Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-214/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-1237/2023 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında və xx.xx.2000-xx.xx.2006-cı illərdə” “Xıl” SİB-də işlədiyi illər nəzərə alınaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1237/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1995xx.xx.2000-ci illərdə “Elburus” fermer təsərrüfatında və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Xıl” SİB-də işlədiyi illər nəzərə alınaraq xx.xx.2016-cı il tarixindən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən 36 ay əvvəl, yəni 15 iyul 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının “Elbrus” fermer təsərrüfatında və “Xıl” X10 işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də “Elbrus” fermer təsərrüfatında və “Xıl” X10 işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Həmçinin ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti X16 məlumatına əsasən depoda 30 mart 1981-ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının( seksiyasının) mexaniki vəzifəsində işləmişdir ki, nəticə etibarilə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. Bununla da onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi “Çapayev” adma sovxozda işləmiş, xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1980-xx.xx.1980-cı il tarixdə yenidən “Çapayev” adına sovxozda, xx.xx.1980xx.xx.1994-cü il tarixlərdə X17 refrijator qatarının mexaniki, xx.xx.1995-xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında, xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə isə “Xıl” SİBdə işləmişdir. Ümumilikdə iş stajı 25 ildən artıqdır və həmin dövrün 13 il 08 ay 09 gününü əmək şəraiti zərərli olan işlərdə işləmiş, lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşı tamam olmuşdur. ‘ELBRUS” fermer təsərrüfatında və “XİL” X10 işlədiyini iddia etdiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Fondun sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının stajına aid etmək mümkün deyil. Bu səbəbdən iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 2 ay 14 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981 -ci il və xx.xx.1981xx.xx.1994-cü il, məcburi dövlət sığorta haqları ödənildiyi üçün xx.xx.2006-xx.xx.2006, xx.xx.2007-xx.xx.2007 tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1975-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, o cümlədən xx.xx.1995xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında, xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə isə “Xıl” SİB-də işləməsi barədə qeydlər edilmişdir. -ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti X16 xx.xx.2019-cu il tarixli, 75 nömrəli məktubunda bildirilir ki, X16 keçmiş işçisi xx.xx.1959 il təvəllüdlü İddiaçı həqiqətən depoda 30 mart 1981-ci ildən 07 dekabr 1994-ci ilədək refrijerator qatarının( seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 13 ( on üç ) il, 08 ay, 09 gündür. -Masallı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, A-617 nömrəli arxiv arayışında iddiaçının xx.xx.1975-ci il tarixli 88-6-8 saylı əmrlə, sabiq Çapayev adına toxumçuluq sovxozun 6 saylı briqadasına fəhlə qəbul edildiyi, 1975-ci ilin iyun ayında 6 saylı briqadanın tərkibində son əmək haqqı aldığı, yenidən Çapayev adına sovxoza qəbul edilməsi və azad edilməsi barədə əmrlərə rast gəlinmədiyi, lakin 1976-cı ilin iyun ayında 6 saylı briqadanın tərkibində əmək haqqı almağa başladığı və 1976-cı ilin avqust ayında son əmək haqqı aldığı, xx.xx.1977-ci il tarixli 163/1 saylı əmrlə sovxoza avtomaşın üzrə çilingər təyin olunması, xx.xx.1977-ci il tarixli 214/1 saylı əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilməsi, xx.xx.1980-cı il tarixli 20/14 saylı əmrlə sabiq “3 saylı Mexanikləşdirmə İdarəsi"nə 3-cü dərəcəli çilingər qəbul edilməsi, xx.xx.1980-ci il tarixli 87/5 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilməsi, xx.xx.1980-cı il tarixli 290 saylı əmrlə sabiq Çapayev adına sovxozun inşaat briqadasına fəhlə qəbul edilməsi və xx.xx.1980-ci il tarixli 390 saylı əmrlə inşaat btiqadasının fəhləliyindən azad bildirilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********550300 nömrəli məktubunda bildirilir ki, "Elbrus” X2 xx.xx.1996-cı il tarixdə 93 nömrə ilə və “X7 Birliyi”nin (VÖEN **********) xx.xx.2000-ci il tarixdə 5/71 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004cü ildən hal-hazıradək "Elbrus" X8 adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin xx.xx.2023-ci il tarixə X7 Birliyinin dövlət büdcəsinə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Birlik tərəfindən dövlət büdcəsinə 274,2 manat ödəniş edilmişdir. -“Xıl” X9 sədri Kərimov T.S tərəfindən imzalanmış və birinci instansiya məhkəməsinə təqdim edilmiş tarixsiz və nömrəsiz cədvəldə İddiaçı iyun 2000-ci il tarixdən dekabr 2005-ci il tarixədək əmək haqqı alması qeyd edilmişdir. -“Elburus” fermer təsərrüfatının sədri Kərimov T.S tərəfindən imzalanmış və birinci instansiya məhkəməsinə təqdim edilmiş tarixsiz və nömrəsiz cədvəldə İddiaçı iyun 1995-ci il tarixdən may 2000-ci il tarixədək əmək haqqı alması qeyd edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Xıl” X9 sədri X4 tərəfindən təqdim edilmiş əlyazma cavabda bildirilir ki, “Elburus” fermer təsərrüfatı 2005-ci ildən fəaliyyətini dayandırmışdır, İddiaçı “Elburus” fermer təsərrüfatında çalışdığı müddətdə ona əmək haqqı nəğd yolla ödənilmişdir. Heç bir əmək haqqı cədvəli tərtib edilməmişdir. Həmçinin “Xıl” X10 çalışdığı müddətdə də ona əmək haqqı nəğd yolla ödənilmişdir, heç bir əmr verilməmişdir. Qeyd olunan sənədin məzmununa əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1995-xx.xx.2000-ci il tarixlərdə “Elbrus” fermer təsərrüfatında, xx.xx.2000-xx.xx.2006-cı il tarixlərdə isə “Xıl” SİB-də işləməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının “Xıl” X12 və “Elbrus” fermer təsərrüfatına göndərilmiş sorğusunda müvafiq əmr və əmək haqqı sənədləri tələb edilsə də həmin müəssisələrin rəhbəri qeyd edilən sənədlərin ümumiyyətlə tərtib edilmədiyi və mövcud olmadığı barədə məlumat vermişdir. Göründüyü kimi iddiaçının “Xıl” X10 və “Elbrus” fermer təsərrüfatında işləməsi və əmək haqqı alması ilə bağlı müvafiq əmək müqaviləsi, əmr, sərəncam və əmək haqqı ödənişi sənədləri olmadığı halda onun əmək kitabçasında qeyd olunan müəssisələrdə əmək fəaliyyəti barədə əsassız qeydlər aparılmış, həmçinin əmək haqqı alması barədə dövlət orqanlarına əsassız məlumat verilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçıya 10 ildən artıq müddətdə əmək haqqı nəğd qaydada ödənilmiş olduğu halda belə ödənilmiş vəsaitin aylar üzrə dəqiq məbləğini yadda saxlamaq mümkün olmadığından bu rəqəmləri əks etdirən cədvəl üzrə məlumatların mötəbər olmamasına dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının sözügedən müəssisələrdə əmək faəliyyətinin olması və əmək haqqı alması barədə dəlillərini əsaslı hesab etmir və ona məxsus əmək kitabçasında “Elbrus” fermer təsərrüfatında və “Xıl” SİB-də işləməsi ilə bağlı qeydləri mötəbər hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan dövrlərin sığorta stajı kimi nəzərə alınmaması baxımından iddiaçının ümumilikdə 25 il stajının yaranmadığına görə onun digər dövrlərdə güzəştli əmək fəaliyyətinin olub-olmaması məsələsinin araşdırılması zərurəti də aradan qalxmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-1237/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-214/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-214/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver