Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-216/2022 17.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işi üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili İddiaçı2 və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli 2-1(120)523/2022 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 2000-ci il tarixindən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etməmiş, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirmişdir. İddiaçı1 yuxarıda sadalanan hərəkətləri ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” AR NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci abzasının, “X22 əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinin, “X22nda daxili xidməti intizam Qaydaları”nın 4.2-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, iddiaçı 2000-ci ildən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və onun sonuncu vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müffətişi vəzifəsi olmuşdur. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı1 tutduğu vəzifədən xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixindən işdən azad olunduğu göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağıdakı kimi müəyyən edilmişdir: - 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;- 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən 1 təqvim ayı ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni işçiyə əmrin, yaxud əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün hesab olunmalıdır. Beləliklə, İddiaçı1 28 oktyabr 2021-ci il tarixdə işlədiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə işdən azad edilməsi ilə bağlı əmrin icrasını təmin etmək üçün təhvil-təslim işləri aparmış və ona işdən azad olunma əmrin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Bu da onu göstərir ki, hal-hazırkı əmək mübahisəsi ilə bağlı İddiaçı1 tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, İddiaçı1 barəsində qəbul edilmiş Vergilər Nazirliyinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrinin məzmununda göstərilmişdir ki, vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etməmiş, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirmişdir. Bununla da vergi orqanı əməkdaşı İddiaçı1 tərəfindən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci abzasının, “X22 əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinin, “X22nda daxili xidməti intizam Qaydaları”nın 4.2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, İddiaçı1 işdən azad edilməsinə əsas səbəb onun öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyi qeyd edilmişdir. Beləliklə bununla bağlı bildirilir ki, İddiaçı1 qaynatası ona ilk nəvəsinin toyunu özü edəcəyini söylədiyinə görə iddiaçı qızının xeyir işi ilə əlaqədar xx.xx.2021-ci il tarixində Lənkəran rayonu, Osaküçə kəndində yerləşən “Cənnət Xıll” restoranında təxminən 30 nəfər iş yoldaşına qonaqlıq vermiş, Baş İdarənin rəisi Namiq Bağırov qonaqlığa gələrək pul yazdırıb getmiş, həmin məclisdə bəy və gəlin iştirak etməmiş, videoçəkiliş və musiqiçilər olmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində yerləşən “Ağ saray” şadlıq sarayında İddiaçı1 qayınatası Vaqif Kərimov tərəfindən onun qızına toy şənliyi təşkil edilmiş, özü tərəfindən isə həmin toy şənliyinə heç bir köməklik göstərilməmişdir və qayınatası İddiaçı1 bildirmişdir ki, “Ağ saray” şadlıq sarayının sahibi ilə onun arasında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi məclisi üçün xidmət haqqının ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində müqavilə bağlanılmışdır. Həmçinin də xx.xx.2021-ci il tarixində qayınatası ilə restoran sahibi arasında “şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair” iltizamnamə bağlanıldığını İddiaçı1 bildirmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5- 3-cü bəndində də göstərilmişdir ki, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə xx.xx.2021-ci il tarixindən icazə verilmişdir. Həmin Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3.6-cı bəndind də göstərilmişdir ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyəti (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndinə də göstərilmişdir ki, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Beləliklə yuxarıda qeyd olunan Nazirlər Kabinetinin qərarından belə görünür ki, şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibinin vəzifəsidir. Şənlik mərasiminin sahibinin vəzifəsidə sadəcə olaraq ondan ibarətdir ki, NK-nin qərarına uyğun olaraq tərəflər arasında bağlanılmış iltizamnaməni imza etməkdir ki, həmin iltizamnamə də İddiaçı1 qayınatası Vaqif Kərimov tərəfindən imzalanmışdır. Bundan sonra qeyd olunan iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilməsi artıq şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən həyata keçirilməli idi. Yəni məsuliyyət artıq şənlik mərasiminin keçirildiyi məkanın sahibinin üzərində idi. Toy şənliyində “icaze.e-gov.az” portalına daxil edilib-edilməməsinə nəzarəti vergi orqanın əmək məzuniyyətində olan işçisi tərəfindən də həyata keçirilmir. Belə ki, İddiaçı1 həmin vaxtlarda əmək məzuniyyətində olmuş və Əmək Məcəlləsinin tələblərinə əsasən işçi əmək məzuniyyətində olduqda tərəfindən əmək funsiyalarının icra edilməsi mümkün deyildir. Ona görə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin x) hissəsinə əsasən hər il Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək İddiaçı1 hüququdur və iddiaçı da, həmin hüququndan istifadə etmişdir. Yəni toy şənliklərinin “icaze.e.gov.az” portalına işlənilib-işlənilməməsinə nəzarət edilməsi Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və X5 birgə həvalə edilsə də, sözügedən nəzarət bilavasitə həmin dövlət qurumların məzuniyyətdə olan əməkdaşların deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşların vəzifə səlahiyyətlərinə aiddir. Lakin hal-hazırda Dövlət Vergi Xidməti tərəfindən vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyini qeyd etməsinə əsaslanaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən onun işinə xitam verilməsi qanunvericiliyin tələblərinə əsasən də qanuna ziddir. Çünki İddiaçı1 həmin şənlik mərasimində toy sahibi olmamışdır, həmin şənlik mərasiminin sahibi onun qayınatası olmuşdur. Tərəflər arasında da iltizamnamə bağlanıldığı təqdirdə şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.egov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın sahibinin vəzifəsi hesab edilmişdir. Eyni zamanda da İddiaçı1 həmin vaxtda məzuniyyət hüququndan istifadə edərək, əmək məzuniyyətində olmuşdur. Bu da onu göstərir ki, İddiaçı1 əməlində ƏM-nin 70-ci maddəsinin “ç” bəndində və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində göstərilən hallar aşkar olunmur. Ona görə ki, əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindən belə görünür ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. “X22nda xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-ci bəndində də qeyd edilmişdir ki, xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Odur ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq bildirilir ki, İddiaçı1 əməlində Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsi, Əsasnamənin 46-cı maddəsi və 75-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallar aşkar edilmir. Ona görə ki, baş verən hadisədən İddiaçı1 hansı növ xidməti intizam qaydasının pozulması qanunvericilik normalarına əsasən müəyyən edilməmişdir. Həmçinin də Dövlət Vergi Xidmətinin Aparatının Hüquq baş idarəsinin avis proqramı vasitəsi ilə verdiyi dərkənarında da müəyyən edilməmişdir. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmr xx.xx.2021-ci il tarixində saat 18:43 radələrində Hüquq baş idarəsinə razılaşdırılması üçün göndərilmiş və həmin baş idarənin rəisi Anar Rzayev tərəfindən həmin qəbul edilmiş əmrə xx.xx.2021-ci il tarixində saat 14:44 radələrində rəy verilmiş və rəydə də göstərilmişdir ki, əməkdaşın xidməti fəaliyyəti ilə bağlı olmayan hansısa bir qaydanı pozması həmin əməkdaşın xidmət intizam qaydasını pozması kimi qiymətləndirilə bilməz. Əməkdaşa intizam tənbeh tədbirinin tətbiqi hüquqi cəhətdə əsaslı deyildir. Eyni zamanda yenidən cavabdeh Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində saat 15:16 radələrində həmin əmrə rəy verilməsi üçün Hüquq baş idarəsinin rəisi Anar Rzayevə əmr göndərilmiş və Anar Rzayev tərəfindən yenidən həmin əmrə rəy verilərkən İddiaçı1 işdən azad edilməsinə hüquqi əsaslar mövcud olmadığı üçün daha yüngül intizam tənbehin verilməsi qeyd edilərək xx.xx.2021-ci il tarixində saat 15:27 radələrində bir daha rədd edilmişdir. Bundan sonra cavabdeh Dövlət Vergi Xidməti tərəfindən həmin əmr xx.xx.2021ci il tarixində saat 20:24 radələrində Hüquq baş idarəsinin rəisinə məlumat üçün göndərilmişdir. Beləliklə yuxarıda qeyd etdiyimiz hallardan da açıq-aşkar görünür ki, İddiaçı1 işdən azad edilməsi ilə bağlı Hüquq baş idarəsinin rəisi Anar Rzayev tərəfindən belə 2 dəfə eyni rəy verilsə də, cavabdeh Dövlət Vergi Xidməti qanunvericiliyin tələblərini pozmaqla İddiaçı1 işdən azad etmiş, Hüquq baş idarəsinin rəyini belə nəzərə almamış, İddiaçı1 işdən azad etməklə xx.xx.2021-ci il tarixində həmin əmri Hüquq baş idarəsinə rəy vermək üçün deyil, məlumat üçün göndərmişdir. Buradan da görünür ki, cavabdeh Dövlət Vergi Xidməti qanunvericiliyin tələblərini pozmaqla həmin aktı qəbul etmişdir. Eyni zamanda İddiaçı1 iş vaxtı ərzində iş yerində xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol versə idi, barəsində “X22nda xidmət haqqında Əsasnamə”nin 49-cu maddəsində göstərilən hallar tətbiq edilməli idi ki, həmin hallarda İddiaçı1 tətbiq edilməmişdir. Belə ki həmin Əsasnamənin məzmunundan belə görünür ki, intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin cavabdeh Dövlət Vergi Xidməti tərəfindən toy şənliyinin 11 iyul 2021-ci il tarixdə olmasına baxmayaraq iddia edildiyi pozuntu anından 1 aydan artıq müddət keçdikdən sonra (təxminən 3 ay) 11 oktyabr 2021-ci il tarixdə İddiaçı1 barəsində intizam tənbehi tədbiri görülmüşdür ki, bununla da yuxarıda qeyd edilən qanun normaların kobud pozuntusuna yol verilmişdir. Bu da onu göstərir ki, İddiaçı1 tətbiq edilən intizam tənbeh tədbiri hüquqi cəhətdən əsaslı deyildir və qanunvericiliyin tələbləri pozulmaqla tətbiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində belə təsbit edilmişdir ki, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, işçi tərəfindən yalnız iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi nəticəsində həmin işçinin vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Bundan başqa Dövlət Vergi Xidməti tərəfindən ikinci pozuntu halıda o olmuşdur ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində işə gəlmiş, lakin həmin gün işdə özünü pis hiss etdiyindən səhhətində müəyyən problemlər olduğundan, saat 10:00 radələrində işdə səhhəti ilə bağlı həkimə getdiyini bildirmiş və elə həmin vaxtda həkimdə “əmək qabiliyyətini itirməyilə” bağlı xəstəlik vərəqəsi açılmış və bununla bağlıda işlədiyi struktura xx.xx.2021-ci il tarixindən bülletendə olduğunu bildirmişdir və “əmək qabiliyyətini itirməyilə” bağlı xəstəlik vərəqəsinidə işə qayıtdıqda təqdim edəcəkdir. Ona görə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarında da göstərilmişdir ki, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Dövlət Vergi Xidməti isə İddiaçı1 xx.xx.2021-ci il tarixindən “əmək qabiliyyətini itirməyilə” bağlı bülletendə olduğunu bildiyi halda onu xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixindən işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilər bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərdir, həmçinin də “X22nda xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasəndə vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Eyni zamanda Dövlət Vergi Xidməti digər pozuntu halınada yol vermişdir. Ona görə ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən xitam verilərsə işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6 qabaqcadan razılığı alınmaqla həll edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsinin 1-ci hissəsində də göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsində də göstərilmişdir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq qeyd edirik ki, iştirakı Dövlət Vergi Xidməti tərəfindən X6 keçirilən iclasında İddiaçı1 iştirakı təmin edilməmiş və məsələni obyektiv araşdırmadan formal olaraq yazılı rəyini cavabdeh Dövlət Vergi Xidmətinə təqdim etmişdir. Bundan başqa İddiaçı1 vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verildiyi “əmr edirəm” hissəsində qeyd edilsə belə, həmin əmrin qəbul edilmə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Bu halda həmin əmrin etibarlı olub-olmamasına dəlalət edir. Ona görə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda “müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər” göstərilir. Eyni zamanda həmin Maddənin 2-ci bəndində də qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə sadalanan qanunvericilik normalarından da göründüyü kimi Dövlət Vergi Xidməti tərəfindən həmin əmrin tarixini işdən azad olunma tarixi deyil, xx.xx.2021-ci il tarix olaraq göstərilməsi Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən də əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Ona görə ki, əmrin məzmunun da göstərilən tarix ilə əmrin qəbul edildiyi tarix arasında ziddiyyətli hallar olmamalıdır, əmək müqaviləsi ləğv edilən gün, ay, il hansı tarixdə göstərilibsə əmrin qəbul edildiyi gün, ay, ildə həmin tarixdə göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, cavabdeh Dövlət Vergi Xidməti İddiaçı1 işdən azad olunmasına əsas olan əmr Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X22nda xidmət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edildiyindən, həmin əmr (inzibati akt) qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Bundan başqa onu da qeyd edirik ki, Əmək Məcəlləsinin 300-cü maddəsindən də görünür ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı1 əvvəlki vəzifəsinə işə bərpa edilməsi, İddiaçı1 məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məhkəmədən xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli, 151 nömrəli Qərarının tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Araşdırma zamanı iddiaçının övladının toy şənliyinin 11 iyul 2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ağ saray” şadlıq sarayında keçirildiyi, həmin şənlik barədə məlumatın Dövlət Vergi Xidmətinə göndərilmiş məlumatlarda əksini tapdığını, yəni toy şənliyinin “icaze.e-gov.az” portalına işlənilmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli, 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla keçirildiyi müəyyən edilmişdir. Sorğu zamanı özünü qeyri-səmimi apararaq övladının toy şənliyinin qayınatası X14 tərəfindən keçirildiyini və onun tərəfindən toy şənliyinin keçirilməsinə heç bir köməklik göstərilmədiyini iddia edən sabit dövlət vergi müfəttişi İddiaçı1 təqdim etdiyi yazılı izahatında araşdırma predmeti üzrə sualların əksəriyyətini intizam məsuliyyətindən yayınmaq məqsədi ilə yanlış cavablandırsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli, 151 nömrəli Qərarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə keçirilən tədbirdə vergi orqanı əməkdaşı kimi 2-3 dəfə iştirak etdiyini etiraf etmişdir. X22 bilavasitə bu işlərə nəzarət edən qurum olduğu halda, vergi orqanı əməkdaşı olan iddiaçı öz övladının toy şənliyini müvafiq tələbləri pozmaqla keçirərək şənlik mərasimi keçirən vergi ödəyicisinin məlum tələblərini pozmasına şərait yaratmışdır. “X22 əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərində bildirilir ki, əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalı, dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Vergi orqanı əməkdaşlarının, o cümlədən İddiaçı1 öz yaxın qohumlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli, 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələblərini pozulmaqla toy şənlikləri keçirmələri yerli sakinlərin narazılığına və bu barədə Dövlət Vergi Xidmətinə şikayət etmələrinə səbəb olmaqla ictimaiyyət arasında vergi orqanlarının nüfuzuna xələl gətirmişdir. İddiaçı1 barəsində aparılmış araşdırmanın nəticələri xx.xx.2021-ci il tarixli **********440100 nömrəil xidməti məruzə ilə rəsmiləşdirilmiş, yol verdiyi nöqsanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq, Xidmətin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı1 iddia ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ağ Saray” şadlıq sarayında onun qızı üçün keçirilmiş toy şənliyi onun qayınatası Vaqif Kərimov tərəfindən təşkil edilmiş və onun tərəfindən məclisin keçirilməsində heç bir köməklik göstərilməmişdir. Həmçinin qayınatası Vaqif Kərimov ilə şadlıq sarayının sahibi xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdır. İddiaçı Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.5-3.7-cı bəndinə istinad edərək şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməli olduğunu, bununla bağlı bütün məsuliyyətin məkan sahibinin üzərində olduğunu bildirmiş və buna sübut olaraq məhkəməyə müqavilənin və iltizamnamənin surətlərini təqdim etmişdir. Lakin qeyd etməliyik ki, cavabdehin müqavilənin və iltizamnamənin həqiqiliyinə dair əsaslı şübhələri yaranmışdır. İlk növbədə qeyd edilir ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1 -ci maddəsinə əsasən isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İddiaçının isə məhkəməyə sübut qismində təqdim etdiyi müqavilədə məkan sahibi olan X15 iradə ifadəsini əks etdirən hər hansı əlamət mövcud deyildir. Belə ki, uçot baza məlumatlarına əsasən X21 ********** VÖEN ilə 6 saylı Ərazi Vergilər Baş idarəsində uçotdadır və ona məxsus “X30” təsərrüfat subyekti **********-26001 obyekt kodu ilə qeydiyyata alınmışdır. Lakin iddiaçının təqdim etdiyi müqaviləyə nəzər saldıqda görünür ki, obyekt sahibi olan fərdi sahibkara aid rekvizitlərin (VÖEN, obyektin ünvanı, kodu) heç biri əks olunmamış, məkanın adı onun rəsmi adı ilə deyil, ticarət adı ilə qeyd olunmuş və eyni zamanda X15 vəsiqə məlumatları da göstərilməmişdir. Həmçinin müqavilədə yalnızca tərəflərin adları, soyadları, ata adları qeyd olunmuş, lakin X21 adından çəkilmiş imza onun daha öncə vergi orqanına təqdim etdiyi ərizə və müraciətlərində çəkilmiş imzalarla eynilik təşkil etmir (imza nümunələrini əks etdirən sənədlərin surətləri əlavə olunur). Həmçinin iltizamnamənin surətinə də nəzər saldıqda eyni hallar təkrar müşahidə olunur və həmin sənədlərin “xidməti göstərən” fərdi sahibkar Ə.H.Ağayev tərəfindən deyil “xidmət alan” tərəfindən doldurulması yuxarıda qeyd olunan şübhəli məqamların əsassız olmamasını bir daha göstərir. Əks halda belə bir sual yaranır ki, əgər X14 ilə şadlıq sarayının sahibi olan X21 arasında xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdırsa, o halda nəyə görə fərdi sahibkar Ə.H.Ağayev həmin sənəd və məlumatları “icaze.e-gov.az” portalına daxil etməmişdir?. Halbuki vergi orqanlarında olan hesabat məlumatlarına əsasən fərdi sahibkar X21 2021-ci ilin iyul ayı ərzində onun təsərrüfatında olan **********- 26001 kodlu “X30” adlı obyektdə ümumilikdə bundan əlavə 20 tədbir keçirilmiş və onların hər biri qanunamüvafiq qaydada “icaze.e-gov.az” portalında qeydiyyata alınmışdır (hesabat cədvəli etiraza əlavə olunur). İddiaçının məhkəməni yanıltmaq məqsədi ilə təqdim etdiyi bir digər dəlil isə xəstəlik vərəqəsi olmuşdur. Belə ki, İddiaçı1 öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə işə gəlmiş, lakin həmin gün səhhətində müəyyən problemlər olduğundan həkimə getmiş və həmin vaxtda “əmək qabiliyyətinin müvəqqəti itirilməsi” ilə bağlı xəstəlik vərəqəsi açılmış, xəstəlik vərəqəsini isə işə qayıtdıqdan sonra təqdim edəcəkdir. Həmçinin iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin onun xx.xx.2021-ci il tarixdən “əmək qabiliyyətinin itirilməsi” ilə bağlı bülletendə olduğunu bildiyi halda onu xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən işdən azad etdiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, Dövlət vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrin qəbul edildiyi tarixədək İddiaçı1 tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Hazırkı iş üzrə xəstəlik vərəqəsi iddia ərizəsinə sübut qismində əlavə olunmuşdur. Lakin həmin sənədə nəzər saldıqda onun qanunamüvafiq qaydada tərtib edildiyinə və həqiqəti əks etdirdiyinə dair əsaslı şübhələr yaranır. Belə ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X31 tərəfindən təqdim edilmiş SN 00007 seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsinə" əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirməsi səbəbi ilə işdən azad edilmiş, daha sonra həmin müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək iki dəfə uzadılmışdır. Sənəddə müvafiq tibb müəssisəsinin möhürü, həkim-terapevtin imzası, həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının möhürü və daha sonra 6 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması şöbəsinə xx.xx.2021-ci il tarixdə təqdim edildiyinə dair qeyd, müvafiq strukturun möhürü və rəhbərinin imzası əks olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarının 2 nömrəli Əlavəsinin 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Əlavənin 7-8-ci bəndlərinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər, əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İddiaçının isə təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən onun işdən azad olunma vaxtı ikinci dəfə 6 gündən artıq müddətə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, həkim-məsləhət komissiyasının möhürü vurulmuş lakin komissiyanın üzvləri və sədr tərəfindən imzalanmalı olduğu təqdirdə müvafiq bölmələr imzalanmamışdır. Bu hal isə öz növbəsində iddiaçının əmrin qəbul olunduğu tarixə, yəni xx.xx.2021-ci il ts əmək qabiliyyətinin olmamasını təsdiq təsdiq edilmədiyini göstərir. Bir sözlə, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X31 tərəfi İddiaçı1 təqdim edilmiş SN 00007 seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olma vərəqəsi”nin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Göründüyü üzrə iddiaçı, İddiaçı1 barəsində tətbiq olunmuş tədbirin nəticələrini aradan qaldırmaq və məsuliyyətdən boyun qaçırmaq məqsədilə məhkəməyə yanlış məlumatlar təqdim etmişdir. Bununla yanaşı iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə səhhəti ilə bağlı gəlmədiyini və bu barədə işlədiyi yer üzrə məlumatın verildiyini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Əks halda, əgər iddiaçı xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi xəstəlik vərəqəsini işə qayıtdıqdan sonra təqdim edəcəkdirsə, o zaman nəyə görə xəstəlik vərəqini işlədiyi 6 saylı Ərazi Vergilər İdarəsinə işə qayıtmalı olduğu xx.xx.2021-ci il tarixdə deyil xx.xx.2021-ci il tarixdə təqdim etmişdir? İddiaçının əlavə olaraq sübut qismində təqdim etdiyi xx.xx.2021-ci tarixli “Mediland Hospitaldan alınmış” tibbi arayışa gəldikdə isə, bildirilir ki, NK-nin yuxarıda qeyd olunan qərarına əsasən həmin sənəd işçinin müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Eyni zamanda həmin arayışda qeyd olunan “prostatit, xroniki pelvik ağrı sindromlu” diaqnozu ilə yuxarıda qeyd olunan xəstəlik vərəqəsindəki “KRX, hipertoniya xəstəliyi” diaqnozu eynilik təşkil etməmiş və həmin diaqnoz İddiaçı1 müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsinə səbəb olmamışdır. Göründüyü kimi xəstəlik diaqnozları arasında fərqlərin olması da bu sənədlərin məqsədli şəkildə intizam tənbehindən yayınma üçün tərtib edildiyini deməyə əsas verir. Həmçinin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən pozuntuya yol verilmiş və həmkarlar ittifaqının keçirilən iclasında İddiaçı1 iştirakı təmin edilməmiş və məsələ obyektiv araşdırılmamışdır. Bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Cavabdeh Dövlət Vergi xidməti qeyd olunan normanın tələblərinə əməl edərək 6 saylı Vergilər Baş İdarəsinin X6 iştirakı ilə iddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi məsələsi ilə bağlı müvafiq qaydada müraciət etmişdir. Lakin iddia olunanın əksinə qanunvericilikdə X6 iclasının keçirilmə qaydasına işəgötürən tərəfindən nəzarət etmək səlahiyyətinin olduğunu və ya əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulan işçinin həmin iclasda birbaşa iştirakını zəruri edən hər hansı norma nəzərdə tutulmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən 6 saylı Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqı təşkilatı ilə əlaqə saxlanılmış və əldə edilmiş məlumata əsasən təşkilat tərəfindən İddiaçı1 xx.xx.2021-ci il tarixdə həmkarlar ittifaqının iclasına dəvət edilmiş, lakin sonuncu həmin iclasda iştirak etməmişdir. Həmçinin iddiaçı Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə istinad edərək bildirmişdir ki, toy şənliyinin xx.xx.2021-ci il tarixdə keçirilməsinə baxmayaraq pozuntu anından bir aydan artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə İddiaçı1 barəsində intizam tənbehi tətbiq edilmişdir. Qeyd edilir ki, həmin maddənin normasına əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər və işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 3-cü hissəsinə əsasən isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İddiaçı pozulduğunu iddia etdiyi müddəti isə intizam xətasını törədildiyi andan yəni xx.xx.2021-ci il tarixdən hesablamış və həmin maddənin 3-cü hissəsinin tələblərini nəzərə almadan cavabdeh tərəfindən Əmək Məcəlləsinin normalarının pozuntusuna yol verildiyi qənaətinə gəlmişdir. Halbuki İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə daxili araşdırmanın nəticəsi üzrə xx.xx.2021-ci il tarixli xidmət məruzə daxil olduqdan sonra bir aylıq müddət yekunlaşmadan xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Göründüyü kimi qanunvericilikdə əmək müqaviləsinə xitam cavabdeh Dövlət Vergi Xidməti tərəfindən Əmək Məcələsinin hər hansı normasının pozuntusuna yol verilməmişdir və əmək müqaviləsinə xitam verilməsi əsassız olmamışdır. İddiaçı1 vergi orqanında işlədiyi halda qulluq mövqeyindən sui-istifadə etməsi, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması, qanun pozuntusu hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi və həmin halların qanunpozuntusu halının iştirakçısı olması xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Beləliklə yuxarıda qeyd olunan hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “X22nda daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “X22 əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı1 Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Vergi Məcəlləsinin 31 -ci maddəsinə əsasən həmin Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək və vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxsləri vəzifələrinə aid edilmişdir. “X22nda xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirməyə borcludurlar. Həmçinin, “X22nda daxili xidməti intizam” Qaydalarının 4.2-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalıdırlar. “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydalarının” 2.0.2-ci bəndinə əsasən isə əməkdaşların etik davranış qaydaları müəyyən edilərkən rəhbər tutulan dəyərlərdən biri vicdanlılıq və dürüstlükdür, yəni vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsidir. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Bununla yanaşı həmin Qaydaların 3.10.1-ci bəndinə görə əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır və 3.10.2-ci bəndinə görə əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur. Göründüyü kimi, İddiaçı1 yuxarıda sadalanan normalara əməl etməmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır. İddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı isə bildiririk ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, inzibati orqanların ziyana görə məsuliyyətinin müəyyən edilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cu maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin ediə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, sadalanan normaların tələblərinə görə maddi və mənəvi ziyanın kompensasiya edilməsi o halda mümkün ola bilər ki, maddi və mənəvi ziyan bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, iddiaçının qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi və mənəvi zərərinin vurulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçı ilk öncə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə müraciət etdiyi işdən azad olunması ilə bağlı əmrin qanunsuz hesab edilməsi barədə iddia tələbi təmin edilməli idi, daha sonra ona vurulmuş maddi və ya mənəvi ziyanın bilavasitə həmin əmrin qəbul edilməsi zamanı baş verdiyi, qəbul edilmiş əmrlə vurulmuş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin olduğu və bu cür əmrin qəbul edilməsində cavabdeh orqanın təqsirinin mövcud olduğu təsdiq edilməli idi. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 19 may 2022-cı il tarixli, 2-1(120)-523/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsalsandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə razı deyil və həmin qərarın qanunsuz olduğunu hesab edir. Belə ki, məhkəmənin mövqeyinə görə iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və X22nda xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinin tətbiqinə imkan verən hallar aşkar olunmur. Başqa sözlə əmək müqaviləsinin ləğv edilməsinə o, şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Əmək Məcəllləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsasları, “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində isə vergi orqanının vəzifəli şəxsinin xidməti intizam qaydalarını pozduqda ona tətbiq edilən intizam tənbehi növləri sadalanır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində isə işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsasə olan hallardan biri kimi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan norma iki mənbəyə-əmək müqaviləsinə və Əmək Məcəlləsinin digər normasına istinad edir. Lakin birinci instansiya məhkəməsi həmin normanın birinci hissəsini nəzərə almadan birbaşa ikinci hissəsinə istinad etmiş və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Halbuki, birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, **********019400 intizam tənbehi tədbirinin görülməsi barədə əmrdə qəbul edilmə əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad olunmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işə götürən tərəfindən ləğv edilərək onun vergi orqanlarında xidmətinə xitam verilməsinə səbəb olan hal isə onun tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərinin pozulmasına yol verilməsi, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsi olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsi onun əmək funksiyalarına aid edilmişdir. Bu vəzifələrdən biri də vergi orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək olmuşdur ki, sabiq əməkdaş tərəfindən qeyd olunanlara əməl edilməmişdir. Həmçinin bu hal iddiaçı tərəfindən “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydaları”nın tələblərinin pozulması və vergi orqanının nüfuzunu aşağı salan hərəkətlər kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əməlində “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində göstərilən halların aşkar olunmadığını qeyd etsə də, həmin normanın konkret hallarına istinad etməmiş və ya hər hansı konkret hüquqi mövqe bildirməmişdir. Halbuki, işçilərin intizam pozuntusu hesab edilə biləcək hər hansı hərəkətləri həmin normada sadalanmamışdır. Həmin normada ancaq inzibati orqan tərəfindən vergi orqanlarının vəzifəli şəxsinə münnasibətdə tətbiq ediklə bilən intizam tənbehi tədbirlərinin növləri göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhəkməsi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrini ləğv edərkən onun qəbul edilməli əsaslarını ətraflı araşdırmamış və iddiaçının hərəkətlərinə müvafiq hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçının “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X23 Ailə Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilmiş SN00007 seriyalı ******* nömərli əmək qabiliyyətinin olmaması vərəqəsini” mötəbər sübut kimi qiymətləndirmiş və Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə istinad edərək əmək qabiliyyətini müvəqqəti itirən işçilərə münasibətdə həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilən əsaslarla əmək müqaviləsinin ləğvinin yolverilməz olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd olunur ki, məhkəmənin sübut qismində qiymətləndirdiyi “Əmək qabiliyyətinin olmaması vərəqəsi” qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir və bu hal həmin sənədi mötəbər sübut kimi nəzərə almağa imkan vermir. Belə ki, həmin vərəqəyə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbi ilə işdən azad edilmiş, daha sonra həmin müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iki dəfə uzadılmışdır. Sənəddə müvafiq tibbi müəssəsinin möhürü, həkimterapevtin imzası, həmin xəstəxananın həkim Məsləhət Komissiyasının möhürü və daha sonra 6 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması şöbəsinə xx.xx.2021-ci il tarixdə təqdim edildiyinə dair qeyd, müvafiq strukturun möhürü və rəhbərinin imzası əks olunmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarının 2 nömrəli Əlavəsinin 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssələrinin həkimləri tərəfindən verilir. Həmin Əlavənin 7-8-ci bəndlərinə əsasən Həkimlər hər dəfə 3 gündən artıq olmayaraq ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər, əmək qabiliyyətinin itirilməsi başladıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və ya daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibbi müəssəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən onun işdən azad olunma vaxtı ikinci dəfə 6 gündən artıq müddətə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, həkim məsləhət komissiyasının möhürü vurulmuş, lakin komissiyanın üzvləri və sədr tərəfindən imzalanmalı olduğu halda müvafiq bölmələr imzalanmamışdır. Bu hal isə öz növbəsində həmin vərəqənin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılma hissəsində etibarsız olduğuna dəlalət edir. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda istinad edilən bu halların qeyd olunmasına və əlavə olaraq “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X26 “xx.xx.2021-ci il tarixdə ambulator müalicəyə dair müraciətlərin qeydiyyat kitabının müvafiq qaydada təsdiq edilmiş kserosurətinin əldə edilməsi üçün müvafiq sorğunun göndərilməsi” barədə məhkəməyə təqdim etdiyi yazılı vəsatətinə baxmayaraq həmin məsələlərə heç bir münasibət bildirməmişdir. Qeyd olunanlara əhəmiyyət verməyən məhkəmə öz qərarında göstərmişdir ki, “İddiaçı1 xx.xx.2021-ci il tarixində xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün ona xx.xx.2021-ci il tarixində “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X23 Ailə Sağlamlıq Mərkəzi tərəfindən “Hiporteniya xəstəliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarix i nədək SN 00007 seriyalı ******* nömrəli xəstəlik vərəqəsi verilmiş, K.T. Əliyevin işə başlama tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmiş və 6 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşı tərəfindən həmin vərəqə xx.xx.2021-ci il tarixdə imza edilməklə təhvil alınmışdır. İlk növbədə qeyd etməliyik ki, məhkəmə İddiaçı1 xx.xx.2021-ci il tarixdə həqiqətən işdə olubolmaması halını araşdırmadan bu qənaətə gəlmişdir. Belə ki, vergi orqanı əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq X3 Sistemindən (AVİS) istifadə edilir. Əldə edilmiş məlumatlara əsasən məhz xx.xx.2021-ci il tarixdə sabiq əməkdaş İddiaçı1 tərəfindən AVİS-ə bir neçə dəfə giriş-çıxış edilmiş, müxtəlif əməliyyatlar aparılmış və hətta vəzifə öhdəliklərinin icrası ilə bağlı həmin gün birbaşa rəhbərinin adına ünvanlanmış və özü tərəfindən imzalanmış xidməti məktub da qeydiyyata alınmışdır (sübutlar əlavə olunur). Bu isə məhkəmənin xx.xx.2021-ci il tarixində İddiaçı1 xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirdiyinə dair mülahizələrini təkzib etmiş və iş üzrə tam araşdırma aparmadan əsassız qərar qəbul etdiyini bir daha təsdiq etmiş olur.Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən nəzərə almamışdır ki, xəstəlik vərəqəsinə əsasən İddiaçı1 işə başlama tarixi xx.xx.2021-ci il müəyyən olunmasına baxmayaraq istinad olunan vərəqə həmin tarixdə və ya əmrin qəbul edildiyi xx.xx.2021-ci il tarixədək deyil, daha gec yəni müvafiq əmr qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə işəgötürənə təqdim edilmişdir. Başqa sözlə, mübahisələndirilən inzibati akt qəbul edilərkən cavabdeh xəstəlik vərəqəsindən məlumatsız olmuşdur. Bu hal özlüyündə onu deməyə əsas verir ki, hazırkı iş üzrə qərar qəbul edilərkən xəstəlik vərəqəsinə istinad oluna bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin tam və hərtərəfli araşdırılmasını təmin etmədən ancaq iddiaçının öz iddia ərizəsində qeyd etdiyi əsasları təkrarlamaqla kifayətlənmiş və bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ağ Saray" şadlıq sarayında qızı üçün keçirilmiş toy şənliyi İddiaçı1in qayınatası Vaqif Kərimov tərəfindən təşkil edilmiş və iddiaçı tərəfindən məclisin keçirilməsində heç bir köməklik göstərilməmişdir. Həmçinin iddiaçının qayınatası Vaqif Kərimov ilə şadlıq sarayının sahibi xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdır. İddiaçı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.5-3.7-cı bəndinə istinad edərək şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.egov.az” portalına daxil edilməli olduğunu, bununla bağlı bütün məsuliyyətin məkan sahibinin üzərində olduğunu bildirmiş və buna sübut olaraq məhkəməyə müqavilənin və iltizamnamənin surətlərini təqdim etmişdir. Qeyd etməliyik ki, cavabdehin müqavilənin və iltizamnamənin həqiqiliyinə dair əsaslı şübhələri yaranmışdır və bu məsələ dəfələrlə məhkəmənin diqqətinə çatdırılmışdır. Əsaslı şübhələrin yaranmas da səbəb isə tərəflər arasında bağlanmış əqdin mülki qanunvericiliyin normalarına uyğun olmaması, o cümlədən, “müqavilədə” obyekt sahibi olan fərdi sahibkara aid rekvizitlərin (VÖEN, obyektin ünvanı, kodu) heç birinin əks olunmaması, məkanın adının onun rəsmi adı ilə deyil ticarət adı ilə qeyd olunması, eyni zamanda şadlıq sarayının sahibi olan X15 vəsiqə məlumatlarının göstərilməməsi, müqavilədə yalnızca tərəflərin adlarının, soyadlarının, ata adlarının qeyd olunması, həmçinin iltizamnamədə də eyni halların təkrarlanması olmuşdur. Bütün qeyd olunanlar yaranmış bir sıra suallara aydınlıq gətirilməsi və işin tam, hərtərəfli araşdırılmasına nail olmaq məqsədilə ekspertizanın keçirilməsi barədə tərəfimizdən məhkəməyə yazılı vəsatət təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin vəsatətinə heç bir münasibət bildirməməklə yanaşı sonradan məhkəməyə təqdim olunmuş X21 tərəfindən verildiyi qeyd olunan notarial ərizəni iş üzrə mötəbər sübut kimi göstərmişdir. Halbuki həmin ərizə ilə işin əsas mahiyyətinə təsir edə biləcək suala aydınlıq gətirilməmişdir. Belə ki, əgər həmin müqavilə həqiqətən İddiaçı1in qayınatası X14 ilə şadlıq sarayının sahibi olan X21 arasında xx.xx.2021-ci il tarixdə bağlanmışdırsa və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdırsa, o halda nəyə görə fərdi sahibkar Ə.H.Ağayev həmin sənəd və məlumatları “icaze.e- gov.az” portalına daxil etməmək qərarına gəlmişdir? Həmin fərdi sahibkar tərəfindən 2021-ci ilin iyul ayı ərzində keçirilmiş digər məclislər qanunvericiliyin müvafiq bütün prosedurları yerinə yetirilməklə keçirildiyi təqdirdə məhz vergi orqanının əməkdaşı olan İddiaçı1in qızının toyunun qeydiyyata alınmadan keçirilməsi diqqətdən yayınmamış və hətta vətəndaşların əsaslı narazılığına da səbəb olmuşdur.Qeyd edək ki, vergi orqanlarında olan hesabat məlumatlarına əsasən fərdi sahibkar X17 məxsus **********-26001 kodlu “X30” adlı obyektdə 2021-ci ilin iyul ayı ərzində ümumilikdə bundan əlavə 20 tədbir keçirilmiş və onların hər biri qanunamüvafiq qaydada “www.icaze.e-gov.az” portalında qeydiyyata alınmışdır.Bununla yanaşı məhkəmə xx.xx.2021-ci il tarixli iltizamnaməyə istinad edərək toy məclisinin “www.icaze.e-gov.az” portalında qeydiyyata alınma öhdəliyinin şadlıq sarayının sahibi X15 üzərində olduğunu bildirmişdir ki, bu da bir daha birinci instansiya məhkəməsi tərəfindən qanunverciliyin normalarının düzgün tətbiq edilmədiyini göstərir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 -ci il 22 iyun tarixli 177 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 2021 -ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliyin əlavəsində aşağıdakı məzmunda qeyd mövcuddur: “...keçiriləcək şənlik mərasimi zamanı “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl etməyi öhdəmizə götürürük...”. Bir sözlə məhkəmə bütün öhdəliyin yalnızca məkan sahibi olan fərdi sahibkarın üzərində olduğuna dair yanlış və qanunvericiliyə zidd olan qənaətə gəlmiş və bununla iddiaçının əməlinə haqq qazandırmaqla onun məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Həmçinin məhkəməm öz qərarını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, cavabdehin iltizamnamənin “www.icaze.e-gov.az’’ portalında daxil edilib- edilməməsinə nəzarəti vergi orqanı əməkdaş Həmçinin məhkəməm öz qərarını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, cavabdehin iltizamnamənin “www.icaze.e-gov.az’’ portalında daxil edilibedilməməsinə nəzarəti vergi orqanı əməkdaşı K.T. Əliyevin nəzarət etməli olduğu halda etməməsinə dair əsaslandırması qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İlk növbədə qeyd etməliyik ki, cavabdeh tərəfindən bələ bir əsaslandırma gətirilmədiyi təqdirdə məhkəmənin gəldiyi bu nəticə ondan xəbər verir ki, məhkəmə ləğvi barədə qərar qəbul etdiyi inzibati aktla ətraflı tanış olmamışdır. Belə ki, xx.xx.2021 -ci il tarixli **********019400 nömrəli əmrdə qeyd olunmuşdur ki, aparılmış sorğular və alınmış izahatlar əsasında vergi orqanı əməkdaşları X11 və İddiaçı1 işlədikləri struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalında işlənilməsini təmin etmədikləri müəyyən edilmişdir. Burada cavabdehin əsas gətirdiyi məqam sabiq əməkdaşların vəzifə səlahiyyətlərinə daxil olan nəzarətin həyat keçirilib-keçirilməməsi deyil, həmin əməkdaşların tətbiqinə nəzarət etdikləri qanunvericiliyin istisnasız hər bir vətəndaşa aid olduğu halda prinsipial mövqe tutmayaraq öz ailə üzvlərinə aid toy şənliklərinin digər vətəndaşlardan fərqli olaraq qanunvericiliyin normaları pozulmaqla həyata keçirildiyi və bununla da həmin strukturun digər əməkdaşlarının toy məclisində iştiraklarını təşviq etməklə hər hansı nəzarətin həyata keçirilmə imkanını ümumiyyətlə istisna etmələri olmuşdur. Həmçinin məhkəmə İddiaçı1 05.07,2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətində olduğunu və həmin dövrdə əmək funksiyalarının icra edilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, işçinin əmək məzuniyyətində olması onun qanunvericiliyin tələblərinə əməl etməsini istisna edən hal hesab oluna bilməz. Bununla yanaşı, qeyd edilir ki, “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci bəndinə əsasən vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə borcludurlar. “X22 əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 -ci və 3.2.2-ci yarımbəndlərində bildirilir ki, əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalı, dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. “X22nda daxili intizam” Qaydalarının 4.2-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri və ya əməkdaşları) yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalıdır. Vergi orqanın sabiq əməkdaşı olan İddiaçı1 yaxın qohumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla toy şənlikləri keçirməsi yerli sakinlərin haqlı narazılığına və bu barədə Dövlət Vergi Xidmətinə şikayət etmələrinə səbəb olmaqla ictimaiyyət arasında vergi orqanların nüfuzuna xələl gətirmiş, digər vətəndaşlara münasibətdə əsassız üstünlük əldə etmişdir. Şirvan İnzibanti Məhkəməsinə cavabdeh tərəfindən məhkəmə baxışı təyin olunanadək işin tam və hərtərəfli araşdırmasına nail olmaq məqsədi ilə sübutların əldə olunması üçün aidiyyəti üzrə sorğunun göndərilməsi və ekspertizanın təyin edilməsi barədə iki yazılı etiraz təqdim edilmişdir. Hesab edir ki, məhkəmə öz üzərinə düşən prosessual vəzifələri icra etməmişdir. Belə ki, İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən isə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmçinin 58.3-cü maddəyə əsasən sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatətə yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Lakin cavabdeh inzibati orqanın təqdim etdiyi yazılı vəsatətlərə birinci instansiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Hesab edirlər ki, həmin münasibətlər təmin edilmiş olsaydı işin nəticəsi daha fərqli ola bilərdi. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli intizam tənbeh tədbirinin görülməsi haqqında əmrin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən Şirvan İnzibati Məhkəməsi həmin əmrin yalnız İddiaçı1 barəsində olmadığı, həm də digər sabiq əməkdaş M.F.Haşımova aid məsələlərin tənzimləndiyini nəzərə almadan əmrin iddiaçıya aid hissədə deyil, tam ləğvi barədə qərar qəbul etmişdir. Qeyd olunanla əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-523/2022 nömrəli qərarının ləğv olunması və iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi ƏMnin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsini nəzərə almadan birbaşa ikinci hissəsinə istinad etmiş, halbuki xx.xx.2021-ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrdə qəbul edilmə əsası kimi ƏM-nin 72-ci maddəsinə istinad olunmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilərək onun vergi orqanlarında xidmətinə xitam verilməsinə səbəb olan hal İddiaçı1 tərəfindən ƏM-nin 10-cu maddəsinin “a” bəndinin tələblərinin pozulmasına yol verilməsi, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funsiyasını vicdanla yerinə yetirməməsi olmuşdur. “X22nda xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinə əsasən vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək onun funksiyalarına aid edilmiş, sabiq əməkdaş tərəfindən qeyd olunanlara əməl edilməmişdir. Bu hal iddiaçı tərəfindən “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydaları”nın tələblərinin pozulması və vergi orqanın nüfüzunu aşağı salan hərəkətlər kimi qiymətləndirilmişdir. Məhkəmə iddiaçının əməlində “X22nda xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsində göstərilən halların aşkar olunmadığını qeyd etsə də, həmin normanın konkret hallarına istinad etməmiş və ya hər hansı konkret hüquqi mövqe bildirməmişdir. Halbuki, işçilərin intizam pozuntusu hesab edilə biləcək hər hansı hərəkətləri həmin normada sadalanmamışdır. Həmin normada ancaq inzibati orqan tərəfindən vergi orqanın vəzifəli şəxsinə münasibətdə tətbiq edilə bilən intizam tənbehi tədbirlərinin növləri göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin əmri ləğv edərkən onun qəbul edilməli əsaslarını ətraflı araşdırmamış və iddiaçının hərəkətlərinə müvafiq hüquqi qiymət verməmişdir. İlk öncə bildiririk ki, İddiaçı1 2000-ci ildən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və onun sonuncu vəzifəsi iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müffətişi vəzifəsi olmuşdur. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021 -ci il tarixindən xitam verilmişdir. İddiaçı1 tutduğu vəzifədən xx.xx.2021-ci İİ tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixindən işdən azad olunduğu göstərilmişdir: İddiaçı1 işdən azad edilməsinə əsas səbəb onun öz ailə üzvlərinə aid toy şənliyini “icaze.e-gov.az”portalına işlənilməsini təmin etmədiyi xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrdə qeyd edilmişdir. Bildiririlir ki, həmin toy şənliyi xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində yerləşən “Ağ saray” şadlıq sarayında İddiaçı1 qayınatası Vaqif Kərimov tərəfindən onun qızına toy şənliyi təşkil edilmiş, özü tərəfindən isə həmin toy şənliyinə heç bir köməklik göstərilməmişdir. X24 Xidməti apellyasiya şikayətində İddiaçı1 ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsinə əsasən işdən azad etdiklərini qeyd edir, yəni İddiaçı1 həmin tarixdə əmək müqaviləsinə əsasən öhdəliklərini icra etməməklə, əmək funsiyalarını yerinə yetirməmiş və bu hal onun işdən azad olunmasına səbəb olmuşdur. Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 əmək qanunvericiliyinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021- ci il tarixinə qədər əmək məzuniyyətinə çıxman hüququ verilmiş və İddiaçı1 xx.xx.2021-ci il tarixindən əmək məzuniyyətində olmuşdur. Yəni ƏM-nin 9- cu maddəsinin x) hissəsinə əsasən hər il əmək məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin hüququ olduğundan, iddiaçıda həmin hüququndan istifadə etmişdir. Eyni zamanda qeyd edilir ki, Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən də işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Göründüyü kimi əmək qanunvericiliyinin tələblərinə əsasən əmək məzuniyyətində olan işçi tərəfindən əmək funsiyalarınm icra edilməsi mümkün deyildir və əmək məzuniyyətində olan işçi tərəfindən də Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərinin pozulması mümkün deyildir. Ona görə ki, həmin maddənin məzmununa görə və qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını işçi məzuniyyətdə olmadığı halda tam iş vaxtı ərzində onun tərəfindən əmək funsiyalarının verinə yetirilməməsi Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərini pozur. İddiaçı1 əmək funsiyalarının icra edilməməsinə görə əmək müqaviləsinin pozulmasına cəlb etmək əmək qanunvericiliyinə əsasən yol verilməzdir ki, İddiaçı1 həmin müddət ərzində əmək məzuniyyətində olmuşdur və onun tərəfindən göründüyü kimi hər hansı etik davranış qaydaları pozulmamış, vergi orqanın nüfüzunu aşağı salan hərəkətlər edilməmiş, İddiaçı1 əmək məcəlləsinin tələblərinə əsasən məzuniyyətə çıxmaq hüquqi verilmiş və İddiaçı1 də həmin hüququndan istifadə etməklə məzuniyyətə çıxmışdır. Həmçinin bildirilir ki, K.X32 Xidmətində işlədiyi müddətlərdə daima işində nöqsansız çalışmış, işini yüksək səviyyədə yerinə yetirmişdir. Bildirilir ki, əmək məzuniyyətində olan vergi əməkdaşı İddiaçı1 xidməti fəaliyyəti ilə bağlı olmayan hansısa bir qaydanı pozması həmin əməkdaşın xidməti intizam qaydasını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən də vergi əməkdaşı İddiaçı1 intizam tənbeh tədbirinin tətbiqi hüquqi cəhətdən də əsaslı deyildir. Çünki İddiaçı1 həmin toy şənliyinin sahibi deyildir və əmək qanunvericiliyinə əsasən əmək məzuniyyəti hüququndan istifadə etməklə əmək məzuniyyətində olmuşdur. Bu hal da ona dəlalət edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək məzuniyyətində olan vergi əməkdaşı İddiaçı1 qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmişdir.Digər tərəfdən cavabdeh Dövlət Vergi Xidməti məhkəmənin sübut qismində qiymətləndirdiyi “Əmək qabiliyyətinin olmaması barədə vərəqəsnin qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini və bu hal həmin sənədi mötəbər sübut kimi nəzərə almağa imkan vermədiyini, iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən onun işdən azad olunma vaxtı ikinci dəfə 6 gündən artıq müddətə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadıldığını, həkim-məsləhət komissiyasının möhürünün vurulmadığını, lakin komissiyanın üzvləri və sədr tərəfindən imzalanmalı olduğu halda müvafiq bölmələrin imzalanmadığını, həmin vərəqənin xx.xx.2021 -ci il tarixdən xx.xx.2021- ci il tarixədək uzadılma hissəsində etibarsız olduğuna dəlalət etdiyini qeyd edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarının 2 nömrəli əlavəsinin 2-ci, 7-8-ci bəndlərinə istinad edir. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirik ki, cavabdeh apelyasiya şikayətində həmin 2 nömrəli Əlavənin 2-ci, 7-ci və 8-ci bəndlərinə istinad etməklə, düzgün nəticəyə gəlməmiş və inzibati mübahisə üzrə işi hərtərəfli araşdırmamışdır. Belə ki, həmin 2 nömrəli Əlavənin 1-ci bəndində qeyd olunur ki, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur, 2-ci bəndində isə qeyd olunur ki, sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. 4-cü bəndində də qeyd olunur ki, xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. 7-ci bəndində qeyd olunur ki, həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. 8-ci bəndində də qeyd olunur ki, Əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim- məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. Beləliklə qanunvericiliyin tələblərini rəhbər tutaraq bildiririk ki, iddiaçı xx.xx.2021-ci il tarixində Lənkəran Ailə Sağlamlıq Mərkəzinə çağırış etmiş və ona “Hiporteniya xəstəliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər SN 00007 seriyalı № ******* saylı xəstəlik vərəqəsi verilmiş, eyni zamanda da M ediland Hospital tərəfindən xx.xx.2021 -ci il tarixində İddiaçı1 xəstəliyi ilə əlaqədar ambulator müalicə alması ilə bağlı 0551 nömrəli tibbi arayış verilmiş və iddiaçıya ambulator müalicə təyin edilmiş və qeyd hissəsində iddiaçının xəstəliyi ilə əlaqədar evdə istirahəti məqsədə uyğun hesab edilmişdir. Göstərilənlərə əsasən qeyd olunur ki, həmin 2 nömrəli Əlavənin 1-ci bəndində göstərildiyi kimi İddiaçı1 əmək qabiliyyətini itirdiyi üçün ona SN 00007 seriyalı № ******* saylı “Əmək qabiliyyətinin olmaması barədə vərəqəsi" verilmiş və həmin xəstəlik vərəqəsi İddiaçı1 əmək qabiliyyətini itirməsini təsdiq edir, həmin 2 nömrəli Əlavənin 2-ci bəndində də göstərildiyi kimi həmin xəstəlik vərəqəsi tibb müəssisələrinin həkimləri tərəfindən verilmiş, həmin 2 nömrəli Əlavənin 8-ci bəndində də göstərildiyi kimi həmin xəstəlik vərəqəsi baş həkim tərəfindən də imzalanmaqla möhürlənməklə öz təsdiqini təpmişdir. Nəticədə məhkəmənin sübut qismində qiymətləndirdiyi “Əmək qabiliyyətinin olmaması barədə vərəqəsi”nin qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edildiyi, öz təsdiqini tapmışdır. Həmçinin də həmin X4 xx.xx.2021-ci il tarixli 0551 nömrəli tibbi arayışı müalicə həkimi və baş həkim tərəfindən imzalanmaqla möhürlənməklə öz təsdiqini tapmışdır. Bununla qeyd olunur ki, Dövlət Vergi Xidməti tərəfindən xəstəlik vərəqəsinin etibarsız olduğunu göstərməsi, məhkəməni yanıltmaq məqsədli olması ilə əlaqədardır. Belə ki, Dövlət Vergi Xidməti qanunvericiliyin tələblərini pozmaqla əmək qabiliyyətini müvəqqəti itirən işçini işdən azad etmişdir. Eyni zamanda cavabdeh Dövlət Vergi Xidməti qeyd edir ki, məhkəmə İddiaçı1 xx.xx.2021-ci il tarixində həqiqətən işdə olub-olmaması halını araşdırmadan bu qənatə gəlmiş, əldə edilmiş məlumatlara əsasən məhz xx.xx.2021-ci il tarixində sabiq əməkdaş İddiaçı1 tərəfindən AVİS-ə bir neçə dəfə giriş-çıxış edilmiş, müxtəlif əməliyyatlar aparılmış, hətta vəzifə öhdəliklərinin icrası ilə bağlı həmin gün birbaşa rəhbərinin adına ünvanlanmış və özü tərəfindən imzalanmış xidməti məktub da qeydiyyata alınmış, xəstəlik vərəqəsinə əsasən İddiaçı1 işə başlama tarixi xx.xx.2021-ci il tarix müəyyən olunmasına baxmayaraq istinad olun vərəqə həmin tarixdə və ya əmrin qəbul edildiyi xx.xx.2021-ci il tarixədək deyil, daha gec yəni müvafiq əmr qüvvəyə mindikdən sonra xx.xx.2021 -ci il tarixdə işəgötürənə təqdim edilmiş, mübahisələndirilən inzibati akt qəbul edilərkən cavabdeh xəstəlik vərəqəsindən məlumatsız olmuş və bu hal özü özlüyündə onu deməyə əsas verir ki, hazırki iş üzrə məhkəmə qərarı qəbul edilərkən xəstəlik vərəqəsinə istinad oluna bilməz. Bununla bağlı bildirilir ki, İddiaçı1 iddia ərizəsində xx.xx.2021-ci il tarixində işə gəldiyini, lakin həmin gün işdə özünü pis hiss etdiyindən səhhətində müəyyən problemlər olduğundan, saat 10:00 radələrində işdə səhhəti ilə bağlı həkimə getdiyini bildirdiyini və elə həmin vaxtda həkimdə “əmək qabiliyyətini itirməyilə” bağlı xəstəlik vərəqəsinin açıldığını və bununla bağlı işlədiyi struktura xx.xx.2021-ci il tarixindən bülletendə olduğunu bildirdiyini və “əmək qabiliyyətini itirməyilə" bağlı xəstəlik vərəqəsinidə işə qayıtdıqda təqdim edəcəyini qeyd etmiş və qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməklə, iddia təmin edilmişdir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarına əsasən işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir, İddiaçı1 isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək qabiliyyətini itirdiyi müddətlərdə xx.xx.2021-ci il tarixində işdən azad edilmişdir. Əgər ki, İddiaçı1 işdən azad olunmasa idi qanunvericilikdə nəzərdə tutulduğu kimi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün İddiaçı1 xəstəlik vərəqəsini müəssisənin müdiriyyətinə təqdim edəcəkdi. Lakin İddiaçı1 əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətlərdə işdən azad edilməsi onun əmək qabiliyyətinin olmaması barədə vərəqəsinin müdiriyyətə vaxtında təqdim edilməsi mümkün olmamışdır. Belə ki, həmin əmək qabiliyyətinin olmaması barədə vərəqə Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində təhvil alınmışdır. Həmin əmək qabiliyyətinin olmaması barədə vərəqə xx.xx.2021-ci ildə işçi bülletendə olduğu müddətdə müdiriyyətə təqdim edilə bilməz və həmçinin də əmrin qəbul edildiyi xx.xx.2021-ci il tarixində də işçi bülletendə olduğu üçün əmək qabiliyyətinin olmaması barədə vərəqə müdriyyətə təqdim edilə bilməz. Eyni zamanda qeyd edirik ki, cavabdeh iddiaçının vergi orqanlarında xidmətinə xitam verilməsi ilə nəticələnmiş “İntizam tənbehi tədbirinin görülməsi barədə" əmri iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə vermişdir ki, bu hal da qanunvericiliyin tələblərinə əsasən ziddir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin də “X22nda xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasəndə vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Bundan əlavə cavabdeh müqavilənin və iltizamnamənin həqiqiliyinə dair əsaslı şübhələrin yarandığını, tərəflər arasında bağlanmış əqdin mülkü qanunvericiliyin normalarına uyğun olmadığını, o cümlədən "müqavilədə'' obyekt sahibi olan fərdi sahibkara aid rekvizitlərin (VÖEN, obyektin ünvanı, kodu) heç birinin əks olunmadığını, məkanın adının onun rəsmi adı ilə deyil ticarət adı ilə qeyd olunduğunu, eyni zamanda şadlıq sarayının sahibi olan X15 vəsiqə məlumatlarının göstərilməməsinin müqavilədə yalnızca tərəflərin adlarının, soyadlarının, ata adlarının qeyd olunduğunu, həmçinin iltizamnamədə də eyni halların təkrarlandığını qeyd edir. Mülki qanunvericiliyinə əsasən tərəflər arasında müqavilə bağlanılarkən, həmin müqavilə tərəflər arasında olan şərtlərə əsasən bağlanılır. Həmin xx.xx.2021-ci il tarixil müqaviləyə də nəzər saldıq da aydın şəkildə görünür ki, həmin müqavilə tərəflər arasında olan şərtlərə əsasən bağlanılmışdır. Müqavilənin adı, bağlanıldığı vaxtı və yeri, tərəflərin adları, müqavilə barədə ümumi anlayış, müqavilənin predmeti, müqavilənin qüvvədə olduğu vaxtı, tərəflərin hüquqları, vəzifələri, məsuliyyəti və sair göstərilmişdir. Bildirilir ki, X21 fiziki şəxs qismində 6 saylı Ərazi Vergilər Baş idarəsində fərdi sahibkar kimi ********** VÖEN nömrə ilə qeydiyyata alınmış və bununla da Lənkəran şəhərində yerləşən Şadlıq sarayında toy şənlikləri keçirməklə fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2021-ci il tarixində keçirilən toy şənliyinin adının “Ağ Saray’’ Şadlıq Sarayı olması qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Vergi Məcəlləsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi fəaliyyət növüdür və həmin şəxs özünə əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən ibarət fəaliyyət növü seçə bilər. Həmçinin bildirilir ki, birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilən müqavilədə çəkilən imza X17 məxsus olmaqla öz həqiqiliyini təsdiq edir. Belə ki, Lənkəran rayon notariat ofisinin xüsusi notariusu X2 Əli Hacıağa oğlunun imzasının həqiqiliyini özünün iştirakı ilə notarial qaydada təsdiq etmişdir və həmin notarial qaydada təsdiq edilmiş ərizədə X21 tərəfindən bildirilmişdir ki, X21 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Şadlıq Sarayında xx.xx.2021-ci il tarixində keçiriləcək tov şənliyi ilə bağlı X18 ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlamışlar və həmin müqaviləni öz imzaları ilə təsdiq etmişlər, həmçinin də iltizamnamənidə imzalamaqla öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə apellyasiya şikayətində qeyd edilmişdir ki, X21 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada ərizə işin əsas mahiyyətinə təsir edə biləcək suala aydınlıq gətirilməmiş, X14 ilə şadlıq sarayının sahibi X21 arasında xx.xx.2021-ci il tarixində müqavilə bağlanmışdırsa və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdırsa, o halda nəyə görə fərdi sahibkar Ə.H.Ağayev həmin sənəd və məlumatları “icaze.e-gov.az” portalına daxil etməmişdir. X21 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş ərizə hazırkı, iş üzrə yaranmış suallara aydınlıq gətirmişdir. Belə ki, Dövlət Vergi Xidməti tərəflər arasında bağlanılmış müqavilənin Əli Ağayev tərəfindən imzalanmadığını, xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyinin fərdi sahibkar Ə.Ağayev tərəfindən nəyə görə “icaze.-e-qov.az” portalına daxil edilmədiyini və bununla bağlı şübhələr yarandığını iddia etmiş, nəticədə fərdi sahibkar Əli Ağayev tərəfindən qeyd olunan suallara aydınlıq gətirilməsi məqsədilə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərilmiş və bununla da həmin suallara aydınlıq gətirilməklə, məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılma aparılmaqla həmin notarial qaydada təsdiq olunmuş ərizə məhkəmədə sübut qismində göstərilmişdir. Həmin sənəd və məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarına əsasən ‘‘icaze.e-gov.az” portalına daxil etmək sənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibinin vəzifəsi idi ki, bu hal da sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçiriləcək tov şənliyini “icaze.-e-qov.az” portalından qeydiyyatdan keçirilməsi fərdi sahibkar Əli Ağayev tərəfindən mümkün olmamışdır. Eyni zamanda cavabdeh qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin normalarının düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 -ci il 22 iyun tarixli 177 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 2021 -ci il 26 may tarixli 151 nömrəli qərarına edilmiş dəyişikliyin əlavəsində qeyd olunmuşdur ki, keçiriləcək şənlik mərasimi zamanı “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl etməyi öhdəmizə götürürük. Bir sözlə məhkəmə bütün öhdəliyin yalnızca məkan sahibi olan fərdi sahibkarın üzərində olduğuna dair yanlış və qanunvericiliyə zidd olan qənaətə gəlmişdir. Toy şənliyinin keçirilməsi ilə bağlı tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixində bağlanılmışdır və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən tərəflər arasında bağlanılmış iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilməsi şənlik mərasiminin keçirildiyi məkanın sahibi olan Əli Ağayev tərəfindən həyata keçirilməli idi. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması İlə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5- 3.6-cı bəndində göstərilmişdir ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “İcaze.e-gov.az” portalına daxil etməlidir. Həmin Qərarın 2.5-3.7-ci bəndində göstərilmişdir ki, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı sənlik mərasiminin sahibi və sənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və sənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən ‘‘icaze.e-gov.az” portalına daxil edilməlidir. Bundan əlavə cavabdeh apellyasiya şikayətində aparılmış sorğular və alınmış izahatlar əsasında vergi orqanı əməkdaşları Mircavad Həşimovun və İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az" portalında işlənilməsini təmin etmədiklərinin müəyyən edildiyini, işçinin əmək məzuniyyətində olması onun qanunvericiliyin tələblərinə əməl etməsini istisna edən hal kimi hesab oluna bilməzliyini qeyd edir. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, Dövlət Vergi Xidməti tərəfindən vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin "icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyini qeyd etməsinə əsaslanaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və "X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən onun işinə xitam verilməsi qanunvericiliyin tələblərinə əsasən qanuna ziddir. Çünki İddiaçı1 həmin şənlik mərasimində toy sahibi olmamışdır, həmin şənlik mərasiminin sahibi onun qayınatası olmuşdur. Tərəflər arasında da iltizamnamə bağlanıldığı təqdirdə şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın sahibinin vəzifəsi hesab edilmişdir. Eyni zamanda da İddiaçı1 həmin vaxtda məzuniyyət hüququndan istifadə edərək, əmək məzuniyyətində olmuşdur və qanunvericiliyə görə sözügedən nəzarət bilavasitə dövlət vergi orqanının məzuniyyətdə olan əməkdaşının deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşın vəzifə səlahiyyətlərinə aiddir. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, vergi orqanın sabiq əməkdaşı olan İddiaçı1 yaxın qohumunun AR NK-nin 2021-ci il tarixli 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla toy şənlikləri keçirməsi yerli sakinlərin haqlı narazılığına və bu barədə Dövlət Vergi Xidmətinə şikayət etmələrinə səbəb olmaqla ictimaiyyət arasında vergi orqanlarının nüfuzuna xələl gətirmiş, digər vətəndaşlara münasibətdə əsassız üstünlük əldə etmişdir. Yuxarıda qeyd edilmişdir ki, toy şənliyinin keçirilməsi yerli sakinlərin narazılığına səbəb olmuşdur. Belə ki, əgər həmin keçirilən toy şənliyi yerli sakinlərin narazılığına səbəb olmuşdursa bu barədə şənlik mərasiminin keçirildiyi məkanın sahibi Əli Ağayev barəsində qanunvericilikdə nəzərdə tutulan tədbir görülərdi ki, belə bir tədbir görülməmiş və inzibati məsuliyyətə cəlb edilməmişdir. Hətta birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş 27.01 2022-ci il tarixli 2-1 (120)-523/2022 nömrəli müraciətə cavab olaraq da bildirilmişdir ki, vergi ödəyicisi Əli Ağayevə məxsus “X30” adlı təsərrüfat obyektində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1050 nömrəli qərarına əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilərək 2000 manat məbləğində saksiyası tətbiq edilmişdir. Göründüyü kimi toy şənliyinin keçirilməsi yerli sakinlərin narazılığına səbəb olsa idi, şənlik mərasiminin keçirildiyi məkanın sahibi Əli Ağayev barəsində hər hansısa tədbir görülərdi ki, onun barəsində xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində keçirilən toy şənliyi ilə bağlı hər hansısa tədbir görülməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-523/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən görünür ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasın 26-cı maddəsinə görə də hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən də bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (120)-523/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkiili apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermişdirlər. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsi, mübahisələndirlən əmr və s.aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarı: 2.5-3-cü bəndinə əsasən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə xx.xx.2021-ci il tarixindən icazə verilmişdir. Həmin qərarın 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. “X22nda xidmət haqqında Əsasnamə”si: Maddə 46.5. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona vergi orqanlarında xidmətinə xitam verilmə intizam tənbehlərindən biri tətbiq edilə bilər. Maddə 75.5. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə xitam verilə bilər. Maddə 76. vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilər bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərdir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, İddiaçı1 2000-ci il tarixindən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Mübahisələndirilən əmr xx.xx.2022-ci ildə qəbul olunmuş, iddia ərizəsi isə Şirvan İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını aşağıdakı kimi əsaslandırmışdır : ...“ Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, X15 notarial qaydada təsdiq edilmiş ərizəsindən və izahatlardan məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad olunmasına səbəb kimi göstərilən toy məclisi iddiaçının qaynatası X16 tərəfindən keçirilmişdir. İş materiallarından göründüyü kimi, X16 nəvəsi Mehri xanımın toy Şənliyini xx.xx.2021-ci il tarixində “Məişət evi”ndə keçirilməsindən ötrü xx.xx.2021-ci il tarixində Lənkəran şəhəri “Ağ Saray” Məişət evin rəhbəri cənab Ə.Ağayevə ərizə təqdim etmiş və bununla da X21 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Şadlıq Sarayında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi və xidmət haqqının ödənilməsi ilə bağlı X16 ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlamışlar, həmin müqaviləyə əsasən, şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair X21 ilə toy sahibi X16 arasında iltizamnamə imzalanmış və qeyd olunan imzalarının həqiqiliyini X21 məhkəməyə ünvanladığı ərizəsində notarial qaydada təsdiq etdirmiş və həmin ərizədən müəyyən edilmişdir ki, X21 ilə toy sahibi X16 arasında imzalanmış iltizamnaməni “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirməyə çalışsalarda sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyinin “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirilməsi tərəflərindən mümkün olmamışdır. İddiaçı1 xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyi ilə bağlı nə danışıqlarda, nə də ki müqavilə bağlayarkən heç bir iştirakı olmayıbdır. Qanunvericiliyin tələbi baxımından və işin hallarından görünür ki, şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibi X15 vəzifəsidir. X10 isə vəzifəsi sadəcə olaraq tərəflər arasında bağlanılmış iltizamnaməni imzalamaqdır ki, həmin iltizamnamədə Vaqif Kərimov tərəfindən imzalanmışdır. Hazırda isə Vergilər Nazirliyinin həmin iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilib-edilməməsinə nəzarəti vergi orqanı əməkdaşı İddiaçı1 nəzarət etməli olduğu halda nəzarət etməməsinə əsaslandırması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ona görə ki, İddiaçı1 həmin şənlik mərasimində toy sahibi olmamışdır, həmin şənlik mərasiminin sahibi onun qayınatası X16 olmuşdur. Belə ki, İddiaçı1 işdən azad olunmasına səbəb olan toy şənliyi xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində “Ağ Saray” Şadlıq Sarayında baş tutmuşdur. İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda həmin toy şənliyinə onun nəzarət etməməsinə səbəb Dövlət Vergi Xidməti tərəfindən ona verilən əmək məzuniyyəti idi. Yəni İddiaçı1 əmək məzuniyyəti hüququndan istifadə etməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək məzuniyyətinə buraxılmışdır. Əmək Məcəlləsinin tələblərinə əsasən də işçi əmək məzuniyyətində olduqda onun tərəfindən əmək funksiyalarının icra edilməsi mümkün deyildir. Yəni sözügedən nəzarət bilavasitə vergi orqanının məzuniyyətdə olan əməkdaşının deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşların vəzifə səlahiyyətlərinə aiddir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində və X22nda xidmət haqqında Əsasnamədə konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu halda ona dəlalət edir ki, qanunvericiliyin tələbi baxımından əmək qabiliyyətini müvəqqəti itirən İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad edilə bilməz”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) onun barəsində xx.xx.2022ci il tarixli mübahisləndirilən əmr qəbul edimişdir. Halbuki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri baxımından əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki,..“məhkəmənin sübut qismində qiymətləndirdiyi “Əmək qabiliyyətinin olmaması vərəqəsi” qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir və bu hal həmin sənədi mötəbər sübut kimi nəzərə almağa imkan vermir”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, mübahisələndirmə haqqında iddialara baxarkən, inzibati aktın (hazırkı halda əmrin) qanunuliyinə onun qəbul edildiyi zaman qüvvədə olan hüquqi aktlara və mövcud olan sübutlara uyğun hüquqi qiymət verilməlidir. Başqa sözlə, hazırkı mübahisədə cavabdeh xx.xx.2021-cil tarixli əmri qəbul edərkən həmin vaxt mövcud olmayan sübuta (xx.xx.2021-ci il tarixli, SN 00007 seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsinə") əsaslanmaqla həmin əmrin qanuni olduğunu irəli sürə bilməz. Hər bir halda cavabdeh qanunverciliyin tələbləri baxımdan iddiaçının işə çıxacağı günü gözləməli idi. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarı təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında ” Əsanamənin 101ci bəndinə əsasən işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Diqqət çəkən məsələ ondan ibarətdir ki, mübahisləndirilən əmrin 2-ci bəndində X7 məsuliyyət məsələsinə o, işə çıxdıqdan sonra baxılması qeyd olunmuşdur. Cavabdehin 28 oktyabr 2022-ci il tarixli, **********266900 nömrəli məktubundan müəyyən olunur ki, əmrdə adı qeyd olunan X1 ilə bağlı işə çıxmamış, müvafiq dövrü əhatə edən (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmiş, işə çıxdığı gün-xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilmişdir. (İİ cild, iş vərəqi 37). Göründüyü kimi, iki işçinin səhhəti ilə əlaqədar işə çıxmadıqlarına baxmayaraq, iddiaçın əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xidmətinə xitam verilmiş, ancaq X7 xidmətinə o, işə çıxdıqdan sonra xitam verilmişdir. Halbuki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bundan başqa, iş materiallarında olan 6 saylı Ərazi Vergilər İdarəsinin X6 04 oktyabr 2021-ci il tarixli, 4 nömrəli protokoldan görünür ki, X6 iclasında iddiaçının iştirakı təmin edilməmiş, tələm-tələsik iclas keçirilərək iddiaçının əmək müvaviləsinə xitam verilməsinə razılıq ifadə edilmişdir. Bu da onu göstərir ki, Əmək Məcəlləsinin 80-cı maddəsinə formal yanaşılmışdır. Nəzərə almaq lazımdır ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Mübahisələndirilən əmrin məzmunundan müəyyən olunur ki, həmin əmrin qəbul edilməsinə əsas kimi İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyi, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirdiyi göstərilmişdir. Yuxarıda da qeyd edildiyi ki, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Ancaq cavabdeh tərəfindən restoran sahibi barəsində heç bir tədbir görülməmiş, başqa sözlə, o hüquqi məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan cavabdehin 28 oktyabr 2022-ci il tarixli, **********266900 nömrəli məktubundan görünür ki, restoran sahibi barəsində tamam başqa bir əsasa görə (bir işçi ilə rəsmi əmək müqaviləsi bağlanılmadan muzdlu işə cəlb edilmə) maliyyə sanksiyası tətbiq edilmişdir (İİ cild, iş vərəqi 33 və 37). Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki,... “Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli intizam tənbeh tədbirinin görülməsi haqqında əmrin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən Şirvan İnzibati Məhkəməsi həmin əmrin yalnız İddiaçı1 barəsində olmadığı, həm də digər sabiq əməkdaş M.F.Haşımova aid məsələlərin tənzimləndiyini nəzərə almadan əmrin iddiaçıya aid hissədə deyil, tam ləğvi barədə qərar qəbul etmişdir”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, mübahisələndirilən əmrin 2-ci bəndin qeyd olunmuşdur ki,X7 məsuliyyət məsələsinə o, işə çıxdıqdan sonra baxılsın. Cavabdehin 28 oktyabr 2022-ci il tarixli, **********266900 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X22nda xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən X7 vergi orqanlarında xidmətinə xitam verilmişdir. (İİ cild, iş vərəqi 37). Göründüyü kimi, mübahisləndirilən əmr X8 münasibətdə dəyişdirici təsirə malik olmayıb, başqa sözlə, həmin əmrlə onun hüquq sferasına müdaxilə olunmamışdır. Bu baxımdan, xx.xx.2021-cil tarixli əmr X8 aid hissədə ümumiyyətlə, mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən mübmaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 may 2022-cı il tarixli, 2-1(120)-523/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-216/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-216/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver