Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-211/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X14 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3011/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanındada (əvvəllər həmin ünvan ünvan 3rı ilə birlikdə həmin ünvanda yaşayır. X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin sağlığında onlar ailəlikcə dörd nəfər (atası, anamsı, o və qardaşı Cavabdeh) həmin ünvanda yaşamışlar. Yaşadıqları ev atasına məxsus 0.06 ha həyətyanı torpaq sahəsində 1973-cü ildə inşa edilmiş iki mərtəbəli ev olmuşdur. 2022-ci ilin yanvar ayında qardaşı Həsən ona bildirb ki, valideynlərinin vəfatından sonra onlardan qalmış evi və əmlakları sənədləşdirmək lazımdır. O işi ilə əlaqədar sənədləşmə işlərində iştirak edə bilməyəcəini bildirdikdə qardaşı ona tanışı Aqilə etibarnamə verməyini məsləhət görərərək özünün də ona etibarnamə verəcəyini söylədi. O, Həsənin tövsiyəsi ilə miras əmlakların sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə bir ay müddətinə X23 etibarnamə verib. Bir müddətdən sonra Həsən ona bildirib ki, Nərmin adlı bir qadın tanışı var bankdan pul götürüb onunla alver etmək istəyir, onun üçün də evi girov qoymaq lazımdır. O, cavabında bildirib ki, xeyirli bir işdirsə evin bankda girov qoyularaq pul götürülməsinə etirazetmir. Aralarında olan bu söhbət bir müddət sonra unuduldu. Bu ilin aprel ayının əvvəllərində isə X10 adlı bir qadın yaşadığı evə gələrək evin ona məxsus olduğunu və onların evi tərk etməli olduğunu bildirb. O, həmin qadına hansı haqla bunu onlardan tələb etdiyini söylədikdə, o “evi Həsəndən satın almışam“ deyə bildirmişdir. O, belə bir halın mümkün olmadığını, Həsənin evi onun razılığı olmadan sata bilməyəcəyini və onun dərhal evini tərk etməsini bildirb. Cavabında N.Allahverdiyeva Həsənin ona borcu olduğunu və əvəzində evi satmasını bildirdi. O, qardaşı Həsənə zəng edərək baş vermiş hadisəni danışaraq, məsələnin necə olmasını soruşb. Həsən ona evi kimsəyə satmadığını, yalnız evi öz adınasənədləşdirdiyini, daha sonra evi girov qoyub pul götürmək üçün X23 və X15 etibarnamə verdiyini bildirib. O, evin Həsən tərəfindən satılmadığını bildirib təkrarən N.Allahverdiyevadan evi tərk etməsini tələb etmiş. Nəticədə onunla aralarında və evdə olanlarla mübahisə yaranıb. Baş verənlərin məntiqi nəticəsi kimi mübahisəyə polis müdaxilə etdi və onlar Masallı RPŞyə dəvət edilmişlər. Polis Şöbəsində araşdırma zamanı ona məlum olub ki, xx.xx.2022-ci il tarixdə qardaşı Həsən valideynlərindən qalmış torpaq sahəsinin və evin rəsmi qeydiyyata alınması üçün X23 və X15 etibarnamə vermişdir. Daha sonra onunla əlaqə saxlayaraq torpağın və evin sənədləşdirilməsi üçün onun da iştirakının lazım olduğunu bildirdiyi üçün o da yuxarıda qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə bir ay müddətinə X23etibarnamə vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Həsən X23 və X15 beş ay müddətinə yeni bir etibarnamə vermişdir. 01 mart 2022-ci il tarixdə isə valideynlərindən qalma ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsi mərhum X3nun adına rəsmiləşdirilmiş və hüquq sahibləri kimi X12, X26, Cavabdeh və X13 (Həsənin həyat yoldaşı) göstərilmişdir. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə Həsən X23 iki ay bir gün müddətinə yeni bir etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə mərhum atasının adına rəsmiləşdirilmiş ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsilə Cavabdeh adına sənədləşdirilmiş, hüquq sahibi kimi Cavabdeh və X13 göstərilmişdir. xx.xx.2022-ci il tarixdə X13 tərəfindən X23 bir ay müddətinə etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə isə satıcılar Cavabdeh və X11 təmsil edən X28 ilə alıcı X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqviləsinə əsasən ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv/m olan fərdiyaşayış evi və həmin torpaq sahəsi 31040 manat 40 qəpik qiymətinə sataraq alıcı X4 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə X4 adına rəsmiləşdirilmişdir. Hesab edir ki, göstərilən hallar üzrə onun vərəsəlik hüquqları pozulmaqla qanunla miras əmlakdan ona çatacaq paydan məhrum olmuşdur. Bu səbəbdən dəo, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və ona çatacaq miras payının ayrılması barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadı (hakim Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin inzibati məhkəmədə deyil, ümumi məhkəmədə baxılmasına yönəlmiş tələb üzrə iddianın mümkün sayılmaması barədə qərar qəbul edərkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 2.0.2-ci, 2.0.6-cı. 4.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Məcəlləcinin 25.1-ci maddəsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx.xx.2015ci il tarixli. 4 nömrəli qərarının 17-ci bəndinə istinad etmişdir. Məhkəmə qərarının tərtibatından görünür ki, qərar səthi və diqqətsizcə hazırlanmışdır. Belə ki, iş üzrə üçüncü şəxs olan və tələbimin bilavasitə, mübahisə obyekti olan miras evlə bağlı hüquqlarına toxunan X5 və onun nümayəndəsi və vəkili Vəkil izahatlarında iddia tələbinin təmin olunmasını xahiş etdikləri (3-cii vərəq, 4-cii abzas) göstərilmişdir. Həmçinin qərardadda mənim Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə Daşınmaz Əmlakın Dövlət kadastrı və X27 şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müvafiq məsələ ilə bağlı ərizə ilə müraciət etməyim, ərizəmin icra edilməsindən imtina edilməsi və mənə məhkəməyə müraciət etməyimin tövsiyə edilməsi barədə bircə söz də yazılmamışdır. Halbuki, o, 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtina barədə xx.xx.2023- cü il tarixli, 3-21-3-44/2-2-00xx-xx/2023 nömrəli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Bu hal isə birbaşa (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə Daşınmaz Əmlakın Dövlət kadastrı və X27 şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin ərizəmin icrasından imtinası) Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını əsaslandırır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarın 2-ci bəndinə əsasən "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır". Göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırarkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarını diqqətə almamış, bu barədə hər hansı bir şərh verməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun 63.3-cü maddəsinə əsasən "Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılr". Həmin Qanunun 63.4-cü maddəsinə əsasən "Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz". Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbi üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1-ci qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkarstatusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktıilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “hazırkı inzibati məhkəmə icraatında İddiaçı xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı yolu ilə X1. Belə olan iddia tələbi alqısatqı müqaviləsinin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, bu qəbildən olan mübahisə publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir Hazırki iddia ərizəsi ilə iddiaçı xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışları etibarsız hesab edilməsini və miras payının ayrılmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı X4 adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh və X9 adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 01 mart 2022-ci il tarixdə valideynlərindən qalma ev və torpaq sahəsi (qeydiyyat nömrəsi: **********) mərhum X3nun adına rəsmiləşdirilmiş və hüquq sahibləri kimi X12, X26, Cavabdeh və X13 (Həsənin həyat yoldaşı) göstərilmişdir. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə Həsən X23 iki ay bir gün müddətinə yeni bir etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə mərhum atasının adına rəsmiləşdirilmiş ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsilə Cavabdeh adına sənədləşdirilmiş, hüquq sahibi kimi Cavabdeh və X13 göstərilmişdir. xx.xx.2022-ci il tarixdə X13 tərəfindən X23 bir ay müddətinə etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə isə satıcılar Cavabdeh və X11 təmsil edən X28 ilə alıcı X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv/m olan fərdi yaşayış evini və həmin torpaq sahəsini 31040 manat 40 qəpik qiymətinə sataraq alıcı X4 mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixdə isə həmin ev və torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə X4 adına rəsmiləşdirilmişdir.
Beləliklə iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı qardaşı Cavabdeh etibarnamə vermiş və həmin etibarnamə əsasında Cavabdeh sözügedən əmlakın hüquqi qeydiyyatında dəyişklik etmiş və daha sonra sərəncam vermə hüququndan istifadə edərək alqı-satqı qaydasında X2. Yəni, müəyyən edilmişdir ki, Cavabdeh adına və X4 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar mülki-hüquqi əqdlər (vərəsəlik, etibarnamə və alqı-satqı müqaviləsi) əsasında tərtib edilmişdir. Hazırda iddiaçı etibarnamə əsasında hərəkət edən qardaşının valideyinlərindən miras qalmış əmlakın hüquqi qeydiyyatında dəyişiklik edilməsindən və həmin əmlakın satılmasından narazıdır və həmin mülki-hüquqi əqdlər əsasında aparılmış hüquqi qeydiyyatın ləğv edilməsini istəyir. Bu baxımdan İddiaçı xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsini və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə mövcud mübahisənin xüsusi (mülki) və yaxud publik (inzibati) hüquqdan irəli gələn mübahisə olması ilə bağlı aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 6.1-ci, 6.1.1-ci və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi və müqavilələr azadlığı Mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab edir ki, iddianın predmeti mülki-hüquqi əqdlərin ləğv edilməsi və həmin əqdlər əsasında aparılmış dövlət reyestrindəki qeydiyyatın (çıxarışın) etibarsız hesab edilməsi və miras payının ayrılması ilə bağlı olduğundan hazırki tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması mümkün deyildir. Başqa sözlə, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yarandığından, həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Təsadüfi deyildir ki, Ali Məhkəmə Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialarmümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterlidir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasənbu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan mübahisə inzibati xarakterli olmadığından, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Bu baxımdan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalı və həll edilməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.