Məhkəmə qərarları › İş №2-1(106)-224/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-224/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-224/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh2nə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, 2**802**39560109 nömrəli qərarının qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvаn İnzibаti Мəhkəməsinin (hakim S.Həsənov) 17 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İşə cavabdeh tərəfin apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.Həsənov, Z.Allahyarov, O.İsmayılov) 07 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə cavabdeh tərəfin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) 07 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İddiaçınıntələbi İddiaçı tələbində göstərmişdir ki, vergi ödəyicisi kimi 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. 8 saylı Ərazi Vergilər İdarəsi 27 fevral 2020-ci il tarixli, 2**802**342885** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub” la dəqiqləşdirilmiş bəyannamə verilməsini tələb etmişdir. Hesab edir ki, 8 saylı Ərazi Vergilər İdarəsi 27 fevral 2020-ci il tarixli, 2**802**342885** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”u əsassızdır, qanuniliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarına istinad edilməklə əsaslandırılmayıb. Məktubun yalnız son abzasında zəruri sənədlərin təqdim edilmədiyi təqdirdə Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən hesablanması hüququ xatırladılmışdır. “Öhdəliklərin yenidən hesablanması” anlayışı ona məlum olmamış, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olarkən bu ifadəyə aydınlıq gətirilməmişdir. Digər tərəfdən 27 fevral 2020-ci il tarixli, 2**802**342885** nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un səbəblər bölməsində göstərilən rəqəmlərlə bağlı ondan izahat tələb edilməmişdir. Ondan yazılı izahat tələb edilmədən icrası məcburi olan 27 fevral 2020-ci il tarixli, 2**802**342885** nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un göndərilməsi Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən yenidən qanunsuz hesablama aparılmasına zəmin yaratmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 2**802**39560109 nömrəli qərar qəbul edərək qərarın əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği bəndində göstərilən 81816,51 manat vəsaitinin həmin qərarın “Bank ödənişi təfsilatı” bölməsi ilə tutulmasına sərəncam vermişdir. Odur ki, 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərarın ləğv edilməsi xahiş olunmuşdur. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi iddia tələbini əsassız hesab etmiş, onun rədd edilməsini xahiş etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh inzbati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində elektron qaimə-faktura əsasında Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi topdansatış qiymətləri ilə 7428574,65 manat dəyərində (ƏDV daxil olmaqla) neft məhsulları alındığı və təqdim edilmiş bəyannamələr üzrə dövriyyəsinin 7518464,77 manat (ƏDV daxil olmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 46418,4 manat (ƏDV daxil olmaqla) dəyərində mal qalığı və həmin dövr ərzində elektron qaimə-faktura əsasında satılmış malın dəyərinin 792**0,92 manat (ƏDV daxil olmaqla) olduğu müəyyən edilmişdir. Elektron qaimə-faktura təqdim edilmədiyi üçün satılan mallar vergiyə Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri nəzərə alınaraq pərakəndə qaydada satılmış malın dəyəri 7364734,11 manat (ƏDV daxil olmaqla) olmaqla, cəmi satış dövriyyəsinin 8156735,03 manat (ƏDV daxil olmaqla) olması ehtimal edildiyi üçün dövriyyədə 638270,26 manat (ƏDV daxil olmaqla) kənarlaşma yaranması vergidən yayınma halı kimi qiymətləndirilmiş və iddiaçıya xx.xx.2020-ci il tarixli, 2**802**342885** nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmişdir. Məktubla kameral vergi yoxlamasının başa çatdırılması üçün iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin 5 gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunsa da, qeyd olunan sənədlər təqdim edilməmişdir. Yaranmış uyğunsuzluq əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat ƏDV hesablanmış və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, 2**802**395601** nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63-cü maddəsi birmənalı şəkildə neft məhsullarının topdansatışının yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron qaiməfaktura təqdim edilməklə həyata keçirilməli olduğunu tələb etdiyinə baxmayaraq, birinci instansiya məhkəməsi neft məhsullarının topdansatışını həyata keçirdiyini təsdiq etmək məqsədi ilə iddiaçı tərəfindən təqdim edilmiş heç bir hüquqi əsası olmayan sənədlərə əsaslanaraq iddia tələbini təmin etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qanunvericiliyə zidd olaraq tərtib edilmiş qaimə-fakturalar məhkəmə araşdırması zamanı sübut kimi nəzərə alınmamalıdır. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasını həyata keçirən ekspert vergi ödəyicisi tərəfindən sonradan məhkəməyə təqdim edilmiş müəyyən sənədləri özünəməxsus qaydada təhlil edərək həmin sənədlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş uçot sənədləri kimi təsdiq olunması barədə rəy bildirmişdir. Ekspert öz səlahiyyətlərini aşaraq mühasibatlıq rəyi əvəzinə hüquqi rəy tərtib etmişdir. Belə ki, ekspert qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilmədiyi halda satılan malların vergiyə Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə cəlb olunmalı olduğunu nəzərə almadan iddiaçının təqdim etdiyi əsassız sənədlərə əsaslanaraq neft məhsullarının satışını topdansatış qiymətləri ilə hesablamışdır. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, 9/2161 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/7611 nömrəli ekspert rəyləri birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməməli, qərar qəbul edilərkən bu rəylərə əsaslanılmamalı idi. Həmçinin birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində alınmış mallar və təqdim edilmiş bəyannamələr üzrə 30 iş günü keçdiyindən kameral qaydada vergi borcu hesablanmasını əsassız hesab etmişdir. Lakin məhkəməyə təqdim edilmiş bütün sənədlərdən və etiraz ərizəsindən də göründüyü kimi, mübahisələndirilən məbləğ vergi ödəyicisinin təqdim etdiyi 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsindəki uyğunsuzluqlara əsasən 2020-ci ilin yanvar ayı üçün hesablanmış 64846,51 manat əlavə dəyər vergisi məbləğindən ibarət olmuşdur. Qeyd olunan hesablamalar vergidən yayınmanın aşkar olunduğu hesabat dövrünə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, cavabdeh əgər iddianın predmeti olan qərarı ləğv etdiyi barədə iddiaçını və yaxud da məhkəməni vaxtında məlumatlandırsaydı iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verər və pozulmuş hüquqlarının bərpa edilməsinə nail olardı. İddianın təmin edilməsinə dair qərarın, cavabdeh təşkilatın vəzifəli şəxsləri barədə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edəcəkdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (İPM-nin) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin həmin Məcəllənin 12-ci maddəsinin tələbinə görə yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübutetmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. İşin hallarından görünür ki, İddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, 2**802**39560109 nömrəli qərarını mübahisələndirmişdir. İddiaçı Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci və 32-ci maddələrində nəzərdə tutulmuş (mübahisələndirmə haqqında) iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən mübahisələndirilən qərarın qüvvədə olmadığına istinad etmişdir. İşin hallarına görə, vergi orqanı 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarı ilə vergi ödəyicisi olan İddiaçı 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat əlavə vergi məbləği hesablamışdır. İddiaçı sözügedən qərarın ləğv edilməsi barədə tələblə 17 mart 2020-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra 26 mart 2020-ci il tarixdə vergi orqanına dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmişdir. Lakin vergi orqanı 06 may 2020-ci il tarixli, 2**802**701**6** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərarını ləğv etmiş və 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat əlavə vergi məbləği hesablamışdır. Beləliklə, cavabdehin təqdim etdiyi sənədlərdən və izahatlardan müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq 17 dekabr 2021-ci il tarixdə qərar qəbul edilərkən iddiaçının mübahisələndirdiyi 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərar mövcud olmamışdır. Buna baxmayaraq, mübahisələndirilən həmin qərar məhkəmə baxışlarının predmeti olmuşdur. Bununla da İPM-in 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərar ilə hesablanmış 64846,51 manat əlavə vergi məbləğinin silinməsidir. 13 mart 2020-ci il tarixli, 2**802**395601** nömrəli qərar ləğv edildiyindən iddiaçı çatmaq istədiyi hüquqi nəticəyə bu yolla çata bilməyəcək. Belə ki, 13 mart 2020-ci il tarixli qərarın ləğvi halında belə, 06 may 2020-ci il tarixli, 2**802**701**6** nömrəli qüvvədə olduğundan 64846,51 manat vergi borcu iddiaçı üçün mövcud olmaqda davam edəcəkdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin hallarından müəyyən edilir ki, mübahisələndirilən qərar ləğv edildiyi və faktiki mövcud olmadığı halda, birinci instansiya məhkəməsi faktı aydınlaşdırmamış, nəticə etibarı ilə iddiaçıya hüquqi yardım göstərməmiş, iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Qanunun tələbinə görə, məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, o cümlədən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Kollegiya hesab edir ki, məhkəmə mövcud olmayan (qüvvədə olmayan) qərar barəsində qərar qəbul etdiyindən məhkəmənin qərarı ləğv edilməli, tam və hərtərəfli araşdırılma aparılması məqsədilə inzibati iş birinci instansiyasına qaytarılmalı, işə yenidən baxılmalıdır. İşə yenidən baxan məhkəmə iddia tələbi ilə bağlı iddiaçıya lazımi hüquqi yardım göstərməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının mövqeyi aydınlaşdırıldıqdan sonra mübahisəni həll etməlidir. Beləliklə, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin 17 dekabr 2021-ci tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması və yuxarıda qeyd edilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli nömrəli qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar