Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-212/2023 20.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(120)-671/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 0311003AAYD1 nömrəli göndərişə əsasən ikinci dərəcəli müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 09 yanvar 2023-cü il tarixli ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbini dəqiqləşdirdiyini bildirmiş və xx.xx.2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-671/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 08 fevral 2023-cü il tarixli, 2-1(120)-671/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 1995-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və müharibə əlilidir. 1992-ci ildə hərbi xidmətdə olarkən aldığı xəsarətlərlə bağlı xx.xx.2012-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı ilə təmin edilmişdir. xx.xx.2014-cü ildən ikinci dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. O, təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əlillik təyin edilsədə, əlilliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Bu səbəbdən də onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 86 nömrəli qərarı ilə onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə yaralanması, yaralanmanın nəticələri və diaqnozun: “Qəlpə yaralanmalarından sonra hər iki baldırın aşağı 1/3-də, sağ bazunun aşağı 1/3-nin arxa səthində, qarının sağ yan səthində, alt çənədə solda, sağ əlin ikinci barmağının dırnaq falanqasının uc hissəsində çapıq toxumaları” olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması müəyyən edilmişdir. Həmin diaqnozla əlaqədar ona əvvəllər əlillik təyin edilmiş, əlilliyin səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi göstərilmişdir. Onun 13 may 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra yenidən eyni diaqnozla əlilliyinin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Obyektiv müayinədə xroniki ürək çatışmazlığı əlamətlərinin müəyyən edilməsi və hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb əlaqəsi təsdiqlənməməsi fikirləri ilə razılaşmır. Ona təyin edilmiş əlilliyin xroniki ürək çatışmazlığı xəstəliyi ilə əlaqələndirilməsindən narazıdır. O, əsas xəstəliyini Mərkəzi Hərbi Həkim Komissiyasının müəyyən etdiyi diaqnozla əlaqələndirir və həmin diaqnoz əsasında əlilliyinin müəyyən edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 86 nömrəli qərarında qeyd edilmişdir ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin məhkəmə tibbi ekspertizası mərkəzində məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Qəlpə yaralanmalarından sonra hər iki baldırın aşağı 1/3-də, sağ bazunun aşağı 1/3-nin arxa səthində, qarının sağ yan səthində, alt çənədə solda, sağ əlin ikinci barmağının dırnaq falanqasının uc hissəsində çapıq toxumaları” (Cəbrayıl RHK-nın xx.xx.2012-ci il tarixli, 73 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli, 37 nömrəli arayışı, Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X4 verilmiş xx.xx.2012-ci il tarixli, 622 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İşdə olan İddiaçı üçün qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, iddiaçı TSEK-də xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək (5 il müddətinə) müəyyən olunmuşdur; əlillik qrupu: ikinci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik. İşdə olan İddiaçı üçün qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, iddiaçı TSEK-də xx.xx.2021-ci il tarixdə təkrar müayinədən keçmiş, təkrar müayinə zamanı “əlillik əlaməti təyin etmir” diaqnozu ilə əlillik dərəcəsinin verilməsi inzibati orqan tərəfindən imtina edilmiş, imtinanın səbəbi: “Diaqnozun əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əlillik təyinatına əsas verən xəstəlik ümumi səbəblə bağlıdır”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən təyin edilmiş ikinci dərəcəli əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi tarixdən sonra Alməmmədov X1 əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu - obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********6 nömrəli qərarında göstərilmişdir ki, Cəbrayıl rayon sakini xx.xx.1963cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli, 86 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra hər iki baldırın aşağı 1/3-də, sağ əlin ikinci barmağının dırnaq falangasının uc hissəsində çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri izlənilməmişdir. Aşağı ətrafların hərəkəti sərbəstdir. Yanaşı olaraq, xəstəliklərin somatik xəstəlikləri qeyd olunmuşdur. İTSA TƏBİB X11 PHŞ-in xx.xx.2021-ci il tarixli X3 müayinəsinin nəticəsi “Aorta divarı sklerotik. LV-dilatasiya. Hər iki qulaqcıq ciddi dilatasiya. Sol mədəcik tip diastolik disfunksiyası. LV- qlobal sistolik funksiyası ciddi aşağı. LVEF-23%, ciddi diffuz hiookinetik. Müavinə taxikardiva fonu aparıldı” kimi müəyyənləşdirilmişdir. Obyektiv müayinədə xroniki ürək çatışmazlığı əlamətləri müəyyən edilmişdir. Hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İşdə olan İddiaçı aid qiymətləndirmə və təyinat tarixi xx.xx.2022-ci il olan məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək (5 il müddətinə) ikinci dərəcəli əlillik müəyyən olunmuşdur; diaqnoz: Dilatasion kardiomiopatiya; əlilliyin səbəbi: Ümumi xəstəlik. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 13 may 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra yenidən əlilliyinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan iddiaçı barəsində müxtəlif vaxtlarda müxtəlif qərarlar qəbul etmişdir. İddiaçı ilkin olaraq əvvəlki xəstəliyini əsas götürərək cavabdehə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının hüquqi marağı əvvəlki xəstəliyi ilə əlaqədar ona əlilliyin təyin edilməsi və əlilliyin səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi göstərilməsi olmuşdur. Lakin sonradan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlar qəbul edilmiş və həmin qərarlarda qeyd edilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri izlənilməmişdir. Obyektiv müayinədə xroniki ürək çatışmazlığı əlamətləri müəyyən edilmişdir. Hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmiş, diaqnoz: dilatasion kardiomiopatiya. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 86 nömrəli qərarı ilə onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə yaralanması, yaralanmanın nəticələri və diaqnozun: “Qəlpə yaralanmalarından sonra hər iki baldırın aşağı 1/3-də, sağ bazunun aşağı 1/3-nin arxa səthində, qarının sağ yan səthində, alt çənədə solda, sağ əlin ikinci barmağının dırnaq falanqasının uc hissəsində çapıq toxumaları” olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması müəyyən edilmişdir. Həmin diaqnozla əlaqədar ona əvvəllər əlillik təyin edilmiş, əlilliyin səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi göstərilmişdir. Onun 13 may 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra yenidən eyni diaqnozla əlilliyinin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Obyektiv müayinədə xroniki ürək çatışmazlığı əlamətlərinin müəyyən edilməsi və hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb əlaqəsi təsdiqlənməməsi fikirləri ilə razılaşmır. Ona təyin edilmiş əlilliyin xroniki ürək çatışmazlığı xəstəliyi ilə əlaqələndirilməsindən narazıdır. O, əsas xəstəliyini Mərkəzi Hərbi Həkim Komissiyasının müəyyən etdiyi diaqnozla əlaqələndirir və həmin diaqnoz əsasında əlilliyinin müəyyən edilməsini istəyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını dolğun araşdırmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 86 nömrəli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə yaralanması, yaralanmanın nəticələri və diaqnozun: “Qəlpə yaralanmalarından sonra hər iki baldırın aşağı 1/3-də, sağ bazunun aşağı 1/3-nin arxa səthində, qarının sağ yan səthində, alt çənədə solda, sağ əlin ikinci barmağının dırnaq falanqasının uc hissəsində çapıq toxumaları” olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması müəyyən edilmişdir. Həmin diaqnozla əlaqədar ona əvvəllər əlillik təyin edilmiş, əlilliyin səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi göstərilmişdir. Onun 13 may 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra yenidən eyni diaqnozla əlilliyinin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının hüquqi marağı əvvəlki xəstəliyi ilə əlaqədar ona əlilliyin təyin edilməsi və əlilliyin səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi göstərilməsi olmuşdur. Lakin sonradan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlar qəbul edilmiş və həmin qərarlarda xəstəliyin təsnifatı xroniki ürək çatışmazlığı, dilatasion kardiomiopatiya ilə əlaqələndirilmiş, hərbi travma ilə səbəb əlaqəsi təsdiqlənməmiş, ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı hal hazırda xx.xx.2022-ci il tarixli qərarın xəstəliyin təsnifatı, diaqnozu hissəsində deyil, əlilliyin səbəbi hissəsində mübahisələndirir. Lakin iddiaçı xəstəliyin təsnifatı, diaqnozu hissəsində də cavabdehin gəldiyi nəticələrdən narazıdır. Belə olan halda cavabdehin qəbul etdiyi qərarlar dəqiqləşdirilməli, iddiaçıya hüquqi yardım ğöstərilməli, iddiaçının cavabdeh inzibati orqanın hansı qərarından narazı olduğu aydınlaşdırılmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamış və iddiaçıya bu istiqamətdə, yəni iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinə riayət edilib-edilməməsi ilə bağlı iddianın mümkünlüyünə qiymət verməlidir. İddia tələbi dəqiqləşdirildikdən və iddianın mümkünlüyünə qiymət verildikdən sonra, işə mahiyyəti üzrə baxılacağı təqdirdə birinci instansiya məhkəməsi iddiaçının XBT-10 kodu göstərilməklə (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) xəstəliyinin adının, əsas diaqnozunun, ağırlaşmalarının, yanaşı xəstəliklərinin, xəstəliklərinin yaranma əsaslarının, onun hazırkı sağlamlıq durumu ilə əlil olduğu müddətdəki sağlamlıq durumu arasındakı fərqin, əlil olduğu dövrlə müqayisədə əlillik müddəti bitdikdən sonra sağlamlıq durumunun yaxşılaşıb-yaxşılaşmaması barədə, yaxşılaşdığı təqdirdə hansı forma və dərəcədə yaxşılaşması barədə məlumatların aydınlaşdırılması üçün iddiaçının xəstəliyi üzrə ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssisi icraata cəlb edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(120)- 671/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(120)-671/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-212/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-212/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver