Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-219/2022 12.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(120)-726/2022 nömrəli qərarından cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 08 iyun 2022-ci il tarixli, 2- 1(120)-726/2022 nömrəli qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdığı vaxtdan hal-hazıradək əmək fəaliyyətini davam etdirir. Onun 40 ildən artıq ümumi əmək stajı, o cümlədən 35 ildən artıq güzəştli şərtlərlə əmək stajı vardır. Bu səbəbdən də ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O, bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1984-cü il tarixdən bugünədək işlədiyi “Şirvanneft” NQÇİ-nin “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsinin “Neft, qaz və qaz kondensatının hasilatı” sahəsində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” vəzifəsinə və sahəsinə aid olmadığı və bu səbəbdən də onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Cavabdeh inzibati orqana təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1984-cü il tarixdən bugünədək “Şirvanneft” NQÇİ-nin “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində işlədiyi qeyd olunmuşdur. “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsi isə müvafiq Siyahıda qeyd olunan “Neft, qaz və qaz kondensatının hasilatı” sahəsində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” vəzifəsinə və sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı mövcud deyildir. Qeyd olunanların nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, ona məxsus əmək kitabçasında “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək texniki yanlışlığa yol verilərək “təmirçi çilingər” işlədiyi qeyd edilsə də, o, heç vaxt “təmirçi çilingər” işləməmiş, həmin müddətdə də sözügedən müəssisədə “nasos qurğularının maşinisti” işləmişdir. Bununla bağlı müvafiq əmrlərdə də, həmçinin iş materiallarında olan SOCAR Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında da onun “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “nasos qurğularının maşinisti” vəzifəsində işlədiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu, Qaraağac kəndində doğulub, Sabirabad rayonu, Qaraağac kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Şirvanneft” NQÇİ-nin Mənzil-Kommunal Sahəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “yardımçı fəhlə”, Əli-Bayramlı şəhər X9 İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “bağban”, “Şirvanneft” NQÇİnin “Su təchizatı” sahəsində (sonradan "xxxx" X10 Müəssisəsinin “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində) xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “nasos qurğularının maşinisti”, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “təmirçi çilingər”, xx.xx.1989-cu il tarixdən xx.xx.2009-cu il tarixədək “nasos qurğularının maşinisti”, “X8 Limited” şirkətinin “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “texnoloji nasosların maşinisti” vəzifələrində işləmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, SOCAR**********80020123X00106 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, SOCAR Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, həqiqətən, xx.xx.1980-ci ildə (əmr № 148/k, xx.xx.1980-ci il) “Şirvanneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına “yardımçı fəhlə” işinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 98/k, xx.xx.1981-ci il) Əli-Bayramlı şəhəri İcra Hakimiyyətinin Mənzil-İstismar Kontoruna köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 37/k, xx.xx.1984-cü il) “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsinə “nasos qurğusunun 2-ci dərəcəli maşinisti” peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 342/k, xx.xx.1987-ci il) “nasos qurğusunun 3-cü dərəcəli maşinisti” peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 1/a) “nasos qurğusunun 4-cü dərəcəli maşinisti” peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr № 356m, xx.xx.1996-cı il) “nasos qurğusunun 5-ci dərəcəli maşinisti” peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli, 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. xx.xx.2002-ci il (əmr 261/i, xx.xx.2002-ci il) “Lay təzyqinin sabit saxlanması və layların vurulması” sexi ləğv edilmiş və onların bazasında “Lay təzyqinin sabit saxlanması və suvurma” sahəsi yaradılmışdır. xx.xx.2004-cü il (əmr 129, xx.xx.2004-cü il) həmin sahə sex adlandırılmışdır. xx.xx.2009-cu ildə (əmr № 288, xx.xx.2009-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdə olan Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 61 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Əli Bayramlı şəhər Mənzil İstismar Kontorunda “bağban” vəzifəsində işləmişdir. İşdə olan “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Shirvan OCL” şirkətinin Azərbaycan Respublikasındakı filialının “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində “5-ci dərəcə texnoloji nasosların maşinisti” peşəsində işləyir. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 10 gündür. Əmək kitabçasına və təqdim edilən sənədlərə əsasən İddiaçı ümumi əmək stajının təsnifatı: “Şirvanneft” NQÇİ-nin Mənzil-Kommunal Sahəsində “yardımçı fəhlə” – xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (9 ay, 2 gün); Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda “bağban” – xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (3 ay, 8 gün); Sovet ordusunda hərbi xidməti – xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (1 il, 11 ay, 17 gün); Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda “bağban” – xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay, 5 gün); “Şirvanneft” NQÇİ-nin “Suvurma” sahəsində “nasos qurğularının maşinisti”, “təmir üzrə çilingər”, “texnoloji nasosların maşinisti” – xx.xx.1984-cü ildən hal-hazıra qədər (xx.xx.2021-ci il tarixinə) (37 il, 2 ay); cəmi: xx.xx.2021-ci il tarixinə ümumi əmək stajı 40 il, 6 ay, 2 gündür. “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X8 Limited” şirkətində 37 il, 2 ay əmək stajı var. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X3 "xxxx" yaradılmışdır. X6 Heyətinin xx.xx.2009cu il tarixli, 106 nömrəli əmrinə müvafiq olaraq "xxxx" X4 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X8 Limited“ şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. İşdə olan “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Shirvan OCL” şirkətinin Azərbaycan Respublikasındakı filialının “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində “5-ci dərəcə texnoloji nasosların maşinisti” peşəsində işləyir. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı iİ tarixinə güzəştli şərtlərlə 20 il, 1 ay, 8 gün iş stajı vardır. İddiaçı xx.xx.1984-cü il tarixli, 37/K nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin “Suvurma” sahəsində “nasos qurğularının maşinisti” peşəsində işləmişdir (3 il, 1 ay, 8 gün); xx.xx.1989-cu il tarixli, 1/a nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən hal-hazıradək “Şirvanneft” NQÇİ-nin, "xxxx" BMMM-in və “Shirvan OCL” şirkətinin Azərbaycan Respublikasında “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində “5-ci dərəcəli texnoloji nasosların maşinisti” peşəsində işləyir (32 il, 5 ay, 22 gün); 2130200a, a) fəhlələr 2130200a-14259 “texnoloji nasosların maşinistləri”. İddiaçı “Şirvanneft ”NQÇİ, "xxxx" BMMM-də və “Shirvan OCL” şirkətində xx.xx.2021-ci il tarixinə cəmi güzəştli şərtlərlə 35 il, 7 ay əmək stajı vardır. Əmək kitabçasında qeyd edilmiş “maşinist”, “nasos qurğularının maşinisti” və “texnoloji nasosların maşinisti“ eyni peşədir. İddiaçı “maşinist”, “nasos qurğularının maşinisti” və “texnoloji nasosların maşinisti” peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir və əmək məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində “5-ci dərəcəli texnoloji nasosların maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a a) fəhlələr 2130200a-14259 şifrəsi ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsinə uyğundur. İşdə olan İddiaçı tərəfindən Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Təqdim edilmiş sənədlərdə İddiaçı xx.xx.1984-cü il tarixindən bugünədək “Şirvanneft” NQÇİ-nin “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun “Suvarma” sahəsində işlədiyi “nasos qurğularının maşinisti” vəzifəsi müvafiq Siyahıda qeyd olunan “Neft, qaz və qaz kondensatının hasilatı” sahəsində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” vəzifəsinə və sahəsinə aid deyil. Bu səbəbdən də xx.xx.2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Shirvan OCL” şirkətinin Azərbaycan Respublikasındakı filialının “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində “5-ci dərəcə texnoloji nasosların maşinisti” peşəsində işləyir. “Shirvan OCL” şirkətinin kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə, İddiaçı təqdim etdiyi arxiv arayışlarına və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı iİ tarixinə güzəştli şərtlərlə 20 il, 1 ay, 8 gün iş ştajı vardır. İddiaçı xx.xx.1984-cü il tarixli, 37 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən hal-hazıradək “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində (rus dilində – “Участок водоснабжения”) “nasos qurğu maşinisti” – “texnoloji-nasosların maşinisti” peşəsində işləməsi haqqında “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayış şirkətin kadrlar bölməsində saxlanılan “Şirvanneft” NQÇİ-nin “1984-1986-cı illər üzrə işçilərin qəbul və azad olunmasının qeydiyyatı kitabı”, “Nümunəvi idarələr arası forma № T-2”-yə; əmək kitabçasına və SOCAR Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, SOCAR **********80020123X00106 nömrəli arxiv arayışına əsasən verilmişdir. “Suvurma” sahəsi və ya “Su təchizatı” sahəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən səhvən “Suvarma” sahəsi kimi adlandırılmışdır. Halbuki yuxarıda göstərilmiş sənədlərin heç birində belə bir sahə adına rast gəlinməmişdir. “Texnoloji nasosların maşinisti” peşəsində İddiaçı əsas vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir: birləşmiş nasos stansiyalarının, blokda birləşmiş nasos stansiyalarının, duzsuz (şirin) və yüksək minerallaşmış çirkab suların vurulması üçün elektrik mərkəzdənqaçma dalma qurğularının avadanlıqlarına, su paylayıcı qurğulara, suyun yığılması və hazırlanması qurğularına, yağ sisteminin hava ilə soyudulan aparatlarına, ventilyasiya qurğularının avtomatik işləmə sistemlərinə xidmət edilməsi; nasosların və elektrik mühərriklərinin fasiləsiz işləməsinə nəzarət edilməsi və nasazlıqların ləğv edilməsi üçün tədbirlər görülməsi; hər bir quyu üzrə laya su vurulması rejiminin saxlanılması; avadanlığın quraşdırılması və sökülməsində iştirak etmək; texnoloji mayenin korroziya aktivliyini azaltmaq və yaxud neftyuma və nefti sıxışdırma xüsusiyyətlərini yüksəltmək üçün reagentlərlə işlənməsi; nəzarət-ölçü cihazlarının fasiləsiz işinin təmin edilməsi; xidmət edilən avadanlığın cari təmirinin aparılması. “Texnoloji nasosların maşinisti” fasiləsiz laylardakı 150-200 atmosfer təzyiqli suyu vurub sabit saxlayır, nefti qurunt sularından ayırmaq ücün müxtəlif reagentlərdən istifadə edir. Laylara adi su vurulmur, neft ayrıldıqdan sonra lay suyu kimyəvi qarışıqlarla birlikdə laylara vurulur. İddiaçı “nasos qurğularının maşinisti” və “texnoloji nasosların maşinisti “peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. İddiaçı əmək məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilir. Vəzifə öhdəlikləri və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMMin “Su təchizatı” sahəsində və “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində işlədiyi “texnoloji nasosların maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a—14259 şifrəsi ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsinə uyğundur. İşdə olan sığortaolunan İddiaçı fərdi hesabından çıxarışın surətindən görünür ki, onun 2006 yanvar – 2022 iyun dövrü üzrə pensiya kapitalı 42646,11 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əmək kitabçasına, hərbi biletinə və “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş güzəştli iş stajı barədə xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışa istinad edərək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (1 il 11 ay 15 gün) hərbi xidmətdə olmuş, həmçinin əmək kitabçasına əsasən “Şirvanneft” NQÇİ-nin Mənzil-Kommunal Sahəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (9 ay 2 gün) “yardımçı fəhlə”, Əli-Bayramlı şəhər X9 İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (3 ay 8 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay 5 gün) “bağban”, “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində (sonradan "xxxx" X10 Müəssisəsinin “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində) xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (3 il 1 ay 9 gün) “nasos qurğularının maşinisti”, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (1 il 7 ay) “təmirçi çilingər”, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il) “nasos qurğularının maşinisti” vəzifələrində işləmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının, o cümlədən həmin müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə qanunvericiliklə tələb olunan 12 il 6 ayından artıq güzəştli sığorta stajının olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində (sonradan "xxxx" X10 Müəssisəsinin “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində) xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (3 il 1 ay 9 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il) işlədiyi “nasos qurğularının maşinisti” vəzifəsi qeyd edilən 2 nömrəli Siyahıda (Xİİ bölmə (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı), 2-ci fəsil (Neft-qaz və qaz kondensatının hasilatı (********), “texnoloji nasosların maşinistləri (2130200a—14259)”) öz əksini tapmışdır. İddiaçının qeyd edilən illərdə işlədiyi “nasos qurğularının maşinisti” vəzifəsi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da (10-cu bölmə (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı), 10.2-ci fəsil (Neft, qaz və qaz kondensatının hasilatı), “texnoloji nasosların maşinistləri”) öz əksini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Cavabdeh inzibati orqan imtina məktubunda və apellyasiyasiya şikayətində qeyd etmişdir ki, cavabdehə təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.1984-cü il tarixdən bugünədək “Şirvanneft” NQÇİ-nin “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində işlədiyi qeyd olunmuşdur. “Suvarma” sahəsində “nasos qurğularının maşinisti” vəzifəsi müvafiq Siyahıda “Neft, qaz və qaz kondensatının hasilatı” sahəsində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” vəzifəsinə və sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı mövcud deyildir. Cavabdehin imtinasının və apellyasiyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı əldə edilmiş iddiaçının ərizəsi əsasında aparılmış inzibati icraat materialları və iş materiallarına əlavə edilmiş “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışla müəyyən edilmişdir ki, İddiaçı güzəştli iş stajı barədə “X8 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayış həmin şirkətin kadrlar bölməsində saxlanılan “Şirvanneft” NQÇİnin “1984-1986-cı illər üzrə işçilərin qəbul və azad olunmasının qeydiyyatı kitabı”, “Nümunəvi idarələr arası forma № T-2”-yə; əmək kitabçasına və SOCAR Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, SOCAR **********80020123X00106 nömrəli arxiv arayışına əsasən verilmişdir. “Suvurma” sahəsi və ya “Su təchizatı” sahəsi cavabdeh inzibati orqan tərəfindən səhvən “Suvarma” sahəsi kimi adlandırılmışdır. Halbuki yuxarıda göstərilmiş sənədlərin heç birində belə bir sahə adına rast gəlinməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində (sonradan "xxxx" X10 Müəssisəsinin “Lay təzyiqinin sabit saxlanması və suvurma” sexində) xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (3 il 1 ay 9 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il) işlədiyi “nasos qurğularının maşinisti” vəzifəsinin onun gördüyü işin xarakteri, icra etdiyi funsksional vəzifələr, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti baxımından müvafiq Siyahıda qeyd edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən “Neft-qaz və qaz kondensatının hasilatı” sahəsində “texnoloji nasosların maşinisti (2130200a—14259)” vəzifəsinə uyğun olduğu öz təsdiqini tapmışdır. İddiaçı “Şirvanneft” NQÇİ-nin “Su təchizatı” sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək müddətdə də “nasos qurğularının maşinisti” işlədiyini, heç vaxt “təmirçi çilingər” işləmədiyini, bununla bağlı əmək kitabçasında texniki yanlışlığa yol verildiyini bildirsə də, həmçinin iş materiallarında olan SOCAR Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında da iddiaçının həmin müddətdə sözügedən müəssisədə “nasos qurğularının maşinisti” vəzifəsində işlədiyi qeyd edilsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli sığorta stajına malik olduğundan qeyd edilən dövrdəki iş stajının güzəştli sığorta stajı kimi nəzərə alınıb-alınmaması hazırkı halda əhəmiyyət kəsb etmir. Həmçinin hazırda birinci instansiya məhkəməsinin qərarından iddiaçı deyil, cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə hesablanması deyil, təyin edilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği, yəni hesablanaraq ödənilməsi əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(120)-726/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-219/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-219/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver