Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-224/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, iddiaçının nümayəndəsi X10, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(120)-952/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Rüfət” kəndli fermer təsərrüfatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il və 27 sentyabr 2023-cü il tarixli qərardadları ilə “Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 17 noyabr 2023-cü il tarixli, 2- 1(120)-952/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan X5 rəhbəri olduğu “Rüfət” kəndli fermer təsərrüfatına 24 ha torpaq sahəsi sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır. Araşdırma nəticəsində müəyyən olunur ki, “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin direktorunun iştirakı ilə 24 ha torpaq sahəsinin “Rüfət" KFT-yə ayrılması barədə akt tərtib olunmuş, eləcə də xx.xx.2015-ci il tarixli “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin Beyləqan rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən “Rüfət" KFT-yə ayrılan 24 ha torpaq sahəsinin müəssisənin balansından çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan X5 rəhbəri olduğu “Rüfət” KFT-yə 24 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında JN-0063 nömrəli, 60700001 KOD nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsini üzərində istifadə hüququnun qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etsə də cavabdeh imtina etmişdir. İmtinanın səbəbi JN-0063 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktının ikinci nüsxəsinin ərazi idarəsinin arxivində aşkar olunmaması və "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə “Rüfət” KFT-yə verilmiş dövlət aktının üst-üstə düşməsi olmuşdur. “Rüfət” KFT-yə torpaq sahəsi “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən verilmişdir. Yəni həmin torpaq sahəsi “Rüfət” KFT-yə ayrılan hissədə üst-üstə düşür. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş JN-0063 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ikinci nüsxəsi Ərazi idarəsinin arxivində aşkarlanmamış və JN-0063 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” ilə İddiaçır) Təsərrüfatının istifadəsində olan 24.0 ha torpaq sahəsinin sənədinə aid məlumatların Ərazi İdarəsinin elektron məlumat bazasında mövcud olmadığı müəyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasına əsasən Beyləqan rayonu Qoyunçuluq üzrə “Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus JN-682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin müdafiə etmiş, həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsi təmsil etdiyi hüquqi şəxsə məxsusdur. Həmin sahə varislik qaydasında balansa keçirilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamından çıxarışdan görünür ki, X5 rəhbəri olduğu “Rüfət” kəndli fermer təsərrüfatına 24 ha torpaq sahəsi norması nəzərə alınmaqla “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən 24 ha torpaq sahəsi ayrılmışdır. -Torpaqdan daimi istifadə hüququna dair JN 0063, KOD 60700001 nömrəli Dövlət aktından görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarına əsasən “Rüfət” kəndli fermer təsərrüfatına 24 ha torpaq sahəsi ayrılmışdır. -8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisinin məlumatları barədə cədvəldən görünür ki, “Rüfət” kəndli fermer təsərrüfatı xx.xx.2006-cı il tarixdən vergi orqanında VÖEN ********** nömrə ilə qeydiyyatdan keçmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktuba əlavə edilmiş Torpaqdan daimi istifadə hüququna dair JN 0682, KOD 60700001 nömrəli Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 123 saylı qərarı ilə “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinə 6179.20 ha torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə verilmişdir. -xx.xx.1997-ci il tarixli akta əsasən “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin direktorunun iştirakı ilə 24 ha torpaq sahəsinin “Rüfət" KFT-yə ayrıldı müəyyən edilir. -xx.xx.2015-ci il tarixli “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin Beyləqan rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən “Rüfət" KFT-yə ayrılan 24 ha torpaq sahəsinin müəssisənin balansından çıxarıldığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5389 nömrəli ekspert rəyində qeyd edilmişdir: -“Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063 kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063 kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi ayrılan zamanı (1997-ci ildə) Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda da Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsalı edilməsi üçün nəzərdə tutulmuş ərazidir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi faktiki olaraq “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsindədir və təyinatı üzrə istifadə edilir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyat kitabında 28 noyabr 1997-ci il tarixli, 03 nömrə ilə qeydə alınmışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN:0063 (kod ********) nömrə ilə qeydiyyata alınmış Dövlət aktının koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi qərarda qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir və üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi ilə Beyləqan rayon X2 xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında “Dostluq” qoyunçuluq üzrə DDKTİ müəssəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24 ha torpaq sahəsinin ərazisində mişar daşından inşa edilmiş 9.50mx8.10m ölçüdə çoban evi, 30.50mx7.40m və 25.20mx6.50m ölçülərdə ferma binaları mövcuddur. Qeyd olunan tikililər “Rüfət” kəndli fermer təsərrüfatı tərəfindən istifadə olunur. İnşa edilmiş çoban evi bir mərtəbəlidir. -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qeyd olunan 24.0 ha torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını pozmur.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 8.0.1) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin faktiki hallarından görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan “Rüfət” KFT-yə 24 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında JN-0063 nömrəli, 60700001 KOD nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı Həmin torpaq sahəsini üzərində istifadə hüququnun qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etsə də cavabdeh JN-0063 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktının ikinci nüsxəsinin ərazi idarəsinin arxivində aşkar olunmaması və "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə “Rüfət” KFT-yə verilmiş dövlət aktının üst-üstə düşməsini əsas gətirərək, iddiaçının müraciətinin müsbət həllindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair istifadə hüququnu qeydə almaqdan imtinanın əsaslarından biri kimi iddiaçının adına verilmiş Dövlət aktı ilə "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının üst-üstə düşəməsini göstərsə də “Rüfət” KFT-yə verilmiş torpaq sahəsinin məhz "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus sahədən ayrılmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da qərarının nəticə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qərar qəbul etsədə, qərarın nəticə hissəsində qeydə alınmalı olan əmlkaın adını, ölçüsünü və qeydə alınmasına əsas verən hüquqmüəyyən edici sənədin adını və rekvizitlərini qeyd etməmişdir. Bu hal isə gələcəkdə qərarın icrası mərhələsində qeyri-müəyyənlik yaranmasına, o cümlədən qərara izah verilməsi və s. kimi əlavə məhkəmə araşdırmasına rəvac verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2- 1(120)-952/2023 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(120)-952/2023 nömrəli qərarı dəyişdirilsin. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-224/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-224/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver