Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-212/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-3516/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977-xx.xx.1996-cı illərdə İmişli rayonunun Sabir adına kolxozunda işlədiyi və əlil uşağına qulluq etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi, pensiyanın hüququ yaranan gündən başlanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 02 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3516/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 20 №-li zona Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2000-ci il tarixdə TSEK-da müayinə olunmuş, onun sağlamlıq vəziyyətinin “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ verən tibbi göstərişlərin əsas meyarları”nın 2.1.14-cü bəndinin 4-cü yarımbəndinə uyğun olduğu nəticəsinə gəlinmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında X5 qulluq edənlərin (qəyyumun) X9 və İddiaçı olduğu qeyd olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayonunun Sabir adına kolxozunda işlədiyi müddətdə əldə etdiyi 19 il sığorta stajını mübahisələndirməmişdir. İddiaçının sağlamlıq imkanları məhdud övladına qulluq dövrü kimi istinad etdiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarxədək olan 5 il 5 gün onun sığorta stajına əlavə edildiyi təqdirdə belə ümumi sığorta stajı 24 il 5 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu istisna edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1977-xx.xx.1996-cı illərdə İmişli rayonunun Sabir adına kolxozunda işləmişdir. Bu fakt İmişli Rayon Məhkəməsinin 2(036)- 6827/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. xx.xx.1987-ci il təvəllüdlü uşagı X8 uşaqlıqdan əlilldir və ona ana kimi o, qulluq etmişdir. Ona yaşa görə əmək pensiya təyin edilməsi üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ona verilən cavab məktubunda göstərilir ki, onun kolxozda 19 il əmək stajı var. Lakin əlil uşağına qulluq göstərdiyi illər əmək stajı kimi nəzərə alınmır. Guya Tibbi-Sosial Ekspert Komissiyasının arayışında qəyyum kımi onun adı göstərilmədiyi üçün xx.xx.2000ci ildən xx.xx.2005-ci ilədək uşağa qulluq etdiyi dövr sığorta stajına daxil edilmir. Cavabdehin cavabı tamamilə əsassız və qanunsuz olmaqla onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. Belə ki, əlil uşağın anası olmağı və ona qulluq etməyinin təsdiq olunmasına tibbi komissiyanın arayışının heç bir aidiyyəti yoxdur və bu hal hüquqi sənədlərlə təsdiq olunur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-6827/2015 nömrəli qətnaməsinin surətinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayonu “Sabir” adına kolxozda olan əmək fəaliyyəti dövrünü nəzərə alınmaqla) 19 il təşkil edir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının övladı X2 müavinət işində olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2000-ci il tarixli müayinə aktından çıxarışa əsasən onun ilkin olaraq xx.xx.2000-ci il tarixdən 16 yaşadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilib. Mahur Camalova xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 16 yaşadək uşaqlıqdan əlil şəxs, xx.xx.2003-cü il tarixdən İİİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi müavinət təyin edilmiş və xx.xx.2018-ci il tarixədək ödənilmişdir. M.Camalova xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. M.Camalovun pensiya işinin tərkibində olan sosial sığorta stajı və pensiya kapitalı barədə arayışa əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilərkən xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 8 il 11 ay sığorta stajına uyğun olaraq 8460,98 manat pensiya kapitalı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin j bəndinə əsasən İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. M.Camalova təyin edilmiş əlillik dərəcəsinin İİİ dərəcə olduğunu nəzərə alınsa, əvvəlki və cari qanunvericiliyin müvafiq qulluq dövrünün staja daxil edilməsini istisna etdiyi nəticəsinə gəlinir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddiaya qarşı etirazda qeyd olunan məzmunda izahat vermiş, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2015-ci il tarixli, 2(036)-6827/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1977-19996-cı illərdə İmişli rayonunun “Sabir” adına kolxozunda işləməsi faktı müəyyən olunmuş və həmin dövrdəki 19 il əmək fəaliyyəti sığorta stajına daxil edilmişdir. -Tibbi sənədlərdən görünür ki, X8 xx.xx.1987-ci il təvəllüdlü olmaqla, xx.xx.2000-ci il tarixdə TSEK-da müayinə olunmuş, onun sağlamlıq vəziyyətinin “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ verən tibbi göstərişlərin əsas meyarları”nın 2.1.14-cü bəndinin 4-cü yarımbəndinə uyğun olduğu nəticəsinə gəlinmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında X5 qulluq edənlərin (qəyyumun) X3 və İddiaçı olduğu qeyd olunmuşdur. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajının qanunla müəyyən edilmiş həcmdən az olması səbəbindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia ərizəsinin məzmunu təkrarlanmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-3516/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-212/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-212/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver