Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-220/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(120)-3323/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh ilə mərhum əri X1 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli, 14 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh 15 fevral 2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarının X2 aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 14 noyabr 2024-cü il tarixli, 2- 1(120)3323/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Kürdəmir rayonu Pirili bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli, 14 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh 15 fevral 2021-ci il tarixli, 03 saylı ümumi iclasının qərarı X2 aid hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh Kürdəmir rayonu Pirili Bələdiyyəsi 21 yanvar 2024-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 191-ci maddəsində nəzərdə tutulan hallar və digər tərəfin apellyasiya şikayəti olmadığından cavabdeh Kürdəmir rayonu, Pirili Bələdiyyəsinin apellyasiya şikayətindən imtinaya dair ərizəsi təmin olunaraq ona münasibətdə apellyasiya icraatına xitam verilməli və tərəflərə izah olunmalıdır ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qərarının tanınmasına səbəb olur. -369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsssən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. -369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. -369.4-ci maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İPM-nin 1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 268, 369-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qəraraaldı: Cavabdeh Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(120)- 3323/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və hazırki inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-220/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-220/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver