin üzərinə qoyulmuşdur. Mən həmin qərara etiraz edirəm, hesab edirəm həmin qərar tam qanunsuz və ədalətsiz olmaqla, Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud pozulması ilə çıxarılmalıdır və bizə məlumat verilmədən, bizim iştirakımızı təmin etmədən belə bir qərarın qəbul edilməsi korrupsiyaya şərait yaradan hal kimi qəbul edilməlidir. Mən aşağıdakı əsaslarla qərarın qanunsuz və ədalətsiz hesab edirəm. Beyləqan rayon İcra hakimiyyəti bu inzibati iş (əgər mübahisə inzibati xarakterlidirsə) üzrə cavabdeh kimi tanına bilməz. Belə ki "X79 Komissiyasının yaradılması haqqında" Azərbaycabn Respublikası Prezidentinin 1995-ci il tarixli 02 mart tarixli 290 nömrəli Fərmanı Azərabaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə qüvvədən düşdükdən sonra "X82 Komissiyasının fəaliyyətinə xitam verilmiş, həmin komissiyanın hüquq varisi müəyyən edilməmişdir. İnzibati İş üzrə cavabdeh qoyulmuş Beyləqan rayon icra hakimiyyəti həmin orqanın hüquq varisi təyin edilməmiş, məhkəmə özbaşına həmin orqanı hüuqu varisi kimi tanımışdır. Cavabdeh kimi qoyulmasına etiraz Beyləqan rayon İcra hakimiyyətinin məktubu ilə məhkəməyə göndərilmiş, məhkəmə həmin etiraza heç bir münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsi əsassız olaraq iddia müddətini üzrlü hesab edərək bərpa etmişdir. Belə ki iddiaçı əvvəlcədən həmin torpaq sahəsi ilə bağlı Beyləqan rayon məhkəməsində iddia qaldırmış, bu iş Şirvan Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin icraatında olmuş, iddiaçı bu proseslərdə iştirak etmiiş, həmin vaxrt həmin qərardadn məlumatlı olmuş, lakin məhkəməyə müraciət etməmişdir. Məhkəmənin qərarında bu hallar öz təsdiqini tapıb, belə ki iddiaçı həmin qərarları məhkəməyə təqdim edib və məhkəmə bundan sonra əsassız olaraq(26 ildən sonra müddət buraxılması üzrlü hesab olunub) müddəti bərpa edib. Məhkəmə nəzərə almamışdır ki mülkiyyətə verilən torpaq sahəi torpaq islahatı aparılanadək Göyərçin Sadıqovanın mülkiyyətində olmamışdır. Həmin vaxtadək torpaq üzərində dövlət mülkiyyəti mövcud olmuş, "Torpaq islahatı haqqında " Azərbaycan Respublikasının Qanununa əsasən həmin torpaqlar vətəndaşların qanuni istifadəsinə verilmişdir. Həmin vaxt inzibati iş üzrə 3-cü şəxs kimi tanınmış mənim ailə üzvlərim Göyərçin Sadıqova ilə bir təsərrüfatda və evdə yaşamaqla, həmin həyətyanı torpaq sahəsinin istifadəçiləri olublar. Qanunun tələbinə görədə həmin torpaq sahəsi Beyləqan rayon AİK-nın xx.xx.1998-ci il tarixli 58 saylı qərarı ilə istifadəçilərin birgə mülkiyyətinə verilmişdir. Şirvan İnzibati Məhkəməsi bizi(ailə üzvlərimizi) 3-cü şəxs kimi tanımasına baxmayaraq, bizim məhkəmədə iştirakımızı təmin etməmiş, bizim mülkiyyət hüquqlarımızla bağlı məsələni həll etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş qaydada məhkəməyədək nizmlama qaydasına riayət etməməsinə baxmayaraq, məhkəmə həmin işi icraatına qəbul etmişdir. Belə ki Beyləqan rayon X41 xx.xx.1998-ci il tarixli 58 saylı qərarını mübahisələndirən iddiaçı, birinci növbədə həmin qərarı qəbul etmiş orqana (hal-hazırkı Beyləqan rayon İcra hakimiyyətinə) müraciət etməli idi. Həmin orqandan imtina aldığı halda məhkəməyə müraciət etməli idi. Bu hal 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunun 22-ci maddəsində təsbit olunub. Həmin maddədə göstərilir ki "fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra, 10 gün müddətində rayon aqrar islahatı komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahatı komisiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahatı komissiyasının qərarından narazı qaldığı halda, 10 gün müddətində Azərbaycan Respublikasının Dövlət X46 şikayət edə bilərlər. Azərbaycan Respublikasının X79 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikasının Dövlət X41 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər." Qanunun mənasından aniaşılır ki yerli və rayon aqrar islahat komissiyasının qərarlarından yox, Azərbaycan Respublikasının X79 Komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Yəni vətəndaş qanunun tələbinə görə bu mərhələləri keçəndən sonra, məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı yerli aqrar islahatı komissiyasının qərarı ilə razılaşdığı halda, rayon aqrar islahatı komissiyasının qərarını necə mübahisələndirə bilər ki, Beyləqan rayon X30 xx.xx.1998-ci il tarixli 58 saylı qərarı X75 Aqrar İslahatı Komissiyasının qərarını təsdiq etmək məqsədi ilə verilmişdir və bu qərar əvvəlki qərar qüvvədə olduğu halda ləğv edilə bilməzdi. Məhkəmə qəraında göstərir ki iddiaçı torpaq sahəsinə Çıxarış almaq istəyərkən kənar şəxslərin adının olamsından məlumatlı olmuşdur (məhkəmə qərarında bu "hissəsini" müddəti bərpa etməsinə əsas qazandırmaq üçün "xüsusi olaraq" vurğulamışdır, lakin məhkəmə nəzərə almamışdır ki iddiaçı vərəsəliyi qəbul edən zaman bundan məliumatlı olub, lakin məhkəməyə müraciət etmədən vərəsəlik şəhadətnaməsi alıb və Çıxarış almaq üçün DƏDRX-nin Beyləqan Ərazi idarəsinə müraciət edib. Məhkəmə nəzərə almamışdır ki 3cü şəxslər (yəni mənim ailə üzvlərim) Rusiay Federasiyasına gedənədək qaynanam Göyərçin Sasıqova ya məxsus könhə evdə birlikdə yaşamışıq, həmin ev mənim həyat yoldaşımın anasının evidir. Əgər biz o evdə yaşamamışıqsa, onda iddiaçını qardaşı doğulandan Rusiya Federasiyasına gedənədək harada, hansı evdə yaşayıb? Məhkəmə bu haalarada aydınlıq gətirməmişdir. Biz hesab edirik ki qərar tam qanunsuz və əsassızdlr, ona görədə ləğv edilməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1131/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş digər proses iştirakçıları məhkəmə iclasında iştirak etmirlər. Üçüncü şəxslərin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onların iştirakı olmadan apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X82 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X82 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X82 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23, X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hal-hazırda mübahisələndirilən qərarda X9, X26, X10, X5 və X17 olmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İş materiallarına əsasən mübahisələndirilən qərardan tərəflərin yalnız torpaq sahələrinə çıxarış almaq istədikləri zaman məlumatlarının olduğu müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Komissiyanın hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarının qismən, yəni Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X13, X31, X23 X14 və X42 ayrılmasına dair hissədə ləğv edilməsi öhdəliyi öhdəliyi qoyulmalıdır. Başqa sözlə qeyd edilən hallar iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli iclas protokolundan çıxarışından görünür ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1998-ci il tarixli 13 saylı iclasında ərazidə aparılacaq torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların müəyyən edilməsi barədə qəbul edilımiş qərarlara baxılması barədə Beyləqan rayonunun “Bakı” İstehsal korperativi yerli aqrar islahat komissiyasının 12 noyabr 1998-ci il tarixli 13 saylı iclasında torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin təsdiqi və 30 ha artıq zəbt olunmuş həyətyanı sahələrlə birlikdə 560 ha özəlləşdirilmiş torpaqların 13 ha kəndin perspektiv inkişafına, 18 ha bələdiyyənin ehtiyat fonduna, 63.9 ha dövlət mülkiyyətinə, 15 ha bələdiyyə mülkiyyətinə və 8 nəfər imtiyazlı şəxsə torpaq sahəsinin ayrılmasına dair qəbul edilmiş qərarlar təsdiq edilmiş və Dövlət Torpaq Komitəsindən və Yerquruluşu Layihə İnstitutundan xahiş edilmişdir ki, “torpağa mülkiyyət hüququna dair dövlət aktlarının” hazırlanmasında lazımı köməklik göstərsinlər. İş materiallarında olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının sədrinin imza və möhürü ilə təsdiq edilmiş “Beyləqan rayonunun Birinci Şahsevən kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahəsinə dair cədvəlldən” görünür ki, X25 və onun ailə üzvləri X9, X28, X18, X11 və X39 mülkiyyətinə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar toraq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsinin surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar toraq sahəsi X25 və onun ailə üzvləri X9, X28, X18, X11 və X39 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, ********** nömrəli arayışının surətindən görünür ki, X3 rayonu, Birinci Şahsevən kəndi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçiləri X32, X49, X47, X43, X44 və X8r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sabirabad “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Cəfərov S.Y. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X25 vərəsəsi: nəvəsi İddiaçı miras əmlakdan irs almalı olmasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak DT və XK- nin Beyləqan rayon şöbəsinin xx.xx.1999-cu il tarixli, JN-326 saylı, KOD 60713018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına və DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən Beyləqan rayonu. Birinci Şahsevən kəndində yerləşən 0,9692 ha torpaq sahəsinin və DT və XK-nin Beyləqan rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, JN-306A saylı, KOD 60713018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə və DƏDRX-nin 6 saylı Ərazi idarəsinin xx.xx.2015-ci ıi tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsinin ona aia olan hissəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli çıxarışın surətindən gorünur ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X17, X26, X9, X18 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli revestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə A 000810 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)- 1520/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN306A, KOD 60713018 saylı X1, X43, X44 və X7 aid hissədə qanunsuz hesab edilməkiə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X25 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər X26, X18, X17 və X5 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməs vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sar ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X40 və Əsədova (Alıyeva) Kifayət iltifat qızına aid edilməsi qət edilmişdir. ş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(106)-198/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-1520/2021 nömrəli qətnaməsi qismən-“mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X50 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X37 və Əsədova (Alıyeva) Kifayət İltifat qızina aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2929/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-198/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-14868/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş JN-306A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, DBF adlı siyahının, ünvan 1i üzrə həyətyanı torpaq sahəsi verilmiş subyektlərin siyahısından X49 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışın, eləcə də Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətini təqdim etmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, mübahisələndirilən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə X25 və onun ailə üzvləri X9, X28, X18, X11 və X39 mülkiyyətinə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar toraq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına xx.xx.2005-ci il tarixində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-306A saylı, KOD 60713018 olan Şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnaməddən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi X25, X9, X28, X18, X11 və X39 mülkiyyətinə verilmişdir. X49 (iddiaçının nənəsi) xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında nənəsinə aid hissədə iddiaçının mülkiyyətinə verilmişdir. Daha sonra iddiaçı həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında öz adına xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Dövlət reyestrdən çıxarış almışdır. Həmin çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi üzərində onunla yanaşı X9, X26, X10, X5 və X17 mülkiyyət hüquqları daşınmaz əmıakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsinə tam mülkiyyət hüququ ilə öz adına çıxarış almaq istəyir. Lakin, həmin Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi hal-hazırda mübahisələndirilən qərar ilə onunla yanaşı X9, X26, X10, X5 və X17 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin adlarının “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığı üçün hazırki iddianı qaldırmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A saylı, KOD 60713018 olan Şəhadətnamənin üçüncü şəxslərə aid hissədə ləğvinə dair iddia ərizəsi üzrə Beləqan rayon Məhkəməsində 2(020)1520/2021 saylı mülki iş olmuş və həmin iş üzrə xx.xx.2021-ci il tarixdə qətnamə qəbul olunmuşdur. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarından məlumatlı olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qiymət verilməsindən ötrü və iddiaçının hazırki iş üzrə iddia müddətlərinə əməl edib-etmədiyini müəyyən etmək üçün aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası X82 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası X82 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası X82 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X82 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası X82 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası X82 Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X82 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X82 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X82 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası X82 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X82 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X82 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X82 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hüquqi marağına uyğun razılaşmadığı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarının və həmin qərar əsasında tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-306A saylı, KOD 60713018 olan Şəhadətnamənin ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdir və şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda həmin qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı torpaq islahatının keçirilməsindən və aqrar islahat komissiyasının qərarı əsasında üçüncü şəxslərin adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-306A saylı, KOD 60713018 olan Şəhadətnamənin tərtib olunmasından məlumatlı olsa da, həmin Aqrar islahat komissiyasının qərarının və “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 306A saylı, KOD 60713018 olan Şəhadətnamənin düzgün tərtib edilməməsi və ləğv edilməsi ilə bağlı narazılığını hüquq münasibətlərinin mövcud olduğu zamanı nə faktiki nədə ki, rəsmi şəkildə ifadə etməmiş və qüvvədə olan qanunvericiliyə uyğun şikayət ərizəsi ilə Azərbaycan Respublikası X82 Komissiyasına və yaxud inzibati orqanlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarından xx.xx.2005-ci il tarixindən yəni Torpağın mülkiyyətə verilməsinə dair” JN-306A saylı, KOD 60713018 olan Şəhadətnamənin tərtib edildiyi, ən geci isə xx.xx.2015-ci il tarixdən (vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçtda, xx.xx.2023-cü il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən Aqrar İslahat Komissiyasının qərarının istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin qərarın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın əldə edilməsinin mahiyyəti onun məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni, iddiaçının onun üçün əlverişsiz hesab etdiyi inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (həmin qərar əsasında torpağa mülkiyyətə dair şəhadətnamənin tərtib edilməsindən, həmin şəhadətnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınmasından) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından və ya Aqrar İslahat Komissiyasının vəzifəli şəxlərinin hərəkətlərindən məhkəməyə vaxtında şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə Qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Şirvan İnzibati Məhkəməsi tərəfindən məktub formasında iddiaçıya hüquq yardım göndərilərək razılaşmadığı Beyləqan rayon Aqrar İslaha Komissiyasının qərarından şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuşdur. Məhkəmənin hüquqi yardım məktubunu nəzərə alaraq iddiaçı tərəfindən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Həmin ərizənin məzmunundan da görünür ki, iddiaçı qərardan şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüdüyü qəbul edir. Lakin, iddiaçı müddətin üzürlü səbələrdən buraxıldığına dair sübutlar təqdim etməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və buraxılmış prosessual müddəti bərpa etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Apellyasiya şikayətində üçüncü şəxslər qeyd edir ki, Şirvan İnzibati Məhkəməsi əsassız olaraq iddia müddətini üzrlü hesab edərək bərpa etmişdir. Belə ki iddiaçı əvvəlcədən həmin torpaq sahəsi ilə bağlı Beyləqan rayon məhkəməsində iddia qaldırmış, bu iş Şirvan Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin icraatında olmuş, iddiaçı bu proseslərdə iştirak etmiiş, həmin vaxrt həmin qərardadn məlumatlı olmuş, lakin məhkəməyə müraciət etməmişdir. Məhkəmənin qərarında bu hallar öz təsdiqini tapıb, belə ki iddiaçı həmin qərarları məhkəməyə təqdim edib və məhkəmə bundan sonra əsassız olaraq (26 ildən sonra müddət buraxılması üzrlü hesab olunub) müddəti bərpa edib. Məhkəmə qərarında göstərir ki, iddiaçı torpaq sahəsinə Çıxarış almaq istəyərkən kənar şəxslərin adının olamsından məlumatlı olmuşdur (məhkəmə qərarında bu "hissəsini" müddəti bərpa etməsinə əsas qazandırmaq üçün "xüsusi olaraq" vurğulamışdır, lakin məhkəmə nəzərə almamışdır ki iddiaçı vərəsəliyi qəbul edən zaman bundan məlumatlı olub, lakin məhkəməyə müraciət etmədən vərəsəlik şəhadətnaməsi alıb və Çıxarış almaq üçün DƏDRX-nin Beyləqan Ərazi idarəsinə müraciət edib. Məhkəmə kollegiyası apellayasiya şikayətinin həmin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilsə də inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə və müddətin ötürülməsinin qanunla nəzərdə tutulmuş üzürlü səbələri barədə sübutlar təqdim edilmədiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməzdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarından vaxtında məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1131/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-210/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-210/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver