Məhkəmə qərarları › İş №2-1(106)-215/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-215/2022

28.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-215/2022 28.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(120)-422/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək texnikumda təhsil aldığı illərin, hərbi xidmətdə olduğu dövrün və işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 29 iyun 2022-ci il tarixli, 2- 1(120)-422/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. 1971-1975-ci illərdə Bakı Politexnikumunun gündüz şöbəsini bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı 24 il 11 ay 5 gündür. İddiaçının mübahisəsiz sosial sığorta stajı 18 il 2 ay 9 gündür: 1971-1975-ci, 1975-1977-ci illərdə təhsil aldığı və hərbi xidmətdə olduğu müddət – 5 il 9 ay 9 gün, əmək kitabçasında qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara sovxozların tikinti idarəsində işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 10 ay (1979-cu ildə iyun, iyul, sentyabr, oktyabr, noyabr ayları, 1980-ci ildə mart, may, iyun, iyul, avqust ayları); Astara rayon “Telman” çayçılıq sovxozunda xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 1 il 1 ay (1981-ci ildə yanvar-sentyabr, noyabr, dekabr ayları, 1982-ci ildə yanvar və fevral ayları), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 10 ay (1982-ci ildə oktyabr, noyabr, dekabr ayları, 1983-cü ildə yanvar-iyul ayları), xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 1 il 8 ay 11 gün (1993-cü ildə 11 ay 11 gün, 1994-cü ildə yanvar-sentyabr aylarında); X1 İstismarı İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 4 il 7 ay (1984-cü ildə 12 ay, 1985-ci ildə 12 ay, 1986-cı ildə 12 ay, 1987-ci ildə 12 ay, 1988-ci ildə yanvar, fevral, aprel, iyun, iyul, sentyabr, oktyabr aylarında); xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrdə əmək haqqı aldığı müddət – 3 il 4 ay 19 gün (1989-cu ildə sentyabr-dekabr, 1990-cı ildə 12 ay, 1991-ci ildə 12 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 19 gün). İddiaçının mübahisəli sosial sığorta stajı 6 il 8 ay 26 gündür: əmək kitabçasında qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Astara sovxozların tikinti idarəsində işlədiyi dövrdə əmək haqqı almadığı müddət – 2 il 2 ay 14 gün (1977-ci ildə 4 ay 14 gün, 1978-ci ildə 12 ay,1979-cu ildə yanvar-may, avqust, dekabr, 1980-ci ildə yanvar, fevral, aprel aylarında); Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi dövr – 5 ay 6 gün (işləməsinə dair əmr və əmək haqqı kitablarının hüquqi ünvanı məlum olmadığı üçün); X1 İstismarı İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi dövrdə əmək haqqı almadığı müddət – 9 ay 27 gün (1983-cü ildə 4 ay 27 gün, 1988-ci ilin mart, may, avqust, noyabr, dekabr ayları), Astara rayon Təmir X4 xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi dövr – 7 ay 29 gün (işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı üçün); Astara rayon “Telman” çayçılıq sovxozunda xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi dövrdə əmək haqqı almadığı müddət – 5 ay 14 gün (1980-ci ildə sentyabr-dekabr, 1981-ci ildə oktyabr, 1982-ci ildə mart ayında 22 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrdə əmək haqqı almadığı müddət – 2 il 1 ay 26 gün (1994-cü ilin oktyabr-dekabr, 1995-ci ildə 12 ay, 1996-cı ildə 10 ay 26 gün). Həmçinin iddiaçının əmək kitabçasında Astara rayon “Telman” çayçılıq sovxozunda işdən çıxma əmrinin tarixi xx.xx.1996-cı il qeyd olunduğu halda, arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuşdur. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının əmək haqqı almadığı dövrləri sosial sığorta stajına daxil etmişdir. Halbuki iddiaçının 6 il 8 ay 26 gün əmək haqqı aldığını sübut edən heç bir sənəd yoxdur. Həmçinin həmin dövrlər nəzərə alındığı halda iddiaçının ümumi iş stajı 24 il 11 ay 5 gün təşkil edir. İddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı Politexnikumunda əyani təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara sovxozların tikinti idarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X28 Sosialist Respublikasında yerləşən Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Astara rayon “Telman” çayçılıq sovxozunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək X1 İstismarı İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Astara rayon Təmir-X4, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-X4 işləmişdir. O, qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işlədiyi bütün dövrlərdə əmək haqqı almışdır. Onun həmin müəssislərdə işləməsinə, həmçinin əmək haqqı almasına dair müvafiq əmrlərin və digər sənədlərin qorunub-saxlanılmaması, arxivə təhvil verilməməsi, o cümlədən işlədiyi dövrdə aldığı əmək haqqı ilə bağlı maliyyə sənədlərində müvafiq qeydiyyatın aparılmamış olması onun təqsiri deyildir və qeyd edilən hallar onun əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verməməlidir. Həmçinin onun sonuncu işlədiyi müəssisə olan Astara rayon “Telman” çayçılıq sovxozunun fəaliyyəti 1996-cı ilin noyabr ayının 26-da əmrlə dayandırılsa da, həmin sovxozun bazasında Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının tabeliyində payçı təsərrüfat yaradılmış və həmin payçı təsərrüfat ilin sonunadək fəaliyyət göstərmişdir. Onun əmək kitabçasında müvafiq məlumatlar geniş göstərilməsə də, o da, digər işçilərlə bərabər Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının tabeliyindəki payçı təsərrüfatda xx.xx.1996-cı il tarixədək işləmiş və əmək haqqı almışdır. Onun 1996-cı ildə aldığı birdəfəlik əmək haqqı bütün ili əhatə etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Astara rayonu, Telman kəndində doğulmuş, Astara rayonu, Telman kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, Щ 024943 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1971-ci ildə Bakı Politexnikumunun gündüz şöbəsinə daxil olmuş, 1975-ci ildə həmin texnikumun İnşaat materialları sənayesinin maşın və avadanlıqları ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-mexanik ixtisası verilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən və notarial tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara sovxozların tikinti idarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Telman” çayçılıq sovxozunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Telman” çayçılıq sovxozunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək X1 İstismarı İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Astara rayon Təmir-X4, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-X4, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Telman” çayçılıq sovxozunda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunun surətində qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən 25 il 4 gün stajı olduğu halda 1979-1996-cı illərdə cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mövcuddur. Bu səbəbdən ona yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İşdə olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 100 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Astara rayon 31 saylı SMD-nin əmr kitablarına əsasən xx.xx.1977-ci il tarixli, 74/k nömrəli əmrlə müəssisəyə işə qəbul olunmuş, xx.xx.1980-ci il tarixli, 102 nömrəli əmrlə işdən azad edilmişdir. Astara rayon Dövlət Arxivində sabiq 31 saylı SMD-nin 1977-1978-ci illərə məxsus əmək haqqı kitabları saxlanılmır. İddiaçı 31 saylı SMD-də 1979-cu ildə 5 ay, 1980-ci ildə 6 ay əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 100/1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Astara rayon “Telman” sovxozunun əmr kitablarına əsasən xx.xx.1980-ci il tarixli, 38 nömrəli əmrlə sovxoza işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 95 nömrəli əmrlə işdən azad olunmuş, həmçinin xx.xx.1982-ci il tarixli, 274 nömrəli əmrlə sovxoza işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 149 nömrəli əmrlə işdən azad olunmuş, həmçinin xx.xx.1993-cü il tarixli, 11 nömrəli əmrlə sovxoza işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli, 24 nömrəli əmrlə işdən azad olunmuşdur. Astara rayon Dövlət Arxivində saxlanılan “Telman” sovxozunun çəltik briqadasının əmək haqqı kitablarında İddiaçı 1995-ci ildə 203825 manat, 1996-cı ildə 74306 manat birdəfəlik əmək haqqı alması qeyd olunmuşdur. Astara rayon Dövlət Arxivində saxlanılan “Telman” sovxozunun 1980-ci ilin əmək haqqı kitablarında İddiaçı adı aşkar olunmamışdır. İddiaçı 1981-1983-cü, 1993-1994-cü illərdə müvafiq əmək haqqı almışdır. İşdə olan Astara sovxozların tikinti idarəsi üzrə xx.xx.1977-ci il tarixli, 74/k nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən işə qəbul edilmişdir. İşdə olan Astara sovxozların tikinti idarəsi üzrə xx.xx.1980-ci il tarixli, 102 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən işdən azad edilmişdir. İşdə olan Astara rayon “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1980-ci il tarixli, 38 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən sovxozda texniki təhlükəsizlik mühəndisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Astara rayon “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1982-ci il tarixli, 95 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, sovxozun təhlükəsizlik texnikası üzrə mühəndisi İddiaçı başqa işə keçdiyindən xx.xx.1982-ci il tarixdən sovxozda tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan Astara rayon “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1982-ci il tarixli, 274 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən sovxozun 3 nömrəli briqadasına fəhləliyə qəbul edilmişdir. İşdə olan “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1983-cü il tarixli, 150 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən sovxozda fəhləlikdən azad edilmişdir. İşdə olan Astara rayon “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1993-cü il tarixli, 11 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən verdiyi ərizəsinə əsasən taxılçılıq briqadasına briqadir vəzifəsinə təyin edilmişdir. İşdə olan Astara rayon “Telman” çayçılıq sovxozu üzrə xx.xx.1996-cı il tarixli, 24 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı işdən azad edilmişdir. İşdə olan xx.xx.1996-cı il tarixli, 24 nömrəli əmrin surətindən görünür ki, “Telman” sovxozunun X34 Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı nəzərə alaraq sovxozda olan fəhlələrin iş fəaliyyəti xx.xx.1996-cı il tarixdən dayandırılmış, əsasında aqroservis və payçı təsərrüfatı yaradılmışdır. Həmin əmrdəki adlı siyahıda İddiaçı da adı qeyd edilmişdir. İşdə olan X1 İstismarı İdarəsi üzrə xx.xx.1983-cü il tarixli, 170 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən Sağsahil Magistral kanalına 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. İşdə olan X1 İstismarı İdarəsi üzrə xx.xx.1988-ci il tarixli, 61-k nömrəli əmrdən çıxarışdan görünür ki, xx.xx.1989-cu il tarixdən X1 İstismarı İdarəsinin bazasında Lənkəran Rayonlararası Təmir-X18 yaradılmışdır. İşdə olan X1 İstismarı İdarəsi üzrə xx.xx.1988-ci il tarixli, 62-k nömrəli əmrdən çıxarışdan görünür ki, X1 İstismarı İdarəsinin bazasında Lənkəran Rayonlararası Təmir-X5 yaradılması ilə əlaqədar X1 İstismarı İdarəsinin işçisi İddiaçı xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X8 3-cü dərəcəli növbətçi-maşinist işinə köçürülmüşdür. İşdə olan Lənkəran Rayonlararası Təmir-X18 üzrə xx.xx.1989-cu il tarixli, 37-k nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X2 köçürmə yolu ilə 3-cü dərəcəli növbətçi elektrik işinə təyin edilmişdir. İşdə olan X25 X22 Birliyi – Baş Müsəssisəsi üzrə xx.xx.1993-cü il tarixli, 7-k nömrəli əmrdən çıxarışdan görünür ki, 1 nömrəli nasos stansiyasında növbətçi elektrik İddiaçı xx.xx.1993-cü il tarixdən işdən azad edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi X6, Astara rayon Dövlət Arxivinin müdiri X14 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üzrə iş stajı və əmək haqları yoxlanıldıqda aşağıdakılar müəyyən edildi: xx.xx.1977-ci ildə 74/k nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 102 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1980-ci ildə 38 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1982-ci ildə 95 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1982-ci ildə 274 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1983-cü ildə 150 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1993-cü ildə 11 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə 24 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək haqqı cədvəllərində heç bir qüsur aşkar olunmadı. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X19, böyük mütəxəssisi X21 və X1 İstismarı İdarəsinin baş mühasibi X15 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdə 170 nömrəli əmrlə X1 İstismarı İdarəsinə nasos stansiyasında 4-cü dərəcəli elektrik işinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə 62 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 37 nömrəli əmrlə yenidən İddiaçı X1 İstismarı İdarəsinə 11 nömrəli nasos stansiyasına 3-cü dərəcəli elektrik işinə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdə 07 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi dövrdə 1983-cü ildə əmək haqqı olmamış, 1984-1993-cü illərdə müvafiq əmək haqqı almışdır. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, İddiaçı 1983- 1993-cü illərdə müvafiq əmək haqqı almışdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş Astara rayon Dövlət Arxivinin müdiri X16 ifadəsində bildirmişdir ki, Astara sovxozların tikinti idarəsinin (bəzi arxiv məlumatlarında müəssisənin adı Astara rayon sabiq 31 saylı SMD adlandırılmışdır), həmçinin Astara rayon “Telman” çayçılıq sovxozunun iddiaçının işlədiyi dövrlərə aid əmrlər və əmək haqqı kitabları tam formada arxivə təhvil verilməmişdir. Lakin iddiaçının işə girmə və işdən çıxma əmrləri, həmçinin müəyyən dövrlərlə bağlı əmək haqqı alması barədə məlumatlar arxivdə mövcuddur, həmin sənədlərin təsdiq edilmiş surətləri və müvafiq məlumatlar da məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmənin sonuncu sorğusunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Astara rayon “Telman” çayçılıq sovxozu ləğv edildikdən sonra aqroservis və payçı təsərrüfatın yaradılması barədə adlı siyahıdan ibarət əmr olsa da, həmin təsərrüfatın sonrakı fəaliyyəti barədə hər hansı məlumat arxivdə mövcud deyildir. İşdə olan seriya AZE 07632691 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1959-cu il tarixdə Astara rayonu, Telman kəndində doğulmuş, Astara rayonu, Telman kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X3 məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X10 xx.xx.1994-cü il tarixdə Astara rayon “Telman” çayçılıq sovxozunun direktoru təyin edilmiş, sovxozun fəaliyyəti dayandığı üçün xx.xx.1996-cı il tarixdə xx.xx.1996-cı il tarixli, 26 nömrəli əmrlə X34 komissiyasının sədri təyin edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Astara rayon “Telman” çayçılıq sovxozunun sonuncu direktoru olmuşdur. Sovxozun əmrlər və əmək haqqı kitabları tam formada mühafizə olunmadığından onların arxivə təhvil verilməsi mümkün olmamışdır. Astara rayon “Telman” çayçılıq sovxozunun fəaliyyəti 1996-cı ilin noyabr ayının 26-da əmrlə dayandırılsa da, həmin sovxozun bazasında Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının tabeliyində payçı təsərrüfat yaradılmış və həmin payçı təsərrüfat ilin sonunadək fəaliyyət göstərmişdir. İddiaçının əmək kitabçasında müvafiq məlumatlar geniş göstərilməsə də, qeyd edilən səbəbdən onun sonuncu iş günü 1996-cı ilin 29 dekabrı göstərilmişdir. Astara rayon “Telman” çayçılıq sovxozu ləğv edildikdən sonra həmin sovxozun bazasında yaradılmış Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının tabeliyindəki payçı təsərrüfat üçün ayrıca əmrlər və əmək haqqı kitabları açılmamış, müvafiq məlumatlar Astara rayon “Telman” çayçılıq sovxozunun əmrlər və əmək haqqı kitablarının ardına işlənmişdir. Astara rayon “Telman” çayçılıq sovxozu ləğv edildikdən sonra Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının və Komissiyanın tabeliyində fəaliyyət göstərən payçı təsərrüfatın sənədləri tam formada arxivə təhvil verilməmişdir. Lakin arxivdə olan 26 noyabr 1996-cı il tarixli, 24 nömrəli əmrdən görünür ki, Astara rayon “Telman” çayçılıq sovxozu ləğv edildikdən sonra adlı siyahı ilə tərkibi müəyyən edilərək payçı təsərrüfat yaradılmış və iddiaçının adı həmin siyahıda göstərilmişdir. Həmçinin arxivə təhvil verilmiş Astara rayon “Telman” çayçılıq sovxozunun əmək haqqı kitabından görünür ki, iddiaçı və digər işçilər 1996-cı ildə birdəfəlik əmək haqqı almışdırlar. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İstismarı İdarəsində kadr müfəttişi vəzifəsində işləyir. Əmrlər kitabına əsasən İddiaçı xx.xx.1983-cü il tarixli, 170 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən X1 İstismarı İdarəsinin Sağsahil Magistral kanalına 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. xx.xx.1988-ci il tarixli, 61-k nömrəli əmrlə X1 İstismarı İdarəsinin bazasında Lənkəran Rayonlararası Təmir-X18 yaradılmış və bununla əlaqədar xx.xx.1988-ci il tarixli, 62-k nömrəli əmrlə İddiaçı xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X8 3-cü dərəcəli növbətçi-maşinist işinə köçürülmüşdür. xx.xx.1989-cu il tarixli, 37-k nömrəli əmrlə İddiaçı xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X2 köçürmə yolu ilə Lənkəran Rayonlararası Təmir-X4 3-cü dərəcəli növbətçi elektrik işinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixli, 7-k nömrəli əmrlə İddiaçı xx.xx.1993-cü il tarixdən işdən azad edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İstismarı İdarəsində mühasib vəzifəsində işləyir. İddiaçı işlədiyi dövrdə X1 İstismarı İdarəsində Sabir Süleymanov rəis, Fədail Cəfərov isə mühasib vəzifəsində işləmişdir. Onların hər ikisi vəfat etmişdir. Onlar sağ olsaydı, onlarla bəzi sənədlərdəki çatışmazlıqlar müzakirə oluna bilərdi. Həmin dövrdə işləmiş vəzifəli şəxslərin məsuliyyətsizliyi səbəbindən işçilərin əmək haqqı almaları barədə bəzi dövrlərə aid kitablar qorunub saxlanılmamış, həmçinin müəyyən kitablar tam işlənilməmişdir. Hazırda onların idarəsində əlavə hər hansı məlumat yoxdur. İddiaçının bəzi aylarda əmək haqqı alması barədə məlumatların olmaması həmin dövrdə işləmiş vəzifəli şəxslərin məsuliyyətsizliyi ilə əlaqədardır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi orta ixtisas təhsili aldığını təsdiq edən diploma, hərbi biletinə və əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin təqdim etdiyi sənədlərə əsasən 25 il 4 gün stajı olsa da, 1979-1996-cı illərdə cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olduğu əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 9 ay 4 gün) Bakı Politexnikumunda əyani orta ixtisas təhsili almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 5 gün) hərbi xidmətdə olmuşdur. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (3 il 21 gün) Astara sovxozların tikinti idarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (5 ay 6 gün) Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 6 ay 14 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (9 ay 20 gün), xx.xx.1993cü il tarixdən xx.xx.1996-cı il tarixədək (3 il 11 ay 10 gün) Astara rayon “Telman” çayçılıq sovxozunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək (5 il 4 ay 29 gün) X1 İstismarı İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (7 ay 30 gün) Astara rayon Təmir-X4, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (3 il 4 ay 18 gün) Lənkəran Rayonlararası Təmir-X4 işləmişdir. İddiaçının Bakı Politexnikumunda əyani orta ixtisas təhsili aldığı və hərbi xidmətdə olduğu dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən Astara sovxozların tikinti idarəsində, Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda, Astara rayon “Telman” çayçılıq sovxozunda, X1 İstismarı İdarəsində və Astara rayon Təmir-X4 işlədiyi dövrlər üzrə meydana çıxmışdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Bu səbəbdən iddiaçının Astara sovxozların tikinti idarəsində, X1 İstismarı İdarəsində, Astara rayon “Telman” çayçılıq sovxozunda işlədiyi dövrlərdə əmək haqqı almadığı müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin iddiaçının əmək kitabçasına əsasən Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda işləməsinə dair əmr və əmək haqqı kitablarının hüquqi ünvanı məlum olmadığı üçün, Astara rayon Təmir X4 isə işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı üçün həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Həmçinin iddiaçının əmək kitabçasında Astara rayon “Telman” çayçılıq sovxozunda işdən çıxma əmrinin tarixi xx.xx.1996-cı il qeyd olunduğu halda, arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuşdur. Belə olan halda, iddiaçının mübahisəli sosial sığorta stajı 6 il 8 ay 26 gün, mübahisəsiz sosial sığorta stajı isə 18 il 2 ay 9 gün olmaqla, ümumi iş stajı 24 il 11 ay 5 gün təşkil edir. İddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı Astara sovxozların tikinti idarəsinin, Astara rayon “Telman” çayçılıq sovxozunun arxivdə saxlanan müvafiq əmrlər və əmək haqqı kitablarına, eləcə də X1 İstismarı İdarəsinin müvafiq əmrlər və əmək haqqı kitablarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Astara sovxozların tikinti idarəsinin (bəzi arxiv məlumatlarında müəssisənin adı Astara rayon sabiq 31 saylı SMD adlandırılmışdır), həmçinin Astara rayon “Telman” çayçılıq sovxozunun iddiaçının işlədiyi dövrlərə aid əmrlər və əmək haqqı kitabları tam formada arxivə təhvil verilməmişdir. Lakin iddiaçının işə girmə və işdən çıxma əmrləri, həmçinin müəyyən dövrlərlə bağlı əmək haqqı alması barədə məlumatlar arxivdə mövcuddur. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssislərdə işlədiyini və əmək haqqı aldığını qeyd edir, bunun əksinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Astara rayon “Telman” çayçılıq sovxozunun fəaliyyəti 1996-cı ilin noyabr ayının 26-da əmrlə dayandırılsa da, həmin sovxozun bazasında Astara rayon “Telman” sovxozunun X34 Komissiyasının tabeliyində iddiaçının da adının göstərildiyi adlı siyahı ilə tərkibi müəyyən edilən payçı təsərrüfat yaradılmış və həmin payçı təsərrüfat ilin sonunadək fəaliyyət göstərmişdir. İddiaçının əmək kitabçasında müvafiq məlumatlar geniş göstərilməsə də, qeyd edilən səbəbdən onun sonuncu iş günü 1996-cı ilin 29 dekabrı göstərilmişdir. İddiaçı da həmin payçı təsərrüfatda 1996-cı ilin 29 dekabrınadək işlədiyini və əmək haqqı alıdığını qeyd edir, bunun əksinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin arxivə təhvil verilmiş əmək haqqı kitabından görünür ki, iddiaçı və digər işçilər 1996-cı ildə birdəfəlik əmək haqqı almışdırlar. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 İstismarı İdarəsinin iddiaçının işlədiyi bəzi dövrlərə aid əmək haqqı kitabları qorunub saxlanılmamış, həmçinin müəyyən kitablar tam işlənilməmişdir. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək X1 İstismarı İdarəsində işlədiyini və əmək haqqı aldığını qeyd edir, bunun əksinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı X1 İstismarı İdarəsi üzrə xx.xx.1988-ci il tarixli, 62-k nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X8 3-cü dərəcəli növbətçi-maşinist işinə köçürülmüş, Lənkəran Rayonlararası Təmir-X18 üzrə xx.xx.1989-cu il tarixli, 37-k nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən Astara rayon Təmir-X2 köçürmə yolu ilə Lənkəran Rayonlararası Təmir-X4 3-cü dərəcəli növbətçi elektrik işinə təyin edilmişdir. İddiaçı da xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Astara rayon Təmir-X4 işlədiyini və əmək haqqı aldığını qeyd edir, bunun əksinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda işləməsinə dair əmr və əmək haqqı kitablarının hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrün sosial sığorta stajı kimi nəzərə alına bilinmədiyini bildirmişdir. İddiaçı isə qeyd edilən tarixlərdə X28 Sosialist Respublikasında yerləşən Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda işlədiyini və əmək haqqı aldığını qeyd edir. Cavabdeh isə bunun əksinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrin müvafiq dövrə aid əmr və əmək haqqı kitablarının qorunub saxlanılmamasına, həmçinin həmin kitabların tam işlənilməməsinə, eləcə də həmin kitabların dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin müəssisələrin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçının əmək kitabçasına əsasən işlədiyi 1979-1996-cı illərdə cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olması barədə cavabdehin imtinasının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(120)-422/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar