Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-218/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-1196/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Yaşa görə pensiya alır. Onunla eyni iş stajı olan hətda ondan az iş stajı olan iş yoldaşları onun aldığı pensiya məbləğindən daha çox pensiya alırlar. Belə ki, onun işlədiyi bütün idarə və müəssisələr əmək kitabçasında və Dövlət arxivinin arayışlarında öz əksini tapır və müəssisə və idarələrin möhrü ilə təsdiq edilmişdir.O pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir lakin ona məktubla bildirildi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinatı zamanı 01.01,2006-cı il tarixədək 25 il sosial sığorta stajı və 01.01,2006-cı il tarixdən sonra 12 il 9 ay sosial sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla 179,18 manat yaşa görə əmək pensiyası hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə, o cümlədən əmək kitabçanızın kserosurətinə baxış keçirilərkən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. X16 saxlanılan sənədlərdə işdən çıxma əmrinə rast gəlinmədi. xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək Kürdəmir rayon Partiya Komitəsində və 01,04.1984-cü il tarixdən 01,05.1985-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməyi arxiv arayşlarında qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial siğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də həmin dövrləri iş (sosial sığorta) stajı kimi nəzərə alıb almış olduğu yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün olmamışdır.Yuxarıda qeyd edilən iş stajı əmək kitabçasında qeyd edilmiş və idarələrin möhrü ilə öz təsdiqini tapmışdır. Onun pensiyasının hesablanması barədə cavabdehin imtinası tam qanunsuz və əsassızdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edir. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun 1 saylı X18 filialına müraciət etmişdir. Müraciətə regional filiaida baxılaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki,əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir.Nəticədə İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 01.01,2006cı il tarixədək 25 il sığorta stajı və 01.01,2006-cı il tarixindən pensiya hüququ yarananadək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və 01.01,2022-ci il tarixdən 268,61 manata çatdırılmışdır.İddiaçının 01.01,2006-cı il tarixədək faktiki iş stajı 14 il 2 gün təşkil edir(xx.xx.1974- xx.xx.1977, xx.xx.1978-xx.xx.1980, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984xx.xx.1985-, xx.xx.2001-xx.xx.2004, 03.01 2005-ci illər arasındakı dövrlər).Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əməkpensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır).Həmin Qanunun 211 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.Həmin Qanunun 22- 1.1 -ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.Həmin Qanun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə 1 dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.Həmin Qərarın 3.4-cü hissəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Yuxarıda istinad oiunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçınm əmək kitabçasının həqiqiliyinə əsaslı şübhələr olduğundan ona yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 22 noyabr 2023-cü il tarixli, 2-1(120)- 1196/2023 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-80757/2023 nömrəli məktuba verilmiş xx.xx.2023-cü il tarixli 236 nömrəli cavabda yalnız 2000-2006-cı illərin əməkhaqqı məlumatları verilmişdir. Mübahisələndirilən 1986-1999-cu illərə aid əməkhaqqı cədvəlləri təqdim olunmamşdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "iddiaçıya yaşa görə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiaçı H.Məmmədovanın iddiası təmin olunmamalıdır. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-1196/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman onun tələbi xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmadığı, bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə cavabdeh inzibati orqan iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edərkən onun işlədiyi xx.xx.1986-cı il tarixdən xx.xx.2001-cı il tarixədək olan fəaliyyət illərini sığorta stajı kimi nəzərə almamış və həmin illəri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan fəaliyyət illəri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Həmidova X6 şəhəri, M.B.Qasımov küçəsi, ev 17-də qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 saylı imtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinatı zamanı xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra 12 il 9 ay sosial sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla 179,18 manat yaşa görə əmək pensiyası hesablanmışdır. Təqdim etdiyi sənədlərə, o cümlədən əmək kitabçasının kserosurətinə baxış keçirilərkən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. X16 saxlanılan sənədlərdə işdən çıxma əmrinə rast gəlinmədi. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Kürdəmir rayon Partiya Komitəsində və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləmə arxiv arayşlarında qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də həmin dövrləri iş (sosial sığorta) stajı kimi nəzərə alıb almış olduğu yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X13 20 dekabr 2017ci il tarixli 251 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14 saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, X1 rayon Partiya Komitəsinin 29 iyul 1981-ci il tarixli 16 saylı Büro iclasının qərarına əsasən rayon Partiya Komitəsinin siyasi-maarif kabinetinin müdiri vəzifəsinə təsdiq edilmişdir və 26 noyabr 1983-cü il tarixli 72 saylı Büro iclasının qərarına əsasən 1 dekabr 1983-cü il tarixdən tutduğu vəzifədən adaz edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli, 117 nömrəli arxiv arayışında göstərilmişdir ki, Verilir, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı ondan ötəriki, onun müraciəti əsasında bildirir ki, ona Kürdəmir rayon Dövlət Arxiv İdarəsi tərəfindən 06 mart 2019-ci il tarixdə 51,52 və 53 nömrəli arxiv arayışları verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 06 mart 2019-ci il tarixli, 51 nömrəli arxiv arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı aşağıda göstərilən illərdə Kürdəmir rayonu Çöhranlı kənd “S.Vurğun” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 06 mart 2019-ci il tarixli, 53 nömrəli arxiv arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ondan ötəri ki, o, aşağıda göstərilən illərdə Kürdəmir rayonu “S.Vurğun” adına üzümçülük sovxozunda işləyərək aylar üzrə əmək haqqı qazanmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 07 dekabr 2022-ci il tarixli, 107 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2019- cu il tarixli, 51,52,53 nömrəli və xx.xx.2021-ci il tarixli, 117 nömrəli arxiv arayışlarının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış həmin arayışların verilməsinə əsas olan sənədlər aşkar edilərək təsdiq olunmuş sürətləri qoşma vərəqlərdə tanış olmaq üçün göndərilir. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 14 dekabr 2022-ci il tarixli 27/396 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X5 saxlanılan partiya- uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, Həmidova X6 Rayon Partiya Komitəsinin 29 iyul 1981-ci il tarixli 16 saylı Büro iclasının qərarına əsasən rayon partiya komitəsinin siyasi-maarif kabinetinin müdiri vəzifəsinə təsdiq edilmişdir və 26 noyabr 1983-cü il tarixli 72 saylı Büro iclasının qərarına əsasən 1 dekabr 1983-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 yanvar 2023-cü il tarixli **********6 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib.Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.01,2022-ci il tarixinədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunub. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata, xx.xx.2022-ci il tarixdən 268,61 manata çatdırılıb. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cu il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 14 il 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001- ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilməyib. İşdə olan ИТ-İ №1932143 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.2018-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 20 aprel 2023-cü il tarixli, 3-48-25-RA/2- 31/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993cü il tarixədək Kürdəmir rayon X20nda,xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Kürdəmir rayon 6 saylı avtoklubda və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir rayon Mədəniyyət şöbəsində işləməsinə dair bəzi sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış yuxarıda qeyd olunan idarə və müəssisələrə aid hər hansı bir sənədlər aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 3-34/2-793/01- 3/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Kürdəmir rayonu X20na və Kürdəmir rayon Mədəniyyət şöbəsinin nəzdində 6 saylı avtokluba dair məlumat mövcud deyildir.Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********932000 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət reyestrində Kürdəmir rayonu X20 və Kürdəmir rayon Mədəniyyət şöbəsinin nəzdində 6 saylı Avtoklub adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X8 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 231 nömrəli məktubunda göstərilmişdir ki, 1958-ci il təvəllüdlü, İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kürdəmir rayon mədəniyyət şöbəsinin X20nda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək şöbə nəzdində 6 nömrəli avtoklubun müdiri, xx.xx.2000-ci il tarixdən xx.xx.2001ci il tarixədək şöbənin müfəttişi, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 8 saylı avtoklubun müdiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 5 saylı avtoklubun müdiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək N.Nərimanov adına rayon mədəniyyət evinin metodisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək N.Nərimanov adına rayon mədəniyyət evinin direktoru vəzifələrində işləmiş və ştatlar üzrə smetaya əsasən əmək haqqı almışdır. Həmin dövrlər üçün şöbənin sənədləri saxlanılması üçün Şamaxı dövlət arxivinə təhvil verilmişdir. Odur ki, həmin dövrdə şöbə üzrə Baş kitablara uyğun olaraq əmək haqqı məlumatlarını və əmr kitablarına əsasən müvafiq əmrlər göndərilmişdir. İşdə olan Kürdəmir rayon Mədəniyyət nümayəndəliyinin və DSMF-nin 1 saylı X18 filialının əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, 2000-2006-cı illərə aid nümayəndəlikdə saxlanılan əmək haqqı cədvəlləri üzrə qarşılıqlı yoxama keçirilmiş və İddiaçı 2000-2006-cı illər üzrə əmək haqqı alması müəyyən edilmişdir. İşdə olan Kürdəmir rayon Mədəniyyət nümayəndəliyinin və DSMF-nin 1 saylı X18 filialının əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, xx.xx.1986-xx.xx.2006-cı illərə aid nümayəndəlikdə saxlanılan əmrlər kitabları üzrə qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı xx.xx.1986-cı il tarixli, 01 saylı əmrlə X20na müdir təyin edilməsi, xx.xx.1987-ci il tarixli, 84 saylı əmrlə 24 iş günü müddətinə növbəti məzuniyyətə buraxılması, xx.xx.1993-ci il tarixli, 26 saylı əmrlə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1993-ci il tarixli, 26 saylı əmrlə 6 saylı avtokluba müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixli, 26 saylı əmrlə mədəniyyət şöbəsinə müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixli, 40 saylı əmrlə şöbənin müfəttiş vəzifəsindən azad olunaraq 8 saylı avtokluba müdir vəzifəsinə təyin edilmişdir. İşdə olan sığorta olunan haqqında 2006 yanvar-2023 mart aralığında olan məlumat vərəqindən görünür ki, sığortaedənlər Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsi və X8 İdarəsi tərəfindən 2006 yanvar-2023 mart tarixləri üzrə İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə qeydlər aparılmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019cu il tarixindən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əm ək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmaması səbəbindən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin sığorta stajına əlavə edilmədiyini bildirmiş və pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Müəyyən edilmişdir ki, iddiaçının işlədiyi bütün idarə və müəssisələrin ona məxsus əmək kitabçasında öz əksini tapmış, müəssisə və idarələrin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmadığı, bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək, qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X8 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 231 nömrəli məktubuna əlavə edilmiş Kürdəmir rayon Mədəniyyət Şöbəsi və Kürdəmir rayon Mədəniyyət və turizm şöbələri üzrə əmrlərdən çıxarışlardan, o cümlədən Kürdəmir rayon Mədəniyyət nümayəndəliyinin və DSMF-nin 1 saylı X17 filinalının əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktı ilə təsdiq olunur ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olmuş və işdən azad olmuşdur və bu barədə əmrlər mövcuddur, o cümlədən iddiaçı işlədiyi dövrdə ştatlar üzrə smetaya əsasən əmək haqqı almışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı əmək kitabçasında əks olunan qeydlərə uyğun müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq mübahisəli dövrlərlə bağlı qeydlər əmək kitabçasına arxivdə saxlanılan sənədlər əsasında sonradan yazıldığına görə latın qrafikasında yazılmışdır. Yəni, müəyyən edilmişdir ki, əmək kitabçasında olan qeydlər arxivdə saxlanılan əmrlərin məzmununa uyğun düzgün yazılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə (əmək kitabçasının doldurulma qaydalarının pozulması, əmək haqqı cədvəllərinin saxlanılmaması ilə) bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-1196/2023 saylı qərаrı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-218/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-218/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver