Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-223/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2261/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli Qərarına əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərardan məlum olur ki, İddiaçı MMC barəsində sözügedən qərarın qəbul edilməsinə səbəb cəmiyyətin rəhbəri X3 riskli vergi ödəyicisi olan "xxxx" MMC-nin rəhbəri olmasıdır. Sözügedən qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyindən qeyd olunan qərar ləğv edilməli, eləcə də, sözügedən qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxdığından İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfındən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. xx.xx.2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən X9 müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Hal-hazırda müəssisənin təsisçisi və rəhbəri X6r, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış SOCAR**********0370861X00044 nömrəli Xidmət müqaviləsinə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun (Bərdə QPS, Ağcabədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınağı, digər texniki yoxlamaların həyata keçirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Bildirmək istəyirlər ki, müəssisələri riskli vergilər ödəyicilər siyahısında saxlanıldığı üçün onlar SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdükləri öhdəlikləri qaz paylayıcı avadanlıqların texniki yoxlamalarını (pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınağı, FHN-ə təhvil və digər texniki yoxlamalar) həyata keçirə bilmirlər və nəticədə layihənin təhvil verilməsində ciddi vaxt itkilərinə səbəb olurlar. Əgər magistiral qaz xətlərində yuxarda sadalanan yoxlamalar vaxtında baş tutmayacağı təqdirdə bunun nəticəsi olaraq 5 Qaz paylayıcı stansiyanın qaz təchizatında təbii qaz kəsintilərinə səbəb ola bilərlər. Yoxlanılacaq avadanlıqların son dərəcə təhlükəliliyini nəzərə alaraq sınaqların gecikməsi stansiyalarda bədbəxt hadisələrə (partlayış və s.) səbəb ola bilər. Qaz İxrac İdarəsi dəfələrlə onlara yazılı və şifahi şəkildə bildirmişdir ki, avadanlıqların yoxlama vaxtlarının müddəti ötürülür və müəssələrindən ciddi şəkildə tələb edilir ki, dövlət əhəmiyyətli layihənin icrasını başa çatdırsınlar. Tərəflərindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli Qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********426100 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş, lakin sonuncunun xx.xx.2022-ci il tarixli, **********859600 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən Salmanov Mübariz llham oğlu müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Hal-hazırda müəssisənin təsisçisi və rəhbəri X6r, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanlarla bağlı bildirirlər ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. X3 rəhbəri və təsisçisi olduğu "xxxx" MMC tərəfindən (VÖEN: **********) aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və yuxarıda qeyd olunan qərar ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********143900 nömrəli riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən X3 rəhbəri və təsisçisi olduğu digər müəssisə "xxxx" MMC (VÖEN: **********) barəsində də “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılaraq elektron qutusuna göndərilmişdir. Eləcə də, araşdırma ilə əlaqədar cari ilin 14 mart və 20 aprel tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilmiş görüşlərdə cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi əvvəlki rəhbər X3 iştirak etməsi vergi ödəyicisinin rəsmi benefisiarının Salmanov Mübariz llham oğlunun olmadığı ehtimalını yaradır. Həmin görüşlərdə nümayəndə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş və qəbul zamanı ətraflı izahatlar verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 14 fevral 2023-cü il tarixli, 2- 1(120)-799/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, barəsində şikayət olunan qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qeyd olunan qərarı onunla əsaslandırmış və qeyd etmişdir ki, işdə olan 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən “Kran-Servis" MMC-nin (VÖEN: **********) hazırkı qanuni təmsilçisi X6r. Cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********806200 nömrəli məktubdan və ona əlavə olunmuş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə yeganə səbəb həmin vaxt cəmiyyətin rəhbəri olmuş X3 təsisçisi və rəhbəri olduğu, riskli vergi ödəyicisi olan digər müəssisənin, yəni “İSO GROUP" MMC-nin rəhbəri olması olmuşdur. Lakin iş materiallarına, o cümlədən xx.xx.2021-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsinə”, “Kran-Servis" MMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına və 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş 21,02.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən “Kran- Servis" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxmışdır. Məhkəmə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin ‘Kran-Servis" MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal-hazırda müəssisənin təsisçisinin və rəhbərinin X4 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq iddiaçının "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin tətbiq etməli olduğu prosessual hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə sübutların qiymətləndirilməsi standartını düzgün seçməmiş, inzibati məhkəmə icraatının mahiyyətinə və prinsiplərinə uyğun olmayan sübutların üstünlüyü sübutetmə standartı üzrə sübutların qiymətləndirməsini həyata keçirmişdir. Belə ki, inzibati məhkəmə icraatının əsas sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipi sübutların qiymətləndirilməsi zamanı əsaslı şübhədən kənar sübutetmə standartının iş üzrə tətbiq edilməsini zəruri edir. Yuxarıda qeyd olunan fakt və dəlillərdən də göründüyü kimi əsas olan mübahisə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. Qeyd olunan prinsipin əsas mahiyyəti obyektiv həqiqətin müəyyən edilməsinə xidmət etməkdir. Məhkəmə milli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət etməmiş və nəticədə cavabdehin prosessual hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən hansı “sübutetmə standartı”nı əsas götürməsi də bəlli deyildir. Məhkəmə inzibati mübahisə üzrə həm “sübutların üstünlüyü” sübutetmə standartından istifadə etmiş, həm də “əsaslı şübhədən kənar” sübutetmə standartını tətbiq etmişdir. Lakin təəssüfedici hal ondan ibarətdir ki, sübutların üstünlüyü prinsipindən istifadə edilməsi qeyd olunan inzibati mübahisənin tam ədalətsiz və qərəzli aparılmasına gətirib çıxartmışdır. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-223/2023 saylı, 02 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 05 sentyabr 202-cü il tarixdə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 elektron kabinet vasitəsilə məhkəməyə teleqram ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar cavabdehin məhkəmə iclasında nümayəndə ilə təmsil oluna bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. d) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qərardad qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İş materiallarında olan X8 və X9 arasında notarial qaydada bağlanmış 11 fevral 2022-ci il tarixli “Təsis payının alqı-satqısı müqviləsi”ndən görünür ki, satıcı X8 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixində reyestr nömrəsi **********457100 çıxarışa əsasən xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı AZ4400, Masallı rayonu, Masallı şəhəri, H.Aslanov, ev 88, VÖEN: ********** İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam alıcı X4 mülkiyyətinə verir, alıcı isə payı qəbul edir. Həmçinin xx.xx.2022-ci il tarixdə İddiaçı MMCnin ümumi yığıncağının qərarına əsasən X9 müəssisənin rəhbəri təyin edilmiş, bununla əlaqədar müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. İş materiallarında olan "Kran-Servis” MMC ilə “Qaz İxrac” İdarəsi arasında bağlanan SOCAR 2**********0370861X00044 nömrəli, 08 dekabr 2021-ci il tarixli “Xidmət müqaviləsi”ndə qeyd olunmuşdur ki, bir tərəfdən gələcəkdə sifarişçi adlanacaq “Qaz İxrac“ İdarəsi özünün Nizamnaməsini rəhbər tutaraq rəis Əkbər Hacıyev şəxsində, digər tərəfdən gələcəkdə icraçı adlanacaq “Kran-Servis“ MMC özünün Nizamnaməsini rəhbər tutaraq direktor Şükür Bağırov şəxsində aşağıdakılar barədə bu müqaviləni bağladılar. 1.1 Hər bir filtr seperatorunun pasportlaşdırma və texniki şəhadətləndirmə işləri (bundan sonra “işlər" adlandırılacaq) “Sifarişçi”nin göstərişinə əsasən həyata keçiriləcəkdir. 1.2. İddiaçı MMC şirkəti Qoşma 1-də qeyd olunmuş işlərin görülmə ardıcıllığına uyğun işləri yerinə yetirilməlidir. 1.3. “İcraçı” gördüyü işlərə 1 (bir) il zəmanət verir. Həmçinin müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri çərçivəsində 5 rayonun (Bərdə QPS, Ağcabədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınağı, digər texniki yoxlamaların həyata keçirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. İş materiallarında olan İddiaçı MMC-yə verilmiş 28 mart 2016-cı il tarixli, 089273 nömrəli Lisenziyadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsini” həyata keçirməyə İddiaçı MMC-yə icazə verir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifik işlər həyata keçirilir. İş materiallarında olan məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********806200 nömrəli məktubda cavabdeh təşkilat bildirmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. X3 rəhbər və təsisçisi olduğu "xxxx" MMC – (VÖEN: **********) aparılmış əməliyyatları təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilmiş və qeyd olunan Qərar ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.11, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********143900 nömrəli riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən X3 rəhbər və təsisçisi olduğu digər müəssisə "xxxx" MMC-yə (VÖEN: **********) “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********4141500 nömrəli qərar çıxarılaraq müəssisənin elektron qutusuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********143900 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin təkrar verilmiş 2-1(106)- 223/2023 saylı, 08 may 2023-cü il tarixli sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********852900 saylı, xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh qeyd etmişdir ki, aparılmış araşdırma zamanı 2021-ci ildə “İSO GROUP" MMC tərəfindən təqdim edilmiş 49174,38 manat dəyərində armatur; elektrik mühərriklərinin idarəetmə şkafları (elektrik sayğacların örtülməsində istifadə edilən dəmir qutu); polietilen falqa; masa silmək üçün dəsmal; qapaq (banka qapağı); linolium və s. malların cəmiyyətin alışında və ya idxalında olmadığı, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 3.1.1 bəndinin tətbiq edilməsi üçün əsaslar yarandığı müəyyən olunmuşdur. Bununla bağlı cəmiyyətin elektron ünvanına xx.xx.2021ci il tarixli **********245600 nömrəli məktub göndərilərək qeyd olunanlar cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə dəvət olunmasına baxmayaraq cəmiyyət tərəfindən heç bir təsdiqedici sənəd təqdim olunmamış, nəticədə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********3900 nömrəli Qərar çıxarılaraq X2 Sisteminin kargüzarlıq alt modulunda elektron formada imzalanmaqla vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. Eyni zamanda "xxxx" MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.17-ci bəndinə əsasən (riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs) riskli vergi ödəyicisi olduğu müəyyən edilmiş, nəticədə xx.xx.2022-ci il tarixdə MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 nömrəli Qərar çıxarılmış və cəmiyyətin e-qutusuna göndərilmişdir. e) Məhkəmənin istinad etdiyi normativ hüquqi aktlar: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının: 1.12-ci bəndinə əsasən həmin Məcəllənin 13.2.72-ci maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 15.1.15-ci (ikinci halda),16.1.3-1-ci (ikinci halda), 16.1.8ci (ikinci halda), 16.1.11-12-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (ikinci halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 35.5-ci (ikinci halda), 35.6-cı, 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 85.11-ci (hər iki halda), 194.1-ci maddəsinin ikinci cümləsində və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin: 3.0.18-ci bəndinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin və ona qarşı etirazın dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni əsaslandıraraq İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal-hazırda müəssisənin təsisçisinin və rəhbərinin X4 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq iddiaçının İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbini əsaslı hesab etmişdir. g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün seçilibseçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi özünün riskli vergi ödəyicilərinin siyahısından çıxarılması olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək qeyd edir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (hazırki iş üzrə cavabdehin) qərarı əsasında həyata keçirlir. Yəni normanın məzmununa görə vergi ödəyicisi yalnız inzibati orqanın qərarı əsasında riskli vergi ödəyicisi hesab oluna bilər ki, həmin qərar ləğv olunmayana qədər və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə inzibati orqan tərəfindən qərar qəbul edilməyənə qədər vergi ödəyicisi (hazırda iddiaçı) riskli vergi ödəyicilərinin siyahısından çıxarıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi iddiaçının riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmişdir. Hazırda iddiaçı riskli vergi idəyicisi hesab edilməsi ilə bağlı cavabdehin qərarı ilə razılaşmır və özünün riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını tələb edir. Belə olduğu halda iddiaçı məqsədinə, hüquqi marağına uyğun həmin əlverişsiz inzibati aktın ləğv edilməsi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan və riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilən qərarın ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Lakin, riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərarın mövcudluğu cavabdehin etirazında göstərilməsinə (iş vərəqi 33) və surəti iş materiallarında (iş vərəqi 30) olmasına, hətta bu barədə yekun məhkəmə aktında (iş vərəqi 70-71) qeyd edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçıya hüquqi marağına uyğun həmin qərarın ləğv edilməsini təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif ediməli, iddia növlərinin münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnə bildiyindən, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(120)-799/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-223/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-223/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver